Böyük Elmi Şurada
Aprelin 1-də BöyükElmiŞuranınnövbətiyığın-cağıkeçirilmişdir. Yığıncaqda ATU-nun elmiişlərüzrəprorektoru, millətvəkili, professerRafiqMəmmədhəsənovun "AzərbaycanTibbUniversitetində 2012-ci ilərzindəyerinəyetirilənelmi- tədqiqatişlərininvəziyyətivəqarşıdaduranvəzifələr" barədəhesabatıdinlənilmişdir.
Məruzəçi qeydetdiki, müasir dövrdə elmi texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir amil hesab edən ölkə prezidenti cənab İlhamƏliyev son illərrespublikamızdaelmin inkişafı, elmi potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması işində birsıra qərarlar qəbul etmişdir.
R.Məmmədhəsənov vurğuladı ki, ATU-nun BeynəlxalqUniversitetlərReyistrinə daxiledilməsi, Qara Dəniz hövzəsi ölkələri universitetləri səbəkəsi çərçivəsində özünə məxsus yertutması, Avropa universitetləri sırasına tam hüquqlu üzvs eçilməsi, beynəlxalq layihəli proqramlarda iştirak etməsi universitetimizin getdikcə artan nüfuzuna dəlalət edir. Hazırdauniversitetimizdünyanın 60- dan çox tanınmış ali təhsil müəssisəsiilə sıx əməkdaşlıq edir, bir sıra universitetlərlə fəal tələbə mübadiləsi aparır. Azərbaycan tibb elminin müasir dünya tibb elminə inteqrasiyasında universitet əməkdaşlarının inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət almaları, onlarda keçirilən beynəlxalq konqres və konfranslarda iştirakı mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildə universitetimizin elmi- pedaqoji heyəti müntəzəm olaraq xaricdə keçirilən 79 adda müxtəlif elmi konfrans, konqres və simpoziumlarda 134 nəfər (55-ə qədərməruzəedilmişdir) iştiraketmişdir.
Sözünə davam edən natiq hesabat məruzəsində 2012-ci ildə aparılan elmi tədqiqat işlərinin nəticələrini şərh edərək bildirdiki, bunlar 12 monoqrafiya, 19 dərslik, 20 dərsvəsaiti, 5 kitabça və sorğu ədəbiyyatı, 6 elmi əsərlər məcmuəsi, 1037 elmi iş (319-u xaricdə,718-i ölkəmizdə), 32 metodik tövsiyədə özəksini tapmışdır.
Başa çatmış elmi- tədqiqat işləri üzrə 5 elmlər doktorluğu və 32 fəlsəfə doktorluğu müdafiə olunmuşdur.
Çıxışında əsaslı kitabxananın fəaliyyətinə toxunan məruzəçi dediki, 2012- ci ilin yanvar ayından universitet rəhbərliyinin köməyi ilə "http//search.ebscohost.com" ödənişlisaytı ATU- nun daxilində internetə qoşulmuş bütün kompyüterlər oxucuların istifadəsinə verilmişdir. Oxucular məlumat bazalarından geniş şəkildə istifadə edəcəklər.
Bu ilin yanvar ayının 1- nə olan məlumata görə, əsaslı kitabxanada 805292 nüsxə sənəd vardır. Fondlar üzrə əsas (elmi) fondda 334603 nüsxə, dərslik fondunda 455886 nüsxə, mübadilə fondunda 14803 nüsxə ədəbiyyat vardır.
Professorlar Amaliya Əyyubova, Qalib Qarayev, Arif Əfəndiyev, Zakir Qarayevvə Eldar Qasımov çixışlarında hesabatı qənaətbəxş qiymətləndirdilər. Natiqlərəldə olunan nailiyyətlərlə yanaşı bu sahədə onları maraqlandıran bir sıra problemlərdən söhbət açdılar.
Məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini bildirən akademik Ə.Əmiraslanov müzakirə olunan məsələnin vacibliyini bir daha önə çəkərək qeydetdi ki, hər bir ali məktəbin qarşısındakı ən ümdə məqsədtələ və yə keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri sırasında yüksək reytinqə nail olmaqdır. Mən də hesab edirəm ki, bu sahədə universitetimizdə çox işlər görülüb, lakin bununla yanaşı hələ problemlərdə az deyil. Qrandlardan mütləq istifadə etmək, buişə gənc mütəxəsisləri cəlb etmək lazımdır. Hesabat məruzəsini qənaətbəxş hesab edən rector tədrislə elmi- tədqiqat işlərinin parallel aparılmasının zəruri olduğunu vurğuladı, qarşıda duran işlər və müxtəlif məsələlər barədə şura üzvlərini məlumatlandırdı.