
.jpg)
Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında tədqiqat və innovasiya sahəsində əməkdaşlıq çərçivəsində 2026–2027-ci illər üzrə Horizon Europe iş proqramına dair vebinar keçiriləcək
Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamenti elmi fəaliyyətlə məşğul olan əməkdaşları və tədqiqatçıları bu faydalı vebinarda iştirak etməyə dəvət edir.
19 mart tarixində Bakı vaxtı ilə 15.00-18.30 aralığında keçiriləcək vebinarın məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin Horizon Europe proqramında (Aİ-nin Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı) iştirakını artırmaq və 2026–2027-ci illər üzrə Horizon Europe İş Proqramı haqqında məlumat təqdim etməkdir.
Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün link:
https://registration.dlr-pt.de/en/information-and-networking-webinar-to-support-cooperation-with-eastern-partnership/registration
