Bizi izləyin:
Heydər Əliyev
XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub

XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub

     Ukraynanın Xarkov Milli Tibb Universitetinin (XMTU) Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında olub.

    Nümayəndə heyəti Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov və Tədris Terapevtik Klinikanın direktoru, professor Vəsadət Əzizov ilə görüüb.

    Görüşlərdə kliniki fəaliyyətlə tanışlıq, tibbi təcrübə mübadiləsi, səhiyyə sahəsində əməkdaşlıq imkanları və gələcək inkişaf perspektivləri müzakirə olunub.

    Qonaqlara klinikaların maddi-texniki bazası, mövcud infrastrukturu və tətbiq olunan müasir tibbi yanaşmalar barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti klinikalarda yaradılmış şəraitlə yaxından tanış olub və görülən işləri yüksək qiymətləndirib.

    Səfərin klinik səviyyədə əməkdaşlığın inkişafına müsbət töhfə verəcəyi vurğulanıb.

Paylaş

Dostlarınız ilə paylaşın.