Oktyabrın 31-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında seminar keçirilib. Kardiologiya şöbəsinin 2-ci kurs rezidenti İsmayıl Şirinov tibb bacıları üçün “Kardiologiyada və kardiocərrahiyyədə tibb bacısı vəzifəsinin ümumi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi klinikada gündəlik iş zamanı tibb bacılarının üzləşdikləri məsələlərə toxunub. O, kardiyak monitarizasiya zamanı xəstənin ürək ritminin, nəbzinin, təzyiqinin və ya saturasiyasının tibb bacıları tərəfindən necə izlənməsi və onların vəzifələri barədə ətraflı məlumat verib. Xəstələrin göstəricilərinin monitorlaşdırılması işinin necə aparılması, kardiocərrahiyyədə tibb bacılarının üzərinə düşən vəzifələr və digər vacib məsələləri də seminar iştirakçılarının diqqətinə çatdırıb.
İ.Şirinovun məruzəsi tibb bacıları tərəfindən maraqla qarşılanıb, məruzəçi ona ünvanlanan çoxsaylı suallara ətraflı cavab verib.