“Təsdiq edirəm”

                                                                                 Azərbaycan Tibb Uniuversitetinin rektoru

                                                                                  __________professor Gəray Gəraybəyli

 

 

 

                    Tədris Departamentinin 

                        Ə S A S N A M Ə S İ

 

 1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Tibb Universitetinin  struktur bölməsindən biri olan Tədris departamenti (bundan sonra departament) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq  standartlara cavab verən yüksək səviyyəli kadrların hazırlanması, həmçinin, Universitetin fəaliyyəti ilə bağlı tədrisin təşkili, kreditlərin tanınması və tələbələrin attestasiyası sahəsində  tədris-metodiki  işlərin koordinasiyasını, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirir.

1.2. Departament öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, elm, təhsil və səhiyyə sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil və Səhiyyə nazirlərinin təhsil sahəsi üzrə aidiyyəti qərar,sərəncam və əmrlərini,ATU-nun Nizamnaməsi, ATU-nun Elmi şurasının qərarlarını və bu Əsasnaməni.

1.3. Departament Universitetin bütün fakultələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

1.4.  Departament bilavasitə tədris işləri üzrə prorektora tabe olur və onun qarşısında hesabat verir.

 

2. Departamentin fəaliyyətinin məqsədi və vəzifələri

2.1. Departamentin əsas fəaliyyət sahələrinə aşağıdakılar daxildir:

2.1.1. Tədris prosesi (koordinasiyası, planlanlaşdırılması, təşkili, nəzarət və s.);

2.1.2. Universitetin tədris və tədrisin keyfiyyət təminatı sahəsində fəalyyəti üçün lokal aktların hazırlanması və onların tədbiqi;

2.1.3. Tədris proqramlarının   Dövlət təhsil standartının tələblərinə uyğunluğunu təmin edilməsi;

2.1.4.  Dövlət imtahan komissiyalarının mütəxəssislərin ilkin akreditasiyasının və yekun dövlət attestasiyasının keçirən dövlət imtahan komissiyalarının formalaşdırılması və fəaliyyətini təmin edilməsi;

2.1.5. Universitetin məzunlarına diplomların və ali təhsil haqqında diplomların dublikatların, mütəxəssislərin akkreditasiyası haqqında şəhadətnamələrin, təhsil haqqında arayışların  hazırlanmasının və verilməsinin təşkil edilməsi;

2.1.6. Tədris prosesinin tədris və metodik ədəbiyyatla,  qiymətləndirmə vəsaitlər fondunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tələblərə müvafiq təmin edilməsinə nəzarət edilməsi;

2.1.7. Təhsil qanunvericiliyinə və Universitetin lokal normativ aktlarına əsasən bərpa prosedurunun və təhsil alanlarının  ərizələri  əsasında köçürülməsini həyata keçirilməsi;.

2.1.8. Professor-müəllim heyətinin komplektləşdirilməsi.

2.2. Departamentin fəaliyyətinin əsas məqsədləri:

2.2.1. Universitetdə tədris prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsini təmin etmək;

2.2.2. Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakultələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətini əlaqələndirilmək və fəaliyyətlərinə effektiv nəzarət etmək;

2.2.3. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

2.2.4. Universitetdə tədris prosesinin effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına kömək etmək, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyət göstərmək;

2.2.5. Universitetin partnyor olduğu təşkilatlar ilə sıx qarşılıqlı əlaqədə olmaqla tədrisdə mövcud innovasiyaları öyrənmək və tətbiqinə nail olmaq;

2.2.6. Universitetlərarası müqavilə standartlarının hazırlanması, daxili və xarici mübadilə qaydalarının müəyyənləşdirilməsi və müqayisəli təhlilinin aparılması vasitəsi ilə tələbə mobilliyini təmin etmək;

2.2.7. Azərbaycan Respublikası “Təhsil Qanunu”na uyğun olaraq universitetdə ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası) keçirilməsini təmin etmək;

