Azərbaycan Tibb Universitetinin Tibb və sağlamlıq elmləri təhsili kafedrasında “Tibb ixtisasında internatura proqramının tətbiqi və proqramın tərtibatı” mövzusunda təlim keçirilib
Təlimi giriş sözü ilə kafedranın müdiri, dosent Samir Cavadlı açaraq internatura mərhələsinin əhəmiyyəti və bu proqramın həkimlərin peşəkar inkişafında rolu barədə məlumat verib. Daha sonra kafedra müdiri “Tibb ixtisasında internatura proqramının tətbiqi və proqramın tərtibatı” adlı təqdimatla çıxış edib.
Tədbirdə həmçinin Türkiyənin nüfuzlu universitetlərinin nümayəndələri onlayn formatda öz təcrübələrini bölüşüblər. İzmir Ekonomi Universiteti Tibb Fakültəsinin dekan müavini Prof. Dr. Önder Limon, Ege Universiteti Tibb Fakültəsinin dekan müavini Prof. Dr. Burcu Barutçuoğlu və Doç. Dr. Ozan Karaca internatura proqramının təşkilində beynəlxalq təcrübə haqqında çıxış edərək məsləhətlərini veriblər və təlimdə iştirak edən müəllimlərin suallarını cavablandırıblar.
Təlimin sonunda internatura proqramının tərtibatı, proqramın əsas komponentləri və strukturu barədə müzakirələr aparılıb.