Tədris proqramı

Azərbaycan Tibb Universiteti

TƏMƏL «ÜMUMİ GIGIYENA»

(müalicə işi ixtisası üzrə)

İŞÇITƏDRISPROQRAMI

              (SILLABUS)

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_____________professor Kazımov M.A.

« 15  » sentyabr 2015-ci il

 

 

məcburi

payız (III semestr)

6 kredit

Əyani

Azərbaycan, rus, ingilis

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X.,

dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:           012 595-59-35;  012 595-69-53

E-mail: [email protected]

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVIZITLƏR

Fənnin tədrisilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur

 

Kursun təsviri:

Gigiyena – ətraf mühitlə insan orqanizmi arasında qarşılıqlı əlaqələrin bütün sahələrini əhati etməklə onun həyat və fəaliyyətinin gigiyenik məsələlərini, ətraf mühitin insanın sağlamlıq və xəstələnmə göstəricilərinə təsirinin qanunauyğunluqlarını, insanların həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şəraitin və sanitariya vəziyyətinin təmin olunması yolu ilə sağlamlığın qorunması və möhkəmləndirilməsinə, xəstəliklərin profilaktikasına yönəldilmiş gigiyenik normalaşdırmanın və digər qabaqlayıcı tədbirlərin elmi əsaslarını işləyib hazırlayan elm sahəsidir.

Bu fənnin tədrisi tələbələrdə və gələcək həkim-mütəxəssislərdə gigiyenik və ekoloji təfəkkürün formalaşmasına və xəstəliklərə və xəstələrə profilaktik mövqelərdən yanaşma prinsiplərinin möhkəmlənməsini təmin edir.

 

Kursun məqsədi

Gigiyenanın əsas məqsədi ətraf mühitin insan orqanizminə və sağlamlığına təsir qanunauyğunluqlarını öyrənmək əsasında insanın həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin profilaktikasına dair gigiyenik normaların, sanitariya qaydalarının və digər profilaktik tədbirlərin elmi cəhətdən əsaslandırılmasından və bununla da ictimai sağlamlığın qorunmasından ibarətdir.

 

Kursun tədrisinin nəticələri

Fənnin tədrisi nəticəsində tələbələr ətraf təbii və sosial mühit obyekt və amillərinin əsas xüsusiyyətləri, bu amillərin ətraf mühitə və insan sağlamlığına əlverişli və zərərli təsirləri haqqında zəruri biliklər əldə edir, bu təsirləri müəyyən edən və qiymətləndirən tədqiqat üsullarını öyrənir, bu üsulları tətbiq etməklə, traf mühit amillərinin sağlamlığa təsirini qiymətləndirmək, əlverişli təsirlərdən orqanizmi və sağamlığı möhkəmləndinmək və zərərli təsirlərin qarşısını almaq bacarıqlarına və vərdişlərinə yiyələnirlər.

Müalicə işilə məşğul olan mütəxəssislər gigiyenik bilik və bacarıqlara yiyələnməklə xəstəliklərin diaqnostikası,  ayrı-ayrı yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikası,  müalicə, profilaktik və pəhriz qidalanmasının təşkili, xəstələr üçün kurort – sanatoriya müalicəsinin təşkili, əhali arasında sağlam həyat tərzinin təbliği, peyvəndlərin aparılması (spesifik profilaktika), habelə müalicə müəssisələrində müvafiq sanitariya gigiyenik rejimin yaradılmasına dair tədbirlərin düzgün və vaxtında həyata keçirilməsini və xəstəliklərin yayılmasının qarşısını ala bilərlər.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QIYMƏTLƏNDIRMƏ

Fənn üzrə zəruri 100 bal aşağıdakı qayda üzrə toplanır.

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən:

10 bal – dərsə davamiyyətə görə

10 bal – sərbəst işlərə görə

20 bal – cari mənimsəməyə görə (tələbələrin gündəlik hazırlığına və cavablarına verilən ballar, 10 bal – bacarıqlara görə

 

Semestr ərzində minimum 3 dəfə dəfə kollokvum keçirilməlidir

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal – imtahanda toplanır.

İmtahan test üsulu ilə keçirilir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiq hesab olunur və kursu təkrar keçməlidir.

İmtahanda və imtahanaqədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

 

A – «əla» - 91-100 bal

B – «çox yaxşı» - 81-90 bal

C – «yaxşı» - 71-80 bal

D – «kafi» - 61-70 bal

E – «qənaətbəxş» 51-60 bal

F – «qeyri-kafi» - 51-dən az

 

SƏRBƏSTİŞLƏR:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

 

Fənn üzrə mühazirələrin mövzuları

1. Əhali sağlamlığının və ətraf mühitin qorunmasında, xəstəliklərin qarşısının alınmasında gigiyenanın rolu. Gigiyena ətraf mühit və insan sağlamlığı arasında əlaqələri öyrənən və profilaktik təbabətin nəzəri əsaslarını hazırlayan bir elmdir. Onun  predmeti, məzmunu, vəzifələri, müasir problemləri, müayinə üsulları. İnkişafının tarixi mərhələləri. Azərbaycanda gigiyenanın inkişafı və müasir vəziyyəti. Sanitariya nəzarəti və təşkilatları. Ətraf mühitin sağlamlaşdırılması və əhali sağlamlığının mühafizəsində onların rolu. Sanitariya nəzarətinin təşkili və formaları. Azərbaycanda sanitariya nəzarətinin təşkili.  – 2 saat.

2. Bəzi somatik və yoluxucu xəstəliklərin inkişafında və yayılmasında, müalicəsi və profilaktikasında havanın əhəmiyyəti. Atmosfer havası biosfer elementi kimi. Onun fiziki amillərinin insan orqanizminə və sağlamlığına təsiri və gigiyenik əhəmiyyəti. Meteoroloji amillərin (havanın temperaturu, rütubəti, cərəyanı, barometrik təzyiq) ionlaşmasının, elektromaqnit sahələrinin gigiyenik səciyyələndirilməsi. Günəş radiasiyasının təbii mühit amili kimi insan sağlamlığının formalaşmasında rolu. Bir sıra xəstəliklərin inkişafında Günəş şüalarının etioloji rolu. Ultrabənövşəyi şüa çatışmazlığı ilə əlaqədar xəstəliklər, onların profilaktikasının əsas prinsipləri. Günəş şüalarının gigiyenik əhəmiyyəti və bioloji təsirini şərtləndirən əsas göstəricilər – spektral tərkibi. Intensivliyi. Bu göstəricilərə təsir edən əsas amillər.

Hava, iqlim və mikroiqlim anlayışları, əsas göstəriciləri. İqliməuyğunlaşmanın fizioloji-gigiyenik əsasları. Meteotrop xəstəliklər və reaksiyalar, onların profilaktikası. Orqanizmin möhkəmləndirilməsində hava amilindən istifadə olunması. -  2 saat.

3. Bir sıra spesifik və qeyri-spesifik xəstəliklərin (tənəffüs, ürək-damar, sinir sistemi və s.) inkişafında və kəskinləşməsində havanın qaz tərkibinin rolu. Atmosfer havasının təbii qaz tərkibinin (oksigen, azot, karbon və s. qazları) dəyişməsi ilə səbəb-nəticə asılılığı olan xəstəliklər (“dağ” və “kesson” xəstəlikləri), onların profilaktikası.

Havanın zərərli qazlarla, tozlarla və mikroorqanizmlərlə çirklənməsinin insan orqanizminə və sağlamlığına təsiri. Havanın çirklənməsi ilə əlaqədar inkişaf edən xəstəliklər, onların profilaktikası. Atmosfer havasının əsas çirklənmə mənbələrinin gigiyenik səciyyələndirilməsi. Atmosfer havasının sanitariya mühafizəsinin əsas prinsipləri. – 2 saat.

4. Yaşayış mühiti amillərinin əhalinin sağlamlıq və xəstələnmə göstəricilərinə təsirinin ümumi qanunauyğunluqları. Yaşayış məskənlərinin tikilməsi və planlaşdırılmasının gigiyenik-ekoloji prinsipləri. Urbanizasiyanın gigiyenik-ekoloji problemləri. Iri şəhərlərin əsas funksional zonalarının yerləşdirilməsinin gigiyenik xüsusiyyətləri.

Kənd yaşayış məskənlərinin planlaşdırılmasının gigiyenik xüsusiyyətləri. Mənzil gigiyenası. “Xəstə binalar” problemləri. Şəhər mühitinin yaxşılaşdırılması tədbirləri. Sanitariya mühafizə zonaları haqqında anlayış. Yaşıllıqların gigiyenik əhəmiyyəti.   – 2 saat.

5. Əhali arasında bir sıra  yoluxucu, qeyri-yoluxucu və endemik xəstəliklərin inkişafında və yayılmasında su amilinin rolu. İnsanların həyat və məişət, əmək şəraitinin sanitariya vəziyyətinin formalaşmasında suyun əhəmiyyəti. Ətraf mühit obyekti kimi suyun keyfiyyətini səciyyələndirən əsas fiziki, kimyəvi və bakterioloji göstəricilərin gigiyenik səciyyələndirilməsi. Suyun keyfiyyətini normalaşdıran dövlət standartları. Suyun keyfiyyət və kəmiyyət göstəricilərinə təsir edən əsas amillər. – 2 saat.

6. Su təchizatı mənbələri və sistemlərinin gigiyenik səciyyələndirilməsi. Ayrı-ayrı su mənbələrinin əhalinin içməli və təsərrüfat-məişət əhəmiyyətli su ilə təchizatında rolu. Su təchizatı sistemlərinin istismarının gigiyenik təminatı. Suyun keyfiyyətinin yaxşılaşdırılmasının üsullarının gigiyenik səciyyələndirilməsi. Təmizlənmə və zərərsizləşdirmə üsullarının əsas prinsipləri və su epidemiyalarının profilaktikasında əhəmiyyəti. – 2 saat.

7. Bir sıra yoluxucu, parazitar və qeyri yoluxucu xəstəliklərin inkişafında və yayılmasında torpağın rolu. Torpağın mexaniki quruluşu, fiziki xassələrinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Bir sıra endemik xəstəliklərin inkişafına torpağın kimyəvi tərkibinin təsiri.

Geokimyəvi endemiyalar və mikroelementozlar haqqında anlayış. “Biogeokimyəvi əyalətlər” anlayışı.

Torpağın çirklənməsi və öz-özünə təmizlənməsi proseslərinin gigiyenik və ekoloji aspektləri. Yaşayış məskənlərinin sanitariya təmizlənməsində torpağın rolu. Tullantıların gigiyenik səciyyə-ləndirilməsi və uzaqlaşdırma sistemlərinin və zərərsizləşdirilməsinin gigiyenik məsələləri. – 2 saat.

8. Əhalinin ionlaşdırıcı şüaların təsirindən və ətraf mühitin radioaktiv çirklənmədən mü­ha­fi­zə­sin­də radiasiya gigiyenasının bir elm kimi əhəmiyyəti, onun məzmunu, vəzifələri və müasir prob­lem­ləri. İonlaşdırıcı şüaların bioloji təsirinin ümumi qanunauyğunluqları, növləri, fiziki xüsu­siy­yət­ləri. İonlaşdırıcı şüalar və şüa mənbələrini səciyyələndirən əsas anlayışlar, ölçü vahidləri, terminlər. Aktivlik və doza. İonlaşdırıcı şüa mənbələrinin gigiyenik səciyyələndirilməsi. Ətraf mühitin radioaktiv çirklənməsi. Radiasiya fonu, növləri. Ətraf mühitin radioaktiv çirklənmədən və əhalinin ionlaşdırıcı şüa təsirindən mühafizəsi prinsipləri. Radiasiya təhlükəsizliyi normaları. – 2 saat.

9. Xəstəliklərin müalicəsində, xəstəxanadaxili və qospital infeksiyaların qarşısının alınmasında müalicə-profilaktika idarələrində sanitariya-gigiyenik rejimin və müalicə-qoruyucu tədbirlərin əhəmiyyəti. Xəstəxanaların tikinti sistemlərinin və daxili planlaşdırılmasının gigiyenik səciyyələndirilməsi. Müasir müalicə-profilaktika idarələrinin yerləşdirilməsi, planlaşdırılmasının spesifik xüsusiyyətləri.

Xəstəxanadaxili və qospital infeksiyalarının əsas yayılma yolları və profilaktikasının prinsipləri. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin (cərrahiyə, yoluxucu xəstəliklər, uşaq xəstəlikləri, rentgen və s.) planlaşdırılmasına dair gigiyenik tələblər. Azərbaycanda müasir müalicə-diaqnostika mərkəzlərinin əsas gigiyenik xüsusiyyətləri. – 2 saat.

10. Əhalinin fiziki inkişafı və sağlamlığının formalaşmasında qidalanmanın əhəmiyyəti. İnsanın qidalanmasının fizioloji-gigiyenik əsasları. Orqanizmin enerji sərfi, böyümə və inkişaf proseslərinə qidalanmanın təsiri. Qidalanmanın təchizatı. Səmərəli qidalanmaya dair əsas tələblər. Qidalanmanın fizioloji normaları. Qidalanmanın kəmiyyət və keyfiyyət göstəricilərinin çatışmazlığı və izafi miqdarları ilə əlaqədar alimentar xəstəliklər. Onların profilaktikası. – 2 saat.

11.Əsas qida maddələrinin fizioloji-gigiyenik səciyyələndirilməsi. Zülallarin, yağların, sulu karbonların qidalanmasında rolu. Endemik mikroelementoz və spesifik patologiyaların inkişafında qidanın mineral və vitamin tərkibinin rolu. Alimentar mənşəli mikroelementoz, hipovitaminoz və avitaminozların profilaktikası. Yeyinti məhsullarının qidalılıq və bioloji dəyərinin gigiyenik qiymətləndirilməsi. Bitki və heyvani yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri. – 2 saat.

12. Konservləşdirilmiş yeyinti məhsullarının qidalanmada rolu, onların gigiyenik xüsusiyyətləri. Konservləşdirmə üsullarının gigiyenik səciyyələndirilməsi. Qida zəhərlənmələri və onların profilaktikasının ümumi prinsipləri. – 2 saat.

13. Əmək qabiliyyətli əhalinin sağlamlığının qorunmasında peşə xəstəlikləri və zəhərlənmələrinin profilaktikasında bir elm kimi əmək gigiyenasının rolu, məzmunu,  məqsədi, vəzifələri, müasir problemləri.

İşlə əlaqədar orqanizmdə baş verən dəyişikliklərin fizioloji-gigiyenik səciyyələndirilməsi. Yorulma və həddən artıq yorulmanın əsas səbəbləri. Peşə zərərləri və peşə xəstəlikləri haqqında anlayış. Peşə patologiyalarının inkişafının əsas qanunauyğunluqları, əmək şəraiti, onun təsnifatı. Bədənin məcburi vəziyyəti və üzvlərin həddən gərginliyi ilə əlaqədar baş verən peşə xəstəlikləri, profilaktikası. – 2 saat.

14. Xroniki və kəskin peşə patologiyalarının inkişafında istehsalatın əlverişsiz fiziki, kimyəvi və bio­loji amillərinin rolu. İstehsalat səs-küyü, vibrasiyanın, infraqırmızı, ultrabənövşəyi, lazer, elek­tro­maqnit şüa və dalğaları, sahələri, sənaye zəhərləri, istehsalat tozları, patogen mikroorqanizmlər v. s. törətdiyi peşə xəstəlikləri, profilaktikası. Kənd təsərrüfatında əmək gigiyenası.

Tibb işçilərinin əməyinin gigiyenik xüsusiyyətləri. İstehsalat zədələnmələri və onların profilaktikasına dair tədbirlər. – 2 saat.

15. Yaşlı insanların sağlamlıq və xəstələnmə göstəricilərinin formalaşmasında, böyüməkdə olan nəslin fiziki inkişafının və sağlamlığının əhəmiyyəti. Uşaq və yeniyetmələrin fiziki inkişafının və sağlamlığının təmin olunmasında uşaq və yeniyetmələr gigiyenasının rolu. Bir elm kimi onun məzmunu, vəzifələri, məqsədi müasir problemləri. Uşaq və yeniyetmələrin inkişafının yaş dövrlərinin fizioloji xüsusiyyətləri. “Məktəb xəstəlikləri” problemi, onun həllinin ümumi əsasları. İnkişafın akselerasiyasının gigiyenik aspektləri. Məktəb yetkinliyi problemi.

Məktəbəqədər tərbiyə və məktəb müəssisələrinə, dərslik və tədris ləvazimatlarına dair gigiyenik tələblər. Uşaq və yeniyetmələr arasında yorulmanın profilaktikasında gün rejiminin əhəmiyyəti.

 Şəxsi gigiyena ictimai gigiyenanın tərkib hissəsi. Onun əsas elementləri. – 2 saat.

                

Fənn üzrə təcrübə məşğələlərinin mövzuları

1. Gigiyena haqqında ümumi anlayış, əhali sağlamlığının qorunmasında onun rolu. Gigiyenada istifadə olunan müayinə üsulları. Müalicə həkiminin fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti. Müalicə-profilaktika fakultəsində gigiyena üzrə tədris prosesinin təşkililə tanışlıq. – 2 saat.

2-3.  Mikroiqlim göstəricilərinin insan orqanizminə təsiri və onların təyini üsulları. – 4 saat.

4. Meteoroloji amillərin orqanizmə kompleks təsirinin gigiyenik qiymətləndirilməsi və öyrənilməsi üsulları. – 2 saat.

5.  Günəş şüalarının insan orqanizminə təsiri, onların əhəmiyyəti və şüa intensivliyinin təyini üsulları. – 2 saat.

6.  Havanın kimyəvi tərkibinin sağlamlıq  üçün əhəmiyyəti. Havada COvə bəzi zərərli qazların təyini üsulları –saat.

7.  Havanın tozlar və mikroorqanizmlərlə çirklənməsinin sağlamlığa  təsiri. Havada tozların və mikroorqanizmlərin təyini üsulları – 2 saat.

8. İşıqlanmanın orqanizmə təsiri, otaq şəraitində işıqlanmanın gigiyenik müayinə üsulları. Hava mübadiləsinin (ventilyasiyasının) havanın keyfiyyətinin yaxşılaşdırılmasında rolu və gigiyenik qiymətləndirilməsi üsulları. – 2 saat.

9. Suyun fiziki-orqanoleptik xassələrinin suyun keyfiyyətinə təsiri və bu göstəricilərin sağlamlıq üçün əhəmiyyəti, onların təyini və gigiyenik qiymətləndirilməsi üsulları. – 2 saat.

10. Suyun kimyəvi tərkib göstəricilərinin sağlamlıq üçün əhəmiyyəti, suda codluq, dəmir və sulfatların təyini – 2 saat.

11. Suyun üzvi mənşəli çirklənməsinin kimyəvi göstəricilərinin sağlamlıq üçün əhəmiyyəti, onların təyini üsulları (suda azotlu birləşmələrin keyfiyyətcə təyini, oksidləşmə dərəcəsinin təyini) – 2 saat.

12. Suyun bakterioloji və helmintoloji göstəricilərinin sağlamlıq üçün əhəmiyyəti, müayinə üsulları. İçməli və təsərrüfat əhəmiyyətli suların təmizlənməsi və zərərsizləşdirilməsinin sağlamlıq üçün əhəmiyyəti, bu üsulların xüsusiyyətləri.  Suyun koaqulyasiyası və normal dozalarla xlorlaşdırılması – 2 saat.

13. Giriş, hava gigiyenası, su və su təchizatının gigiyenası mövzuları üzrə kollokvium. – 2 saat.

14. Torpağın fiziki xassələri və mexaniki quruluşunun ətraf mühitin keyfiyyətinə təsiri. Torpağın helmint yumurtaları ilə çirklənməsinin əhali sağlamlığına təsiri. Torpağın fiziki-mexaniki göstəricilərinin təyini, torpağın helmintoloji müayinə üsulları. – 2 saat.

15.  Xarici mühit obyektlərinin – suyun və yeyinti məhsullarının radioaktivliyinin təyini üsulları. İonlaşdırıcı şüalardan müdafiənin hesablanması. – 2 saat.

16. Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizasının əhəmiyyəti. Layihə sənədlərinin (situasiya, baş plan və daxili planlaşdırma) gigiyenik qiymətləndirilməsi – 2 saat.

