Bizi izləyin:
Heydər Əliyev
Rektor ATU-da təcrübə keçən qazaxıstanlı tələbələrlə görüşüb 

Rektor ATU-da təcrübə keçən qazaxıstanlı tələbələrlə görüşüb 

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli akademik mobillik proqramı çərçivəsində ATU-da təcrübə keçən qazaxıstanlı tələbələrlə görüşüb. 

Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan Tibb Akademiyasının Tibb ixtisası üzrə təhsil alan III kurs tələbələri ilə keçirilən görüşdə rektor İki ölkə arasında bütün sferalarda irəliləyən yaxın dostluq münasibətlərindən söz açıb. 

Azərbaycan-Qazaxıstan əməkdaşlığının həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli müstəvidə yüksələn dinamika üzrə inkişaf etdiyini bildirən Gəray Gəraybəyli qarşılıqlı, ikitərəfli və çoxtərəfli müsbət əlaqələrin qururlması, sürətlənməsində təhsil sektorunun özünəməxsus payı olduğunu vurğulayıb. 

Rektor iki ölkənin ali təhsil müəssisələri arasında qurulan sıx əməkdaşlığın tibb sahəsində də öz töhfələrini verdiyini, artıq bu ölkənin bir necə ali təhsil müəssisəsi ilə ATU arasında yaxın əlaqələrin qurulduğunu, mübadilə proqramlarının gerçəkləşdirildiyini bildirib. 

Beynəlxalq təcrübənin qazanılması, bilik və bacarıqların artırılmasında akademik mobillik proqramlarının xüsusi rolunu da vurğulayan rektor bu aspektdə Cənubi Qazaxıstan Tibb Akademiyasının tələbələrinin ATU-da təcrübə keçməsinin faydalı və səmərəli olacağını dilə gətirib. 

Daha sonra rektora 21.04–08.05.2026 tarixlərində ATU-nun Ailə təbabəti kafedrasında “Uşaq xəstəliklərinin propedevtikası” fənni üzrə təcrübə keçən tələbələrin fəaliyyəti haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, təcrübə müddəti çərçivəsində tələbələr universitetin klinik bazasında praktiki bilik və bacarıqlarını inkişaf etdirir, müasir tibbi yanaşmalarla yaxından tanış olurlar.

Səmimi atmosferdə keçən görüşdə rektor tələbələrin təhsili, təcrübə mübadiləsi ilə bağlı fikirləri ilə yanaşı, ilk dəfə səfər etdikləri Azərbaycan haqda təəssüratları ilə də maraqlanıb, onlara boş vaxtlarından səmərəli istifadə edərək, ölkəmizi daha yaxından tanımağı, ölkəmizin maddi mədəni irs nümunələri ilə yaxından tanış olmağı tövsiyə edib. 

Görüş çərçivəsində qarşılıqlı hədiyyələr təqdim olunub, həmçinin tələbələrə proqramda müvəffəqiyyətli iştirakalarına görə sertifikatlar verilib. 

Paylaş

Dostlarınız ilə paylaşın.