2.2.8. Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

2.3. Departament aşağıdakı vəzifələri yerinə yetirir:

2.3.1. Tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili;

2.3.2. Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında Azərbaycan Tibb Universitetinin bakalavriat səviyyəsinin I kursuna qəbul olunmuş tələbələrin əmrlərinin hazırlanması və onların şəxsi işlərinin dekanlıqlardan qəbulu, onlara aid əmrlərin işlənib şəxsi işlərinə daxil edilməsi;

2.3.3. Buraxılış kafedraları ilə birlikdə tədris planlarının və tədris-metodiki sənədlərin işlənib hazırlanması;

2.3.4. Tədris proqramlarının, hər tədris ili üçün işçi tədris planlarının hazırlanması;

2.3.5. Kafedralar üzrə tədris yüklərinin hesablanması və təsdiqi, tədris yükünün professor-müəllim heyəti arasında bölğüsünə və yerinə yetirilməsinə nəzarət;

2.3.6. Tələbələrin irəliləyişi, hərəkətinin qeydiyyatı və nəzarətin aparılması (akademik möhlət, köçürmə, xaricolma, bərpa);

2.3.7. Kafedraların dərs yüklərinin yerinə yetirilməsi haqqında hesabatların toplanması və ümumiləşdirilməsi;

2.3.8. Tədris prosesinin planlaşdırılması, təşkili və nəzarəti məsələləri üzrə əmrlərin, sərəncamların və digər sənədlərin layihələrinin işlənib hazırlanması;

2.3.9. Departamentinin karğüzarlıq işlərinin aparılması;

2.3.10. Universitetin dövlət və beynəlxalq akkreditasiyasına hazırlığı ilə bağlı lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;

2.3.11. Tədris prosesinin təhsil proqramlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəza-rət edilməsi;

2.3.12. Tələbələrin tədris planına uyğun dərslərinin normal keçirilməsinin təşkil edilməsi;

2.3.13. Tələbələrin kurs və dövlət imtahanlarının keçirilməsinə, akademik borcların ləvğinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edilməsi;

2.3.14. Universitet üzrə tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət;

2.3.15. Tədrisin təşkili sahəsində fakültə və kafedraların işinin əlaqələndirilməsi;

2.3.16. Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət edilməsi;

2.3.17. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət edilməsi;

2.3.18. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafiklərinin tərtibi və icrasına nəzarət;

2.3.19. Payız, yaz və yay semestrlərinin təşkili;

2.3.20. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyalarının nəticələrinin təhlili;

2.3.21. Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və adiyyəti üzrə göndərilməsini təmin edilməsi;

2.3.22. Saathesabı dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və hesablanmış əmək haqqına nəzarətin təşkili;

2.3.23. Fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və istifadəsi vəziyyətinə nəzarətin təşkili;

2.3.24. Tələbə mobilliyinin təmin edilməsi məqsədi ilə təhsil proqramlarının digər daxili və xarici universitetlər ilə müqayisəli təhlilinin həyata keçirilməsi;

2.3.25. Tələbə mobilliyinin təmin edilməsi və təhsil kreditlərinin tanınması ilə əlaqədar universitetlərarası müqavilə standartlarının hazırlanması;

2.3.26. Universitetlərarası müqavilə standartları əsasında mübadilə olunan tələbələr haqqında məlumatların toplanması, yoxlanılmasının və işlənməsinin təmin edilməsi;

2.3.27. Ölkə və xarici dövlətlərin ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək;

2.3.28. Universitetdə təhsil alan əcnəbi tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsinin təmin edilməsi;????????

