Tibbi və bioloji fizika kafedrası 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yarandıqdan sonra təşkil olunmuşdur. İlk illərdə bu kafedraya dosent B.R.Mirzəyev (1930-1937) rəhbərlik etmişdir. Kafedraya sonralar müxtəlif illərdə ardıcıl olaraq, professor X.C.Əmirxanov, baş müəllim M.A.Həşimzadə (sonralar SSRİ EA Həqiqi uzvu), dosent T.F.Sadıxov, professor Q.M.Əliyev (1969-1990), professor M.N.Əliyev (1990-1993),professor Z.H.Tağıyev (1993-2019), dosent Ş.Q.Bayramov (2019-2024)  rəhbərlik etmişlər. 2024-cü ildən kafedraya dos. İsmayıl Adil oğlu Qafarov rəhbərlik edir.

Kafedranın yaranmasının ilk on illiklərində kafedranın əməkdaşları qanın sıxlığının temperaturdan asılılığını, Böyükşor müalicə palçığının fiziki xassələrini, Naftalan neftinin radioaktivliyini, texnikada və texnologiyada işlədilən polimerlərin kimyəvi quruluşuna ultrabənövşəyi şüaların təsirini araşdırmışlar. Bunlardan əlavə, yüksək sıxlıqlı polietilenin böyük təzyiq altında hazırlanma texnologiyasının dartılmağa (uzanmağa) davamlılığı, onların elektrik keçiriciliyi, termik xassələri, fotokeçiriciliyi və s. tədqiq edilmişdir. Kafedrada Lazer şüalarının maddə ilə qarşılıqlı təsiri, laylı quruluşa malik yarımkeçirici foto diodlarının parametrlərinə ionlaşdırıcı şüaların təsiri, mürəkkəb sistemlərin biofizikası, polyar fraqmentli yüksək tərtibli üzvi və qeyri-üzvi polimer maddələrin molekulyar quruluşunun makroskopik xassələrinə görə tədqiqi, süni intellekt vasitəsi liə  orazların tanınması, nanohissəciklərin köməyi ilə orqanizmdə hədəfli dərman çatdırılma istiqamətlərində elmi-tədqiqat işləri aparılır.

Kafedrada müaicə-profilaktika, ictimai səhiyyə, stomatologiya  və hərbi-tibb və əczaçılıq fakültələrində Tibbi və bioloji fizika, Biofizika, İnformasiya texnologiyaları, Ali riyaziyyat, Biofizikada elektrofizioloji üsullar, İnformasiyanın idarə edilməsi   fənləri tədris edilir. Bunlarla yanaşı, kafedrada magistrlər üçün Tibbi statistika və informatika, rezidentlər üçün elmdə, təhsildə  kompüter texnologiyaları, səhiyyədə informasiyanın idarə edilməsi, doktorantlar üçün Tibbi statistika fənləri xüsusi proqram əsasında tədris edilir.

Tədris proqramına uyğun olaraq, kafedranın əməkdaşları tərəfindən “Tibbi və bioloji fizika” (Z.H.Tağıyev və başqaları Bakı, 2014),“Tibbi və bioloji fizika  praktikumu, (Z.H.Tağıyev, F.K.İsayev, Ş.Q.Bayramov, Bakı, 2006)”,“Tibbi və bioloji fizikadan məsələlər” ( Z.H.Tağıyev, Bakı, 2013), Hazırlıq kursunun ingilis dilli dinləyiciləri üçün “Elementary Physics” (Z.H.Tagiyev, Sh.Sh.Amirov, Bakı, 2018) dərslikləri, “İnformatikanın əsasları” (N.H.Qurbanova, D.A.Talıbova, Bakı, 2018),  “Hüceyrə biofizikası” (Abıyev H.Ə., 2022), “Basic concepts of physics” (Ş.Ş.Amirov, Bakı, 2023), “İnsan orqanizmində biofiziki proseslər” (N.V.Kərimli, Bakı, 2024), “Biostatistika” (İ.A.Qafarov, Bakı, 2025)  dərs vəsaitləri, “Ali riyaziyyat”  (birinci və ikinci  hissə, N.İ.Musayev, Bakı, 2024) dərslik çap edilmişdir.

Kafedrada elmi-tədqiqat işləri 3 istiqamətdə aparılmışdır:

  1. Lazer şüalanmasının maddə ilə qarşılıqlı təsiri
  2. Bioloji proseslərin riyazi modelləşdirilməsi.
  3. Tibbi və bioloji tədqiqatlarda süni intellektin tətbiqi.

Son 5 ildə kafedra əməkdaşları tərəfindən yerli (96) və xarici (115) elmi jurnal və topluluqlarda cəmi 211 elmi məqalə və tezis nəşr etdirilmişdir. Göstərilən dövr ərzində kafedrada 1 monoqrafiya, 10 dərslik və dərs vəsaiti hazırlanmış, 1 patent və 1 qrant alınmışdır.

Kafedrada 28 nəfər professor-müəllim heyəti və yardımçı-texniki əməkdaş çalışır. Onlardan 3 nəfəri elmlər doktoru, professor, 11 nəfəri fəlsəfə doktoru elmi dərəcəsi vardır.

Hazırda Tibbi və bioloji fizika  kafedrası aşağıdakı əməkdaşlardan ibarətdir:  İ.A.Qafarov – kafedra müdiri, f.r.e.n., dosent; G.H.Hacıyeva – b/m, tədris hissə müdiri;  N.İ.Musayev – p.e.d., professor; H.Ə.Abıyev – b.e.d., professor; E.S.Hüseynova – f.r.e.n., dosent; N.N.Əliyev - f.r.e.n., dosent; Ş.Ş.Əmirov - f.r.e.d., dosent; N.H.Qurbanova – t.e.n., dosent;  İ.İ.Aslanov - f.r.e.n.. dosent; N.K.Hacızadə - t.e.n., dosent;  N.V.Kərimli - f.r.e.n., dosent; X.R.Məmmədova – b.e.n., dosent; R.Ə.Salmanova -   b/m.; S.E.Həsənova - f.r.e.n., assistent; Z.Ə.Hacıyev – t.e.n., assistent; Q.Ə.Abdullayeva – t.e.n., assistent; Ş.A.Hacıyeva – assistent.