17. Səmərəli qidalanmanın əhalinin sağlamlığında rolu və onun əsas kəmiyyət və keyfiyyət göstəriciləri. Qidalanmanın səmərəliliyi üzərində həkim nəzarətinin təşkili. Sutkalıq enerji sərfinin təyini üsulları və prinsipləri. Xronometraj – cədvəl üsulu ilə Tibb Universiteti tələbələrinin sutkalıq enerji sərfinin hesablanması. – 2 saat.

18. Qida payının kimyəvi tərkibinin və kaloriliyinin əhalinin sağlamlığının qorunmasında və müqavimətinin artırılmasında rolu. Sutkalıq qida payının bölgü-menyusunun tərtibi prinsipləri. Nümunəvi bölgü-menyusuna əsasən qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin təyini. Tələbənin sutkalıq qida payının bölgü-menyusuna əsasən payın kimyəvi tərkibinin və kaloriliyinin təyini. – 2 saat

19. Un və çörək-bulka məhsullarının keyfiyyətinin və qida dəyərinin təyini üsulları. – 2 saat.

20. Süd və süd məhsullarının keyfiyyətinin və qida dəyərinin qiymətləndirilməsi üsulları. Ətin, konserv və konsentratların keyfiyyətinin və qida dəyərinin gigiyenik cəhətdən qiymətləndirilməsi. – 2 saat.

21. “C” vitaminin orqanizm və sağlamlıq üçün əhəmiyyəti. Ərzaqlarda, tərəvəzlərdə və göyərtidə  “C” vitamininin təyini və gigiyenik qiymətləndirilməsi. – 2 saat.

22. Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydaları və profilaktikası. – 2 saat.

23. Torpaq gigiyenası, radiasiya gigiyenası, müalicə-profilaktika müəssisələrinin gigiyenası və  qidalanma gigiyenası üzrə kollokvum kollokvum – 2 saat.

24. İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklərin müayinə üsulları və bu müayinələrin sağlamlığın qorunmasında əhəmiyyəti (əzələ, MSS, ürək-damar, tənəffüs sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi). – 2 saat.

25. Səs-küy və vibrasiya əsas peşə zərəri kimi, onların orqanizmə, sağlamlığa təsiri və gigiyenik müayinə üsulları. – 2 saat.

26. Zəhərli kimyəvi maddələrin – peşə zəhərlərinin orqanizmə, sağlamlığa təsiri, toksikliyinin təyini üsulları və gigiyenik normalaşdırma mərhələləri. – 2 saat.

27. Peşə xəstəlikləri və peşə zəhərlənmələrinin əsas xüsusiyyətləri, qeydiyyatı, uçotu və təhqiqi qaydaları. – 2 saat.

28. Fəhlə və qulluqçuların profilaktik tibbi müayinələri, onların sağlamlığının qorunmasında rolu və bu müayinələrin keçirilmə qaydaları. – 2 saat.

29. Uşaq və yeniyetmələrin fiziki inkişafının müayinəsi və qiymətləndirilməsi üsulları – 2 saat.

30. Əmək, uşaq və yeniyetmələr gigiyenası üzrə kollokvum. – 2 saat. 

 

 

 

Sərbəst işlərin mövzuları

1. Giriş

1. Nəzəri material

1. ÜST-nın müəyyən etdiyinə görə “sağlamlıq” anlayışı. Sağlamlığın formalaşmasında rol oynayan amillər.

2. Fərdi və ictimai sağlamlığın qorunması və möhkəmləndirilməsində klinik və profilaktik təbabətin rolu.

3. Müalicə edən həkimin fəaliyyətində gigiyena biliklərinin zəruri olduğu əsas sahələr.

4. Gigiyena elminin vəzifələrinin xarakteristikası (real nümünələr əsasında).

5. Gigiyena elminin qanunlarının  xarakteristikası (real nümünələr əsasında).

 

1. Təcrübi material

1. Gigiyenada istifadə olunan müayinə üsulları. Gigiyenik tədqiqat üsullarının təsnifatının differensial qiymətləndirilməsi

2. Gigiyenada istifadə olunan spesifik müayinə üsulları. Onların  tətbiqinin əsas istiqamətləri

 

2. Atmosfer havasının gigiyenası

2. Nəzəri material

2.1т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə biogen təsiri.

2.2т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə abiogen təsiri.

2.3т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə biogen və abiogen təsiri.

2.4т. Havanıntemperaturu və  rütubəti hərəkətininorqanizmə müştərək təsirinin xüsusiyyətləri.

2.5т.. Günəş radiasiyasının (Günəşin bütün şüalarının) orqanizmə biogen təsiri.

2.6т. Günəş radiasiyasının (Günəşin bütün şüalarının) orqanizmə abiogen təsiri.

2.7т. Hava və iqlim, onların orqanizmə təsiri. Meteotrop və mövsümi xəstəliklər, onların profilaktikası.

2.8т. Havanın gigiyenik xarakteristikası. Müxtəlif hava şəraitlərinin orqanizmə təsiri.

2.9т. Toksik dumanlar, onların əmələ gəlmə mexanizmləri, əhalinin xəstələnmə və ölüm göstəricilərinə təsiri

2.10т. Atmosfer havasınınçirklənməsininəhali arasında qeyri-spesifikxəstəliklərin baş verməsində rolu.

2.11т. Kesson və yüksək dağlıq şəraitində olan insanların orqanizmində baş verən dəyişikliklərin differensial qiymətləndirilməsi. Bu şəraitlərlə əlaqədar baş verən patologiyalar, onların profilaktikası.

 

2.Təcrübi material

2.1п. Temperatur amilinin orqanizmə təsir xüsusiyyətləri, törətdiyi xəstəliklər və onların profilaktikası.

2.2п. Qapalı otaqlarda (xəstəxana palataları və mənzillərdə) mikroiqlim göstəricilərinin normaları. Onların təyini üsulları və təyini texnikası

 2.3п. Meteoroloji amillərin insan orqanizminə kompleks təsirinin tədqiqi.

2.4п. Katatermometrlər, onların xarakteristikası. Katatermometrlərin tətbiqinin məqsədi, onlarla işləmə qaydası.

2.5п. Xəstəxana müəssisələri havasının bakterioloji müayınəsi – xəstəxanadaxili infeksiyaların yayılma təhlükəsinin təyin edilməsi üsulu kimi, tədqiqat üsulları, normativlər və gigiyenik qiymətləndirmə.

2.6п. Günəş radiasiyasının (əsas şüaların) intensivliyinin qiymətləndirilməsi üsullarının xarakteristikası.

 

3. Yaşayış yerlərinin gigiyenası

3. Nəzəri material

1. Yaşayış məskənlərində ətraf mühitin gigiyenik xüsusiyyətləri.

2. Böyük şəhərlərdə əhalinin həyat tərzinin gigiyenik xüsusiyyətləri.

3. Böyük sənaye şəhərlərində əhalinin sağlamlıq və xəstələnmə göstəriciləri.

4. İri sənaye şəhərlərində əhali arasında müşahidə olunan əsas qeyri-spesifik xəstəliklər, səbəbləri, profilaktikasına dair gigiyenik tədbirlər.

5. Şəhər səs-küyü, gigiyenik xüsusiyyətləri, mənbələri, əhali sağlamlığına təsiri, profilaktik tədbirlər.

6. İri şəhərlərdə atmosfer havasının sanitariya vəziyyəti, əsas çirklənmə mənbələri, mübarizə tədbirlərinin əsas qrupları.

7. Yaşayış yerlərində atmosfer havasının sanitariya mühafizəsi: sanitariya mühafizə zonalarının təsnifatı.

8. İri şəhərlərdə mikroiqlimin gigiyenik xüsusiyyətləri, təsir edən əsas amillər.

9. Şəhər ərazisinin əsas funksional zonaları, onların gigiyenik səciyyələndirilməsi.

10. Şəhərlərin yaşayış zonasının tikinti sistemləri, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.

11. Yaşayış binalarının növləri, yerləşdirilməsi, gigiyenik xüsusiyyətləri.

12. Mənzil şəraitinin sakinlərin sağlamlıq və xəstələnmə göstəricilərinə təsiri, planlaşdırılması, əsas elementləri.

13. Mənzillərin sanitariya-texniki təchizatı: isidilmə, havalandırma (ventilyasıya), su-kanalizasiya sistemləri, gigiyenik qiymətləndirilməsi.

14. Kənd yaşayış yerlərinin planlaşdırılmasının gigiyenik xüsusiyyətləri.

15. Yaşayış yerlərinin sanitariya təmizlənməsi: sistemləri, gigiyenik qiymətləndirilməsi.

 

3. Təcrübi material

1. Yaşayış mənzillərində mikroiqlimin gigiyenik əhəmiyyəti, əsas göstəricilərinin müayinəsi və qiymətləndirilməsi, gigiyenik normaları.

2. Mənzillərdə işıqlanmanın fizioloji-gigiyenik əhəmiyyəti, müayinə üsulları, əsas göstəriciləri və qiymətləndirilməsi.

3. Mənzillərdə hava mübadiləsinin (ventilyasiyanın) gigiyenik əhəmiyyəti, növləri, effektivliyini müəyyən edən əsas cgöstəricilərin təyini.

4. Mənzillərdə havanın toz və mikroorqanizmlərlə çirklənməsi, sağlamlığa təsiri, mənbələri, müayinəsi və qiymətləndirilməsi üsulları.

5. Mənzil havasının sanitariya vəziyyətinin əsas kimyəvi göstəriciləri. Karbon qazı mənzillərin istismarının əsas meyarı kimi, onun təyini və nəticələrinin gigiyenik qiymətləndirilməsi.

 

4. Su gigiyenası

4.Nəzəri material

1. Su təbii ətraf mühitin əsas elementlərindən biri kimi, onun keyfiyyətini səciyyələndirən əsas göstəricilər.

2. Suların keyfiyyət göstəricilərinin gigiyenik normalaşdırılmasının əsas prinsipləri və meyarları

3. İnsan orqanizminin struktur elementi kimi suyun fizioloji əhəmiyyəti, onun fizioloji rolunu müəyyən edən əsas xassələri.

4. Suların gigiyenik əhəmiyyəti, gigiyenik məqsədlər üçün suyun istifadə olunma istiqamətləri.

5. Suyun epidimioloji əhəmiyyəti, bir sıra yoluxucu, parazitar və virus xəstəliklərin yayılmasında suyun rolu. Su epidemiyalarının əsas səciyyəvi xüsusiyyətləri.

6. Suyun təbii kimyəvi tərkib göstəriciləri, onların gigiyenik cəhətdən qiymətləndirilməsi: makro- və mikroelementlər, onların suyun keyfiyyətinə və insan sağlamlığına təsiri.

7. Suların çirklənməsinin kimyəvi göstəriciləri, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.

8. Suların tərkibində kimyəvi maddələrin gigiyenik normalaşdırılmasının əsas meyarları: (ümumi sanitariya, sanitariya toksikoloji və s.).

9. Suların mikroelement tərkibinin əhali sağlamlığına təsiri: su ilə əlaqədar endemik xəstəliklər, onların profilaktikasının əsas prinsipləri.

10. Suların keyfiyyətinə təsir edən amillərin əsas qrupları, onların gigiyenik cəhətdən səciyyələndirilməsi, təbii və antropogen amillər.

11. Su-ətraf mühitin sağlamlaşdırıcı amili kimi, ondan istifadə olunmasının əsas prinsipləri.

12. Su təchizatı mənbələrinin təcnifatı, onların gigiyenik səciyyələndirilməsi.

13. Səthi su mənbələrində suyun çirklənməsi və öz-özünə təmizlənmə proseslərinin gigiyenik səciyyələndirilməsi. Bu proseslərə təsir edən amillərin əsas qrupları (fiziki, kimyəvi, bioloji və s.).

14. Qapalı (yeraltı) su təchizatı mənbələrinin təsnifatı, gigiyenik xüsusiyyətləri (kəmiyyət və keyfiyyət göstəriciləri).

15. Su təchizatı mənbələrində suyu çirkləndirən əsas təbii və antropogen mənbələr-gigiyenik xüsusiyyətləri.

16. Səthi su təchizatı mənbələrinin çirklənmədən mühafizə tədbirləri – su mənbələrinin sanitariya mühafizəsi.

17. Səthi su təchizatı mənbələrinin sanitariya mühafizəsi zonaları – onların təşkilinə dair əsas tələblər.

18. Yeraltı su təchizatının mənbələri və sistemlərinin sanitariya mühafizəsinin təşkilinin əsas prinsipləri.

19. Mərkəzləşmiş su təchizatı sisteminin əsas üstünlükləri, gigiyenik cəhətdən səciyyələındirilməsi.

20. Mərkəzləşdirilməmiş (yerli) su təchizatı sistemlərinin növləri, gigiyenik cəhətdən səciyyələndirilməsi.

21. Suların keyfiyyətinin yaxşılaşdırılmasının əhəmiyyəti, prinsipləri – təmizlənməsi, zərərsizləşdirilməsi, xüsusi üsullarla işlənməsi.

22. Suyun bakterioloji və helmintoloji çirklənməsinin əsas mənbələri, gigiyenik səciyyələndirilməsi, mübarizə tədbirləri.

 

4.Təcrübi material

1. Laboratoriya müayinələri üçün mənbədən, su nümunələrinin götürülməsi qaydaları və əhəmiyyəti. Su mənbəyinin sanitariya-topoqrafik müayinəsi.

2. Suyun fiziki orqanoleptik göstəricilərinin və alınan nəticələr əsasında suyun keyfiyyətinin qiymətləndirilməsi.

3. Suyun mineral tərkibini formalaşdıran əsas birləşmələr, onların fizioloji-gigiyenik əhəmiyyəti və normaları. Suyun codluğu, əhəmiyyəti və təyini üsulları.

4. Suyun üzvi tullantılarla çirklənmə göstəriciləri, gigiyenik cəhətdən qiymətləndirilməsi. Suyun oksidləşmə dərəcəsi, azotlu birləşmələrlə çirklənməsinin təyini üsulları, nəticələrin qiymətləndirilməsi.

5. Suyun epidemioloji təhlükəlilik göstəriciləri. Sanitariya-bakterioloji müayinəsi, nəticələrinin qiymətləndirilməsi: ümumi mikrob ədədi, kolititr, kolindeks, helmintoloji müayinə.

6. Suyun keyfiyyətinin yaxşılaşdırılmasının gigiyenik-epidemoloji əhəmiyyəti. Suyun təmizlənməsi üsulları – məqsədi, koaqulyasiyası və koaqulyant dozasının təyini.

7. Suyun zərərsizləşdirilməsinin fiziki üsulları və müqayisəli gigiyenik qiymətləndirilməsi.

8. Suyun zərərsizləşdirilməsi məqsədilə istifadə olunan kimyəvi üsullar: müqayisəli gigiyenik qiymətləndirilməsi.

9. Suyun normal dozalarla xlorlaşdırma üsulu ilə zərərsizləşdirilməsi effektivliyinin qiymətləndirilməsi.

10. Xüsusi üsullarla suyun keyfiyyətinin yaxşılaşdırılması: yumşaldılma, şirinləşdirmə və s.

 

5. Torpaq gigiyenası

5. Nəzəri material

1Torpaq - yoluxucu və parazitar xəstəliklərin yayılması amili kimi.

2. Biogeokimyəvi əyalətlər anlayışı. Endemik xəstəliklər.

3. Mikroelementozlar  – torpaqda olan metalların-mikroelementlərin orqanizmə daxil olma səviyyəsilə əlaqədar patologiyalar.

4.. Azərbaycanda endemik (biogeokimyəvi) ərazilər (rayonlar). Bu rayonlarda endemik xəstəliklərin yayılması xüsusiyyətləri.

5. Xəstəxana müəssisələri və yaşayış evləri tikmək üçün torpaq sahəsi seçilərkən torpağın mexaniki strukturunun və fiziki xüsusiyyətlərinin əhəmiyyəti.

6. Torpağın kimyəvi tərkibi və əhali sağlamlığında rolu.

 

5. Təcrübi material

4.1п. Torpağın öz-özünə təmizlənməsində onun mexaniki strukturunun və fiziki xüsusiyyətlərinin əhəmiyyəti. Torpağın mexaniki strukturunun və fiziki göstəricilərinin təyini üsulları.

4.2п. Torpağın öz-özünə təmizlənməsi proseslərinin mahiyyəti, bu prosesləri təmin edən amillər.

 

6. Radiasiya gigiyenası

6. Nəzəri material

1. Radiasiya gigiyenasının məzmunu, vəzifələri, məqsədi, müasir problemləri, istifadə etdiyi müayinə üsulları və inkişaf tarixi.

2. Radioaktivlik hadisəsi, radioaktiv şüalanmanın növləri, ölçü vahidləri və radiasiya təhlükəsizliyi normaları.

3. İonlaşdırıcı şüaların bioloji təsir xüsusiyyətləri, onların orqanizmə təsiri və törətdiyi patologiyalar.

4. Təbii və süni radiasiya fonu, onları yaradan mənbələr.

5. Ətraf mühitin süni radioaktiv maddələrlə çirklənmədən mühafizə tədbirləri.

6. Açıq və qapalı şüa mənbələri, onlarla iş zamanı müdafiə tədbirləri.

 

6. Təcrübi material

1. Suyun və havanın radioaktivliyinin təyini (nümunənin götürülməsi, preparatın hazırlanması, ölçmələrin və hesablamanın aparılması).

2. Qida məhsullarının və torpağın radioaktivliyinin təyini (nümunələrin götürülməsi, radiometrin işçı vəziyyətə gətirilməsi, ölçmə və hesablamanın aparılması).

3. Xarici şüalanmanın dozimetriyası. Dozimetrik hesablama üsulları ilə müdafiənin hesablanması.

 

7. Müalicə-prof. müəssisələrinin gigiyenası

6. Nəzəri material

1. Xəstəliklərin müalicəsində, xəstəxanadaxili və qospital infeksiyaların qarşısının alınmasında müalicə-profilaktika idarələrində sanitariya-gigiyenik rejimin və müalicə qoruyucu tədbirlərin əhəmiyyəti.

2. Xəstəxana ərazisinə və onun planlaşdırılmasına dair gigiyenik tədbirlər.

3. Xəstəxanaların tikinti sistemlərinin gigiyenik cəhətdən səciyyələndirilməsi.

4. Xəstəxanaların əsas struktur elementləri və onların planlaşdırılmasının xüsusiyyətləri.

5. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin yerləşdirilməsi planlaşdırılmasına dair gigiyenik tələblər (yoluxucu xəstəliklər, cərrahiyyə, mamalıq-ginekoloji).

6. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin planlaşdırılmasına dair gigiyenik tələblər (uşaq xəstəlikləri şöbələri-uşaq xəstəxanaları,rentgenologiya və radiologiya).

7. Xəstəxanaların sanitariya-texniki təchizatı (ventilyasiya, işıqlanma, su təchizatı və kanalizasiya)

8. Həkimlərin əməyinin gigiyenik xüsusiyyətləri. Xəstəxana  müəssisələrində gigiyenik rejim. 

9. Xəstəxanadaxili infeksiyaların profilaktikası.

 

7. Təcrübi material

1.Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizası. Layihə

sənədlərinin (situasiya, baş, və daxili planların ) gigiyenik cəhətdən qiymətləndirilməsi.

    

8. Qidalanma gigiyenası

8. Nəzəri material

1. Qidalanmanın fizioloji-gigiyenik əsasları. Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.

2. Səmərəli qidalanmaya dair əsas tələblər. Qidalanmanın fizioloji normaları. Qidalanmanın kəmiyyət və keyfiyyət göstəricilərinin çatışmazlığı və izafi miqdarları ilə əlaqədar alimentar xəstəliklər.

3. Müalicə və profilaktik qidalanma haqqında anlayış.

4.Əsas qida maddələrinin fizioloji-gigiyenik səciyyələndirilməsi. Zülallar, yağlar, karbohidratlar, onların əhəmiyyəti.

5. Vitaminlər və mineral maddələr, onların əhəmiyyəti.

6. Bitki mənşəli yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri.

7. Heyvan mənşəli yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri.

8. Konservləşdirilmiş yeyinti məhssullarının qidalanmada rolu. Konservləşdirmə üsullarının

    gigiyenik səciyyələndirilməsi.

9. Qida zəhərlənmələri, təsnifatı, onların profilaktikası.

 

8. Təcrübi material

 1. Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.Enerji sərfinin təyini üsulları və prinsipləri.

 2. Ərzaq məhsullarının gigiyenik səciyyələndirilməsi. Un və çörəyin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi və təyini üsulları.

 3. Süd və süd məhsullarının keyfiyyətinin gigiyenik qiymətləndirilməsi və təyini üsulları. 

 4. Ət və konservlərin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi. Ərzaqlarda “C” vitamininin  təyini.

