Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsveçin “KARL STORZ” firmasının dünyaca məşhur aparatının təqdimatı keçirilib.
Dünyanın 168 ölkəsində tətbiq edilən “Storz Medical Duolıth SD1” aparatı bu gün klinika işçilərinə təqdim olunub.
Urologiya sahəsində geniş tətbiq edilən bu aparat, artıq tibbin bir cox sahələrində istifadə olunur. Bu sahələrə travmatologiya, kardiologiya, revmatologiya, nevrologiya, estetik tibb və s. daxildir.