Yerinə yetirilən doktorluq dissertasiyası işi.
- T.ü.f.d.., dos. Xələfli X.N. “Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji xüsusiyyətləri”. Elmi məsləhətçi: ə.e.x., t.e.d., prof.İ.Ə.Ağayev. ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 24.05.2005-ci il tarixdə təsdiq edilmişdir (protokol №11) Qeydiyyat № si 0196 Az00017. İş yekünlaşıb, müdafiəyə təqdim edilmişdir.
- Doktorant Əhmədzadə L.Ə. «Kriptosporidiozun epidemioloji aspektləri, onun diaqnostikası və əhaliyə göstərilən müalicə-profilaktik yardımın üsulların işlənib hazırlanması». Elmi məsləhətçi: ə.e.x., t.e.d., prof.İ.Ə.Ağayev. ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 04.07.2014-cü il tarixdə təsdiq edilmişdir. İşə dair məqalələr çap olunur və material toplanır.
Yerinə yetirilən tibb üzrə fəlsəfə doktorluq dissertasiyası işləri.
- Baş laborant Zeynalova N.M. “Müasir şəraitdə Azərbaycanda malyariyaya görə yaranmış vəziyyətin epidemioloji və ekoloji xüsusiyyətləri”. Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 16.03.2012-ci il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.
- Baş laborant Cəlilov V.Ç. “Etioloji strukturu müxtəlif olan leptospiroz ocaqlarında müasir immunoloji metodların diaqnostik effektivliyinin müqayisəli qiymətləndirilməsi”. Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakultəsinin elmi şurasında 16.03.2012-ci il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.