 5. Qida zəhərlənmələri, qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydları.

 

9. Əmək gigiyenası

9. Nəzəri material

1. İşçilərin sağlamlığının qorunmasında, peşə xəstəliklərinin profilaktikasında əmək gigiyenasının rolu, məzmunu, vəzifələri, əmək gigiyenasının müasir problemləri.

2. Fiziki və zehni işlə əlaqədar orqanizmdə baş verən dəyişikliklərin fizioloji xüsusiyyətləri.

3.Yorulma, həddən artıq yorulma, onların mahiyyəti. Onları izah edən nəzəriyyələr. Yorulmanın profilaktikası.

4. Peşə zərərləri və peşə xəstəlikləri anlayışı. Peşə xəstəlikləri inkişafının əsas qanunauyğunluqları.

5. Bədənin məcburi vəziyyəti və ayrı-ayrı orqanların və sistemlərin gərginliyi ilə əlaqədar baş verən peşə xəstəlikləri, onların profilaktikası.

6. stehsalat mikroiqliminin gigiyenik xüsusiyyətləri, onların işçi orqanizminə təsiri.

7. İstehsalat şəraiti ilə əlaqədar yüksək və alçaq atmosfer təzyiqi, onların törətdiyi patologiyalar və profilaktikası.

8. İstehsalatda təsadüf edən şüalar, onların orqanizmə təsiri və mənfitəsirinin profilaktikası.

9. İstehsalat səs-küyü, onun törətdiyi spesifik və qeyri-spesifik xəstəliklər.

10. İstehsalat vibrasiyası, növləri, orqanizmə təsiri. Yerli və ümumi vibrasiya xəstəlikləri, xüsusiyyətləri və profilaktikası.

11. İstehsalat tozları, onların orqanizmə təsirindən baş verən peşə xəstəlikləri və profilaktikası.

12. Sənaye zəhərləri və onların orqanizmə təsiri. Peşə zəhərlənmələri, onların növləri və profilaktikası.

13. İstehsalat travmatizmi, onların növləri, baş vermə səbəbləri və profilaktikası.

14. Kənd təsərrüfatı əməyinin xüsusiyyətləri. Mexanizatorların və heyvandarlıq təsərrüfatlarında əmək gigiyenası.

15. Kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və onlarla iş zamanı əmək gigiyenası.

16. İstehsalat şəraitinin bioloji amilləri və onların törətdiyi peşə patologiyaları.

 

9. Təcrübi material

1. İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklər, onların müayinəsi və gigiyenik qiymətləndirilməsi.

2. Səs-küy, fiziki göstəriciləri və gigiyenik xüsusiyyətləri. Səs-küyün müxtəlif göstəricilərinin müayinə üsulları.

3. Vibrasiya, onun parametrləri. Vibrasiyanın müayinəsi. Vibrasiya xəstəliyinin müəyyənləşdirilməsində istifadə olunan klinik-fizioloji üsullar.

4. Zəhərli maddələrin orqanizmə təsiri. Onların toksikliyinin qiymətləndirilməsi üsulları və təyin edilən göstəricilər.

5. Fəhlə və qullaqçuların profilaktik tibbi müayinəsi. Onun təşkili və nəticəsinin yoxlanilması.

6. Peşə xəstəlikləri və peşə zəhərlənmələri. Bu işin yerinə yetirilməsində lazım olan xüsusi forma sənədləri. Təhqiqatın aparılması qaydası.

7. İstehsalatın mikroiqlim göstəriciləri. İstehsalat sexlərində onların müayinəsi və gigiyenik qiymətləndirilməsi.

8. İstehsalat tozları, onların növünün, miqdarının, dispersliyinin müayinəsi və gigiyenik qiymətləndirilməsi.

 

10. Uşaq və yeniyetmələr gigiyenası

10. Nəzəri material

1. Uşaq orqanizminin inkişafının yaş dövrləri və bununla əlaqədar anatomik-fizioloji xüsusiyyətləri.

2. Uşaqların sağlamlıq və fiziki inkişaf göstəriciləri, onların gigiyenik xarakteristikası. Sağlamlıq qrupları.

3. Məktəblilərin gün rejimi və tədris prosesinin təşkilinin gigiyenik xüsusiyyətləri.

4. Uşaq təlim-tərbiyə müəssisələrinin planlaşdırılmasına, quruluşuna və avadanlığına qoyulan gigiyenik tələblər.

5. Uşaq müəssisələrində və məktəblərdə tibbi xidmətin təşkili və onun xüsusiyyətləri.

 

10. Təcrübi material

1. Uşaq və yeniyetmələrin fiziki inkişafının müayinə göstəriciləri və alınan nəticələrin gigiyenik qiymətləndirilməsi.

 

11. Şəxsi gigiyena

11. Nəzəri material

1. Bədənin və ağız boşlüğunun gigiyenası. Bədənin möhkəmləndirilməsi, onun prinsipləri və vasitələri.

2. Sağlam həyat tərzi, onun gigiyenik xüsusiyyətləri.

               

Təklif  edilən ədəbiyyat

Əsas

1. Kazımov  M.A. və b.  Gigiyena.  Bakı, “Təbib”, 2005, 690 s.

2. Kazımov M.A. və b. Ümumi gigiyena. Bakı, “Təbib”, 2007, 480 s.

3. Kazımov M.A. və b. Radiasiya gigiyenası. Bakı, “Təbib”, 2009, 374  s.

4. Kazımov M.A. və b. Gigiyena profilli laboratoriya işinin əsasları. Bakı, 2014, 380 s.

 

Əlavə

1. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.

2. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М.,  ГЭОТАР-Медиа, 2010, 752 с.

3. Гончарук Е.И. и др. Общая гигиена. Киев, «Вища школа, 2000, 652 с.

4. Большаков А.М. и др.  Общая гигиена. М., ГЭОТАР-Медиа, 2009, 832 с.

5. Пивоваров Ю.П. и др. Гигиена и основы экологии человека. Ростов-на Дону, «Феникс» ,  2002, 512 с.

6. Лакшин А.М. и др. Общая гигиена c основами экологии человека. М., Медицина,  2004,  464 с.

7. Кириллов В.Ф. и др. Радиационная гигиена. М., «Медицина», 1988, 336 с.

8. Покровский. В.А.Гигиена. М., «Медицина», 1979, 

9. Минх А.А.. Общая гигиена. М., «Медицина», 1984, 480 с.

 

 

Azərbaycan Tibb Universiteti

TƏMƏL «ÜMUMİ  GIGIYENA» (stomatologiya  ixtisası üzrə)

İŞÇI TƏDRIS PROQRAMI

              (SILLABUS)

«Təsdiq edirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_____________professor Kazımov M.A.

«_____» ___________ 2015-ci il

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

məcburi

payız (III semestr)

6 kredit

Əyani

Azərbaycan, rus, ingilis

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X., dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

 

 

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                     012 595-59-35; 012 595-69-53

E-mail: [email protected]

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVIZITLƏR

Fənnin tədrisilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur

 

KURSUNTƏSVİRİ:

Gigiyena – ətraf mühitlə insan orqanizmi arasında qarşılıqlı əlaqələrin bütün sahələrini əhati etməklə onun həyat və fəaliyyətinin gigiyenik məsələlərini, ətraf mühitin insanın sağlamlıq və xəstələnmə göstəricilərinə təsirinin qanunauyğunluqlarını, insanların həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şəraitin və sanitariya vəziyyətinin təmin olunması yolu ilə sağlamlığın qorunması və möhkəmləndirilməsinə, xəstəliklərin profilaktikasına yönəldilmiş gigiyenik normalaşdırmanın və digər qabaqlayıcı tədbirlərin elmi nəzəri əsaslarını işləyib hazırlayan elm sahəsidir.

Bu fənnin tədrisi tələbələrdə və gələcək həkim-mütəxəssislərdə ekoloji-gigiyenik təfəkkürün formalaşmasına və xəstəlik və xəstələrə profilaktik mövqelərdən yanaşma prinsiplərinin möhkəmlənməsini təmin edəcəkdir.

 

KURSUNMƏQSƏDI:

Gigiyenanın əsas məqsədi ətraf mühitin insan orqanizminə və sağlamlığına təsir qanunauyğunluqlarını öyrənmək əsasında insanın həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin profilaktikasına dair gigiyenik normaların və sanitariya qaydalarının və digər profilaktik tədbirlərin elmi cəhətdən əsaslandırılmasından və bununla da ictimai sağlamlığın qorunmasından ibarətdir.

 

KURSUNNƏTİCƏLƏRİ:

Fənnin tədrisi nəticəsində tələbələr ətraf təbii və sosial mühit obyekt və amillərinin əsas xüsusiyyətləri, bu amillərin ətraf mühitə və insan sağlamlığına əlverişli və zərərli təsirləri haqqında zəruri biliklər əldə edir, bu təsirləri müəyyən edən və qiymətləndirən tədqiqat üsullarını öyrənir və bu üsulları tətbiq etməklə ətraf mühit amillərinin qarşılıqlı və sağlamlığa təsirini qiymətləndirmək, əlverişli təsirlərdən orqanizmi və sağamlığı möhkəmləndinmək və zərərli təsirlərin qarşısını almaq bacarıqlarına və vərdişlərinə yiyələnirlər.

Stomatologiya üzrə həkim-mütəxəssislər gigiyenik bilik və bacarıqlara yiyələnməklə ağız boşluğunun və dişlərin xəstəliklərinin, xüsusilə endemik patologiyaların diaqnostikası müalicəsi və profilaktikasına dair tədbirlərin düzgün və vaxtında həyata keçirməklə bu patologiyaların azalmasını təmin edə bilərlər.

 

FƏNNÜZRƏMÜHAZIRƏMÖVZULARI

1. Gigiyena fənni, onun məqsədi, məzmunu və vəzifələri. Əsas profilaktik elm kimi onun tibb fənləri arasında mövqeyi və əhali sağlamlığının qorunmasında rolu. Xaricimühitlə orqanizmin vəhdətliyi profilaktik təbabətin əsası kimi. Həkim-stomatoloqun fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti. Gigiye­nanın və ekoloJi təfəkkürün inkişaf tarixi: müxtəlif dövrlərdə bu elmin inkişafının əhali sağlamlığının formalaşmasına təsiri. Azərbaycanda gigiyena elminin və sanitariya xidmətinin inkişafı və görkəmli xadimləri. Gigiyena elminin müasir problemləri, əsas müayinə üsulları, xarici mühitin risk amillərinin orqanizmə təsirinin və risk qruplarının  öyrənilməsində bu üsulların əhəmiyyəti. Sanitariya-qiqiyenik monitorinqin təşkilinin ümumi əsasları və mahiyyəti. Sanitariya təşkilatları, onların vəzifələri və hüquqları.–2 saat.

2. Qidalanmanın fizioloji-gigiyenik əsasları. Səmərəli qidalanma haqqında anla­yış, insanın sağlamlığı və fiziki inkişafı üçün onun əhəmiyyəti. Qidalanma­nın fizioloji normaları. Müalicə və profilaktik qidalanma haqqında anla­yış. İzafi və natamam qidalanma ilə əlaqədar alimentar və endemik xəstəlik­lər, onların profilaktikasının əsas prinsipləri. Heyvani və bitki mənşəli ərzaq məh­sullarının gigiyenik cəhətdən differensial qiymətləndirilməsi.– 2 saat.

3. İnsanın qidalanmasında zülallar, yağlar, sulu karbonlar, mineral maddələr və vitaminlərin əhəmiyyəti, onların çatmamazlığının və ifrat miqdarının ağız boşluğu və diş xəstəliklərilə əlaqəsi. Ərzaq məhsullarının konservləşdirilməsinin əhəmiyyəti. Konservləşdirmə üsullarının gigiyenik səciyyələndirilməsi. Qida zəhərlənmələri, onların təsnifatı və profilaktikası. – 2 saat.

4. Torpaq xarici  mühit obyekti kimi, əhali arasında ümumi və yoluxucu xəstəliklərin yayılmasında onun rolu. Azərbaycanda torpaqların əsas gigiyenik xüsusiyyətləri. Torpağın kimyəvi tərkibilə endemik diş xəstəlikləri arasında əlaqə.

Yaşayış məskənlərində torpağın çirklənməsinin əhali sağlamlığına, yaşayış və əmək şəraitinin sanitariya vəziyyətinə təsiri. Yaşayış məskənlərinin səmərəli planlaşdırılmasının gigiyenik əsasları. Urbanizasiyanın gigiyenik aspektləri. Mənzillərin insan sağlamlığına təsiri və gigiyenik cəhətdən qiymətləndirilməsi.  Yaşayış yerlərin sanitariya təmizlənmə sistemləri.– 2 saat.

5. Müalicə-profilaktika müəssisələrinin planlaşdırılması, yerləşdirilməsi, avadanlıqı və sanitariya rejiminin gigiyenik cəhətdən qiymətləndirilməsi. Xəstəxana tikintisi sistemlərinin gigiyenik səciyyələndirilməsi. Stomatoloji profilli müalicə-profilaktika müəssisələrinin planlaşdırılması və quruluşuna dair gigiyenik tələblər və onların xüsusiyyətləri.– 2 saat.

6. Su biosfer amili kimi. Suyun insan orqanizminə və əhalinin sağlamlıq vəziyyətinə təsiri. Endemik və yoluxucu xəstəliklərin yayılmasında suyun rolu. İçməli suların keyfiyyətinin fiziki, orqanoleptik, kimyəvi və bakterioloji göstəriciləri, onların gigiyenik normalaşdırılmasının əhəmiyyəti. Suyun mikroelement tərkibinin dişlərin endemik xəstəliklərinin yayılmasında rolu. -2 saat

7. Su təchizatı mənbələri və sistemlərinin gigiyenik cəhətdən qiymətləndirilməsi, suyun keyfiyyətinə onların təsiri. Azərbaycanın əsas su təchizatı mənbələrinin gigiyenik xüsusiyyətləri.

Mərkəzləşdirilmiş və yerli su təchizatı sis­te­­mləri. Mərkəzləşdirilmiş və yerli su təchizatı sis­te­­mlərində suyun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edilən üsulların sağ­lamlığın qorunmasında əhəmiyyəti. Suyun flüorlaşdırılmasının və flüorsuz­laşdırılmasının kariyes və flüoroz xəstəliklərinin profilaktikasında əhəmiy­yəti. Su təchizatı mənbələri və sistemlərinin sanitariya mühafizəsi. -– 2 saat.

8. Atmosfer havası biosferin əsas elementlərindən biri kimi. Onun əsas fiziki risk amillərinin orqanizmə təsiri və gigiyenik qiymətləndirilməsi. Havanın temperaturu, rütubəti, cərəyanı və atmosfer təzyiqinin gigiyenik qiymətləndirilməsi və normalaşdırılması. Havada elektromaqnit dalğaları, radioaktivlik və elektrik sahəsinin gigiyenik cəhətdən səciyyələndirilməsi.- 2 saat.

9. Atmosfer havasının təbii qaz tərkibi, onun insan orqanizminə, sağlamlığına təsiri. Atmosfer havasında və qapalı mühitlərdə zərərli qaz qarışıqları və tozlar. Onların orqanizmə və sağlamlığa təsiri. Atmosfer havasının əsas çirklənmə mənbələri və onların gigiyenik cəhətdən səciyyələndirilməsi. Toksik dumanlar və onların əhali sağlamlığına təsiri. Havanın mikroorqanizmlərlə çirklənməsi, sağlamlığa təsiri. Atmosfer havasının çirklənmədən mühafizəsinin əsas prinsipləri. – 2 saat.

10. Günəş şüalarının orqanizmə təsiri, onların gigiyenik əhəmiyyəti. Dişlərin kariyesi və raxit xəstəliyinin profilaktikasında ultrabənövşəyi şüların rolu. Günəş şüalarının zərərli təsirləri və onların profilaktikası. Hava, iqlim və mikroiqlim haqqında anlayış, onların insan orqanizminə təsiri. Azərbaycanda əsas iqlim zonaları. Meteotrop və mövsümi xəstəliklər, onların profilaktikası. İqliməuyğunlaşma və bu sahədə gigi­­yenik tədbirlərin rolu. – 2 saat.

11. Radiasiya gigiyenasının məzmunu, vəzifələri. Radioaktivlik və ionlaşdırıcı şüalar haqqında anlayış. İonlaşdırıcı şüa mənbələri. İonlaşdırıcı şüaların bioloji təsiri və onun profilaktikası. Təbii və süni radiasiya fonu haqqında anlayış. Ətraf mühitin radioaktiv çirklənməsi və insanların şüalanması üzərində radiometrik və dozimetrik nəzarət. Radioaktiv çirklənmədən və şüalanmadan mühafizə tədbirləri.- 2 saat.

12. Əmək gigiyenası fənni, onun məqsədi, məzmunu, vəzifələri, müayinə ob­yek­ti və üsulları. Əməyin fizioloji-gigiyenik əsasları. İş zamanı orqanizm­də baş verən fizioloji dəyişikliklər. Yorulma və həddən artıq yorulma, onların profilaktikası. İstehsalatda risk amilləri – peşə zərərləri və peşə xəstəlikləri haqqında anlayış. İstehsalatın risk amillərinin işçilərin sağlamlığına və xəstələnmə səviyyəsinə təsiri. Peşə xəstəlikləri­nin təsnifatı. Bədənin məcburi vəziyyəti və ayrı-ayrı üzvlərin gərginləşmə­silə əlaqədar xəstəliklər, onların profilaktikası. – 2 saat.

13. İstehsalat mühitinin əlverişsiz fiziki, kimyəvi və bioloji amilləri, onların törətdikləri peşə xəstəliklərinin profilaktikası. Sənaye zəhərlərinin orqanizmə təsirinin qanunauyğunluqları, peşə zəhərlənmələri. İstehsalat tozları. Pnevmokoniozlar. Ağız boşluğu və dişlərin toz mənşəli peşə xəstəlikləri. Profilaktik tədbirlər. Tibb  işçilərinin, həkim-stomatoloqların və diş texniklərinin əməyinin gigiyenik səciyyələndirilməsi. – 2 saat.

14. Böyüməkdə olan nəslin sağlamlığının qorunması və möhkəmləndirilməsi – uşaq və yeniyetmələr gigiyenasının mühüm vəzifəsi kimi. Uşaq və yeniyetmələrin fiziki inkişafının anatomik-morfo-funksional xüsusiyyətləri. Məktəblilərin əmək və istirahət rejiminin təşkilinin fizioloji-gigiyenik əsasları. Uşaq tərbiyə və tədris müəssisələrinin gigiyenası. Məktəblilərdə ağız boşluğu və diş xəstəliklərinin profilaktikası üzrə həkim-stomatoloqun vəzifələri. – 2 saat.

15. Milli Orduda sanitariya-gigiyenik tədbirlərin təşkilinin əsasları. Qoşunların yerləşdirilməsinin gigiyenası, hərbi qulluqçuların sağlamlığında rolu. Qoşunların stasionar və çöl şəraitində yerləşdirilməsinin gigiyenik xüsusiyyətləri. Hərbi-çöl şəraitində qoşunların qidalanması və su təchizatı üzərində sanitari­ya-gigiyenik nəzarətin əhəmiyyəti və təşkilinin əsasları. Kütləvi qırğın sila­hı (KQS) tətbiq olunması şəraitində ərzaqların və suyun sanitariya mühafi­zəsi və zərərsizləşdirilməsinin əhəmiyyəti. Fərdi su istifadəsinin gigiyenası. Müxtəlif quru qoşun hissələrində (motoatıcı, artilleriya, raket, radiotex­­niki və s.), hərbi əməyin gigiyenası. Hərbi qulluqçular arasında peşə xəstəlikləri  və zəhərlənmələrin profilaktikası. - 2 saat.

           

FƏNNÜZRƏTƏCRÜBƏMƏŞĞƏLƏLƏRININMÖVZULARI (30 MÖVZU)

1. Gigiyena haqqında anlayış. Onun insan sağlamlığının və ətraf mühitin qorunmasında rolu. Gigiyenada istifadə olunan müayinə üsulları. Xarici mühit amillərinin və onların və insan sağlamlığına təsirinin öyrənilməsində bu üsulların əhəmiyyəti. Stomatologiya fakultəsində gigiyena fənninin tədrisinin təşkililə tanışlıq. – 2 saat.   

2. Orqanizmin sutkalıq enerji sərfi səmərəli qidalanmanın təşkilinin əsası kimi, onun təyini üsulları. Döyüşçünün və tələbənin enerji sərfinin hesablanması. – 2saat.

