Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasında beynəlxalq əməkdaşlıq çərçivəsində Çikaqo Dövlət Universitetinin (Chicago State University) Sağlamlıq Elmləri və Əczaçılıq kollecinə (College of Health Sciences and Pharmacy) məxsus professor Nadeem Fazal (MD, PhD) qonaq olub.
Professor Nadeem Fazal mikrobiologiya, immunologiya, fiziologiya və yoluxucu xəstəliklər sahəsində mütəxəssisdir. O, səfəri çərçivəsində “Trends in Current Education Challenges and Choices” mövzusunda maraqlı və interaktiv seminar təqdim edib. Tədbir zamanı professor müasir tədris yanaşmaları, təhsil innovasiyaları və tədris keyfiyyətinin artırılması istiqamətində müəllimlərlə fikir mübadiləsi aparıb.
Qonaq həmçinin ATU tələbələrinin simulyasiya əsaslı təlim proseslərini izləyərək universitetdə tətbiq olunan praktiki tədris üsulları ilə yaxından tanış olub. Görüş zamanı professor Fazal Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının əməkdaşları ilə beynəlxalq təcrübə mübadiləsi və akademik əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Bu səfər ATU-nun beynəlxalq əlaqələrinin möhkəmlənməsinə və tədris prosesində qlobal təcrübənin tətbiqinə töhfə vermək məqsədi daşıyır.
#ATU #TSET #MedicalEducation #SimulationBasedLearning #AcademicExchange #ChicagoStateUniversity