Bizi izləyin:
Heydər Əliyev
ATU-nun professor-müəllim heyətinin nəzərinə

ATU-nun professor-müəllim heyətinin nəzərinə

Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge University Press” nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanın elm və ali təhsil müəssisələrində fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib. Həmin jurnallar “Web of Science” və “Scopus” məlumat bazaları tərəfindən indekslənir.

Sözügedən razılıq əsasında alimlər heç bir ödəniş etmədən öz məqalələrini Kembric Universiteti nəşriyyatının jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarından müddətsiz istifadə imkanı təqdim edir. Bu mühüm razılıq  Azərbaycan Tibb Universitetinin əməkdaşlarına böyük imkanlar yaradır.

Paylaş

Dostlarınız ilə paylaşın.