ATU X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin (Baku International Book Fair - 2024) açılışı baş tutub. Bu ilki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. 

Sərgidə 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artiq yerli nəşriyyat-poliqrafiya və digər əlaqəli müəssisələr qeydiyyatdan keçib. Oktyabrın 8-dək davam edəcək sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən taninmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iștirak edəcəklər. Sərgi üçün zəngin proqram tərtib olunub. Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi çərçivəsində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək. Əziz ATU əməkdaşları və tələbələrimiz! Sizi Azərbaycan Tibb Universitetinin P1-226 saylı stendində gözləyirik! Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun "Elmlər Akademiyası", "28 May" və "Koroğlu" stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək. Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.