Dekabrın 26-da Azərbaycan Respublikasının Təhsil Naziri “Ali təhsil müəssisələrində 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 849 saylı əmr imzalayıb. Həmin əmrin tələblərinə uyğun olaraq, ATU-da 2016/2017 ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.
ATU-nun rektoru professor Gəray Gəraybəyli bu ərərfədə semestr imtahanlarının mütəşəkkil keçirilməsi, aşkarlıq, obyektivlik şəraitində aparılması ilə əlaqədar olaraq, ATU-nun fakültə dekanlarını, kafedra və şöbə müdirlərini əmrin məğzi ilə tanış edib və onları məqsədyönlü şəkildə maarifləndirib.
Qeyd edək ki, sessiyanın təşkili ilə bağlı rektor G.Gəraybəyli tərəfindən ATU üzrə 586/T saylı 04 noyabr 2016-cı il tarixli əmri imzalanıb. Əmrə əsasən imtahanların təşkili ilə əlaqədar operativ qərargah yaradılıb.
Bundan əlavə, 2016/2017-ci tədris ilinin payız semestri imtahanlarının təşkili bağlı ilə universitetdə dəfələrlə toplantılar keçirilib, müzakirələr aparılıb. Həmçinin payız semestrinin imtahan sessiyasına hazırlıq, onun obyektivlik şəraitində keçirilməsi fakültə elmi şuralarında,kafedra əməkdaşları ilə tələbələrin birgə müşavirələrində də geniş müzakirə olunub.
Hazırda ATU-da imtahanlar davam edir. Bu semestrdə ATU-nun I müalicə-profilaktika fakültəsi üzrə - 1996, tibbi-profilaktika fakültəsi üzrə - 469, II müalicə-profilaktika fakültəsi üzrə - 2056 tələbə, stomatologiya fakültəsi üzrə -752 tələbə, əczaçılıq fakültəsi üzrə - 377, hərbi tibb fakültəsi üzrə isə - 479 tələbə imtahan verəcəkdir.
Qeyd edək ki ATU-da imtahanlar dekabrın 29-undan start götürüb və cari ilin və fevral ayının 1-nə qədər davam edəcək. İmtahanları istənilən valideyn gəlib şəxsən izləyə bilər. Bunun üçün universitet rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb.