Elmi məqalələrin xülasəsinin hazırlanması qaydası 

8 yanvar saat 14:00-da Azərbaycan Tibb Universitetində seminar keçiriləcək

 Seminarda "Elmi məqalələrin xülasəsinin hazırlanması qaydası" mövzusunda danışılacaq. Tədbir  University College London tibb fakültəsinin 2-ci kurs doktorantı (PhD candidate), Azərbaycan Tibb Universiteti, Müalicə işi fakultəsinin məzunu, Azərbaycan İdman Akademiyası - idman tibbi və reabilitasiya magistr proqramının məzunu və Azərbaycan İdman Akademiyasının "Elm, Beynəlxalq əməkdaşlıq və Keyfiyyət siyasəti üzrə Prorektorunun müşaviri  Zərifə İlqar qızı Kamilova  tərəfindən aparılacaq.

Seminar Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik korpusun 2-ci mərtəbəsi 201-ci otaqda keçiriləcək.