Universitetin Mülki Müdafiə Qərargahının təşkilatçılığı ilə Mülki Müdafiə Tibb xidmətinin Təşkili Kursunda hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələrinin komandir-rəis heyətinin tələbələrlə birlikdə nəzəri tədbiri keçirilmişdir.
Universitetin Mülki Müdafiə Qərargahının təşkilatçılığı ilə Mülki Müdafiə Tibb xidmətinin Təşkili Kursunda hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələrinin komandir-rəis heyətinin tələbələrlə birlikdə nəzəri tədbiri keçirilmişdir.
Tədbiri açan Qərargah rəisi Firdovsi Məmmədov ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasını təklif etmişdir.
Anımdan sonra MMTX təşkili kursunun baş müəllimi - hərbiləşdirilməmiş MM qüvvələrinin ümumi komandiri Aqil Musayev çıxış edərək bildirdi ki:
Bu gün fövqəladə hallar, mülki müdafiə söz birləşmələri dilimizdə tez-tez səslənməklə yanaşı, həm də həyatımıza, təfəkkürümüzə daha dərindən nüfuz etməkdədir. Əslində bu onun göstəricisidir ki, sivilizasiyamızın tarixi, bizi əhatə edən aləmin mövcudluğu, varlığı fövqəladə hallarla üzvi surətdə bağlıdır.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir. BMMT-nin əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.
Azərbaycan Respublikası 1993-cü ildə bu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərin fəal iştirakçısıdır. Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin qurumları fəal iştirak edir.
Sonra FHN-nin MM idarəsinin Nəsimi rayon FH və MM şöbəsinin rəisi çıxış etdi. O, bildirdi ki:
Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1995-ci ildən başlayaraq təşkilata üzv olan dövlətlərdə hər il konkret bir mövzuya həsr olunan kütləvi tədbirlərin keçirilməsini təşkil edir.
Bu ilki mövzusunun adı "Mülki Müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması"dır.
Təbii ki, dünya sürətlə dəyişdiyi üçün əhalinin mülki müdafiəyə hazırlanmasında təlimlərin, məşqlərin, kompleks yoxlamaların böyük əhəmiyyəti var. Belə tədbirlər zamanı mühafizəyə hazırlığın vəziyyətinə bir növ baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır, ekstremal hallarda necə hərəkət etmək yolları və üsulları işçilərə əyani surətdə göstərilir, mülki müdafiə rəhbərləri idarəetmə vərdişləri qazanırlar. Mühafizəyə hazırlığın düzgün təşkili həm də işçilərin MM biliklərinə və vərdişlərinə yiyələnmələri, vaxtaşırı keçirilən təlimlər və məşqlər kollektiv və fərdi mühafizə vasitələrinin daim saz vəziyyətdə saxlanması deməkdir. Mülki müdafiə sisteminin əhəmiyyəti, onun təhlükəsizlik xidmətləri kompleksində rolu və yeri, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə əhali məlumatlandırılır, praktik vərdişlərinin təkmilləşdirilməsi istiqamətində konkret addımlar atılır.