3. Hərbi qulluqçuların və tibb universiteti tələbəsinin sutkalıq qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin hesablanması. Sutkalıq qida rasionunda Ca və P miqdarının gigiyenik qiymətləndirilməsi. – 2saat

4-5. Yeyinti məhsullarının keyfiyyətinin gigiyenik cəhətdən qiymətləndirilməsinin ümumi prinsipləri. Süd və çörəyin gigiyenik müayinəsi. – 4 saat.

6-7. Ət, konserv və konsentratların gigiyenik müayinəsi və qiymətləndirilməsi. Orqanizmin «C» vitaminilə təminatının qiymətləndirilməsi. Bəzi yeyinti məhsullarında «C» vitaminin təyini və gigiyenik qiymətləndirilməsi.-4 saat

8. .Müalicə müəssisələrində xəstələrin qidalanmasının təşkili üzərində həkim  nəzarəti. Xəstəxananın qida blokunun quruluşu və işilə tanışlıq. – 2 saat.

9. Qida zəhərlənmələrinin təhqiqatı və profilaktikası. – 2saat.

10. Torpağın ətraf  mühitin keyfiyyətinə və sağlamlığa təsiri, gigiyenik və epidemioloji əhəmiyyəti. Onun keyfiyyətinin fiziki-mexaniki göstəricilərinin əhəmiyyəti  və müayinəsi. – 2 saat.

11. Otaqlarda, iş yerlərində, müalicə müəssisələrində sanitariya şəraitinin  yaxşılaşmasında hava mübadiləsinin və işıqlanmanın əhəmiyyəti və müayinə üsulları. – 2 saat.

12. Müalicə-profilaktika idarələrinin layihələrinin müayinəsinin əhəmiyyəti, layihə sənədlərinin - situasiya və baş planların, stasionarın planlaşdırılmasının gigiyenik müayinəsi. – 2 saat.

13. Stomatoloji poliklinikanın səmərəli planlaşdırılmasının, quruluşunun, və avadanlığının gigiyenik cəhətdən müayinəsi (stomatoloji poliklinikada). – 2 saat.

14. İçməli suların keyfiyyətinin fiziki-orqanoleptik göstəricilərinin gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2 saat.

15. Suda mineral maddələrin – kalsium, flüor, dəmir və sulfatların suyun keyfiyyətinə, insan orqanizminə, əhalinin sağlamlığına təsiri və gigiyenik əhəmiyyəti. Suyun codluğunun, sulfatların və dəmirin təyini üsulları. – 2 saat.

16. Suyun çirklənməsinin əhali sağlamlığı üçün təhlükəsi,  suyun kimyəvi və bakterial çirklənmə göstəricilərinin (oksidləşmə dərəcəsinin, ammonium, nitrit və nitrat birləşmələrinin, mikrob ədədi, koli-titr və koli-indeksinin) onun keyfiyyətinə təsiri və təyini üsulları. – 2 saat.

       17. Suyun keyfiyyətinin yaxşılaşdırılması üsulları, onların əhali sağlamlığının mühafizəsində əhəmiyyəti, suyun koaqulyasiyası və normal dozalarla xlorlaşdırılmasının suyun keyfiyyətinə təsiri. Suyun koaqulyant dozasının və xlor tələbatının təyini. Su gigiyenasına dair seminar məşğələsi. – 2 saat.

18. Mikroiqlim göstəricilərinin insan orqanizminə təsiri, onların gigiyenik əhəmiyyəti. Havanın temperaturu və rütubətinin orqanizmin istilik tənzimində rolu, gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2 saat.

19. Hava cərəyanının və barometrik təzyiqin insan orqanizminə təsiri, gigiyenik əhə­miyyəti və təyini üsulları. Meteoroloji amillərin orqanizmə kompleks  təsi­­rinin fizioloji göstəriciləri və təyini üsulları. – 2 saat.

20. Günəş radiasiyasının insan orqanizminə təsiri, gigiyenik əhəmiyyəti və  müayinə üsulları. Ultrabənövşəyi şüaların diş xəstəliklərinin profilaktikasında rolu və intensivliyinin təyini üsulları. – 2 saat.

21-22. Havanın kimyəvi tərkibinin sağlamlığa təsiri və gigiyenik əhəmiyyəti,  müayinə üsulları. Havanın bəzi zərərli qazlarla (CO2), çirklənməsinin sağlamlığa təsiri, gigiyenik-epidemioloji əhəmiyyəti, təyini üsulları. Havanın tozlar və mikroorqanizmlərlə çirklənməsinin sağlamlığa təsiri, gigiyenik – epidemioloji əhəmiyyəti və təyini üsulları.– 4 saat.

23. Suyun və yeyinti məhsullarının radioaktivliyinin gigiyenik əhəmiyyəti və təyini üsulları. İonlaşdırıcı şüalardan mühafizənin hesablanması, dozimetriya nəzarəti üsulları ilə tanışlıq. – 2 saat.

24. İş zamanı orqanizmdə baş verən dəyişikliklərin müayinəsinin işçilərin sağlamlığının qiymətləndirilməsində əhəmiyyəti, fizioloji müayinə üsulları ilə tanışlıq (əzələlərin iş qabiliyyətinin, mərkəzi sinir sisteminin, ürək-damar sisteminin müayinəsi və s.) – 2saat.

25. Səs-küy və titrəmələr- peşə zərərləri kimi. Onların orqanizmə və sağlamlığa təsiri,  müayinə üsulları. – 2saat

26. Peşə xəstəlikləri və zəhərlənmələrinin qeydiyyatı, hesablanması, təhqiqatı və profilaktikasının əsas prinsipləri. – 2 saat. 

27. Peşə xəstəliklərinin və zəhərlənmələrinin profilaktikasında və işçilərin sağlamlığının qorunmasında işçilərin profilaktik tibbi müayinələrinin təşkilinin əsasları -2 saat.

28. Uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin müayinəsi və qiymətləndirilməsi üsulları. – 2 saat.

29. Hərbi-çöl şəraitində suyun təmizlənməsi və zərərsizləşdirilməsi, yüksək dozalarla xlorlaşdırılması – 2 saat.

30. Щярби-чюл шяраитиндя суйун кейфиййятинин йахшылашдырылмасына даир хцсуси цсулларла танышлыг. Дезактивасийа, дузсузлашдырма. Суйун тямизлянмяси вя зярярсизляшдирилмяси цчцн хцсуси тяъщизат васитяляри. Йекун мяшьяля.– 2саат.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QIYMƏTLƏNDIRMƏ

Fənn üzrə zəruri 100 bal aşağıdakı qayda üzrə toplanır.

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən:

10 bal – dərsə davamiyyətə görə

10 bal – sərbəst işlərə görə

20 bal – cari mənimsəməyə görə (tələbələrin gündəlik hazırlığına və cavablarına verilən ballar, 10 bal – bacarıqlara görə

Semestr ərzində minimum 3 dəfə dəfə kollokvum keçirilməlidir

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal – imtahanda toplanır.

İmtahan test üsulu ilə keçirilir.

 

QEYDİmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiq hesab olunur və kursu təkrar keçməlidir.

İmtahanda və imtahanaqədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A – «əla» - 91-100 bal

B – «çox yaxşı» - 81-90 bal

C – «yaxşı» - 71-80 bal

D – «kafi» - 61-70 bal

E – «qənaətbəxş» 51-60 bal

F – «qeyri-kafi» - 51-dən az

 

SƏRBƏST

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

 

SƏRBƏSTIŞLƏRINMÖVZULARI

I. Giriş. Nəzəri material

1. Gigiyena elmi profilaktik təbabətin nəzəra əsasıdır. Onun məzmunu, məqsədi və vəzifələri və müasir problemləri

2. Ətraf mühit və orqanizm arasında qarşılıqlı əlaqə sağlamlığın qorunması və xəstəliklərin profilaktikasının əsasıdır.

3. Ətraf mühitin təsiri ilə əlaqədar inkişaf edən stomatoloji xəstəliklər və onların profilaktikasının ümumi prinsipləri.

4. Həkim stomatoloqun peşə fəaliyyətində gigiyenik biliklərin əhəmiyyəti

5. Gigiyenada istifadə olunan müayinə üsulları, onların təsnifatı, ətraf mühitin təsiri ilə insan sağlamlığı arasında səbəb-nəticə əlaqələrin diaqnostikasında bu üsulların əhəmiyyəti.

6. Xarici mühitin müayinəsi üçün istifadə olunan gigiyenik müayinə üsulları, yaşayış mühitin sanitariya vəziyyətinin gigiyenik diaqnostikasında onların əhəmiyyəti

7. Xarici mühitin orqanizmə və sağlamlığa təsirini öyrənmək üçün istifadə olunan müayinə üsulları. İnsanın sağlamlıq vəziyyətinin gigiyenik diaqnostikasında bu üsulların əhəmiyyəti

8. Gigiyenik tədqiqatlarda istifadə olunan epidemioloji müayinələr, növləri, tətbiqinin məqsədi, əhalinin xəstələnmə səviyyəsi ilə ətraf mühitin amillərinin təsiri arasında asılılığın müəyyən edilməsində onların rolu

9. Cəmiyyətin ayrı-ayrı tarixi dövrlərində gigiyena elminin inkişafı. Gigiyenanın inkişafında xidmətləri olmuş görkəmli elm xadimləri

10. Azərbaycanda gigiyenik biliklərin və elmin inkişaf tarixi. Bu prosesdə ayrı-ayrı ictimai və elm xadimlərinin rolu

11. Xarici mühit ilə insan orqanizmi və əhalinin sağlamlığı arasında qarşılıqlı əlaqələrin dərs olunmasında gigiyenanın qanunlarının əhəmiyyəti,  bu qanunların mahiyyəti

12. Gigiyena normalar haqqında elmdir. Gigiyenik normalaşdırmanın əsas obyektləri və prinsipləri əsas gigiyenik normalar

13. Təbabətdə profilaktika anlayışı. Növləri – birincili, ikincili, fərdi, ictimai profilaktika – mahiyyətləri, tətbiq şəraitləri, məqsədi

14. Sanitariya nəzarəti, formaları, məqsədləri. Yaşayış mühitinin mühafizəsi və əhali sağlamlığının qorunmasında onun əhəmiyyəti

15. Sanitariya-epidemioloji nəzarət orqanları hüquq və vəzifələri, iş üsulları. Əhalinin sanitariya epidemioloji salamatlığının təmin olunması sahəsində onların fəaliyyəti

 

I. 2. Təcrübi material

1. Gigiyenada istifadə olunan müayinə üsullarının təsnifatı. Müayinələrin təşkilinin ümumi prinsipləri

2. Xarici mühitin öyrənilməsi üçün istifadə olunan müayinə üsulları. Müayinə üsullarının tətbiqinə dair ümumi tələblər. Nəticələrin obyektivliyini təmin edən əsas şərtlər

3. Xarici mühit amillərinin orqanizmə təsirini öyrənən müayinə üsullarının təsnifatı

4. Eksperimental müayinələrin növləri və formaları: təbii gigiyenik eksperiment, laboratoriya gigiyenik eksperimental müayinələr, onların təşkilinə dair ümumi tələblər

5. Ekzogen amillərin xarici mühit obyektlərində normalaşdırılmasının əsas mərhələləri

6. Əhali arasında ümumi xəstələnmə səviyyəsinin, o cümlədən stomatoloji xəstəliklərin yayılmasının öyrənilməsi üçün epidemioloji müayinələrin aparılması qaydaları, onların növləri və aparılma sxemləri

 

II. Su gigiyenası. II. 1. Nəzəri material

1. Su biosfer amili kimi onun insanın sağlamlığının mühafizəsində və yaşayış mühitinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşmasında rolu

2. Suyun keyfiyyətini səciyyələndirən göstəricilərin əsas qrupları, onların gigiyenik səciyyələndirilməsi

3. Su orqanizmin struktur elementi kimi, onun fizioloji əhəmiyyəti, kəmiyyət və keyfiyyət göstəricilərinin sağlamlığa təsiri

4. İnsanın həyat və məişəti, təsərrüfat fəaliyyətində suyun gigiyenik əhəmiyyəti

5. Suyun epidemioloji əhəmiyyəti. Yoluxucu mədə-bağırsaq xəstəliklərinin yayılmasında suyun rolu. Su epidemiyalarının səciyyəvi xüsusiyyətləri

6. İçməli və məişət təsərrüfat əhəmiyyətli suların keyfiyyətinin kimyəvi-toksikoloji göstəriciləri. Onların səciyyələndirilməsi

7. Suyun keyfiyyətinin və sağlamlığa təsirinin gigiyenik diaqnostikasında onun fiziki-orqanoleptik göstəricilərinin əhəmiyyəti və normalaşdırılması

8. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların təbii kimyəvi tərkibinin fizioloji-gigiyenik cəhətdən səciyyələndirilməsi və normalaşdırılması

9. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların mikroelement tərkibi. Bir sıra stomatoloji xəstəliklərin inkişafı və yayılmasında suyun mikroelement tərkibinin rolu

10. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların çirklənməsinin kimyəvi göstəriciləri, onların toksikoloji-gigiyenik cəhətdən səciyyələndirilməsi

11. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların sanitariya-bakterioloji göstəriciləri, onların sanitariya-epidemioloji cəhətdən səciyyələndirilməsi. Suyun epidemioloji təhlükəsizlik normaları

12. Yaşayış məskənlərinin su təchizatı mənbələrinin təsnifatı, onların gigiyenik cəhətdən səciyyələndirilməsi

13. Yaşayış məskənlərinin su təchizatı sistemləri: mərkəzləşmiş və yerli su təchizatı sistemlərinin müqayisəli gigiyenik səciyyələndirilməsi

14. Su təchizatı mənbələrində suyun çirklənməsi və öz-özünə təmizlənmə prosesləri. Ekoloji-gigiyenik cəzətdən səciyyələndirilməsi

15. Suyun çirklənmə mənbələrinin gigiyenik-epidemioloji cəhətdən səciyyələndirilməsi

16. Su təchizatı mənbələrinin və sistemlərinin sanitariya mühafizəsi. Sanitariya-mühafizə qurşaqlarının təşkilinə dair gigiyenik tələblər

17. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların keyfiyyətinin yaxşılaşdırılmasının ümumi prinsipləri, bu prosesin effektivliyi üzərində nəzarət

18. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların təmizlənməsi, üsulları, prinsipləri, məqsədi

19. İçməli və təsərrüfat-məişət əhəmiyyətli suların zərərsizləşdirilməsinin əsas prinsipləri, üsulları, vasitələri və məqsədi

20. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların keyfiyyətinə təsir edən əsas təbii və antropogen amillər, gigiyenik xüsusiyyətləri

21. Su vasitəsilə yayılan yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikasına dair əsas tədbirlər

 

II. 2. Təcrübi material

1. Su mənbələrinin sanitariya-topoqrafik müayinəsi. Bu müayinənin suyun keyfiyyətinə təsir edən amillərin müəyyən olunmasında əhəmiyyəti. Su nümunələrinin götürülməsi qaydaları

2. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların orqanoleptik göstəricilərinin müayinəsi və qiymətləndirilməsi

3. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların fiziki xassələrinin əhəmiyyəti, müayinə sulları və gigiyenik normaları

4. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların mineral-tərkibinin fizioloji-gigiyenik əhəmiyyəti. Codluq göstəricilərinin gigiyenik əhəmiyyəti, təyini və nəticələrin qiymətləndirilməsi, normaları

5. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların tərkibində fluor mikroelementinin əhəmiyyəti və təyini

6. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların kimyəvi çirklənmə göstəricilərinin gigiyenik səciyyələndirilməsi. Suyun oksidləşmə dərəcəsinin və azotlu birləşmələri ilə çirklənməsinin müayinəsi

7. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların bakterial çirklənməsinin gigiyenik-epidemioloji cəhətdən qiymətləndirilməsi. Suyun bağırsaq çöpləri ilə çirklənməsinin və ümumi mikrob ədədinin təyini üsulları

8. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların keyfiyyətinin yaxşılaşdırılmasında suyun təmizlənməsinin əhəmiyyəti. Suyun koaqulyasiyası

9. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların keyfiyyətinin yaxşılaşdırılmasında zərərsizləşdirmə üsullarının əhəmiyyəti. Suyun zərərsizləşdirilməsinin fiziki üsullarının gigiyenik səciyyələndirilməsi

10. İçməli və məişət-təsərrüfat əhəmiyyətli suların kimyəvi zərərsizləşdirmə üsulları. Suyun normal dozalarla xlorlaşdırılması, zərərsizləşdirmənin effektivliyinə nəzarət 

III. Hava gigiyenası. III. 1. Nəzəra material

Atmosfer havası biosfer obyekti kimi. Onun insanın sağlamlığına, həyat, məişət və təsərrüfat fəaliyyətinin sanitariya vəziyyətinə təsiri

2. Hava mühitinin fiziki amillərinin fizioloji cəhətdən qiymətləndirilməsi

3. Meteoroloji amillərin fizioloji-gigiyenik cəhətdən qiymətləndirilməsi, klinik hava tipləri

4. Havanın temperaturunun orqanizmin istilik tənziminə təsiri. Havanın temperaturunun dəyişməsinə təsir edən amillər

5. Havanın rütubətini səciyyələndirən göstəricilər, gigiyenik səciyyələndirilməsi, istilik tənziminə təsiri, optimal səviyyələri

6. Hava cərəyanı və barometrik təzyiqin orqanizmə təsiri və gigiyenik əhəmiyyəti. İstilik tənzimi və qazlar mübadiləsində əhəmiyyəti. Hava cərəyanının sürəti və istiqamətinin gigiyenik əhəmiyyəti

7. Hava və iqlim anlayışları. Müxtəlif hava şəraitlərinin orqanizmə və sağlamlığa təsiri. Meteotrop xəstəliklər və onların profilaktikasının əsas prinsipləri

8. İqlimlərin təsnifatı. Ayrı-ayrı iqlimlərin gigiyenik cəhətdən səciyyələndirilməsi. Azərbaycanda iqlim qurşaqlarının gigiyenik xüsusiyyətləri. Bir sıra xəstəliklərin mübadiləsində iqlim amilindən istifadə olunması

9. Mikroiqlim haqqında anlayış, məhdud ərazi və qapalı mühitlərin mikroiqlimini səciyyələndirən əsas göstəricilər və xüsusiyyətlər

10. Günəş raidasiyası, fiziki təbiəti. Bioloji təsiri və gigiyenik əhəmiyyəti. Kəmiyyət və keyfiyyət göstəriciləri (intensivliya və spektral tərkibi)

11. Günəşin infraqırmıhı şüaları, bioloji təsiri, birogen və abiogen təsirlər. İnfraqırmızı şüaların zərərli təsirinin profilaktikası

12. Günəşin ultrabənövşəyi radiasiyası. Təsnifatı. Biogen və abiogen təsirləri haqqında anlayış

13. Profilaktik və müalicə məqsədləri ilə təbabətdə ultrabənövşəyi şüalardan istifadə olunmasının ümumi prinsipləri

14. Günəşin ultrabənövşəyi radiasiyasının zərərli təsirinin nəticələri və onların profilaktikasına dair tədbirlər

15. Günəş radiasiyasının kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən əsas amillər

16. Yaşayış məskənlərinin atmosfer havasının gigiyenik əhəmiyyəti, yaşayış zonasının sanitariya vəziyyətinin formalaşmasında hava mühitinin rolu

17. Atmosfer havasının təbii qaz tərkibi, fizioloji-gigiyenik cəhətdən səciyyələndirilməsi

18. Atmosfer havasının zərərli qazlarla toz və mikroorqanizmlərlə çirklənməsinin əhali sağlamlığına təsiri. Əhali arasında spesifik və qeyri-spesifik xəstəliklərin yayışmasında çirklənmiş havanın rolu

19. Yaşayış məskənlərində atmosfer havasını çirkləndirən əsas mənbələr, onların gigiyenik cəhətdən səciyyələndirilməsi

20. Yaşayış məskənlərində atmosfer havasının sanitariya mühafizəsinə dair əsas tədbirlər. Sanitariya mühafizə zonalarının təşkilinə dair əsas gigiyenik tədbirlər

 

III. 2. Təcrübi material

1. Mikroiqlim göstəricilərinin fizioloji-gigiyenik cəhətdən qiymətləndirilməsi və müayinə üsulları. Havanın temperaturu, rütubəti və cərəyanı və barometrik təzyiqin təyini üsulları və optimal təsir səviyyələri

2. Meteoroloji amillərin orqanizmə kompleks təsirinin təyini üçün istifadə olunan fizioloji-gigiyenik müayinə üsulları və əsas göstəriciləri, alınan nəticələrin qiymətləndirilməsi

3. Günəş radiasiyasının bioloji-gigiyenik cəhətdən qiymətləndirilməsi. İnfraqırmızı şüaların intensivliyinin təyini və qiymətləndirilməsi

4. Günəşin ultrabənövşəyi şüalarının dalğa uzunluqlarına görə sahələri, törətdikləri bioloji effektlər. İntensivliyinin təyini məqsədilə tətbiq olunan fiziki, fotokimyəvi və bioloji üsullar

5. Havanın qaz tərkibinin fizioloji-gigiyenik cəhətdən qiymətləndirilməsi. Havanın qaz tərkibinin müayinəsi üçün ekspress və laboratoriya müayinələrinin aparılması qaydası. Laboratoriya müayinə üsulları

6. Havanın tozlarla və mikroorqanizmlərlə çirklənməsinin gigiyenik-epidemioloji cəhətdən qiymətlərdinilməsi. Mənzil və iş yerlərinin havasında toz və mikroorqanizmlərin təyini. Nəticələrin qiymətləndirilməsi.

