Musabəyov Zülfüqar Fərid oğlu 1961-ci  il  Bakı  şəhərində anadan  olub. 1969-1979 cu illərdə 134 saylı orta məktəbdə təhsil alıb.  1979-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan Dövlət Tibb  İnstitutunun  1-ci  müalicə-profilaktika  fakültəsinə  daxil  olub, 1985-ci ildə  həmin institutdan məzun olub.
1985-1986 -cı illərdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında  psixiatriya  üzrə  internatura keçib.
1986-1988-ci  illərdə  Ağdam şəhərində,  2  saylı  Respublika  Psixiatriya  xəstəxanasında  həkim-psixiatr  vəzifəsində  işləyib. 1988-1990-cı  illərdə  Bakı  şəhəri  Təcili və  Təxirəsalınmaz  Tibbi Stansiyanın operativ şöbənin böyük  həkimi,  8 saylı yarımstansiyasında  baş  həkim işləyib. Həmçinin,  Bakı  şəhəri  Təcili  və Təxirəsalınmaz  Tibbi  Stansiyasınin  komsomol komitəsinin  azad  olunmuş  katib  vəzifələrində  işləyib.
1990-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında assistent vəzifəsində çalışıb.  2012-ci ildə Azərbaycan Tibb Universitetinin  psixiatriya  kafedrasının dosent vəzifəsinə təyin olunub və indiyə qədər bu vəzifədə  fəaliyyət göstərir. 
2016-cı ilin aprel ayında ATU-nun rektorunun köməkçisi, 2016-cı ilin sentyabr ayında isə ATU rektorunun müşaviri vəzifəsinə təyin olunub.
2020-ci ilin sentyabrından etibarən Azərbaycan Tibb Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. 2024-cü ilin sentyabr ayında yenidən rektorunun müşaviri vəzifəsinə təyin olunub.
Z.Musabəyov Azərbaycan Psixiatriya Assosiasiyasının üzvüdür.
2001-ci ildən Yeni  Azərbaycan  Partiyasının  üzvüdür.
Z.Musabəyov 25-ə qədər elmi məqalələrin, 2 dərs vəsaitinin müəllifi  və həmmüəllifidir.
2001-ci ildə  tibb  elmləri  namizədlik  dissertasiyasını  müdafiə  edib.
İndiyədək çoxsaylı beynəlxalq tədbirlərdə, konfrans və konqreslərdə iştirak edib. Şizofreniya Beynəlxalq Araşdırma Cəmiyyətinin toplantısı (14-18 Aprel, 2012, İtaliya), Psixiatriyada farmakogenomika və fərdi tibb (Aprel  2013-cü il, İsrail “Pharmacogenomics and Personalised Medicine in Psychiatry”); 10-cu Florida Bipolyar Xəstəliklər Beynəlxalq Konfransı (İyun, 2013-cü il, Mayami); “DG PPN Congress” Berlin konfransı (Noyabr, 2013); 2015-ci ildə Bakıda təşkil olunan  “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpoziumda, ADHP üzrə 5-ci Dünya Konqresində (May 2015, Qlazqo) və bir çox digər beynəlxalq elmi konfransların iştirakçısı olub.