Ümumi cərrahlıq kafedrasının dosenti, tibb elmlər doktoru Elman Tağısoy Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin EGE Universitetinin Tibb fakültəsində 15 gün ərzində akademik fəaliyyət göstərib
O, universitetin Genel cərrahi kafedrasında müəllim və tələbələrlə görüşüb. III, IV kurs tələbələrinə və uzmanlara yanıqlar, kəskin qarın və döş boşluğunun küt və açıq yaralanmaları, cərrahi infeksiya, anorektal abses və süzgəclər mövzularında mühazirələr oxuyub. Səfər çərçivəsində əməkdaşımız universitetin tədris fəaliyyəti ilə yaxından tanış olub və həmin dövrdə orda keçirilən beynəlxalq konqresdə iştirak edib.