2.3.29. Ölkə və xarici dövlətlərin ali təhsil müəssisələrindən köçürülmüş təhsilalanların ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə bağlı ekspertizanın təşkil edilməsi və müvafiq arayışın verilməsi;

2.3.30. Universitetin təhsilin keyfiyyəti təminatı siyasətində nəzərdə tutulan tədbirlərin icrasında aktiv iştirak edilməsi;

2.3.31. Universitetdə daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;

2.3.32. Müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

2.3.33. Ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi və ali peşə təhsili proqramları başa çatarkən

tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası) keçirilməsi tarixinin müəyyənləşdirməsi;

2.3.34. İxtisaslar üzrə yekun və buraxılış dövlət attestasiyasından keçmiş tələbələr haqqında məlumatların toplaması, yoxlanılması və işlənməsinin təmin edilməsi;

2.3.35. Departamentin fəaliyyəti ilə əlaqədar təşkilati sənədlərin layihələrinin hazırlanmasında Iştirak edilməsi;

2.3.36. Departamentin fəaliyyəti ilə baglı hesabatların dövrlər üzrə hazırlanması və Universitetin rəhbərliyinə təqdim edilməsi;

2.3.37. Universitetin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi;

2.3.38. Departament fəaliyyətinin hazırlanmış illik iş planı əsasında həyata keçirilməsi;

2.3.39. Tədris prosesi ilə bağlı əmrlərin hazırlanması;

2.3.40. ATU-nu bitirən məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom və diploma əlavələrin, akademik transkriptlərin alınması, tərtibatı, qeydiyyatı və verilməsi;

2.3.41. Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və müvafiq komissiyada baxıldıqdan sonra əmrləşdirilməsi;

2.3.42. Ümumi şöbədən icra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;

2.3.43. İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizələrə, məktublara cavab hazırlanması;

2.3.44. Qanunvericiliyə uygun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi;

2.4. Digər funksiyalar

2.4.1. Universitetin digər qurumlarının işində (əgər dəvət olunarsa) və həmçinin ictimai və sosial həyatında iştirak etmək;

2.4.2. Departamentin əməkdaşları ilə universitetin rəhbərliyi arasında əmək münasibətləri üzrə əlaqə yaratmaq;

2.4.3. Fəaliyyət dairəsindən (departamentin istiqaməti, tədris olunan fənlərin sayı, professor-müəllim  heyəti, tələbələrinin sayı və s.) asılı olaraq departamentin tərkibində müxtəlif bölmələr (strukturlar) yaradıla bilər və departament rəhbəri öz funksiya və səlahiyyətlərinin bir hissəsini bölmə rəhbərləri arasında bölüşdürə bilər. Bu halda departament rəhbəri bölmələrin işinə rəhbərlik etməklə yanaşı eyni  zamanda departamentin bütün fəaliyyəti üçün tam məsuliyyət daşıyır;

2.5. departamentn vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

2.5.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Universitetin fakultələrinə, kafedralarına və digər struktur bölmələrə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

2.5.2. Avropa təhsil standartlarına inteqrasiya şəraitində Universitetin fəaliyyət istiqamətlərinə  uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti  həyata keçirmək və bu istiqamətdə Universitet rəhbərliyinə təkliflər vermək;

2.5.3. Tədrisin təşkilinin səmərəliliyinin artırılması üçün təhlillər və ümumiləşdirmələr aparmaq,  müvafiq sahə üzrə rəy və təkliflər vermək;

2.5.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

3. Departamentin idarə olunması.

3.1. Departamentin strukturu müəyyən edilmış struktur və işçilərin say həddi daxilində rektor tərəfindən təsdiq edilir.

3.2. Departamentin fəaliyyətinə cari nəzarət tədris işləri üzrə prorektor tərəfindən aparılır.

3.2. Departamentin fəaliyyətinə rektor tərəfindən vəzifəyə təyin edilən departament rəhbəri rəhbərlik  edir.

3.4. Tədris departamentinin rəhbərii həmin departamentin profilinə uyğun  yüksək peşə-ixtisas hazırlığı olan elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olan,  lazımi elmi-pedaqoji və idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxs ola bilər.

3.5. Departamentin  rəhbəri :

- departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

- departamentin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

-  departamentə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlalarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

-  departamentə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

3.6. Departamentm rəhbəri müvəqqəti olmadıqda onu departament rəhbərinin müavini  əvəz edir.

3.9. Departamentin digər əməkdaşları da rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.