 

IV. Torpaq gigiyenası.IV. 1. Nəzəri material

1. Torpaq təbii ətraf mühit obyekti kimi. Onun gigiyenik-epidemioloji əhəmiyyəti. Bir sıra endemik və yoluxucu xəstəliklərin inkişafı və yayılmasında rolu

2. Torpağı səciyyələndirən mexaniki xassələri və fiziki göstəricilər, onların qiymətləndirilməsi. Torpağın sanitariya vəziyyətinin müəyyən olunmasında onların rolu

3. Torpağın kimyəvi tərkibinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Biogeokimyəvi əyalətlər və geokimyəvi endemiyalar haqqında anlayışlar. Torpağın mikroelement tərkibi ilə səbəb-nəticə asılılığı olan stomatoloji xəstəliklər, onların inkişafının və yayılmasının ərazi xüsusiyyətləri

4. Torpağın epidemioloji təhlükəliliyi. Torpaq bir sıra yoluxucu və parazitar xəstəlik törədicilərinin mənbəyi və yolucma yolu kimi. Torpaq infeksiyaları anlayışı. Profilaktik tədbirlərin ümumi prinsipləri

5. Torpağın çirklənməsi və öz-özünə təmizlənmə prosesləri. Əsas çirklənmə mənbələri və çirkləndiricilər. Gigiyenik epidemioloji xüsusiyyətləri. Torpağın sanitariya mühafizəsi. Yaşayış məskənlərinin sanitariya təmizlənməsində torpağın rolu

 

IV. 2. Təcrübi material

1. Torpağın mexaniki quruluşu, təyini üsulları. Mexaniki tərkibinə görə torpaqların növləri, gigiyenik xüsusiyyətləri

2. Torpağı səciyyələndirən fiziki göstəricilər, gigiyenik əhəmiyyəti, təyini üsulları və gigiyenik qiymətləndirilməsi

 

V. Yaşayış məskənlərinin səmərəli planlaşdırılmasının gigiyenik əsasları

V. 1. Nəzəri material

1. Yaşayış məskənlərində ətraf mühitin gigiyenik xüsusiyyətləri. Əhalinin sağlamlığına təsir edən təbii və antropogen amillərin gigiyenik cəhətdən səciyyələndirilməsi

2. Şəhər əhalisinin həyat tərzi ilə əlaqədar inkişaf edən spesifik və qeyri-spesifik xəstəliklər. Şəhər əhalisinin ümumi xəstələnmə göstəriciləri, «sivilizasiya xəstəlikləri», onların profilaktikasının ümumi prinsipləri

3. Şəhərlərin əhali sayına görə kateqoriyaları, şəhər ərazisinin səmərəli planlaşdırılmasının gigiyenik əsasları. Funksional zonalar, onların yerləşdirilməsinin gigiyenik prinsipləri

4. Şəhərlərin yaşayış zonalarının yerləşdirilməsinin, planlaşdırılmasının gigiyenik mənbələri. Yaşayış zonasının tərkib elementləri, yaşayış məhəllələri, binaları, xidmət obyektləri, onların ___dirilməsi, tikinti sistemlərinin gigiyenik xüsusiyyətləri

5. Kənd yaşayış yerlərininı planlaşdırılmasının və abadlaşdırılmasının gigiyenik xüsusiyyətləri. Mənzil şəraitinin əhalinin sağlamlığına təsiri. Mənzillərin planlaşdırılmasına, sanitariya-texniki təchizatına dair gigiyenik tələblər

 

V. 2. Təcrübi material

1. Mənzillərin və iş yerlərinin işıqlanmasının insanların orqanizminə, sağlamlığına və əmək qabiliyyətinə təsiri. İşıqlanmaya dair əsas gigiyenik tələblər. Səmərəli işıqlanmanı təmin edən gigiyenik tədbirlər. Müayinə üsulları və gigiyenik normalar

2. Mənzillərin və iş yerlərinin sanitariya vəziyyətinin yaxşılaşmasında hava mübadiləsinin – ventilyasiyanın əhəmiyyəti. Hava mübadiləsinin effektivliyini əks etdirən göstəricilərin təyini üsulları

3. Mənzillərin və iş yerlərinin havasının bakterial çirklənmə mənbələri. Aerogen infeksiyaların profilaktikasında otaq havasının bakterioloji müayinəsinin əhəmiyyəti. Otaq havasının bakterioloji müayinə üsulları

 

IV. Müalicə-profilaktika müəssisələrinin gigiyenası. VI. 1. Nəzəri material

1. Müalicə-profilaktika müəssisələrinin gigiyenasının məzmunu, vəzifələri, xəstəxana və digər müalicə müəssisələrində müalicə-qoruyucu rejimin təkmilləşdirilməsində və təmin olunmasında əhəmiyyəti

2. Müalicə-profilaktika müəssisələrinin növləri, təyinatı, yerləşdirilməsi və planlaşdırılmasına dair gigiyenik tələblər. Xəstəxanaların tikinti sistemlərinin gigiyenik cəhətdən səciyyələndirilməsi

3. Xəstəxanaların daxili planlaşdırılmasına dair gigiyenik tələblər. İxtisaslaşdırılmış şöbələrin planlaşdırılmasının gigiyenik xüsusiyyətləri

4. Xəstəxanadaxili infeksiyaların yayılma yolları, onların profilaktikasına dair ümumi sanitariya və spesifik tədbirlər

5. Stomatoloji profilli müalicə-profilaktika müəssisələrinin növləri, yerləşdirilməsi, planlaşdırılması və sanitariya-gigiyenik rejiminə dair gigiyenik tələblər

 

VI. 2. Təcrübi material

1. Müalicə-profilaktika müəssisələrinin layihələrinin gigiyenik qiymətləndirilməsi. Xəstəxanaların ərazisinin torpaq sahəsinin seçilməsinə dair gigiyenik tələblər

2. Xəstəxana ərazisinin funksional zonalara bölünməsinin gigiyenik əsasları. Ərazinin tikinti sıxlığı, abadlaşdırılması

3. Mərkəzləşdirilmiş xəstəxanaların yerləşdirilməsi, daxili planlaşdırılması və sanitariya-gigiyenik rejiminin xüsusiyyətləri

4. Mərkəzləşdirilməmiş (pərakəndə) tikinti sistemi ilə tikilən xəstəxanaların yerləşdirilməsi, planlaşdırılması və sanitariya gigiyenik rejiminin xüsusiyyətləri

5. Stomatoloji profilli tibb müəssisələri, növləri, kateqoriyalar, yerləşdirilməsi, funksional struktur elementlərinin planlaşdırılmasının, sanitariya-gigiyenik rejimin xüsusiyyətləri

 

VII. Qidalanma gigiyenası. VII. 1. Nəzəri material

1. Qidalanma gigiyenası ümumi gigiyena elminin tərkib hissəsi kimi məqsədi, vəzifələri, müasir problemləri, qidalanma ilə səbəb-nəticə asılılığı olan xəstəliklərin profilaktikasında əhalinin qidalanmasının təşkilinin əhəmiyyəti

2. İnsanın enerji sərfi və qidanın kaloriliyi arasında qarşılıqlı əlaqə. Enerji sərfi insanın səmərəli qidalanmasının əsası kimi

3. İnsanın sutkalıq enerji sərfi, onun tərkib hissələri. Enerji sərfinin ölçüsünə görə əhali qruplarının təsnifatı. Enerji sərfinə təsir edən amillər

4. Qidalanmanın təsnifatı. Səmərəli qidalanma haqqında anlayış, səmərəli qidalanmanın təşkilinə dair əsas tələblər

5. Qeyri-səmərəli qidalanma anlayışı. ÜST-ə görə qeyri-səmərəli qidalanmanın təsnifatı. Qeyri-səmərəli qidalanma ilə əlaqədar inkişaf edən alimentar xəstəliklər, onların profilaktikası

6. Qidanın orqanizmdə əsas funksiyaları, onların mahiyyəti

7. Qidanın fiziki xassələri və kimyəvi tərkibinin ağız boşluğunun və dişlərin morfoloji və funksional vəziyyətinə təsiri. Ağız boşluğunun və dişlərin bəzi xəstəliklərinin inkişafında qida amilinin rolu

8. Sutkalıq qida payının ərzaq və kimyəvi tərkibinə dair gigiyenik tələblər. Sutkalıq qida payını formalaşdıran əsas komponentlər, optimal nisbətləri. Qidalanmanın fizioloji normaları

9. Sutkalıq qida payının energetik dəyərini müəyyən edən əsas komponentlər. Qidanın kaloriliyinə təsir edən əsas amillər, gigiyenik səciyyələndirilməsi

10. Sutkalıq qida payının zülal tərkibi. Zülalların orqanizmdə əsas funksiyaları. Mənşəyinə və bioloji dəyərinə görə təsnifatı. Zülallara olan gündəlik tələbat. Orqanizmdə zülalların kəmiyyət və keyfiyyətcə çatışmamazlığının nəticələri

11. Sutkalıq qida payının yağ tərkibi, yağların bioloji rolu və funksiyaları. Mənşəyinə və bioloji dəyərinə görə təsnifatı. Yağlara olan sutkalıq fizioloji tələbat. Yağ çatışmamazlığının nəticələri

12. Karbohidratlar sutkalıq qida payının əsas energetik komponenti kimi. Təsnifatı, orqanizmdə bioloji rolu və funksiyaları. Əsas mənbələri, orqanizmin fizioloji tələbatı. Karbohidrat çatışmamazlığının nəticələri

13. Sutkalıq qida payının bioloji dəyərini müəyyən edən əsas komponentlər. Qidalanmada və sağlamlıq vəziyyətinin formalaşmasında vitaminlərin rolu, təsnifatı. Vitamin çatışmamazlığı və izafi miqdarları ilə əlaqədar patologiyalar, profilaktikası

14. Vitamin çatışmamazlığı ilə səbəb-nəticə asılılığı olan stomatoloji xəstəliklər, profilaktik tədbirlər

15. Sutkalıq qida payının mineral tərkibi. Makro- və mikroelementlər. Alimentar mənşəli mikroelementozlar. Qidanın mineral tərkibi ilə səbəb-nəticə asılılığı olan ağız boşluğu və diş xəstəlikləri, profilaktikası

16. Müxtəlif mənşəli ərzaq məhsullarının gigiyenik cəhətdən səciyyələndirilməsi. Azərbaycanda istehsal olunan və yetişdirilən ərzaqların gigiyenik xüsusiyyətləri

17. Konservləşdirilmiş məhsulların qidalanmada əhəmiyyəti, konservləşdirilmiş yeyinti məhsullarına dair gigiyenik tələblər. Konservləşdirilmə üsulları, gigiyenik tələblər

18. Qida zəhərlənmələri, təsnifatı, profilaktikasına dair əsas tədbirlər

19. Yeyinti məhsullarının sanitariya mühafizəsi sahəsində qidalanma gigiyenasının vəzifələri

 

VII. 2. Təcrübi material

1. Enerji sərfi səmərəli qidalanmanın əsası kimi. Enerji tələbatının ödənilməsində enerji sərfinin təyin olunmasının əhəmiyyəti. Sutkalıq enerji sərfinin təyini üsulları

2. Sutkalıq enerji sərfinin ölçüsünə görə ayrı-ayrı əhali qrupları üçün sutkalıq qida payının meyu-bölgü cədvəlinin tərtibinin ümumi prinsipləri, qida payının cədvəl əsasında və laboratoriya üsulu ilə kaloriliyinin təyini

3. Gündəlik qidanın tərkibinə daxil olan əsas yeyinti məhsullarının gigiyenik qiymətləndirilməsi. Bitki mənşəli məhsulların – unun, çörəyin qidalanmada əhəmiyyəti, müayinə olunan əsas göstəriciləri və gigiyenik qiymətləndirilməsi

4. Heyvan mənşəli yeyinti məhsullarının gigiyenik səciyyələndirilməsi. Ətin və südüt qidalılıq və bioloji dəyərinin qiymətləndirilməsi, müayinə üsulları

5. Vitaminlərin insanın qidalanmasında əhəmiyyəti. Sutkalıq qida payında və orqanizmdə bəzi vitaminlərin müayinəsinin laboratoriya və bioloji üsulları

6. Konservləşdirilmiş məhsulların gigiyenik səciyyələndirilməsi. Konservləşdirmə üsullarının gigiyenik cəhətdən qiymətləndirilməsi. Konservlərin müayinə üsulları

7. Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatının ümumi prinsipləri. Müalicə edən həkimin qida zəhərlənmələrinin profilaktikasında rolu

 

VIII. Əmək gigiyenası. VIII. 1. Nəzəri material

1. Əmək gigiyenası ümumi gigiyena elminin əsas tərkib hissələrindən biri kimi. Əmək qabiliyyətli insanların sağlamlığının mühafizəsində, istehsalat mühitinin və işləyənlərin əmək şəraitlərinin yaxşılaşdırılmasında onun rolu

2. Əmək fiziologiyası. İşlə əlaqədar işçi orqanizmində baş verən fizioloji funksional dəyişikliklər. Əmək fəaliyyətini səciyyələndirən ekrometrik və fizioloji göstəricilər

3. Əmək fəaliyyətinin növləri. Fiziki işin ağırlıq dərəcəsini səciyyələndirən əsas göstəricilər. Fiziki işin növləri və gigiyenik xüsusiyyətləri

4. Zehni əmək fəaliyyətinin gərginlik dərəcəsini səciyyələndirən əsas göstəricilərin xüsusiyyətləri

5. Yorulma və həddən artıq yorulma, mahiyyəti, səbəbləri və profilaktikası

6. İstehsalat zərərləri, istehsalatın əlverişsiz fiziki, kimyəvi, bioloji və psixogen amilləri. İstehsalatın əlverişsiz amillərinin orqanizmə təsirinin nəticələri

7. Peşə xəstəlikləri və peşə zəhərlənmələri, təsnifatı. Profilaktik tədbirlərin ümumi əsasları

8. İşlə əlaqədar bədənin məcburi vəziyyəti, ayrı-ayrı üzv və sistemlərin həddən artıq gənginləşməsi nəticəsində inkişaf edən pozğunluqlar və xəstəliklər, onların profilaktikası

9. Bədənin məcburi vəziyyəti və üzvlərin gərginliyi ilə əlaqədar həkim-stomatoloqlarda müşahidə olunan peşə patologiyaları və onların profilaktikası

10. İstehsalatın əlverişsiz fiziki amilləri və törətdikləri pozğunluqlar və peşə xəstəlikləri (səs-küy, titrəmə, şüalanmalar, yüksək temperatur və s.) profilaktik tədbirlər, stomatoloji kabinələrdə əlverişsiz fiziki amillər

11. İstehsalatın əlverişsiz kimyəvi amilləri – sənaye zəhərləri haqqında anlayış. Zəhərli kimyəvi maddələrin təsnifatı, işçi orqanizminə təsir xüsusiyyətləri və qanunauyğunluqları. Peşə zəhərlənmələri, profilaktikası. Stomatoloji tibb müəssisələrində əlverişsiz kimyəvi amillər, törətdikləri effektlər

12. İstehsalat tozları, təsnifatı, orqanizmə və sağlamlığa təsir və xüsusiyyətləri. Törətdikləri peşə xəstəlikləri və patologiyalar. Ağız boşluğunun selikli qişasına spesifik təsir edən və diş xəstəliklərinə səbəb olan tozlu istehsalat sahələri. Həkim stomatoloq və diş texniklərinin sağlamlığına tozun təsiri, profilaktikası

13. Tibb işçilərinin, o cümlədən həkim-stomatoloqların əməyinin gigiyenik xüsusiyyətləri ən çox müşahidə olunan funksional və patoloji pozğunluqlar, profilaktik tədbirlər

14. Kənd təsərrüfatı əməyinin spesifik xüsusiyyətləri, peşə zərərləri və peşə xəstəlikləri. Əsas profilaktik tədbirlər

15. İstehsalatın əlverişsiz bioloji amillərinin gigiyenik cəhətdən səciyyələndirilməsi, törətdikləri yoluxucu peşə xəstəlikləri, profilaktik tədbirlər

16. Əmək və istirahətin səmərəli təşkilinin gigiyenik əsasları, yorulma və həddən artıq yorulmanın profilaktikasında iş qabiliyyətinin artırılmasında rolu

 

VIII 2. Təcrübi material

1. Fiziki iş zamanı orqanizmdə və ayrı-ayrı sistemlərdə baş verən fizioloji dəyişikliklərin mahiyyəti. İşlə əlaqədar orqanizmdə baş verən fizioloji dəyişikliklərin müayinə üsulları. Bu müayinələrin əsas xüsusiyyətləri və aparılmasına dair tələblər

2. Zehni əməklə əlaqədar orqanizmdə baş verən dəyilikliklərin müayinəsi. Zehni işin gərginliyinin fizioloji göstəriciləriı. Mərkəzi sinir sisteminin vəziyyətini əks etdirən göstəricilərin müayinəsi

3. İstehsalatın əlverişsiz fiziki amillərinin gigiyenik-fizioloji qiymətləndirilməsi. İstehsalat səs-küyünün fiziki parametrlərinin və işçi orqanizminə təsirinin müayinə üsulları və gigiyenik qiymətləndirilməsi

4. Həkim-stomatoloqların və diş-texniklərinin peşə fəaliyyətində vibrarasiya amili. Onun fiziki parametrlərinin və orqanizmə təsirinin müayinə üsulları və qiymətləndirilməsi

5. Stomatoloji profilli tibb müəssisələrində əlverişsiz kimyəvi peşə amilinin peşə zəhərlənmələrinin müşahidə olunduğu iş yerləri və otaqları. Peşə xəstəlikləri və zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhşişatı, müxtəlif ixtisaslı həkimlərin bu prosesdə iştirakı

6. İşçilərin profilaktik tibbi müayinələrinin peşə xəstəlikləri, zəhərlənmələri və zədələnmələrinin profilaktikasında əhəmiyyəti və təşkilinin ümumi əsasları

7. Kimyəvi maddələrin toksikoloji müayinəsi. Ətraf mühit obyektlərində onların gigiyenik normalaşdırılmasının əsası kimi. Kimyəvi maddələrin toksikoloji müayinə üsulları, əsas toksikometrik göstəricilərin təyini

 

IX. Uşaq və yeniyetmələr gigiyenası. Şəxsi gigiyena. IX. 1. Nəzəri material

1. Uşaq və yeniyetmələr gigiyenası ümumi gigiyena elminin tərkib hissəsi kimi, məqsədi, vəzifələri, müasir problemləri. Böyüməkdə olan nəslin normal fiziki inkişafının təmin olunmasında və sağlamlığının qorunmasında onun əhəmiyyəti

2. Uşaq və yeniyetmə orqanizminin anatomik-fizioloji xüsusiyyətləri, inkişafının yaş dövrləri və onların gigiyenik-fizioloji cəhətdən səciyyələndirilməsi

3. «Məktəb xəstəlikləri» anlayışı. Onların inkişafında yayılmasına səbəb olan əsas amillər. Uşaqlar arasında yoluxucu və kütləvi qeyri-yoluxucu xəstəliklərin profilaktikasına dair ümumi gigiyenik və spesifik tədbirlər

4. Məktəbəqədər tərbiyə müəssisələri, yerləşdirilməsinə, planlaşdırılmasına, ərazisinə, sanitariya gigiyenik rejiminə dair gigiyenik tədbirlər – fərdi və qrup izolyasiya tədbirləri

