ATU-nun Rezidentura və Magistratura şöbəsi universitetin Tədris Cərrahiyyə klinikasının Klinik-diaqnostik laboratoriya şöbəsi ilə birgə dekabrın 26-da rezidentlər üçün növbəti seminar keçirib
"Hamiləlikdə prenatal tarama testləri” (2-li, 3-lü, 4-lü test) mövzusunda tədbirin moderatoru və təşkilatçısı, adıçəkilən şöbənin mudir muavini, assistent Namiq Xəlilov müvzunun aktuallıgından danısıb: "Mən bir uşaq cərrahı olaraq vurğulamaq istəyirəm ki, bizim tədrisdə ilk mövzularımız məhz anadangəlmə qüsurlardir. İstər genetik, istər digər faktorların təsirindən inkişaf edən bu qüsurların erkən diaqnostikası isə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hələ hamiləlik dövründə bu xəstəliklərin inkişaf riski haqqında bizə məlumat verən bu testlər mütləq diqqət mərkəzində olmalıdır".
Klinik-diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova kogenital xəstəliklərin erkən diaqnostikasında laboratoriyanın önəmini vurğulayıb. Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova seminarların keçirilməsinin əhəmiyyətindən danışıb. Həmin kafedranın professoru Tahirə Əsgərova isə tarama testləri ilə bağlı öz təcrübələrini və xromosom anomaliyaları, həmçinin invaziv metodlar haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, xromosom xəstəliklərindən yalnız Daun, Edward və Patau olmaqla, 3 xəstəliyi bu testlərlə təyin etmək mümkündür. Ancaq bu testlər təbii ki, nisbi xarakter daşıyır.
Sonra Klinik-diaqnostik laboratoriya şöbəsinin II kurs həkim-rezidenti Rəşadə Hüseynova hamiləlikdə 2-li, 3-lü və 4-lü tarama testlərinin əhəmiyyəti, inkişaf tarixi, tədqiq olunan xəstəliklər və testdə istifadə edilən əsas parametrlər haqqında ətraflı məlumat verib. Bildirib ki, kogenital xəstəliklərin aktual olduğu bir dövrdə, bu testlər erkən diaqnoz üçün yolgöstəricisi əhəmiyyətə malikdir.
Sözünə davam edən məruzəçi, testdə risk dəyərləndirməsi üçün istifadə edilən ɓ-Hcg, AFP, uE3 və inhibin-A kimi parametlərin dəyişmə göstəricilərinin hansı xəstəliklər üçün risk təşkil etdiyini, həmçinin bu parametrlərlə yanaşı, ultrasəs müayinə məlumatları və xəstə haqqında anamnezin vacibliyi haqqında geniş izah verib. O öz təcrübəsindən bəzi pasient nəticələri üzərində təhlil aparıb və testlər üzrə statistik nəticələri paylaşıb.
İnteraktiv şəraitdə keçən tədbirdə klinikanın Qulaq-burun, boğaz, Mama-ginekologiya və laboratoriya şöbələrinin həkim rezidentləri iştirak ediblər.