İlqar Abdulla oğlu Mehrabov 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Polşa Respublikasında Varşava Texniki Universitetini magistr-mühəndis ixtisası üzrə bitirmişdir.

1995-1999-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində aspiranturada təhsil almış və 1999-cu ildə namizədlik üzrə dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 mart 2000-ci il tarixli qərarı ilə İlqar Mehrabov iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1994-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində assistent kimi başlamışdır. 1995-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində öncə müfəttiş, sonra isə şöbə müdiri vəzifəsində, 2004-cü ildə Müstəqil Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində, 2004-2016-cı illərdə Dövlət Sosial Müdafiə Fondunda sektor müdiri vəzifəsində, 2016-cı ildən 2024-cü ilin sentyabr ayına kimi Azərbaycan Tibb Universitetində Baş Mühasib vəzifəsində, 2018-ci ildən isə həm də Rektorun müşaviri vəzifəsində çalışmışdır. 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Fəxri Diplomu ilə, 14.04.2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 nömrəli əmri ilə  Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan, rus, türk və polyak dillərini bilir.

2024-cü ilin sentyabr ayında İnzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.