Bioloji kimya kafedarasında “Fiziologiya və Tibb üzrə Nobel mükafatları -Mikro RNT” mövzusunda seminar keçirilib
Kafedra müdiri, professor Gülnarə Əzizova son dörd il ərzində dünyada Fiziologiya və Tibb üzrə Nobel mükafatı alan alimlərin tərcümeyi-halı və elmi kəşfləri barədə qısa məlumat verib. Əlavə edib ki, 2021-ci ilin Nobel mükafatı David Julius və Ardem Patapoutiana dad, təmas və termo reseptorlarının öyrənilməsi sahəsindəki işlərinə görə verilib: “Bu alimlər tərəfindən TRPV1, TRPV8 kimi reseptorların işləmə prinsipi, zülal tərkibi öyrənilib. Məlum olub ki, kapsaisin adlı alkoloid (acı bibərdə olan) həm də temperatura həssas reseptordur. Mentola həssas reseptor həm də aşağı temperatura həssas reseptordur. Bu nəticələr tibdə anesteziologiya sahəsində geniş tətbiq oluna bilər.
2022-ci ildə İsveç alimi Svante Paabo insana bənzər meymunlarla insanlar arasında gen səviyyəsində fərq və oxşarlıqların araşdırılmasına görə, 2023-cü ildə Katalin Kariko və Drew Weissman Covid19-a qarşı mRNT tərkibli effektiv vaksinin kəşfinə və təklif etdikləri mRNT texnologiyalarına görə bu mükafata layiq görülüblər. Bu il isə Nobel mükafatı mikroRNT-lər (miRNA) və onların gen ekspressiyalarının tənzimlənməsində rolu və alınan nəticələrin onkologiyada istifadəsinə görə verilib”.
Sonra kafedranın baş laborantı Humay Həsənova mikroRNT-lərin formalaşması haqqında geniş məlumat verib. Qeyd edib ki, mikroRNT 21-23 nukleotiddən ibarət kiçik, tək zəncirli, kodlaşdırılmayan RNT molekullarıdır. Hüceyrələr zülal sintezinin ilk mərhələlərinə bənzəyən bir prosesdən istifadə edərək mikroRNT-ni yaradır.
Mövzuya dair video-təqdimatdan sonra geniş diskussiyalar aparılıb. Kafedranın dosenti Akif Hacıyev və baş müəllim Hikmət Məmmədov mövzu ətrafında fikirlərini bölüşərək, bu il Nobel mükafatına layiq görülən işin çox sanballı bir tədqiqat