23–26 oktyabr tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində Türk Uroloji Dərnəyinin 34-cü beynəlxalq konqresi keçirilib
Konqresdə urologiya sahəsində son elmi nailiyyətlər, innovativ müalicə üsulları və klinik təcrübələr müzakirə olunub.
Azərbaycanı tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev təmsil edib.
O, konqres çərçivəsində böyrək problemlərinə həsr olunmuş məruzə ilə çıxış edib və elmi fəaliyyətinə görə Türk Uroloji Dərnəyi tərəfindən beynəlxalq üzvstatusuna layiq görülüb.
Urologiya sahəsindəki elmi töhfələrinə görə professor Rauf Nağıyev Dərnəyin nüfuzlu “International Academic Contribution Award”mükafatı ilə təltif olunub.
Qeyd edək ki, bu mükafat hər il urologiya sahəsində beynəlxalq elmi fəaliyyətləri ilə fərqlənən xarici mütəxəssislərə təqdim edilir. Bu il mükafatın laureatları sırasında Azərbaycan, Kosovo və Şimali Makedoniyadan olan alimlər yer alıblar.