Azərbaycanda pediatriyanın inkişaf tarixi elmi köklərinə əsaslanaraq XX əsrin əvvəllərinə təsadüf edir. Respublikamızda ilk ali məktəb-universitet 1919-cu ildə təşkil olunmuş və onun nəzdində tibb fakultəsi yaradılmışdır.
« II Uşaq xəstəlikləri » kafedrası isə 1920 – ci ildə yaradılaraq , professor A.Karnitski tərəfindən rəhbərlik edilmişdir . Sonrakı dövrlərdə Respublikamızda pediatriyanın inkişafında böyük xidmətləri olmuş professor Ə.Qarayev, Z.Hüseynbəyov və digər klinisistlər öz elmi-pedaqoji fəaliyyətlərini məhz həmin kafedrada başlamışlar.1937-ci ildə Pediatriya fakultəsinin iki uşaq xəstəlikləri kafedrası təşkil edilmişdir. Bunlardan biri uşaqların fiziologiyası və dietetikası kursu daxil olmaqla kiçik yaşlı uşaqların xəstəlikləri kafedrası (müdiri professor Z.Hüseynbəyov), digəri isə professor Ə.Qarayevin rəhbərlik etdiyi uşaq yoluxucu xəstəlikləri və vərəm kursu daxil olmaqla böyük yaşlı uşaqların xəstəlikləri kafedrası idi. Bu kafedralar fəaliyyət göstərdikləri müddətdə həkim kadrlarının hazırlanmasında əsas rol oynamışlar.
1945-ci ildə təsdiq edilmiş yeni tədris planı və ştat nizamnaməsinə müvafiq olaraq fakultənin mövcud profil kafedraları əsasında fakultə pediatriyası (ilk müdiri prof. Ə.Qarayev), hospital pediatriya (ilk müdiri dos.A.Əmircanov), uşaq xəstəliklərinin propedevtikası (ilk müdiri S.Hacıyeva) kafedraları yaradılmışdır.
Ə.F.Qarayevin vəfatından sonra 1952-1963-cü illərdə fakultə pediatriyası kafedrasına dosent Q.B.Bron rəhbərlik etmişdir. Sonrakı 7 il ərzində kafedra müdiri vəzifəsində dos. S.İ.Hacıyeva (1963-1970) təyin edilmişdir. 1970-ci ildə prof.L.M.Hüseynova kafedranın müdiri vəzifəsinə seçilmiş və bu vəzifədə 1987-ci ilə qədər işləmişdir. Onun kafedraya rəhbərlik etdiyi illərdə kafedranın əməkdaşları raxit, uşaqlarda tənəffüs sistemi xəstəlikləri və irsi xəstəliklər problemlərinə dair elmi – tədqiqat işləri aparmışlar. Bu illər ərzində prof. L.M.Hüseynovanın rəhbərliyi ilə iki cildlik «Uşaq xəstəlikləri» dərs vəsaiti çapdan çıxarılmışdır. 1987-ci ildə bu dərs vəsaitinə prof. T.H.Qurbanovun həmmüəllifliyi ilə III cild də əlavə edilmişdir.
1982-ci ildə hospital pediatriyası kafedrası əsasında « I və II Uşaq xəstəlikləri » kafedraları yaradılmış, fakultə pediatriyası kafedrası isə « III Uşaq xəstəlikləri» kafedrası adlandırılmışdır.
1987-ci ildən 1989-cu ilə qədər isə «II Uşaq xəstəlikləri» kafedrasına prof. P.D.Kats rəhbərlik edərək, əsasən uşaqlarda allergik proseslər və tənəffüs sistemi xəstəlikləri problemləri ilə məşğul olmuşdur. Bu dövrlərdə kafedrada S.Haçıyeva, L.Axundova,T.Axundova, S.Əlikiçibəyova,T.Qurbanov və s. kimi pediatrlar kafedrada çalışaraq , öz elmi , təcrübi biliklərini çavan həkimlər ilə paylaşmışdırlar.
