1.Elmi istiqamət

Kafedrada elmi-tədqiqat, 2021-2025-ci illər ərzində (növbəti 5 il müddətinə) yerinə yetirilməsi nəzərində tutulan “Əhalinin qidalanma davranışı pozulmalarının sağlamlığa və qeyri-yoluxucu xəstəliklərin formalaşmasına təsirinin qiymətləndirilməsi və onların populyasiya səviyyəsində korreksiyasına dair yanaşmaları” mövzusunda elmi-tədqiqat işinin icrası ətrafında olmuşdur (Məsul icraçı: dos. M.Ə.Məhərrəmov).

I. Doktorluq dissertasiyaları

1.1. “Kənd rayonlarında vərəm əleyhinə tədbirlərin effektivliyini artırmaq üçün ixtisaslaşmış ftiziatrik yardımın təşkilinin elmi əsaslandırılması” İcraçı: Doktorant, t.ü.f.d. Əliyev Ə.V. (iş müdafiə ərəfəsindədir)

1.2.“ “İctimai sağlamlıq üçün hiperxolesterinemiyanın tibbi-sosial əhəmiyyətinin qiymətləndirilməsinə müasir yanaşma və onun  populyasiya səviyyəsində profilaktikasının sosial-gigiyenik əsasları” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsi almaq  üçün yerinə yetirdiyi  dissertasiya işi. İcraçı: Kafedranın dosenti, t.ü.f.d. Hacıyeva Y.H. (İlkin müdafiə olunub).

1.3. “Əhalinin qidalanma davranışı pozuntusunun yayılması, səbəblərinin, sağlamlığa zərərinin öyrənilməsi və onun korreksiya tədbirlərinin effektivliyinin populyasiya səviyyəsində qiymətləndirilməsi”. İcraçı: Kafedranın dosenti, t.ü.f.d., Babayev K.Ə. (sorğu vasitələrinin təkmilləşdirilməsi ilə iş məlumatlı işlənilməkdədir).

II. Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzuları:

  1. “Социально-гигиеническая оценка факторов риска формирования артериальной гипертонии и подходы по снижению их активности среди женщин репродуктивного возраста в г. Баку”. İcraçı:Baş müəl. A.C.Babayeva. (iş müdafiə olunub-Diplom alınıb).
  2. “Məktəblilərin arasında arterial hipertoniyanın formalaşmasının risk amilləri, onun tibbi-sosial nəticələri və profilaktikasına dair səmərəli yanaşmaların əsaslandırılması”.İcraçı:Assistent A.F.Mehdiyeva. (iş müdafiə olunub-Diplom alınıb).
  3. “Artıq bədən çəkisinin və piylənmənin formalaşmasının risk amilləri və onların qadınların sağlamlığına təsirinin azaldılması mexanizmləri” İcraçı: Assistent A.H.Cəfərova. (iş 80% yerinə yetirilib).
  4.  “Əhali arasında emosional-stress təzahürlərinin yayılması səviyyəsinin tibbi-sosial qiymətləndirilməsi və ilkin tibb şəbəkəsi şəraitində onların profilaktikasının təşkili”.İcraçı:Assistent A.O.Bədəlova. (iş müdafiə olunub).
  5. “Məktəblilər arasında artıq bədən kütləsinin (piylənmənin) yayılması, sağlamlıq vəziyyətinə təsiri və populyasiya səviyyəsində korreksiyasına dair tədbirlərin müqayisəli qiymətləndirilməsi”.İcraçı:Assistent A.Ə.Tağıyeva. (iş müdafiə olunub).
  6. “Особенности контрацептивного поведения женщин и социально-гигиенические меры по его коррекции”İcraçı:Assistent Həbibova K.H. (iş müdafiə olunub).

2.Metodik tövsiyyələr və göstərişlər

  1. Hacıyeva Y.H. Hiperxolesterinemiyanın profilaktikasina müasir yanaşma. Bakı- 2022
  2. İslamzadə İ.F. Aşağı fiziki aktivlik zamani yaşlilarda xroniki qeyri - infeksion xəstəliklərin tibbi profilaktikasi Metodik tövsiyələr. Bakı – 2019
  3. Mehdiyeva A.F. Məktəblilər arasinda arterial təzyiqin normativlərini təyin etmək üçün persentil cədvəlləri. Metodik tövsiyələr. Bakı – 2019
  4. Əliyev Ə.V. Kənd rayonlarinda ağciyər vərəmi əleyhinə tədbirlərdə mobil texnologiyalarin tətbiqinə dair ( Metodik vəsait ). BAKI – 2018
  5. Babayev K.Ə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsinin sosial - gigiyenik və teoloji xüsusiyyətləri” Metodik tövsiyələr. Bakı – 2019