Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Ailə təbabəti kafedrası
Menular

Azərbaycan Tibb Universitetində “Ailə təbabəti” kafedrası 2002-ci ildə  “Poliklinika terapiyası” kafedrasınm bazasında  yaradılmışdır. Bu illər ərzində kafedraya dos. M.S.Salihov rəhbərlik  etmiş, kafedrada müalicə-profilaktika və hərbi-tibb fakültələrinin V və VI kurs və tələbələrinə “Ailə təbabəti” fənni tədris edilmşdir.

Universitetdə  aparılan islahatlarla əlaqədar olaraq “Terapevtik və pediatrik propedevtika” kafedrasının fəaliyyətinə xitam verildikdən sonra həmin kafedranın bəzi əməkdaşları “Ailə təbabəti” kafedrasına keçirilmişdir. Hal hazırda “Ailə təbabəti” kafedrasına, tibb elmlər doktoru, professor əməkdar elm xadimi İbrahim İsa oğlu İsayev rəhbərlik edir.

ATU-da yeni tədris  proqramlarına keçidə uyğun olaraq kafedrada Universitetin  I və II Müalicə-profilaktika fakultəsinin IV; V; VI kurs tələbələrinə “Ailə təbabəti”; HTF-nin IV kurs tələbələrinə “Ailə təbabəti”; MPF-nin III kurs tələbələrinə “Klinik müayinə bacarıqları”; İctimai Səhiyyə fakultəsinin “Tibb bacısı işi” ixtisası tələbələrinə “Tibb bacılığıının əsasları- 2; 3”; “Daxili xəstəliklərdə tibb bacılığı”; “Ailə təbabətində tibb bacılığı-1; 2”; “Evdə xəstə xidmətində tibb bacılığı”; “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası tələbələrinə “Daxili xəstəliklər” fənləri tədris edilir. Umumilikdə  kafedrada 9 fənn keçirilir.

Kafedrada 50 nəfər əməkdaş onlardan  2 professor; 9 dosent; 29 nəfər  assistent və 10 texniki işçi  (5 baş laborant, 3 laborant  və 2 xadimə) fəaliyyət göstərir.