1989-2017-ci illərdə «II Uşaq xəstəlikləri» kafedrasının müdiri vəzifəsinə ə.e.x.,prof. Əyyubova A.A. təyin olunmuşdur. O, Universitet Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, pediatriya üzrə metodik komissiyanın sədri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, Azərbaycan allerqoloq, immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin prezidenti, MDB-ölkələrinin allerqoloq, immunoloq və immunoreabilitoloqlar cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq «İNTERASTMA» cəmiyyətinin rəyasət heyətinin üzvü, Moskvada nəşr olunan «Клиническая иммунология и аллергология» və «Astma» jurnalının redaksiya heyətinin üzvü, «Metabolizm» jurnalının rəyasət heyətinin üzvü, «Tibb» jurnalının redaksiya şurasının üzvü, «Sağlam ol», Oftalmologiya» jurnallarının redaksiya heyətinin üzvü, bir sıra elmi şuraların üzvü, «Azərbaycan prezidenti yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti və s. 2008-də Türk Dünyası Araşdırmaları Uluslar arası Elmlər Akademiyasının üzvü seçilib. 2008-ci ildə Dünya Allerqologiya Təşkilatının üzvü seçilib. 2009-cu ildə tibdə böyük xidmətlərinə görə BMT-nin I dərəcəli «Hippokrat» ordeninə layiq görülmüşdür.
Professor A.A.Əyyubovanın rəhbərliyi altında 8 doktorluq, 30-dan artıq fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Onun tələbələrindən səhiyyə sistemində uğurla çalışan professor K.M.Hacıyev, professor L.İ.Allahverdiyeva, professor G.M.Nəsrullayeva, professor H.H.Qabulov, professor R.İ.Məmmədova, professor N.H.Sultanova, t.e.d. G.Ə.Əhmədov və onlarla digər alimləri göstərmək olar.Bununla yanaşı fəlsəfə doktoru elmi dərəcəsi almaq üşün dissertasiyaları təsdiqlətmiş əməkdaşlarda (t.ü.f.d.N.N.Hacıyeva, t.ü.f.d. T.T.Panahova, t.ü.f.d. M.K.Kərimova, t.ü.f.d. A.İ.Ağayeva, t.ü.f.d. S.M.Nəsirova, t.ü.f.d. A.S.Süleymanlı, t.ü.f.d. S.T.Qənbərova, t.ü.f.d. M.K.Eynalova və b. ) pediatriyanın müxtəlif ixtisasları üzrə dünyanın müxtəlif ölkələrində təkmilləşmə kurslarında fəal iştirak etməklə bərabər , uğurla işlərini davam etdirirlər.
2016-cı ildə ATU-da pediatriya fakultəsinin ləğv olunması ilə əlaqədar 2017-ci ilin dekabr ayında « II, III Uşaq xəstəlikləri » və «Neonatologiya» kafedralarının birləşdirilməsi nəticəsində II Müalicə Profilaktika Fakultəsinin nəzdində « II Uşaq xəstəlikləri » yaradıldı. Kafedra müdiri vəzifəsinə SSRİ Tibb Elmləri (1971), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1983), Rusiya TEA-nın müxbir üzvü (1992), Azərbaycanın Əməkdar Elm Xadimi, Respublika Dövlət Mükafatı laureatı, Azərbaycan Pediatrlar Assosiasiyasının Prezidenti akademik Namazova A.Ə (2017-2020) təyin olundu. Kafedra fəaliyyət göstərdiyi dövrdə inkişaf etmiş, təşəkkül tapmış və Azərbaycan Tibb Universitetinin ən iri profil kafedrasına çevrilmişdir.Xəstə uşaqlara yüksək səviyyəli tibbi yardım göstərmək və tədrisin keyfiyyətini təkmilləşdirmək məqsədi ilə kafedranın yerləşdiyi Ə.F.Qarayev adına Bakı şəhəri 2 saylı Klinik uşaq xəstəxanasının somatik şöbələri südəmər dövrün xəstəlikləri, kardiorevmatoloji, yeni doğulmuşların patologiyası-neonatologiya (1971), intensiv terapiya (1972) üzrə ixtisaslaşdırılmışdır. Onun uşaqlarda revmatizm, anadangəlmə ürək qüsurları, hipertoniya, hipotoniya və s. patologiyalara aid elmi yenilikləri pediatriya elminin inkişafına güclü təkan vermişdir.
