“Təsdiq edirəm”
Azərbaycan Tibb Uniuversitetinin rektoru
__________professor Gəray Gəraybəyli
“Tədris və təhsildə keyfiyyət təminatı” şöbəsinin
Ə S A S N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Tibb Universitetinin struktur bölməsindən biri olan Tədris və təhsildə keyfiyyət
təminatı (TTKT) şöbəsi (bundan sonra şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər
çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq standart-
lara cavab verən yüksək səviyyəli kadrların hazırlanması, həmçinin, Universitetin fəaliyyəti ilə
bağlı tədrisin təşkili, kreditlərin tanınması və tələbələrin attestasiyası sahəsində tədris-meto-
diki işlərin koordinasiyasını, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata
keçirir.
1.2. Şöbə öz fəaliyyətində“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, elm, təh-
sil və səhiyyə sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları-
nı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, Azərbay-
can Respublikası Təhsil və Səhiyyə nazirlərinin təhsil sahəsi üzrə aidiyyəti qərar,sərəncam və
əmrlərini,ATU-nun Nizamnaməsi, ATU-nun Elmi şurasının qərarlarını və bu Əsasnaməni.
1.3. Şöbə Universitetin bütün fakultələri, kafedraları və digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.
1.4. Şöbə bilavasitə tədris işləri üzrə prorektora tabe olur və onun qarşısında hesabat verir.
2. Şöbənin fəaliyyətinin məqsədi və vəzifələri
2.1. Şöbənin əsas fəaliyyət sahələrinə aşağıdakılar daxildir:
2.1.1. Tədris prosesi (koordinasiyası, planlanlaşdırılması, təşkili, nəzarət və s.);
2.1.2. Universitetin tədris və tədrisin keyfiyyət təminatı sahəsində fəalyyəti üçün lokal aktların hazırlanması və onların tədbiqi;
2.1.3. Tədris proqramlarının Dövlət təhsil standartının tələblərinə uyğunluğunu təmin edilməsi;
2.1.4. Dövlət imtahan komissiyalarının mütəxəssislərin ilkin akreditasiyasının və yekun dövlət attestasiyasının keçirən dövlət imtahan komissiyalarının formalaşdırılması və fəaliyyətini təmin edilməsi;
2.1.5. Universitetin məzunlarına diplomların və ali təhsil haqqında diplomların dublikatların, mütəxəssislərin akkreditasiyası haqqında şəhadətnamələrin, təhsil haqqında arayışların hazırlanmasının və verilməsinin təşkil edilməsi;
2.1.6. Tədris prosesinin tədris və metodik ədəbiyyatla, qiymətləndirmə vəsaitlər fondunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tələblərə müvafiq təmin edilməsinə nəzarət edilməsi;
2.1.7. Təhsil qanunvericiliyinə və Universitetin lokal normativ aktlarına əsasən bərpa prosedurunun və təhsil alanlarının ərizələri əsasında köçürülməsini həyata keçirilməsi;.
2.1.8. Professor-müəllim heyətinin komplektləşdirilməsi.
2.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri:
2.2.1. Universitetdə tədris prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili və ona
nəzarətin həyata keçirilməsini təmin etmək;
2.2.2. Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakultələ-
rin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətini əlaqələndirilmək və fəaliyyətlərinə
effektiv nəzarət etmək;
2.2.3. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;
2.2.4. Universitetdə tədris prosesinin effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil
etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe
tutan təhsil sisteminin formalaşdırılmasına kömək etmək, müasir dövrün tələblərinə uyğun
bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması
istiqamətində fəaliyyət göstərmək;
2.2.5. Universitetin partnyor olduğu təşkilatlar ilə sıx qarşılıqlı əlaqədə olmaqla tədrisdə
mövcud innovasiyaları öyrənmək və tətbiqinə nail olmaq;
2.2.6. Universitetlərarası müqavilə standartlarının hazırlanması, daxili və xarici mübadilə
qaydalarının müəyyənləşdirilməsi və müqayisəli təhlilinin aparılması vasitəsi ilə tələbə
mobilliyini təmin etmək;
