Əczaçılıq texnologiyası və ifarəçiliyi kafedrasında da 20 Yanvar şəhidlərinin xatirəsinin anılması ilə bağlı tədbir keçirildi. Tədbiri kafedranın müdiri, professor Məhbubə Vəliyeva açaraq iştirakçısı olduğu o günlərin dəhşətlərindən ürəkağrısı ilə danışdı. Milli Azadlıq Hərəkatında və Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə universitetin tələbələrin fədəkarlığından gedən proseslərdə etdikləri fəallıqdan söhbət açdı. Ağır günlərdə tələbələrin xəstəxanalarda yaralılara necə yardım göstərdiklərini qeyd etdi.
M.Vəliyeva bu faciənin Azərbaycan xalıqna qarşı təcavüz olduğunu, sovet hərb maşınının günahsız insanları – yaşlıları, xəstələri, uşaqları qanlarına qəltan etdiklərini və bu günədək bu qanlı faciəyə imza atanların cəzasız qaldıqlarını təəssüf hissi ilə vurğuladı. Məhz ulu öndərin sayəsində bu faciənin unudulmadığını və bu işin başında duranların adlarının açıqlandığını və məsələyə siyasi qiymət verildiyini də xatırlatdı. Qanlı Yanvarda şəhid olanlardan bəzilərinin ömür yolları barədə də açıqlama veridi, onların heç nədən qorxmadan canlarını Vətən uğrunda fəda etdiklərinə toxundu.
Natiq sonunda Şəhidlərin heç zaman unudulmayacağını bildirdi.
Tədbi zamanı 20 Yanvar faciəsini əks etdirən video-görüntü nümayiş etdirildi. Bu da orada iştirak edənlərin əksəriyyətinin göz yaşlarına boğulmasına səbəb oldu.