Bu illər ərzində kafedrada elmi-pedaqoji kadrların hazırlanmasında akademik A,Ə.Namazova və prof. S.N.Musayevin rəhbərliyi ilə böyük işlər görülmüşdür. Dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Azərbaycan Tibb Universitetinin «II Uşaq xəstəlikləri» kafedrası, Rusiya Tibb Elmləri Akademiyasının Pediatriya ET İnstitutu, RTEA-nın Uşaq sağlamlığı Mərkəzi və ET bərpaedici İnstitutu, I Moskva Tibb İnstitutu, Türkiyə Hacı Təpə institutu ilə qarşılıqlı müqavilə əsasında kompleks elmi araşdırmalar aparılıb. Kafedra əməkdaşları Azərbaycandan başqa bir sıra beynəlxalq «Педиатрическая фармакология», «Pediatriya» jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərirlər. 2013-cü il iyun ayında Azərbaycan Respublikası Pediatrlar Assosiasıyası Avropa Pediatrlar Assosiasıyasının böyük ailəsinə səs çoxluğu ilə qəbul olunmuşdur . Akademik Namazova A.Ə zəhməti nəticəsində 40 ildən çoxdur ki, kafedra əməkdaşları Azərbaycan Respublikası Pediatrlar Assosiasıyasına rəhbərlik edir: assosiasıyanın prezidenti akademik Namazova A.Ə., vitse prezidenti əməkdar elm xadimi prof.Musayev S.N., icraçı direktoru tibb elmləri namizədi, dosent T.Q.Tağızadə təyin olunmuşdur. Cəmiyyət Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, iki mindən çox pediatrı əhatə edir. Cəmiyyət Respublika Səhiyyə Nazirliyinin köməkliyi ilə sıx əlaqədə çalışır, vaxtaşırı təcrübi pediatrlar üçün yığıncaqlar, mühazirələr təşkil edirlər.
Akademikin rəhbərliyi və məsləhətçiliyi ilə 10 doktorluq və 50-ə yaxın tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, təsdiqlərini almışlar.Onlardan t.e.d. prof. Ə.A.Hacıyev, M.A.Bayramov, S.N.Musayev, N.İsrafilova, H.Ə. Qurbanov, Ə.Q. Həsənov 60-dan artıq alimin doktorluq və namizədlik dissertasiyası müdafiə etməsi onun yaratdığı elmi məktəbin bariz göstəricilərindəndir. Onun yetirmələri olan dosent N.A.Hacıyeva , dosent F.M.Məmmədova, dosent L.Ə.Hidayətova,dosent Ü.K.Hacıyeva, ass.İ.A.Səfərova və b. akademikin dəsti xətti ilə uğurla işlərini davam etdirirlər.
Kafedranın professoru ,ə.e.x. S.N.Musayevin rəhbərliyi ilə də həm elmi və həmdə müalicə sahəsində böyük işlər görülür. Beləki, 1980-cı illərin ortalarından kafedra İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrası ilə birlikdə uşaqlarda birləşdirici toxumanın diffuz xəstəliklərinin inkişaf mexanizminin, ayrı-ayrı orqanlarının zədələnmə xüşusiyyətlərinin öyrənilməsinə başlamışdır. Dünya pediyatriya elmində ilk dəfə olaraq sistem qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, dermatomiozit zamanı həzm orqanlarının dəyişiklikləri immuno-histokimyəvi səviyyədə öyrənilməsində, xəstəliklərin diaqnoz meyarlarına, müalicə taktikasına əlavələr edilməsində professor , ə.e.x. S.N. Musayev zəhməti əvəzolunmazdır . Professor , ə.e.x. S.N. Musayev rəhbərliyi ilə bir çox tibb elmlər doktorları və eləcədə tibb üzrə fəlsəfə doktorları ( dosent T.Q.Tağızadə, dosent S.N.Məmmədova, assistent N.S.Həsənova və s.) hazırlanaraq ,elmi dərəcələrin adlarına layiq görülmüşdürlər.
Akademik Namazova A.Ə.və fəlsəfə elmləri doktoru professor- fəlsəfə kafedrasının müdiri Əliyev Q. «Təbabət etikası» adlı ilk dərsliyi tərtib edib çapdan çıxarmışlar. YUNESKO-nun etika problemlərinə həsr olunmuş 18-ci Beynəlxalq konfransında bu dərsliyin mahiyyəti xüsusi qeyd edilərək bəyənilmiş və başqa dillərə tərcümə olunması tövsiyə edilmişdir.
