16–17 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentura və magistratura pillələrində təhsil almaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu üzrə imtahan təşkil olunub
Qəbul prosesi “Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura təhsil səviyyələrinə 2025/2026-cı tədris ilində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu üzrə komissiya” tərəfindən aparılıb. İmtahanın məqsədi qəbul prosesinin mütəşəkkil və şəffaf şəkildə keçirilməsi, namizədlərin müvafiq hazırlıq səviyyəsinin yoxlanılması olub.
Müxtəlif ixtisaslar üzrə 41 namizəd sənəd təqdim edib. Onlar əvvəlcə Azərbaycan dili biliklərini müəyyənləşdirmək üçün test imtahanı verib, daha sonra isə professor-müəllim heyətinin iştirakı ilə keçirilən müsahibədə iştirak ediblər.