2.2.7. Azərbaycan Respublikası “Təhsil Qanunu”na uyğun olaraq universitetdə ayrı-ayrı
əsas ixtisas fənlərinin tədrisi ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun
olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət attestasiyası)
keçirilməsini təmin etmək;
2.2.8. Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
2.3. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:
2.3.1. Tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili;
2.3.2. Hər tədris ilinin əvvəlində Dövlət İmtahan Mərkəzindən (DİM) alınmış əmrlər əsasında
Azərbaycan Tibb Universitetinin bakalavriat səviyyəsinin I kursuna qəbul olunmuş tələbələrin
əmrlərinin hazırlanması və onların şəxsi işlərinin dekanlıqlardan qəbulu, onlara aid əmrlərin
işlənib şəxsi işlərinə daxil edilməsi;
2.3.3. Buraxılış kafedraları ilə birlikdə tədris planlarının və tədris-metodiki sənədlərin işlənib hazırlanması;
2.3.4. Tədris proqramlarının, hər tədris ili üçün işçi tədris planlarının hazırlanması;
2.3.5. Kafedralar üzrə tədris yüklərinin hesablanması və təsdiqi, tədris yükünün professor-
müəllim heyəti arasında bölğüsünə və yerinə yetirilməsinə nəzarət;
2.3.6. Tələbələrin irəliləyişi, hərəkətinin qeydiyyatı və nəzarətin aparılması (akademik möhlət,
köçürmə, xaricolma, bərpa);
2.3.7. Kafedraların dərs yüklərinin yerinə yetirilməsi haqqında hesabatların toplanması və
ümumiləşdirilməsi;
2.3.8. Tədris prosesinin planlaşdırılması, təşkili və nəzarəti məsələləri üzrə əmrlərin, sərən-
camların və digər sənədlərin layihələrinin işlənib hazırlanması;
2.3.9. Şöbənin karğüzarlıq işlərinin aparılması;
2.3.10. Universitetin dövlət və beynəlxalq akkreditasiyasına hazırlığı ilə bağlı lazım olan işlə-
rin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanma-
sı;
2.3.11. Tədris prosesinin təhsil proqramlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəza-rət edilməsi;
2.3.12. Tələbələrin tədris planına uyğun dərslərinin normal keçirilməsinin təşkil edilməsi;
2.3.13. Tələbələrin kurs və dövlət imtahanlarının keçirilməsinə, akademik borcların ləvğinə,
məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edil-
məsi;
2.3.14. Universitet üzrə tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət;
2.3.15. Tədrisin təşkili sahəsində fakültə və kafedraların işinin əlaqələndirilməsi;
2.3.16. Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və böl-
güsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət edilməsi;
2.3.17. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət edilməsi;
2.3.18. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafiklərinin tərtibi və icra-
sına nəzarət;
2.3.19. Payız, yaz və yay semestrlərinin təşkili;
2.3.20. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyaları-
nın nəticələrinin təhlili;
2.3.21. Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və adiyyəti üzrə göndərilməsi-
ni təmin edilməsi;
2.3.22. Saathesabı dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və hesablan-
mış əmək haqqına nəzarətin təşkili;
2.3.23. Fakültə və kafedralara tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi və is-
tifadəsi vəziyyətinə nəzarətin təşkili;
2.3.24. Tələbə mobilliyinin təmin edilməsi məqsədi ilə təhsil proqramlarının digər daxili və xarici
universitetlər ilə müqayisəli təhlilinin həyata keçirilməsi;
2.3.25. Tələbə mobilliyinin təmin edilməsi və təhsil kreditlərinin tanınması ilə əlaqədar univer-
sitetlərarası müqavilə standartlarının hazırlanması;
2.3.26. Universitetlərarası müqavilə standartları əsasında mübadilə olunan tələbələr haqqın-
da məlumatların toplanması, yoxlanılmasının və işlənməsinin təmin edilməsi;
2.3.27. Ölkə və xarici dövlətlərin ali təhsil müəssisələrindən köçürülmüş tələbələrin ali təhsilə
aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək;
2.3.28. Universitetdə təhsil alan əcnəbi tələbələr haqqında məlumatları toplamaq, yoxlamaq və işlənməsinin təmin edilməsi;????????
