Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur.
Kafedra təşkil olunan müddətdən əvvəl Paster adına klinikada, sonralar Elmi-Tədqiqat diyar patologiya institutunda, 1935-ci ildən klinik elmi-təaqiqat institutu, 1950-ci ildən bu günə kimi F.Əfəndiyev adina 4 saylı klinik xəstəxanasının nəzdində yerləşir.
Kafedranın təşkilatçısı və ilk rəhbəri (1920-1926) Rusiyanın Peterburq universtitenin
professoru Aleksandr Mixayloviç Levin idi. O eyni zamanda 2 kafedraya rəhbərlik edirdi (həkim diagnostikası və fakultə terapiyası).
1926-ci ildə kafedraya Saratov tibb institunun professoru İ.N. Qranstrem rəhbərlik edirdi.
1927-1957-ci illər – Xarkovdan dəvət olunmuş professor K.A. Yeqorov kafedraya rəhbərkik etmişdir. K.A.Yeqorovun rəhbərliyi dövründə kafedrada əsasən Azərbaycanın ölkə patologiyasına və kurort amillərin müalicəvi təsirinə dair elmi-tədqiqat işləri aparılırdı. 1931-çi ildə kafedranın klinik bazasında Naftalan bölməsi təşkil edirdi. 1935-ci ildə “Daxili xəstəliklərin müalicəsində Naftalanın tədbiqi” adlı monoqrafiyada həmin şöbədə aparılan klinik müşahidələrin nəticələri öz əksini tapmışdır.
1927-ci illərdə tibb institutunun inkişafında böyük əməyi olmuş professor Əziz Məmmədkərim oğlu Əliyev əmək fəaliyyətinə bu kafedrada başlamışdır. 1934-cü ildə onun qayğısı nəticəsində “Tələbə və həkimlər üçün qısa dərslik” və “Klinik analizlər” kitabları çap edilmişdir.
1957-1970-ci illərdə kafedraya rəhbərliyi professor İskəndər Məmmədbağır oğlu Oruçov etmişdir. Azərbaycanda endokrinologiyanın banilərindən biri olmuşdur. Onun təşəbbüsü ilə Bakı, Gəncə, Şəki və Naxçıvan şəhərlərində endokrinolojı dispanserlər təşkil edilmişdir. İ.M.Orucov rəhbərliyi dövründə aparılan elmi-tədqiqat işləri əsasən Azərbaycanda çox yayılmış endemik ur xəstəliyinin epidemiologiyası, klinikası, müalicə və profilaktikası probleminə, həmçinin şəkərli diabet xəstəliyinə həsr edilmişdir.
1943-cü ildə “Azərbaycanda endemik ur xəstəliyi”, 1973-cü ildə “Terapevtik xəstələrin müayinəsinə dair dərs vəsaiti”,1975-ci ildə “Terapevtik xəstələrin müayinəsi” adlı kitabların müəllifidir.
1971-1990-ci illərdə – kafedraya əməkdar elm xadimi professor Tamerlan Əziz oglu Əliyev rəhbərlik etmişdir. O, 1945-ci ildə Azərbaycan Tibb institutunu bitirərək, daxili xəstəliklər kafedrasında işə başlamışdır. 1954-cü ildə “Naftalan neftinin orqanizmə immunolojı təsiri” mövzusunda namizədlik, 1969-cu ildə “Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə metabolizmin bəzi göstəriçiləri və periferik damarların vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor Tamerlan Əziz oglu Əliyev 200-dən artiq çap olunmuş elmi işlərin, o cümlədən 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 2 doktorluq, 23 namizədlik dissertasiyası müdafiə edilmişdir. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır, Əməkdar elm xadimi fəxri adina laiq görülmüşdur, “Şərəf nişanı” ordeni və “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
1990- cı ildən kafedraya prof. Məmmədhəsənov R.M. rəhbərlik edir. O eyni zamanda 1993-2014 illərdə Tibb Universitenin elmi işlər üzrə prorektor vəzifəsində çalışıb, Azərbaycan Respublika Səhiyyə Nazirliyinin endokrinologiya üzrə baş mütəxəssisdir, əməkdar elm xadimidir. 260 artıq çap olunmuş elmi işin müəllifidir. Bu illər ərzində professor Məmmədhəsənov R.M. və onun rəhbərliyi altında kafedra əməkdaşları dünyanın bir çox ölkələrində Azərbaycan tibb elmini, keçirilən konfranslarda maraqlı məruzələrlə çıxış etməklə, yüksək səviyyədə təmsil etmişdir (Almaniya, Türkiyə, Yaponiya, Rusiya, Latviya, Estoniya, Fransa, İsveçrə, Özbəkistan, İtaliya, Gürcüstan, Ukrayna və başga ölkələrdə) Kafedranən əməkdaşlarının eksəriyəti Avropa Endokrinologlar Assosiyasının üzvüdür.
Hal-hazırda kafedranın klinik bazasını 30 endokrinolojı profilli çarpayi yeri təşkil edir.
Son onillik ərzində kafedrada elmi tədqiqat və tədris sahəsində əvvəllər əsası qoyulmuş ənənələr yaradıcılıqla davam edir.
Kafedranın əsas elmi tədqiqat proqramı – endokrinologiya və umumi terapiyadı.
Hazırda kafedranın professor-müəllim heyəti-
Professor – 2 (bunlardan 1 əməkdar elm xadimi 1 əməkdar həkim)
Dosentlər - 11
Assistentlər - 11
Baş laborantlar – 8
Laborant -2
Kafedrada dissertantlar və rezidentlər elmi – tədqiqar iş aparılır.
Fəaliyyət müddətində kafedrada aparılan tədqiqat işləri əsasında 10 doktorluq, 69 namizədilik dissertasiyaları müdafiyə edilib.
Burada IV, V və VI kurs tələbələrinə daxıli xəstəliklərdən, IV kurs tələbələrinə endokrinoloqiadan, V kurs tələbələrinə isə peşə xəstəliklərindən dərs keçirilir.
Burada tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına da xususi əhəmiyət verilir.
Kafedrada aspirantlar və klinik ordinatorlarla da geniş iş aparılır.
2011- ci ildən etibarən kafedramızda həkim-rezidentlər fəaliyyət göstərir. Rezidentlər Səhiyyə Nazirliyinin protokollarına əsasən ambulator və stasionar xəstələrin müalicə və müayinəsində, bundan başqa hər il keçirilən Azərbaycan tibb universitetinin beynəlxalq elmi-təcrübi konfranslarında, xarici ölkələrdə konfranslarda, rotasiyalarda yaxından iştirak edirlər.