Oktyabrın əvvəllərində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı və "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə ATU-da universitetlərarası inşa-yazı müsabiqəsi keçirilmişdi. "Konstitutsiya və Suverenlik İli" çərçivəsində keçirilən müsabiqədə 48 nəfər iştirak etmişdi.
Noyabrın 3-də YAP Nəsimi rayon təşkilatı tərəfindən Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə təşkil edilən tədbirdə inşa-yazı müsabiqəsinin nəticələri elan edilib və qaliblər mükafatlandırılıb. Tədbirdə Azərbaycan Tibb Universitetinin tələbələri yüksək fəallıq göstəriblər. Məmnunluq hissi ilə bildiririk ki, müsabiqənin 12 qalibi arasında 5 ATU tələbəsi də var. Onlardan I Müalicə-profilaktika fakültəsinin II kurs, 124R1b qrup tələbəsi Saraxatun Mirzəliyeva I, 125A6a qrup tələbəsi Sinan Qurbanov II yerə layiq görülüb. Qaliblərə planşet və qiymətli hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində fərqlənən I Müalicə-profilaktika fakültəsinin II kurs, 124A3b qrup tələbəsi Leyla Pirrəftiyə xüsusi sertifikat, digər tələbələrimizə YAP Nəsimi rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələr verilib.