1968- ci ildə keçmiş SSSR- i Səhiyyə Nazirliyinin əmri ilə Azərbaycan Tibb inistitutunun travmatologiya, ortopediya və hərbi- səhra cərrahiyyəsi kafedrası yarandı. Ilk kafedra müdiri tibb elmləri doktoru, professor Bünyadov N.N. olmuşdur və kafedranın əsas yaradıcısı və təşkilatçısı olmuşdur. O, kafedraya uğurla rəhbərlik etmiş və 1980- cı ildə dünyasını dəyişmişdir. Sonra kafedraya rəhbər t.e.d. professor Axundov Ə.Ə. rəhbərlik etmişdir. 1998- ci ildə o dünyasını dəyişmiş və kafedraya rəhbərlik t.e.d. professor Əhmədzadə Ə.Y. rəhbərlik etmiş və hal-hazırda müvəffəqiyyətlə çalışır. Kafedranın əsas elmi istiqaməti politravmalar, müştərək travmalar və eləcədə izolə olunmuş travmaların müalicəsidir. Belə xəstələrin müalicələri zamanı ən müasir AO- ASİF sistemindən və kompression- distraksion aparatlardan geniş istifadə olunur. Kafedramızın dosenti A.Abdullayev özünün yeni aparatına müəlliflik şəhadətnaməsi almış və 1990- cı ildən klinikamızda istifadə olunur. Kafedramızda 1- professor, 4- dosent, 2- tibb üzrə fəlsəfə doktoru və assistentlər çalışırlar. Kafedramız 2000- ci ildən travmatologiya və ortopediya adlanır.