Bizi izləyin:
Heydər Əliyev
Diabarda ATU əməkdaşlarının apardıqları etnofarmakoloji tədqiqatın nəticələri  yüksək indeksləşmiş jurnalda dərc olunub

Diabarda ATU əməkdaşlarının apardıqları etnofarmakoloji tədqiqatın nəticələri  yüksək indeksləşmiş jurnalda dərc olunub

    Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının əməkdaşlarının Q1 kvartilli “Ethnobotany research and applications” jurnalında “Ethnopharmacological study of plants used in Diabar region, Azerbaijan” adlı məqaləsi dərc olunub.

    Məqalədə Azərbaycanın Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərində - Diabarda etnofarmakoloji tədqiqat aparılıb. Ölkəmizin qədim və zəngin xalq təbabətinin təcrübəsini dünyaya tanıtmaq baxımından məqalə çox dəyərli mənbə hesab olunur.

    Dünyanın aparıcı ölkələrində xalq təbabəti müasir üsullarla tədqiq olunur və toplanmış məlumatlar gələcək tədqiqatlar üçün baza rolunu oynayır. Bu məqalənin nəticələri Azərbaycan xalq təbabətinin təcrübəsinə əsaslanaraq, floramızda yayılmış endem və subendem dərman bitkilərinə aid ATU-nun Farmakoqnoziya, Farmakologiya və digər ixtisas kafedralarında elmi tədqiqatların aparlması üçün imkanlar açır.

   Diabar ərazisində yerinə yetirilmiş tədqiqatda Farmakoqnoziya kafedrasının müdiri professor Cavanşir İsayev, baş müəllim Xuraman Mustafayeva, baş müəllim Aydan Qədimli, assistent Nərmin Babayeva, assistent Günay Cəfərova və assistent Nilufər Səfərova, eləcə də Pakistan Respublikasının Hazara Universitetinin əməkdaşları professor Ghulam Mujtaba Shah, Khursheed Ur Rehman, Ikramullah Khan və Fazal Ullah da iştirak ediblər.   

Məqalənin linki: Məqalə

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.