Kafedra müdiri-Tibb elmləri doktoru, professor Bünyatov Mənsur Oyandur oğlu, 2004-cü ildən kafedraya rəhbərlik edir.
Kafedranın əsası 1920-ci ildə Bakı Dövlət Üniversitetinin Tibb fakultəsi nəzdində qoyulmuşdur. İlk vaxtlar kafedraya rəhbərlik Mixaylov (indiki Hacıqasımov adına 1 saylı doğum evi) xəstəxanasının prozektoru İ.M.Leplinskiyə həvalə olunmuşdur. 1922-ci ildə kafedraya müvəqqəti olaraq Şimali Qafqaz Universitetinin professoru A.İ.Şibko rəhbərlik etmişdir. 1922-1928-ci illərdə kafedraya rəhbərlik yenidən İ.M.Leplinskiyə tapşırılmışdır. İ.M.Leplinskinin vəfatından sonra, yəni 1928-ci ildə pataloji anatomiya kafedrasının müdiri İ.İ.Şirokoqorov eyni zamanda məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsini icra etmişdir. l929-cu ildən 1948-ci ilə qədər kafedraya professor B.A.Rojanovski, 1948-1949-cu illərdə dos. Y.A.Dasayev, 1950-ci ildən 1970-ci ilə qədər professor Ə.Ə.Sultanov rəhbərlik etmişdir. 1970-ci ildə məhkəmə təbabəti kafedrasının müdiri vəzifəsinə professor Ş.A.Səlimxanov seçilmişdir. l991-2003-cü illərdə kafedraya professor R.M.Yusifli rəhbərlik etmişdir. 2003-2004-cü illərdə kafedra müdiri vəzifəsini müvəqqəti olaraq dosent Z.M.Məmmədov icra etmişdir. 2004-cü ildən hal-hazıra kimi kafedraya t.e.d., professor M.O.Bunyatov rəhbərlik edir.