Kafedrada A.Ə.Namazovanın rəhbərliyi ilə aşağıdakı monoqrafiyalar çapdan çıxmışdır: A.Ə.Namazova «Ürək çəpərində cərrahiyyə» əməliyyatı, 1967, «Ürək çəpərinin qüsurları» 1976, «Uşaq xəstəlikləri» dərslik 1972, A.Ə.Namazova, T.Qurbanov «Uşaqlarda qaraciyərin və öd yollarının xəstəlikləri ilə mübarizə və bu xəstəliklər zamanı qidalanmanın xüsusiyyətləri» 1979, A.Ə.Namazova, T.Qurbanov «Azərbaycan regionunda endokrin xəstəliklərin uşaqlarda xüsusiyyətləri» 1979, A.Ə.Namazova, Ə.A.Hacıyev «Uşaq və yeniyetmələrdə birincili hipotoniya» 1979, A.Ə.Namazova, A.Abdullayev, S.Quliyev «Pediatrın resept-məlumat kitabı» 1985, «Uşaqlarda ürək xəstəlikləri», «Təbabət etikası» (2001), Praktiki həkimlər və Tibb Universitetinin tələbələri və həkimləri maarifləndirmək üçün çox saylı metodik və dərs vəsaitlər çap olunub. Onlardan professor S.N.Musayevin yazıb, çap etdirdiyi «Revmatizmin uşaqlarda gediş xüsusiyyətləri» akademik Namazova A.Ə., t.e.n. Mustafayevin yazdıqları «Sağlam uşaqların qidalandırılması», «Uşaqlarda bruselyoz», «Uşaqlarda gecə enurezi», «Dəmirin orqanizmdə rolu, dəmir defisitli anemiyanın müalicə və profilaktikası» (2011) , N.N.Namazova, Ə.Q.Həsənov, S.N.Musayev, R.D.Quliyev, L.H.Hidayətov, M.S.Pənahova, X.C.Mustafayeva «Uşaqlarda öd kisəsi və öd yollarının xəstəlikləri» 2015, N.N.Namazova, F.M.Məmmədov Ə.Q.Həsənov «Uşaqlarda qeyri – revmatik miokarditlər» 2018 , A.Ə.Namazova, T.Q.Tağızadə «Biotibbi etikanın əsasları »2020 Dərslik və s. göstərmək olar.
Bununla yanaşı kafedra əməkdaşları tərəfindən «Uşaqlarda bronxial astmanın- Milli proqramı», «Bronxial astma» və A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Bronxoobstruksiyanın diaqnostikasında spirometriyanın rolu» 2011 barədə praktik həkimlər üçün tövsiyələr, dos. M.K.Kərimova«Tez-tez xəstələnən uşaqlar» 2011, A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» klinik məsələlər 2012; A.A.Əyyubova, E.S.Səfərəliyeva, N.H.Sultanova, A.İ.Ağayeva «Uşaq poliklinikasının işinin təşkili» 2014 adlı dərs vəsaiti, A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova, G.M.Nəsrullayeva «Childhood diseases , textbook for medical students» 2014 Dərslik , A.A.Əyyubova, H.H.Qabulov, N.H.Sultanova «Uşaq xəstəlikləri» 2018 Dərslik, G.Ə.Əhmədov, A.A.Süleymanlı «Uşaqlarda tip-1 şəkərli diabet », N.N.Hacıyeva,A.A.Əyubova,N.H.Sultanova, P.Ə.Orucova «Atopik dermatitin yaranma riskini proqnozlaşdıran proqram» adlı vəsaitləri hazırlanmışdır.
Kafedranın əməkdaşları əhali arasında tibbi-gigiyenik biliklərin təbliğ edilməsində səhiyyə maarifinin inkişaf etdirilməsində ardıcıl olaraq radio, televiziya və mətbuat vasitəsilə çıxışlar edirlər.Eyni zamanda kafedranın əməkdaşları Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında ixtisaslaşmış həkim yardımı göstərir. Kafedranın əməkdaşlarının səhiyyənin müxtəlif sahələrində göstərdikləri fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı təltiflərə, fəxri fərmanlara layiq görülmüşlər.
«II Uşaq xəstəlikləri» kafedrası , rezidentlərinin həm təcrübi və həm də tədrisi prosesində aparıcı mərkəz rolunu oynayır.Mütamadi olaraq rezidentlərin ixtisas proqramlarına uyğun olaraq təcrübi seminarlar təşkil olunur. Kafedrada 5 ixtisas üzrə (pediatriya, uşaq endokrinologiyası, neonatologiya, uşaq qastroentologiyası, uşaq kardiologiyası) rezident hazırlanılır.
«II Uşaq xəstəlikləri» kafedrasında «II müalicə profilaktika», « İctimai-səhiyyə» (İctimai səhiyyənin «Tibb baçıları » daxil olmaqla), « Hərbi tibb» (Hərbi tibb fakultəsinin «Feldşerləri» daxil olmaqla), «Stomatologiya» fakultələrinin tələbələrinə dərs keçilir. Seçim fənni olaraq «Bioetika» fənni tədris olunur.
2021 – ci ildən «ΙΙ Uşaq xəstəlikləri» kafedrasına professor N.H.Sultanova rəhbərlik edir.