Azərbaycan uşaq nevroloqları Daşkənddə Beynəlxalq Kongresdə təmsil olunub

Azərbaycan Uşaq Neyrologları Daşkənddə Beynəlxalq Kongresdə Təmsil Olunub

22–24 oktyabr tarixlərində Daşkənd şəhərində I Mərkəzi Asiya Beynəlxalq Neyromuskulyar Xəstəliklər Kongresi – “STEP BY STEP ALONG THE SILK ROAD: müasir menecment, perspektivlər və multidissiplinar əməkdaşlıq” keçirilib. Kongresdə Azərbaycan uşaq neyrologları yüksək səviyyədə iştirak edərək öz elmi təcrübələrini təqdim ediblər.

Kongresin açılış mərasimində Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndələri, beynəlxalq ekspertlər və pasiyent assosiasiyalarının təmsilçiləri iştirak edib. Tədbir sinir-əzələ xəstəlikləri sahəsində regional əməkdaşlığın və multidissiplinar yanaşmanın vacibliyini vurğulayıb.

Professor, t.e.d. Aytan Məmmədbəyli kongresin moderatoru kimi çıxış edərək elmi sessiyalara rəhbərlik edib və beynəlxalq mütəxəssislərlə sinir-əzələ xəstəliklərinin müasir menecmenti və perspektivləri mövzusunda müzakirələr aparıb.

Azərbaycan Tibb Universitetinin Neyrologiya kafedrasının əməkdaşları da elmi təqdimatlarla çıxış ediblər. Uşaq Nevrologiya Xəstəxanasının baş həkimi İlahə Hacıyeva “Sistemli yanaşma SMA-ya: registrin yaradılması, diaqnostikanın təkmilləşdirilməsi və terapiyaya çıxış: Azərbaycan təcrübəsi” mövzusunda, ATU Neyrologiya kafedrasının assistenti, t.ü.f.d Mədinə Tağıyeva isə “Düşən əzələ distrofiyası olan xəstələrdə steroid terapiyası protokolu” adlı təqdimatla iştirakçıların marağına səbəb olub.

Təqdimatlar beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan uşaq neyrologiyasının elmi və klinik təcrübəsinin yüksək səviyyəsini nümayiş etdirib. Belə tədbirlər elmi əməkdaşlığın möhkəmlənməsinə, müasir tədqiqatların tətbiqinə və pasiyent yönümlü yanaşmanın genişlənməsinə mühüm töhfə verir.

#UşaqNeyrologiyası #NeyromuskulyarXəstəliklər #ElmiKongres #Daşkənd2025 #ATU #AzərbaycanTibbUniversiteti #SMA #DüşenDistrofiyası #TibbElmi #Neurology #MedicalScience