5. Məktəblərin yerləşdirilməsi (ərazinin seçilməsi), planlaşdırılmasına, mebellərinə, tədris ləvazimatına dair gigiyenik tələblər

6. Məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinə dair gigiyenik tələblər. Məktəblilər arasında xəstəliklərin profilaktikasında və sağlamlıqlarının qorunmasında məktəb həkiminin fəaliyyəti. Uşaqlar arasında diş xəstəliklərinin profilaktikası

7. Şəxsi gigiyena «ictisai» gigiyenanın tərkib hissəsi və birincili profilaktikasının əsası kimi. Şəxsi gigiyenanın əsas elementləri. Dəriyə, saçlara qulluğun fizioloji-gigiyenik əsasları. Bu orqanların anatomik-fizioloji vəziyyətinin təmin olunmasında şəxsi gigiyena tədbirlərinin rolu

8. Ağız boşluğuna və dişlərə qulluq şəxsi gigiyenanın tərkib hissəsi kimi. Sağlamlığın qorunmasında və diş xəstəliklərinin profilaktikasında əhəmiyyəti. Ağız boşluğu və dişlərə qulluq vasitələrinə dair gigiyenik tələblər

9. Səmərəli gün rejiminin fizioloji-gigiyenik əsasları, əsas elementləri. Sağlam həyat tərzinin formalaşmasında onların rolu

 

IX. 2. Təcrübi material

1. Uşaq və yeniyetmələrin fiziki inkişafı. Sağlamlıq göstəricisi kimi. Fiziki inkişaf göstəricilərinin müayinəsinə dair əsas tələblər və qaydalar

2. Uşaq və yeniyetmələrin fiziki inkişafının müayinəsinin nəticələrinin statistik üsullarla qiymətləndirilməsi

X. Radiasiya gigiyenası. X. 1. Nəzəri material

1. Radiasiya gigiyenası, məzmunu, məqsədi, vəzifələri, müayinə üsulları, müasir problemləri. Ətraf mühitin radioaktiv çirklənmədən və insanların ionlaşdırıcı şüalanmadan mühafizəsində radiasiya gigiyenasının rolu

2. İonlaşdırıcı şüaların bioloji təsiri. İonlaşdırıcı şüaların hüceyrə ilə qarşılıqlı təsirinin mərhələləri

3. Radiasiya gigiyenasında istifadə olunan anlayışlar, terminlər, aktivlik və doza vahidləri

4. İonlaşdırıcı şüaların insan orqanizminə və sağlamlığına təsiri, törətdikləri patologiyalar: somatik (determinasiyalı) və stoxastik (ehtimal olunan) effektlər

5. Radiasiya fonu, növləri, Radiasiya fonunu formalaşdıran əsas amillər

6. İonlaşdırıcı şüa mənbələri, təsnifatı. Ayrı-ayrı şüa mənbələri ilə işlər zamanı əmək gigiyenası

7. Ətraf mühitin radiaktiv çirklənməsi. Çirklənmə mənbələrinin gigiyenik səciyyələndirilməsi. Təbii və süni radioaktivlik. Ətraf mühitin radioaktiv çirklənmədən mühafizə tədbirləri

8. Dezaktivasiya, mahiyyəti, üsulları və vasitələri. İonlaşdırıcı şüalanmadan mühafizənin təşkili. Fərdi mühafizə vasitələri

 

X. 2. Təcrübi material

1. Ətraf mühit obyektlərinin radioaktivliyinin təyini üsulları. Suyun və havanın radioaktivliyinin təyini üsulları. Suyun radioaktivliyinin radiasiya fonuna təsiri.

2. Radiasiya gigiyenasında istifadə olunan müayinə üsulları. Cihaz və avadanlıqlar

3. Torpağın və yeyinti məhsullarının radioaktiv izotopların xarici mühitdə dövranında rolu. Torpağın və yeyinti məhsullarının radioaktivliyinin gigiyenik əhəmiyyəti və təyini üsulları

4. Dozimetriya üsulları. Şüalanma dozasının təyini qaydaları. Fərdi və qrup dozimetriyası

5. Şüalanmadan mühafizənin hesablanması, müdafiənin əsas prinsipləri

 

XI. Hərbi gigiyena. XI. 1. Nəzəri material

1. Hərbi qulluqçuların sağlamlığının qorunmasında fiziki və döyüş hazırlığının yüksəlməsində gigiyenik tədbirlərin əhəmiyyəti. Qoşunların sanitariya-gigiyenik təchizatı, tərkib hissələri. Qoşunların sanitariya-gigiyenik təchizatı üzərində həkim-sanitariya nəzarətinin təşkili

2. Qoşunların stasionar şəraitdə yerləşdirilməsinə dair gigiyenik tələblər. Hərbi şəhərciklərdə həqiqi hərbi xidmət qulluqçuların yerləşdirilməsi, kazarmaların planlaşdırılmasına dair gigiyenik tələblər

3. Qoşunların hərbi-çöl şəraitində yerləşdirilməsinin ıformaları. Hərbi çöl istehkam və qeyri-istehkam qurğularının gigiyenik xüsusiyyətləri

4. Hərbi çöl şəraitində qoşunların şəxsi heyətinin su təchizatının gigiyenik xüsusiyyətləri. Səhra su təchizatı məntəqəsinin təşkili və yerləşdirilməsi. Hərbi-çöl şəraitində su təchizatına dair cədvəl vasitələri

5. Hərbi qulluqçuların qidalanması üzərində həkim sanitariya nəzarətinin təşkili. Stasionar və hərbi-çöl şəraitində qoşunların qidalanmasına dair gigiyenik tələblər. Səhra qida payları kütləvi qırğın silahının tətbiqi şəraitində su təchizatı və qidalanmanın təşkili

6. Ayrı-ayrı qoşun növlərində şəxsi heyətin əmək gigiyenası. Motoatıcı və zirehli texniki qoşun hissələrində əlverişsiz amillərin gigiyenik səciyyələndirilməsi

7. Qoşunların şəxsi heyətinin fiziki hazırlığı və sağlamlığı üzərində həkim-sanitariya nəzarətinin təşkili

 

XI. 2. Təcrübi material

1. Hərbi-çöl şəraitində qoşunların su təchizatı üzərində həkim sanitariya nəzarətinin təşkili. Çöl şəraitində suyun təmizlənməsi və zərərsizləşdirilməsi üsullarının xüsusiyyətləri

2. Hərbi çöl şəraitində zərərsizləşdirilməsi üsullarının xüsusiyyətləri. Yüksək dozalarla xlorlaşdırma üsulunun mahiyyəti və aparılma qaydası. Çöl şəraitində suyun zərərsizləşdirilməsi üçün istifadə olunan kimyəvi cədvəl vasitələri, onların gigiyenik xüsusiyyətləri

3. Hərbi çöl şəraitində qoşunların su təchizatına dair yenik cəhətdən səciyyələndirilməsi

4. Milli orduda şəxsi heyətin qidalanması üzərində həkim-sanitariya nəzarətinin təşkili. Döyüşçünün qidalanmasının səmərəliliyinin qiymətləndirilməsi və təmin olunması üçün sutkalıq enerji sərfinin hesablanması. Xronometraj cədvəl üsulunun mahiyyəti

5. Hərbi qulluqçular üçün sutkalıq payın menye-bölgü cədvəlinin tərtibi, qida payının kimyəvi tərkibinin və kaloriliyinin hesablanması

 

TƏKLIF  EDILƏN ƏDƏBIYYAT

Əsas

  1. Kazımov  M.A. və b.  Gigiyena.  Bakı, “Təbib”, 2005, 690 s.
  2. Kazımov M.A. və b. Ümumi gigiyena. Bakı, “Təbib”, 2007, 480 s.

 

Əlavə

  1. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.
  2. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М., ГЭОТАР-Медиа, 2010, 752 с.
  3. Гончарук Е.И. и др. Общая гигиена. Киев, «Вища школа, 2000, 652 с.
  4. Лакшин А.М. и др. Общая гигиена c основами экологии человека. М., Медицина,  2004, 464 с.
  5. Покровский. В.А.Гигиена. М., «Медицина», 1979, 452 с. 

Минх А.А.. Общая гигиена. М., «Медицина», 1984, 480 с.

 

 

Azərbaycan Tibb Universiteti

TƏMƏL «ÜMUMİ GIGIYENA»

( hərbi-tibb ixtisasları üzrə)

İŞÇITƏDRISPROQRAMI

              (SILLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_____________professor Kazımov M.A.

«14» sentyabr 2015-ci il

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

məcburi

payız (III semestr)

6 kredit

Əyani

Azərbaycan, rus, ingilis

prof. Kazımov M.A.,  dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X.,dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

 

 

 

 

 

 

 

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                     012 595-59-35;  012 595-69-53

                                                                                                   E-mail: [email protected]

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVIZITLƏR

Fənnin tədrisilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur

 

Kursun təsviri:

Gigiyena – ətraf mühitlə insan orqanizmi arasında qarşılıqlı əlaqələrin bütün sahələrini əhati etməklə onun həyat və fəaliyyətinin gigiyenik məsələlərini, ətraf mühitin insanın sağlamlıq və xəstələnmə göstəricilərinə təsirinin qanunauyğunluqlarını, insanların həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şəraitin və sanitariya vəziyyətinin təmin olunması yolu ilə sağlamlığın qorunması və möhkəmləndirilməsinə, xəstəliklərin profilaktikasına yönəldilmiş gigiyenik normalaşdırmanın və digər qabaqlayıcı tədbirlərin elmi əsaslarını işləyib hazırlayan elm sahəsidir.

Bu fənnin tədrisi tələbələrdə və gələcək həkim-mütəxəssislərdə gigiyenik və ekoloji təfəkkürün formalaşmasına və xəstəliklərə və xəstələrə profilaktik mövqelərdən yanaşma prinsiplərinin möhkəmlənməsini təmin edir.

 

Kursun məqsədi

Gigiyenanın əsas məqsədi ətraf mühitin insan orqanizminə və sağlamlığına təsir qanunauyğunluqlarını öyrənmək əsasında insanın həyat və əmək fəaliyyəti üçün optimal gigiyenik şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin profilaktikasına dair gigiyenik normaların, sanitariya qaydalarının və digər profilaktik tədbirlərin elmi cəhətdən əsaslandırılmasından və bununla da ictimai sağlamlığın qorunmasından ibarətdir.

 

Kursun tədrisinin nəticələri

Fənnin tədrisi nəticəsində tələbələr ətraf təbii və sosial mühit obyekt və amillərinin əsas xüsusiyyətləri, bu amillərin ətraf mühitə və insan sağlamlığına əlverişli və zərərli təsirləri haqqında zəruri biliklər əldə edir, bu təsirləri müəyyən edən və qiymətləndirən tədqiqat üsullarını öyrənir, bu üsulları tətbiq etməklə, traf mühit amillərinin sağlamlığa təsirini qiymətləndirmək, əlverişli təsirlərdən orqanizmi və sağamlığı möhkəmləndinmək və zərərli təsirlərin qarşısını almaq bacarıqlarına və vərdişlərinə yiyələnirlər.

Müalicə işilə məşğul olan mütəxəssislər gigiyenik bilik və bacarıqlara yiyələnməklə xəstəliklərin diaqnostikası,  ayrı-ayrı yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikası,  müalicə, profilaktik və pəhriz qidalanmasının təşkili, xəstələr üçün kurort – sanatoriya müalicəsinin təşkili, əhali arasında sağlam həyat tərzinin təbliği, peyvəndlərin aparılması (spesifik profilaktika), habelə müalicə müəssisələrində müvafiq sanitariya gigiyenik rejimin yaradılmasına dair tədbirlərin düzgün və vaxtında həyata keçirilməsini və xəstəliklərin yayılmasının qarşısını ala bilərlər.

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

Qiymətləndirmə

Fənn üzrə zəruri 100 bal aşağıdakı qayda üzrə toplanır.

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən:

10 bal – dərsə davamiyyətə görə

10 bal – sərbəst işlərə görə

20 bal – cari mənimsəməyə görə (tələbələrin gündəlik hazırlığına və cavablarına verilən ballar, 10 bal – bacarıqlara görə

 

Semestr ərzində minimum 3 dəfə dəfə kollokvum keçirilməlidir

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal – imtahanda toplanır.

İmtahan test üsulu ilə keçirilir.

 

Qeyd:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiq hesab olunur və kursu təkrar keçməlidir.

İmtahanda və imtahanaqədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A – «əla» - 91-100 bal

B – «çox yaxşı» - 81-90 bal

C – «yaxşı» - 71-80 bal

D – «kafi» - 61-70 bal

E – «qənaətbəxş» 51-60 bal

F – «qeyri-kafi» - 51-dən az

 

Sərbəstişlər:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

 

MÜHAZIRƏLƏRİN MÖVZU PLANI

1. Əhali sağlamlığının və ətraf mühitin qorunmasında, xəstəliklərin qarşısının alınmasında gigiyenanın rolu. Gigiyena ətraf mühit və insan sağlamlığı arasında əlaqələri öyrənən və profilaktik təbabətin nəzəri əsaslarını hazırlayan bir elmdir. Onun  predmeti, məzmunu, vəzifələri, müasir problemləri, müayinə üsulları, inkişafının tarixi mərhələləri. Azərbaycanda gigiyenanın inkişafı və müasir vəziyyəti. Sanitariya nəzarəti və təşkilatları. Ətraf mühitin sağlamlaşdırılması və əhali sağlamlığının mühafizəsində onların rolu. Sanitariya nəzarətinin təşkili və formaları. Azərbaycanda sanitariya nəzarətinin təşkili.  – 2 saat.

2. Bəzi somatik və yoluxucu xəstəliklərin inkişafında və yayılmasında, müalicəsi və profilaktikasında havanın əhəmiyyəti. Atmosfer havası biosfer elementi kimi. Onun fiziki amillərinin insan orqanizminə və sağlamlığına təsiri və gigiyenik əhəmiyyəti. Meteoroloji amillərin (havanın temperaturu, rütubəti, cərəyanı, barometrik təzyiq) ionlaşmasının, elektromaqnit sahələrinin gigiyenik səciyyələndirilməsi. Günəş radiasiyasının təbii mühit amili kimi insan sağlamlığının formalaşmasında rolu. Bir sıra xəstəliklərin inkişafında Günəş şüalarının etioloji rolu. Ultrabənövşəyi şüa çatışmazlığı ilə əlaqədar xəstəliklər, onların profilaktikasının əsas prinsipləri. Günəş şüalarının gigiyenik əhəmiyyəti və bioloji təsirini şərtləndirən əsas göstəricilər – spektral tərkibi. Intensivliyi. Bu göstəricilərə təsir edən əsas amillər.

Hava, iqlim və mikroiqlim anlayışları, əsas göstəriciləri. İqliməuyğunlaşmanın fizioloji-gigiyenik əsasları. Meteotrop xəstəliklər və reaksiyalar, onların profilaktikası. Orqanizmin möhkəmləndirilməsində hava amilindən istifadə olunması. -  2 saat.

3. Bir sıra spesifik və qeyri-spesifik xəstəliklərin (tənəffüs, ürək-damar, sinir sistemi və s.) inkişafında və kəskinləşməsində havanın qaz tərkibinin rolu. Atmosfer havasının təbii qaz tərkibinin (oksigen, azot, karbon və s. qazları) dəyişməsi ilə səbəb-nəticə asılılığı olan xəstəliklər (“dağ” və “kesson” xəstəlikləri), onların profilaktikası.

Havanın zərərli qazlarla, tozlarla və mikroorqanizmlərlə çirklənməsinin insan orqanizminə və sağlamlığına təsiri. Havanın çirklənməsi ilə əlaqədar inkişaf edən xəstəliklər, onların profilaktikası. Atmosfer havasının əsas çirklənmə mənbələrinin gigiyenik səciyyələndirilməsi. Atmosfer havasının sanitariya mühafizəsinin əsas prinsipləri. – 2 saat.

4. Əhali arasında bir sıra  yoluxucu, qeyri-yoluxucu və endemik xəstəliklərin inkişafında və yayılmasında su amilinin rolu. İnsanların həyat və məişət, əmək şəraitinin sanitariya vəziyyətinin formalaşmasında suyun əhəmiyyəti. Ətraf mühit obyekti kimi suyun keyfiyyətini səciyyələndirən əsas fiziki, kimyəvi və bakterioloji göstəricilərin gigiyenik səciyyələndirilməsi. Suyun keyfiyyətini normalaşdıran dövlət standartları. Suyun keyfiyyət və kəmiyyət göstəricilərinə təsir edən əsas amillər. – 2 saat.

5. Su təchizatı mənbələri və sistemlərinin gigiyenik səciyyələndirilməsi. Ayrı-ayrı su mənbələrinin əhalinin içməli və təsərrüfat-məişət əhəmiyyətli su ilə təchizatında rolu. Su təchizatı sistemlərinin istismarının gigiyenik təminatı. Suyun keyfiyyətinin yaxşılaşdırılmasının üsullarının gigiyenik səciyyələndirilməsi. Təmizlənmə və zərərsizləşdirmə üsullarının əsas prinsipləri və su epidemiyalarının profilaktikasında əhəmiyyəti. – 2 saat.

6. Bir sıra yoluxucu, parazitar və qeyri yoluxucu xəstəliklərin inkişafında və yayılmasında torpağın rolu. Torpağın mexaniki quruluşu, fiziki xassələrinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Bir sıra endemik xəstəliklərin inkişafına torpağın kimyəvi tərkibinin təsiri.

Geokimyəvi endemiyalar və mikroelementozlar haqqında anlayış. “Biogeokimyəvi əyalətlər” anlayışı. Torpağın çirklənməsi və öz-özünə təmizlənməsi proseslərinin gigiyenik və ekoloji aspektləri. Yaşayış məskənlərinin sanitariya təmizlənməsində torpağın rolu. Tullantıların gigiyenik səciyyə-ləndirilməsi və uzaqlaşdırma sistemlərinin və zərərsizləşdirilməsinin gigiyenik məsələləri. – 2 saat.

7. Yaşayış mühiti amillərinin əhalinin sağlamlıq və xəstələnmə göstəricilərinə təsirinin ümumi qanunauyğunluqları. Yaşayış məskənlərinin tikilməsi və planlaşdırılmasının gigiyenik-ekoloji prinsipləri. Urbanizasiyanın gigiyenik-ekoloji problemləri. Iri şəhərlərin əsas funksional zonalarının yerləşdirilməsinin gigiyenik xüsusiyyətləri. Kənd yaşayış məskənlərinin planlaşdırılmasının gigiyenik xüsusiyyətləri. Mənzil gigiyenası. “Xəstə binalar” problemləri. Şəhər mühitinin yaxşılaşdırılması tədbirləri. Sanitariya mühafizə zonaları haqqında anlayış. Yaşıllıqların gigiyenik əhəmiyyəti.   – 2 saat.

Xəstəliklərin müalicəsində, xəstəxanadaxili və qospital infeksiyaların qarşısının alınmasında müalicə-profilaktika müəssisələrində sanitariya-gigiyenik rejimin və müalicə-qoruyucu tədbirlərin əhəmiyyəti. Xəstəxanaların tikinti sistemlərinin və daxili planlaşdırılmasının gigiyenik səciyyələndirilməsi. Müasir müalicə-profilaktika müəssisələrinin planlaşdırılmasının spesifik xüsusiyyətləri.

Xəstəxanadaxili və qospital infeksiyalarının əsas yayılma yolları və profilaktikasının prinsipləri. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin (cərrahiyə, yoluxucu xəstəliklər, uşaq xəstəlikləri, rentgen və s.) planlaşdırılmasına dair gigiyenik tələblər. Azərbaycanda müasir müalicə-diaqnostika mərkəzlərinin əsas gigiyenik xüsusiyyətləri. – 2 saat.

8. Əhalinin ionlaşdırıcı şüaların təsirindən və ətraf mühitin radioaktiv çirklənmədən mü­ha­fi­zə­sin­də radiasiya gigiyenasının bir elm kimi əhəmiyyəti, onun məzmunu, vəzifələri və müasir prob­lem­ləri. İonlaşdırıcı şüaların bioloji təsirinin ümumi qanunauyğunluqları, növləri, fiziki xüsu­siy­yət­ləri. İonlaşdırıcı şüalar və şüa mənbələrini səciyyələndirən əsas anlayışlar, ölçü vahidləri, terminlər. Aktivlik və doza. İonlaşdırıcı şüa mənbələrinin gigiyenik səciyyələndirilməsi. Ətraf mühitin radioaktiv çirklənməsi. Radiasiya fonu, növləri. Ətraf mühitin radioaktiv çirklənmədən və əhalinin ionlaşdırıcı şüa təsirindən mühafizəsi prinsipləri. Radiasiya təhlükəsizliyi normaları. – 2 saat.