2.3.29. Ölkə və xarici dövlətlərin ali təhsil müəssisələrindən köçürülmüş təhsilalanların
ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal
təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və
tanınması ilə bağlı ekspertizanın təşkil edilməsi və müvafiq arayışın verilməsi;
2.3.30. Universitetin təhsilin keyfiyyəti təminatı siyasətində nəzərdə tutulan tədbirlərin icrasında
aktiv iştirak edilməsi;
2.3.31. Universitetdə daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə
bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;
2.3.32. Müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
2.3.33. Ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi və ali peşə təhsili proqramları başa çatarkən
tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış dövlət attestasiyasının (Dövlət
attestasiyası) keçirilməsi tarixinin müəyyənləşdirməsi;
2.3.34. İxtisaslar üzrə yekun və buraxılış dövlət attestasiyasından keçmiş tələbələr haqqında
məlumatların toplaması, yoxlanılması və işlənməsinin təmin edilməsi;
2.3.35. Şöbənin fəaliyyəti ilə əlaqədar təşkilati sənədlərin layihələrinin hazırlanmasında Iştirak
edilməsi;
2.3.36. Şöbənin fəaliyyəti ilə baglı hesabatların dövrlər üzrə hazırlanması və Universitetin
rəhbərliyinə təqdim edilməsi;
2.3.37. Universitetin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icra-
sının təmin edilməsi;
2.3.38. Şöbə fəaliyyətinin hazırlanmış illik iş planı əsasında həyata keçirilməsi;
2.3.39. Tədris prosesi ilə bağlı əmrlərin hazırlanması;
2.3.40. ATU-nu bitirən məzunlar haqqında hesabatın hazırlanması, ali təhsil haqqında diplom
və diploma əlavələrin, akademik transkriptlərin alınması, tərtibatı, qeydiyyatı və verilməsi;
2.3.41. Dublikat diplomların verilməsi üçün lazımi sənədlərin toplanması və müvafiq komissi-
yada baxıldıqdan sonra əmrləşdirilməsi;
2.3.42. Ümumi şöbədən icra üçün daxil olmuş sənədlərin qeydiyyatının aparılması, icrasına
nəzarət və icra olunmuş sənədlərin, əmrlərin yerləşdirilməsi;
2.3.43. İdarə, müəssisə və təşkilatlardan daxil olan sorğulara, eləcə də müxtəlif səpkili ərizə-
lərə, məktublara cavab hazırlanması;
2.3.44. Qanunvericiliyə uygun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi;
2.4. Digər funksiyalar
2.4.1. Universitetin digər qurumlarının işində (əgər dəvət olunarsa) və həmçinin ictimai və so-
sial həyatında iştirak etmək;
2.4.2. Şöbənin əməkdaşları ilə universitetin rəhbərliyi arasında əmək münasibətləri üzrə əlaqə
yaratmaq;
2.4.3. Fəaliyyət dairəsindən (şöbənin istiqaməti, tədris olunan fənlərin sayı, professor-müəllim
heyəti, tələbələrinin sayı və s.) asılı olaraq şöbənin tərkibində müxtəlif bölmələr (strukturlar)
yaradıla bilər və şöbə müdiri öz funksiya və səlahiyyətlərinin bir hissəsini bölmə rəhbərləri ara-
sında bölüşdürə bilər. Bu halda şöbə müdiri bölmələrin işinə rəhbərlik etməklə yanaşı eyni za-
manda şöbənin bütün fəaliyyəti üçün tam məsuliyyət daşıyır;
2.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
2.5.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
səlahiyyətləri daxilində Universitetin fakultələrinə, kafedralarına və digər struktur
bölmələrə müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları
(sənədləri) almaq;
2.5.2. Avropa təhsil standartlarına inteqrasiya şəraitində Universitetin fəaliyyət istiqamətlərinə
uyğun digər dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək, onun tətbiqi sahəsində fəaliyyəti həya-
ta keçirmək və bu istiqamətdə Universitet rəhbərliyinə təkliflər vermək;
2.5.3. Tədrisin təşkilinin səmərəliliyinin artırılması üçün təhlillər və ümumiləşdirmələr aparmaq,
müvafiq sahə üzrə rəy və təkliflər vermək;
2.5.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları
həyata keçirmək.
3. Şöbənin idarə olunması.
3.1. Şöbənin strukturu müəyyən edilmış struktur və işçilərin say həddi daxilində rektor tərəfin-
dən təsdiq edilir.
3.2. Şöbənin fəaliyyətinə cari nəzarət tədris işləri üzrə prorektor tərəfindən aparılır.
3.2. Şöbənin fəaliyyətinə rektor tərəfindən vəzifəyə təyin edilən şöbə müdiri rəhbərlik edir.
3.4. Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri həmin şöbənin profilinə uyğun yük-
sək peşə-ixtisas hazırlığı olan elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olan, lazımi
elmi-pedaqoji və idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxs ola
bilər.
3.5. şöbənin müdiri :
- şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək
və icra intizamına riayət edilməsinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına
uyğunluğunu müntəzəm təhlil edir;
- şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planla-
larını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında
və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
- şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün cavabdehdir.
3.6. Şöbə müdiri müvəqqəti olmadıqda onu şöbə müdirinin müavini əvəz edir.
3.9. Şöbənin digər əməkdaşları da rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.