Bizi izləyin:
Heydər Əliyev
ATU-da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü və Müstəqillik gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışları davam edir

ATU-da Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü və Müstəqillik gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışları davam edir

Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışları davam edir. 

25 apreldə keçirilən idman yarışlarında Voleybol (tələbə oğlanlar) 17, Kamandan oxatma (tələbə oğlanlar və qızlar) 10, Nərd (əməkdaşlar qadınlar və kişilər) isə 7 komanda arasında təşkil olunub.

ATU ilə yanaşı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında reallaşan “Zəfər Festivalı – 3” 26 may tarixində başa catacaq.

Paylaş

Dostlarınız ilə paylaşın.