9. Əhalinin fiziki inkişafı və sağlamlığının formalaşmasında qidalanmanın əhəmiyyəti. İnsanın qidalanmasının fizioloji-gigiyenik əsasları. Orqanizmin enerji sərfi, böyümə və inkişaf proseslərinə qidalanmanın təsiri. Qidalanmanın təsnifatı. Səmərəli qidalanmaya dair əsas tələblər. Qidalanmanın fizioloji normaları. Qidalanmanın kəmiyyət və keyfiyyət göstəricilərinin çatışmazlığı və izafi miqdarları ilə əlaqədar alimentar xəstəliklər, profilaktikası. – 2 saat.

10. Əsas qida maddələrinin fizioloji-gigiyenik səciyyələndirilməsi. Zülallarin, yağların, sulu karbonların qidalanmasında rolu. Endemik mikroelementoz və spesifik patologiyaların inkişafında qidanın mineral və vitamin tərkibinin rolu. Alimentar mənşəli mikroelementoz, hipovitaminoz və avitaminozların profilaktikası. Yeyinti məhsullarının qidalılıq və bioloji dəyərinin gigiyenik qiymətləndirilməsi. Bitki və heyvani yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri. – 2 saat.

11. Konservləşdirilmiş yeyinti məhsullarının qidalanmada rolu, onların gigiyenik xüsusiyyətləri. Konservləşdirmə üsullarının gigiyenik səciyyələndirilməsi. Qida zəhərlənmələri və onların profilaktikasının ümumi prinsipləri. – 2 saat.

12. Əmək qabiliyyətli əhalinin sağlamlığının qorunmasında peşə xəstəlikləri və zəhərlənmələrinin profilaktikasında bir elm kimi əmək gigiyenasının rolu, məzmunu,  məqsədi, vəzifələri, müasir problemləri.

İşlə əlaqədar orqanizmdə baş verən dəyişikliklərin fizioloji-gigiyenik səciyyələndirilməsi. Yorulma və həddən artıq yorulmanın əsas səbəbləri. Peşə zərərləri və peşə xəstəlikləri haqqında anlayış. Peşə patologiyalarının inkişafının əsas qanunauyğunluqları, əmək şəraiti, onun təsnifatı. Bədənin məcburi vəziyyəti və üzvlərin həddən gərginliyi ilə əlaqədar baş verən peşə xəstəlikləri, profilaktikası. – 2 saat.

13. Xroniki və kəskin peşə patologiyalarının inkişafında istehsalatın əlverişsiz fiziki, kimyəvi və bio­loji amillərinin rolu. İstehsalat səs-küyü, vibrasiyanın, infraqırmızı, ultrabənövşəyi, lazer, elek­tro­maqnit şüa və dalğaları, sahələri, sənaye zəhərləri, istehsalat tozları, patogen mikroorqanizmlər v. s. törətdiyi peşə xəstəlikləri, profilaktikası. Kənd təsərrüfatında əmək gigiyenası. Tibb işçilərinin əməyinin gigiyenik xüsusiyyətləri. İstehsalat zədələnmələri və onların profilaktikasına dair tədbirlər. – 2 saat.

14. Yaşlı insanların sağlamlıq və xəstələnmə göstəricilərinin formalaşmasında, böyüməkdə olan nəslin fiziki inkişafının və sağlamlığının əhəmiyyəti. Uşaq və yeniyetmələrin fiziki inkişafının və sağlamlığının təmin olunmasında uşaq və yeniyetmələr gigiyenasının rolu. Bir elm kimi onun məzmunu, vəzifələri, məqsədi müasir problemləri. Uşaq və yeniyetmələrin inkişafının yaş dövrlərinin fizioloji xüsusiyyətləri.

 Şəxsi gigiyena ictimai gigiyenanın tərkib hissəsi. Onun əsas elementləri. – 2 saat.

 

 

TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRININ MÖVZU PLANI

1. Gigiyena haqqında ümumi anlayış, bu elmin əhalinin sağlamlığının qorunmasında rolu. Gigiyenada istifadə olunan müayinə üsulları. Bu üsulların xarici mühit amillərinin insan orqanizminə, əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsində əhəmiyyəti. Müalicə həkiminin fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti. Müalicə-profilaktika fakultəsində gigiyena üzrə tədris prosesinin təşkili ilə tanışlıq. – 2 saat.

2-3.  Mikroiqlim göstəricilərinin insan orqanizminə təsiri və onların təyini üsulları. – 4 saat.

4. Meteoroloji amillərin orqanizmə kompleks təsirinin gigiyenik cəhətdən qiymətləndirilməsi və öyrənilməsi üsulları. – 2 saat.

5.  Günəş şüalarının insan orqanizminə təsiri, onların əhəmiyyəti və şüa intensivliyinin təyini üsulları. – 2 saat.

6.  Havanın kimyəvi tərkibinin insan sağlamlığı  üçün əhəmiyyəti. Havada COvə bəzi zərərli qazların təyini üsulları –2 saat.

7.  Havanın tozlar və mikroorqanizmlərlə çirklənməsinin insan sağlamlığna  təsiri. Havada tozların və mikroorqanizmlərin təyini üsulları – 2 saat.

8. İşıqlanmanın insan orqanizminə təsiri və otaq şəraitində işıqlanmanın gigiyenik müayinə üsulları. Hava mübadiləsinin (ventilyasiyasının) havanın keyfiyyətinin yaxşılaşdırılmasında rolu və gigiyenik qiymətləndirilməsi üsulları. – 2 saat.

9. Giriş və hava gigiyenası mövzuları üzrə kollokvium. – 2 saat.

10. Suyun fiziki-orqanoleptik xassələrinin suyun keyfiyyətinə təsiri və bu göstəricilərin insan sağlamlığı üçün əhəmiyyəti, onların təyini və gigiyenik qiymətləndirilməsi üsulları. – 2 saat.

11. Suyun kimyəvi tərkib göstəricilərinin insan sağlamlığı üçün əhəmiyyəti, suda codluğun, dəmirin və sulfatların təyini – 2 saat.

12. Suyun üzvi mənşəli çirklənməsinin kimyəvi göstəricilərinin sağlamlıq üçün əhəmiyyəti və onların təyini üsulları (suda azotlu birləşmələrin keyfiyyətcə təyini, oksidləşmə dərəcəsinin təyini) – 2 saat.

13. Suyun bakterioloji və helmintoloji göstəricilərinin insan sağlamlığı üçün əhəmiyyəti və müayinə üsulları. İçməli və təsərrüfat əhəmiyyətli suların təmizlənməsi və zərərsizləşdirilməsinin əhali sağlamlığı üçün əhəmiyyəti, bu üsulların xüsusiyyətləri.  Suyun koaqulyasiyası və normal dozalarla xlorlaşdırılması – 2 saat.

14. Torpağın fiziki xassələri və mexaniki quruluşunun ətraf mühitin keyfiyyətinə təsiri. Torpağın helmint yumurtaları ilə çirklənməsinin əhali sağlamlığına təsiri. Torpağın fiziki-mexaniki göstəricilərinin təyini, torpağın helmintoloji müayinə üsulları. – 2 saat.

15.  Xarici mühit obyektlərinin – suyun və yeyinti məhsullarının radioaktivliyinin təyini üsulları. İonlaşdırıcı şüalardan müdafiənin hesablanması. – 2 saat.

16. Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizasının əhəmiyyəti. Layihə sənədlərinin (situasiya, baş plan və daxili planlaşdırma) gigiyenik qiymətləndirilməsi – 2 saat.

17. Su və su təchizatının gigiyenası,  torpağın gigiyenası, radiasiya gigiyenası, müalicə-profilaktika müəssisələrinin gigiyenası mövzuları üzrə kollokvium. – 2 saat.

18. Səmərəli qidalanmanın əhalinin sağlamlığında rolu və onun əsas kəmiyyət və keyfiyyət göstəriciləri. Qidalanmanın səmərəliliyi üzərində həkim nəzarətinin təşkili. Sutkalıq enerji sərfinin təyini üsulları və prinsipləri. Xronometraj – cədvəl üsulu ilə Tibb Universiteti tələbələrinin sutkalıq enerji sərfinin hesablanması. – 2 saat.

19. Qida payının kimyəvi tərkibinin və kaloriliyinin əhalinin sağlamlığının qorunmasında və müqavimətinin artırılmasında rolu. Sutkalıq qida payının bölgü-menyusunun tərtibi prinsipləri. Nümunəvi bölgü-menyusuna əsasən qida rasionunun kimyəvi tərkibinin və kaloriliyinin təyini. Tələbənin sutkalıq qida payının bölgü-menyusuna əsasən payın kimyəvi tərkibinin və kaloriliyinin təyini. – 2 saat

20. Un və çörək-bulka məhsullarının keyfiyyətinin və qida dəyərinin təyini üsulları. – 2 saat.

21. Süd və süd məhsullarının keyfiyyətinin və qida dəyərinin qiymətləndirilməsi üsulları. Ətin, konserv və konsentratların keyfiyyətinin və qida dəyərinin gigiyenik cəhətdən qiymətləndirilməsi. – 2 saat.

22. “C” vitaminin orqanizm və sağlamlıq üçün əhəmiyyəti. Ərzaqlarda, tərəvəzlərdə və göyərtidə  “C” vitamininin təyini və gigiyenik qiymətləndirilməsi. – 2 saat.

23. Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydaları və profilaktikası. – 2 saat.

24. Qidalanma gigiyenası mövzuları üzrə kollokvum kollokvum – 2 saat.

25. İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklərin müayinə üsulları və bu müayinələrin sağlamlığın qorunmasında əhəmiyyəti (əzələ, MSS, ürək-damar, tənəffüs sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi). – 2 saat.

26. Səs-küy və vibrasiya peşə zərəri kimi, onların orqanizmə, sağlamlığa təsiri və gigiyenik müayinə üsulları. – 2 saat.

27. Zəhərli kimyəvi maddələrin – peşə zəhərlərinin orqanizmə, sağlamlığa təsiri, toksikliyinin təyini üsulları və gigiyenik normalaşdırma mərhələləri. – 2 saat.

28. Peşə xəstəlikləri və peşə zəhərlənmələrinin əsas xüsusiyyətləri, qeydiyyatı, uçotu və təhqiqi qaydaları. – 2 saat.

29. Fəhlə və qulluqçuların profilaktik tibbi müayinələri, onların sağlamlığının qorunmasında rolu və bu müayinələrin keçirilmə qaydaları. – 2 saat.

30. Uşaq və yeniyetmələrin fiziki inkişafının müayinəsi və qiymətləndirilməsi üsulları – 2 saat.

31. Əmək gigiyenası, uşaq və yeniyetmələr gigiyenası mövzuları üzrə kollokvium. – 2 saat. 

 

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI

1. Giriş

1. Nəzəri material

1. ÜST-nın müəyyən etdiyinə görə “sağlamlıq” anlayışı. Sağlamlığın formalaşmasında rol oynayan amillər.

2. Fərdi və ictimai sağlamlığın qorunması və möhkəmləndirilməsində klinik və profilaktik təbabətin rolu.

3. Müalicə edən həkimin fəaliyyətində gigiyena biliklərinin zəruri olduğu əsas sahələr.

4. Gigiyena elminin vəzifələrinin xarakteristikası (real nümünələr əsasında).

5. Gigiyena elminin qanunlarının  xarakteristikası (real nümünələr əsasında).

 

1. Təcrübi material

1. Gigiyenada istifadə olunan müayinə üsulları. Gigiyenik tədqiqat üsullarının təsnifatının differensial qiymətləndirilməsi

2. Gigiyenada istifadə olunan spesifik müayinə üsulları. Onların  tətbiqinin əsas istiqamətləri

 

2. Atmosfer havasının gigiyenası

2. Nəzəri material

2.1т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə biogen təsiri.

2.2т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə abiogen təsiri.

2.3т. Atmosfer havasınınfiziki amillərinin orqanizmə biogen və abiogen təsiri.

2.4т. Havanıntemperaturu və  rütubəti hərəkətininorqanizmə müştərək təsirinin xüsusiyyətləri.

2.5т.. Günəş radiasiyasının (Günəşin bütün şüalarının) orqanizmə biogen təsiri.

2.6т. Günəş radiasiyasının (Günəşin bütün şüalarının) orqanizmə abiogen təsiri.

2.7т. Hava və iqlim, onların orqanizmə təsiri. Meteotrop və mövsümi xəstəliklər, onların profilaktikası.

2.8т. Havanın gigiyenik xarakteristikası. Müxtəlif hava şəraitlərinin orqanizmə təsiri.

2.9т. Toksik dumanlar, onların əmələ gəlmə mexanizmləri, əhalinin xəstələnmə və ölüm göstəricilərinə təsiri

2.10т. Atmosfer havasınınçirklənməsininəhali arasında qeyri-spesifikxəstəliklərin baş verməsində rolu.

2.11т. Kesson və yüksək dağlıq şəraitində olan insanların orqanizmində baş verən dəyişikliklərin differensial qiymətləndirilməsi. Bu şəraitlərlə əlaqədar baş verən patologiyalar, onların profilaktikası.

 

2.Təcrübi material

2.1п. Temperatur amilinin orqanizmə təsir xüsusiyyətləri, törətdiyi xəstəliklər və onların profilaktikası.

2.2п. Qapalı otaqlarda (xəstəxana palataları və mənzillərdə) mikroiqlim göstəricilərinin normaları. Onların təyini üsulları və təyini texnikası

 2.3п. Meteoroloji amillərin insan orqanizminə kompleks təsirinin tədqiqi.

2.4п. Katatermometrlər, onların xarakteristikası. Katatermometrlərin tətbiqinin məqsədi, onlarla işləmə qaydası.

2.5п. Xəstəxana müəssisələri havasının bakterioloji müayınəsi – xəstəxanadaxili infeksiyaların yayılma təhlükəsinin təyin edilməsi üsulu kimi, tədqiqat üsulları, normativlər və gigiyenik qiymətləndirmə.

2.6п. Günəş radiasiyasının (əsas şüaların) intensivliyinin qiymətləndirilməsi üsullarının xarakteristikası.

 

3. Yaşayış yerlərinin gigiyenası

3. Nəzəri material

1. Yaşayış məskənlərində ətraf mühitin gigiyenik xüsusiyyətləri.

2. Böyük şəhərlərdə əhalinin həyat tərzinin gigiyenik xüsusiyyətləri.

3. Böyük sənaye şəhərlərində əhalinin sağlamlıq və xəstələnmə göstəriciləri.

4. İri sənaye şəhərlərində əhali arasında müşahidə olunan əsas qeyri-spesifik xəstəliklər, səbəbləri, profilaktikasına dair gigiyenik tədbirlər.

5. Şəhər səs-küyü, gigiyenik xüsusiyyətləri, mənbələri, əhali sağlamlığına təsiri, profilaktik tədbirlər.

6. İri şəhərlərdə atmosfer havasının sanitariya vəziyyəti, əsas çirklənmə mənbələri, mübarizə tədbirlərinin əsas qrupları.

7. Yaşayış yerlərində atmosfer havasının sanitariya mühafizəsi: sanitariya mühafizə zonalarının təsnifatı.

8. İri şəhərlərdə mikroiqlimin gigiyenik xüsusiyyətləri, təsir edən əsas amillər.

9. Şəhər ərazisinin əsas funksional zonaları, onların gigiyenik səciyyələndirilməsi.

10. Şəhərlərin yaşayış zonasının tikinti sistemləri, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.

11. Yaşayış binalarının növləri, yerləşdirilməsi, gigiyenik xüsusiyyətləri.

12. Mənzil şəraitinin sakinlərin sağlamlıq və xəstələnmə göstəricilərinə təsiri, planlaşdırılması, əsas elementləri.

13. Mənzillərin sanitariya-texniki təchizatı: isidilmə, havalandırma (ventilyasıya), su-kanalizasiya sistemləri, gigiyenik qiymətləndirilməsi.

14. Kənd yaşayış yerlərinin planlaşdırılmasının gigiyenik xüsusiyyətləri.

15. Yaşayış yerlərinin sanitariya təmizlənməsi: sistemləri, gigiyenik qiymətləndirilməsi.

 

3. Təcrübi material

1. Yaşayış mənzillərində mikroiqlimin gigiyenik əhəmiyyəti, əsas göstəricilərinin müayinəsi və qiymətləndirilməsi, gigiyenik normaları.

2. Mənzillərdə işıqlanmanın fizioloji-gigiyenik əhəmiyyəti, müayinə üsulları, əsas göstəriciləri və qiymətləndirilməsi.

3. Mənzillərdə hava mübadiləsinin (ventilyasiyanın) gigiyenik əhəmiyyəti, növləri, effektivliyini müəyyən edən əsas cgöstəricilərin təyini.

4. Mənzillərdə havanın toz və mikroorqanizmlərlə çirklənməsi, sağlamlığa təsiri, mənbələri, müayinəsi və qiymətləndirilməsi üsulları.

5. Mənzil havasının sanitariya vəziyyətinin əsas kimyəvi göstəriciləri. Karbon qazı mənzillərin istismarının əsas meyarı kimi, onun təyini və nəticələrinin gigiyenik qiymətləndirilməsi.

 

4. Su gigiyenası

4.Nəzəri material

1. Su təbii ətraf mühitin əsas elementlərindən biri kimi, onun keyfiyyətini səciyyələndirən əsas göstəricilər.

2. Suların keyfiyyət göstəricilərinin gigiyenik normalaşdırılmasının əsas prinsipləri və meyarları

3. İnsan orqanizminin struktur elementi kimi suyun fizioloji əhəmiyyəti, onun fizioloji rolunu müəyyən edən əsas xassələri.

4. Suların gigiyenik əhəmiyyəti, gigiyenik məqsədlər üçün suyun istifadə olunma istiqamətləri.

5. Suyun epidimioloji əhəmiyyəti, bir sıra yoluxucu, parazitar və virus xəstəliklərin yayılmasında suyun rolu. Su epidemiyalarının əsas səciyyəvi xüsusiyyətləri.

6. Suyun təbii kimyəvi tərkib göstəriciləri, onların gigiyenik cəhətdən qiymətləndirilməsi: makro- və mikroelementlər, onların suyun keyfiyyətinə və insan sağlamlığına təsiri.

7. Suların çirklənməsinin kimyəvi göstəriciləri, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.

8. Suların tərkibində kimyəvi maddələrin gigiyenik normalaşdırılmasının əsas meyarları: (ümumi sanitariya, sanitariya toksikoloji və s.).

9. Suların mikroelement tərkibinin əhali sağlamlığına təsiri: su ilə əlaqədar endemik xəstəliklər, onların profilaktikasının əsas prinsipləri.

10. Suların keyfiyyətinə təsir edən amillərin əsas qrupları, onların gigiyenik cəhətdən səciyyələndirilməsi, təbii və antropogen amillər.

11. Su-ətraf mühitin sağlamlaşdırıcı amili kimi, ondan istifadə olunmasının əsas prinsipləri.

12. Su təchizatı mənbələrinin təcnifatı, onların gigiyenik səciyyələndirilməsi.

13. Səthi su mənbələrində suyun çirklənməsi və öz-özünə təmizlənmə proseslərinin gigiyenik səciyyələndirilməsi. Bu proseslərə təsir edən amillərin əsas qrupları (fiziki, kimyəvi, bioloji və s.).

14. Qapalı (yeraltı) su təchizatı mənbələrinin təsnifatı, gigiyenik xüsusiyyətləri (kəmiyyət və keyfiyyət göstəriciləri).

15. Su təchizatı mənbələrində suyu çirkləndirən əsas təbii və antropogen mənbələr-gigiyenik xüsusiyyətləri.

16. Səthi su təchizatı mənbələrinin çirklənmədən mühafizə tədbirləri – su mənbələrinin sanitariya mühafizəsi.

17. Səthi su təchizatı mənbələrinin sanitariya mühafizəsi zonaları – onların təşkilinə dair əsas tələblər.

18. Yeraltı su təchizatının mənbələri və sistemlərinin sanitariya mühafizəsinin təşkilinin əsas prinsipləri.

19. Mərkəzləşmiş su təchizatı sisteminin əsas üstünlükləri, gigiyenik cəhətdən səciyyələındirilməsi.

20. Mərkəzləşdirilməmiş (yerli) su təchizatı sistemlərinin növləri, gigiyenik cəhətdən səciyyələndirilməsi.

21. Suların keyfiyyətinin yaxşılaşdırılmasının əhəmiyyəti, prinsipləri – təmizlənməsi, zərərsizləşdirilməsi, xüsusi üsullarla işlənməsi.

