Heydər Əliyev
Qazaxstanlı tələbələr ATU-nun Stomatologiya fakültəsində təcrübə keçiblər

Qazaxstanlı tələbələr ATU-nun Stomatologiya fakültəsində təcrübə keçiblər

S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin Stomatologiya fakültəsinin IV kurs tələbələri Azərbaycan Tibb Universitetinin eyni adlı fakültəsində təcrübə keçiblər.
Əməkdaşlıq memorandumu əsasında reallaşan təcrübədə Qazaxstanlı tələbələr Ortopedik stomatologiya kafedrasında tədris olunan “Tam çıxan protezlər” fənnində iştirak ediblər. ATU-dakı tədris prosesinə böyük maraq göstərən qonaq tələbələr bu sahədə yeni bilik və bacarıqlar əldə ediblər.
Tədrisin sonunda Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva və kafedra əməkdaşlarının iştirakı ilə imtahan təşkil olunub.
İmtahanda yüksək nəticələr göstərən qazaxstanlı tələbələrə sertifikatlar təqdim edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.