22. Suyun bakterioloji və helmintoloji çirklənməsinin əsas mənbələri, gigiyenik səciyyələndirilməsi, mübarizə tədbirləri.

 

4.Təcrübi material

1. Laboratoriya müayinələri üçün mənbədən, su nümunələrinin götürülməsi qaydaları və əhəmiyyəti. Su mənbəyinin sanitariya-topoqrafik müayinəsi.

2. Suyun fiziki orqanoleptik göstəricilərinin və alınan nəticələr əsasında suyun keyfiyyətinin qiymətləndirilməsi.

3. Suyun mineral tərkibini formalaşdıran əsas birləşmələr, onların fizioloji-gigiyenik əhəmiyyəti və normaları. Suyun codluğu, əhəmiyyəti və təyini üsulları.

4. Suyun üzvi tullantılarla çirklənmə göstəriciləri, gigiyenik cəhətdən qiymətləndirilməsi. Suyun oksidləşmə dərəcəsi, azotlu birləşmələrlə çirklənməsinin təyini üsulları, nəticələrin qiymətləndirilməsi.

5. Suyun epidemioloji təhlükəlilik göstəriciləri. Sanitariya-bakterioloji müayinəsi, nəticələrinin qiymətləndirilməsi: ümumi mikrob ədədi, kolititr, kolindeks, helmintoloji müayinə.

6. Suyun keyfiyyətinin yaxşılaşdırılmasının gigiyenik-epidemoloji əhəmiyyəti. Suyun təmizlənməsi üsulları – məqsədi, koaqulyasiyası və koaqulyant dozasının təyini.

7. Suyun zərərsizləşdirilməsinin fiziki üsulları və müqayisəli gigiyenik qiymətləndirilməsi.

8. Suyun zərərsizləşdirilməsi məqsədilə istifadə olunan kimyəvi üsullar: müqayisəli gigiyenik qiymətləndirilməsi.

9. Suyun normal dozalarla xlorlaşdırma üsulu ilə zərərsizləşdirilməsi effektivliyinin qiymətləndirilməsi.

10. Xüsusi üsullarla suyun keyfiyyətinin yaxşılaşdırılması: yumşaldılma, şirinləşdirmə və s.

 

5. Torpaq gigiyenası

5. Nəzəri material

1Torpaq - yoluxucu və parazitar xəstəliklərin yayılması amili kimi.

2. Biogeokimyəvi əyalətlər anlayışı. Endemik xəstəliklər.

3. Mikroelementozlar  – torpaqda olan metalların-mikroelementlərin orqanizmə daxil olma səviyyəsilə əlaqədar patologiyalar.

4.. Azərbaycanda endemik (biogeokimyəvi) ərazilər (rayonlar). Bu rayonlarda endemik xəstəliklərin yayılması xüsusiyyətləri.

5. Xəstəxana müəssisələri və yaşayış evləri tikmək üçün torpaq sahəsi seçilərkən torpağın mexaniki strukturunun və fiziki xüsusiyyətlərinin əhəmiyyəti.

6. Torpağın kimyəvi tərkibi və əhali sağlamlığında rolu.

 

5. Təcrübi material

4.1п. Torpağın öz-özünə təmizlənməsində onun mexaniki strukturunun və fiziki xüsusiyyətlərinin əhəmiyyəti. Torpağın mexaniki strukturunun və fiziki göstəricilərinin təyini üsulları.

4.2п. Torpağın öz-özünə təmizlənməsi proseslərinin mahiyyəti, bu prosesləri təmin edən amillər.

 

6. Radiasiya gigiyenası

6. Nəzəri material

1. Radiasiya gigiyenasının məzmunu, vəzifələri, məqsədi, müasir problemləri, istifadə etdiyi müayinə üsulları və inkişaf tarixi.

2. Radioaktivlik hadisəsi, radioaktiv şüalanmanın növləri, ölçü vahidləri və radiasiya təhlükəsizliyi normaları.

3. İonlaşdırıcı şüaların bioloji təsir xüsusiyyətləri, onların orqanizmə təsiri və törətdiyi patologiyalar.

4. Təbii və süni radiasiya fonu, onları yaradan mənbələr.

5. Ətraf mühitin süni radioaktiv maddələrlə çirklənmədən mühafizə tədbirləri.

6. Açıq və qapalı şüa mənbələri, onlarla iş zamanı müdafiə tədbirləri.

 

6. Təcrübi material

1. Suyun və havanın radioaktivliyinin təyini (nümunənin götürülməsi, preparatın hazırlanması, ölçmələrin və hesablamanın aparılması).

2. Qida məhsullarının və torpağın radioaktivliyinin təyini (nümunələrin götürülməsi, radiometrin işçı vəziyyətə gətirilməsi, ölçmə və hesablamanın aparılması).

3. Xarici şüalanmanın dozimetriyası. Dozimetrik hesablama üsulları ilə müdafiənin hesablanması.

 

7. Müalicə-prof. müəssisələrinin gigiyenası

6. Nəzəri material

1. Xəstəliklərin müalicəsində, xəstəxanadaxili və qospital infeksiyaların qarşısının

   alınmasında müalicə-profilaktika idarələrində sanitariya-gigiyenik rejimin və müalicə-

   qoruyucu tədbirlərin əhəmiyyəti.

2. Xəstəxana ərazisinə və onun planlaşdırılmasına dair gigiyenik tədbirlər.

3. Xəstəxanaların tikinti sistemlərinin gigiyenik cəhətdən səciyyələndirilməsi.

4. Xəstəxanaların əsas struktur elementləri və onların planlaşdırılmasının xüsusiyyətləri.

5. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin yerləşdirilməsi planlaşdırılmasına dair gigiyenik tələblər (yoluxucu xəstəliklər, cərrahiyyə, mamalıq-ginekoloji).

6. Xəstəxanaların ixtisaslaşdırılmış şöbələrinin planlaşdırılmasına dair gigiyenik tələblər (uşaq xəstəlikləri şöbələri-uşaq xəstəxanaları,rentgenologiya və radiologiya).

7. Xəstəxanaların sanitariya-texniki təchizatı (ventilyasiya, işıqlanma, su təchizatı və kanalizasiya)

8. Həkimlərin əməyinin gigiyenik xüsusiyyətləri. Xəstəxana  müəssisələrində gigiyenik rejim. 

9. Xəstəxanadaxili infeksiyaların profilaktikası.

 

7. Təcrübi material

1.Müalicə-profilaktika müəssisələri layihələrinin gigiyenik ekspertizası. Layihə

sənədlərinin (situasiya, baş, və daxili planların ) gigiyenik cəhətdən qiymətləndirilməsi.

    

8. Qidalanma gigiyenası

8. Nəzəri material

1. Qidalanmanın fizioloji-gigiyenik əsasları. Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.

2. Səmərəli qidalanmaya dair əsas tələblər. Qidalanmanın fizioloji normaları. Qidalanmanın kəmiyyət və keyfiyyət göstəricilərinin çatışmazlığı və izafi miqdarları ilə əlaqədar alimentar xəstəliklər.

3. Müalicə və profilaktik qidalanma haqqında anlayış.

4.Əsas qida maddələrinin fizioloji-gigiyenik səciyyələndirilməsi. Zülallar, yağlar, karbohidratlar, onların əhəmiyyəti.

5. Vitaminlər və mineral maddələr, onların əhəmiyyəti.

6. Bitki mənşəli yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri.

7. Heyvan mənşəli yeyinti məhsullarının gigiyenik xüsusiyyətləri.

8. Konservləşdirilmiş yeyinti məhssullarının qidalanmada rolu. Konservləşdirmə üsullarının

    gigiyenik səciyyələndirilməsi.

9. Qida zəhərlənmələri, təsnifatı, onların profilaktikası.

 

8. Təcrübi material

 1. Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.Enerji sərfinin təyini üsulları və prinsipləri.

 2. Ərzaq məhsullarının gigiyenik səciyyələndirilməsi. Un və çörəyin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi və təyini üsulları.

 3. Süd və süd məhsullarının keyfiyyətinin gigiyenik qiymətləndirilməsi və təyini üsulları. 

 4. Ət və konservlərin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi. Ərzaqlarda “C” vitamininin təyini.

 5. Qida zəhərlənmələri, qida zəhərlənmələrinin qeydiyyatı, uçotu və təhqiqatı qaydları.

 

9. Əmək gigiyenası

9. Nəzəri material

1. İşçilərin sağlamlığının qorunmasında, peşə xəstəliklərinin profilaktikasında əmək gigiyenasının rolu, məzmunu, vəzifələri, əmək gigiyenasının müasir problemləri.

2. Fiziki və zehni işlə əlaqədar orqanizmdə baş verən dəyişikliklərin fizioloji xüsusiyyətləri.

3.Yorulma, həddən artıq yorulma, onların mahiyyəti. Onları izah edən nəzəriyyələr. Yorulmanın profilaktikası.

4. Peşə zərərləri və peşə xəstəlikləri anlayışı. Peşə xəstəlikləri inkişafının əsas qanunauyğunluqları.

5. Bədənin məcburi vəziyyəti və ayrı-ayrı orqanların və sistemlərin gərginliyi ilə əlaqədar baş verən peşə xəstəlikləri, onların profilaktikası.

6. stehsalat mikroiqliminin gigiyenik xüsusiyyətləri, onların işçi orqanizminə təsiri.

7. İstehsalat şəraiti ilə əlaqədar yüksək və alçaq atmosfer təzyiqi, onların törətdiyi patologiyalar və profilaktikası.

8. İstehsalatda təsadüf edən şüalar, onların orqanizmə təsiri və mənfitəsirinin profilaktikası.

9. İstehsalat səs-küyü, onun törətdiyi spesifik və qeyri-spesifik xəstəliklər.

10. İstehsalat vibrasiyası. Onun növləri. Orqanizmə təsiri. Yerli və ümumi vibrasiya xəstəlikləri, xüsusiyyətləri və profilaktikası.

11. İstehsalat tozları, onların orqanizmə təsirindən baş verən peşə xəstəlikləri və profilaktikası.

12. Sənaye zəhərləri və onların orqanizmə təsiri. Peşə zəhərlənmələri, onların növləri və profilaktikası.

13. İstehsalat travmatizmi, onların növləri, baş vermə səbəbləri və profilaktikası.

14. Kənd təsərrüfatı əməyinin xüsusiyyətləri. Mexanizatorların və heyvandarlıq təsərrüfatlarında əmək gigiyenası.

15. Kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və onlarla iş zamanı əmək gigiyenası.

16. İstehsalat şəraitinin bioloji amilləri və onların törətdiyi peşə patologiyaları.

 

9. Təcrübi material

1. İş zamanı orqanizmdə baş verən fizioloji dəyişikliklər, onların müayinəsi və gigiyenik qiymətləndirilməsi.

2. Səs-küy, fiziki göstəriciləri və gigiyenik xüsusiyyətləri. Səs-küyün müxtəlif göstəricilərinin müayinə üsulları.

3. Vibrasiya, onun parametrləri. Vibrasiyanın müayinəsi. Vibrasiya xəstəliyinin müəyyənləşdirilməsində istifadə olunan klinik-fizioloji üsullar.

4. Zəhərli maddələrin orqanizmə təsiri. Onların toksikliyinin qiymətləndirilməsi üsulları və təyin edilən göstəricilər.

5. Fəhlə və qullaqçuların profilaktik tibbi müayinəsi. Onun təşkili və nəticəsinin yoxlanilması.

6. Peşə xəstəlikləri və peşə zəhərlənmələri. Bu işin yerinə yetirilməsində lazım olan xüsusi forma sənədləri. Təhqiqatın aparılması qaydası.

7. İstehsalatın mikroiqlim göstəriciləri. İstehsalat sexlərində onların müayinəsi və gigiyenik qiymətləndirilməsi.

8. İstehsalat tozları, onların növünün, miqdarının, dispersliyinin müayinəsi və gigiyenik qiymətləndirilməsi.

 

10. Uşaq və yeniyetmələr gigiyenası

10. Nəzəri material

1. Uşaq orqanizminin inkişafının yaş dövrləri və bununla əlaqədar anatomik-fizioloji xüsusiyyətləri.

2. Uşaqların sağlamlıq və fiziki inkişaf göstəriciləri, onların gigiyenik xarakteristikası. Sağlamlıq qrupları.

3. Məktəblilərin gün rejimi və tədris prosesinin təşkilinin gigiyenik xüsusiyyətləri.

4. Uşaq təlim-tərbiyə müəssisələrinin və məktəblərin planlaşdırılmasına, quruluşuna və avadanlığına qoyulan gigiyenik tələblər.

5. Uşaq müəssisələrində və məktəblərdə tibbi xidmətin təşkili və onun xüsusiyyətləri.

 

10. Təcrübi material

1. Uşaq və yeniyetmələrin fiziki inkişafının müayinə göstəriciləri və alınan nəticələrin gigiyenik qiymətləndirilməsi.

 

11. Şəxsi gigiyena

11. Nəzəri material

1. Bədənin və ağız boşlüğunun gigiyenası. Bədənin möhkəmləndirilməsi, onun prinsipləri və vasitələri.

2. Sağlam həyat tərzi, onun gigiyenik xüsusiyyətləri.

 

Təklif  edilən ədəbiyyat

Əsas

1. Kazımov  M.A. və b.  Gigiyena.  Bakı, “Təbib”, 2005, 690 s.

2. Kazımov M.A. və b. Ümumi gigiyena. Bakı, “Təbib”, 2007, 480 s.

3. Kazımov M.A. və b. Radiasiya gigiyenası. Bakı, “Təbib”, 2009, 374  s.

 

Əlavə

1. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.

2. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М.,  ГЭОТАР-Медиа, 2010, 752 с.

3. Гончарук Е.И. и др. Общая гигиена. Киев, «Вища школа, 2000, 652 с.

4. Большаков А.М. и др.  Общая гигиена. М., ГЭОТАР-Медиа, 2009, 832 с.

5. Пивоваров Ю.П. и др. Гигиена и основы экологии человека. Ростов-на Дону, «Феникс» ,  2002, 512 с.

6. Лакшин А.М. и др. Общая гигиена c основами экологии человека. М., Медицина,  2004,  464 с.

8. Покровский. В.А.Гигиена. М., «Медицина», 1979, 

9. Минх А.А.. Общая гигиена. М., «Медицина», 1984, 480 с.

 

Azərbaycan Tibb Universiteti

TƏMƏL «ÜMUMİ GİGİYENA»

(əczaçılıq ixtisası üzrə)

İŞÇİTƏDRISPROQRAMI

(SİLLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_____________professor Kazımov M.A.

«_____» ___________ 2015-ci il

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ - TƏMƏL

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

 

yaz (IV semestr)

3 kredit

əyani

Azərbaycan, rus

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X.,

dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                     012 595-59-35; 012 595-69-53

E-mail: [email protected]

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

KOREKVIZITLƏR

Fənnin tədrisilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur

 

KURSUNTƏSVİRİ:

   Əczaçılıq fakültəsi üçün Ümumi gigiyena  fənni gələcək əczaçıların gigiyena elmi haqqında ümumi nəzəri biliklər əldə etməsini təmin etməklə yanaşı, əczaçılıq müəssisələrinin (apteklər, kimya-əczaçılıq zavodları, analitik laboratoriyalar və s.) gigiyenası, dərman maddələrinin istehsalında zərərli amillərin xüsusiyyətləri, provizorların şəxsi gigiyenası və digər təcrübi məsələlərin tədrisini özündə əks etdirir.

 

KURSUNMƏQSƏDİ

   Həkim və əczaçıların hazırlığı prosesində onlarda profilaktik təfəkkürün formalaşmasında ümumi gigiyena fənni üzərinə məsuliyyətli vəzifə düşür. Çünki əsas profilaktik fənn kimi gigiyena elminin ali tibb məktəblərində tədrisi gələcək həkimlərin profilaktikanın mühüm prinsip və müddəalarına yiyələnməsini təmin edir, hər bir həkimin fəaliyyətində profilaktik istiqamətin üstün mövqe tutmasında, insanlar arasında sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rol oynayır.

KURSUNNƏTİCƏLƏRİ:

   Əczaçılıq fakultəsi tələbələri üçün Ümimi gigiyena fənninin proqramına uyğun olaraq tələbələr zəruri nəzəri məlumatlarla yanaşı tədris prosesində laboratoriya və seminar məşğələləri şəklində təşkil olunan təcrübə dərslərində gigiyenanın ayrı-ayrı sahələri üzrə təcrübi vərdişlərə mükəmməl yiyələnməlidirlər. Bu vəzifni müvəffəqiyyətlə yerinə yetirmək üçün təcrübə dərslərinin bir hissəsinin müəllimlərin rəhbərliyi altında müstəqil iş kimi müxtəlif müəssisələrdə (müalicə-profilaktika, sənaye, qidalanma və s.) təşkil olunması məqsədəuyğun hesab edilmişdir. Gigiyena fənninin tədrisinin belə təşkili böyük təcrübi əhəmiyyət kəsb edən məlumatların tələbələr tərəfindən daha ətraflı və dərindən dərk edilməsinə və qavranılmasına əlverişli şərait yaradır.

 

FƏNNÜZRƏMÜHAZIRƏLƏRINMÖVZULARI

  1. Gigiyena əsas profilaktik tibb fənni kimi. Əczaçılıq müəssisələrinin gigiyenası gigiyena elminin bir sahəsidir. Gigiyenanın inkişaf tarixi. Azərbaycanda gigiyenanın inkişafı. Gigiyena və ekologiyanın əsas problemləri. Müasir dövrdə gigiyenanın qarşısında duran vəzifələr. Sanitariya nəzarəti və sanitariya təşkilatları haqqında məlumat. Gigiyenada istifadə olunan müayinə üsulları. Provizorun fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti – 2 s.
  2. Atmosfer havasının gigiyenik səciyyələndirilməsi. Havanın fiziki, kimyəvi və bioloji göstəriciləri, onların orqanizmə təsiri. Günəş şüaları və onların gigiyenik əhəmiyyəti. Hava, iqlim və mikroiqlim, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.  Müasir dövrdə ekoloji vəziyyətin gərginləşməsinin əhali sağlamlığına təsiri. Aptek və kimya-əczaçılıq müəssisələrində hava mühitinin spesifik xüsusiyyətləri. Çirklənmiş havanın zərərli təsirlərinə qarşı profilaktik tədbirlər – 2 s.
  3. Su xarici mühit amili kimi, onun fizioloji, gigiyenik və epidemioloji əhəmiyyəti. Suyun dərman formalarının keyfiyyətinə təsiri. Suyun keyfiyyətinin qiymətləndirilməsi və normalaşdırılması. Suyun təmizlənməsi və zərərsizləşdirilməsi üsulları.– 2 s.
  4. Torpaq biosferin əsas obyektlərindən biri kimi. Torpağın mexaniki quruluşu, fiziki göstəriciləri, kimyəvi tərkibi, onların gigiyenik əhəmiyyəti. Torpağın epidemioloji rolu. Torpağın kimyəvi tərkibinin və sanitariya vəziyyətinin sağlamlığa və dərman bitkilərinin keyfiyyətinə təsiri. Torpağın öz-özünə təmizlənməsi və sanitariya mühafizəsi – 2 s.
  5. Qidalanmanın fizioloji və gigiyenik əsasları. Səmərəli, müalicə və profilaktik qidalanma. Elmi-texniki tərəqqi və qidalanma gigiyenasının aktual problemləri. Dərman preparatlarının qəbulu zamanı qidalanmanın xüsusiyyətləri. Əsas qida maddələri və ərzaq məhsullarının gigiyenik səciyyələndirilməsi. Qida zəhərlənmələri və onların profilaktikası – 2 s.
  6. Əməyin fizioloji-gigiyenik əsasları. Yorulma və həddən artıq yorulma, onların profilaktikası. İstehsalat zərərləri və peşə xəstəlikləri haqqında anlayış. İstehsalat tozları, onların orqanizmə təsiri. Dərman tozları kimya-əczaçılıq müəssisələrində spesifik istehsalat zərəri kimi, onların orqanizmə təsiri və profilaktik tədbirlər. Sənaye zəhərləri və peşə zəhərlənmələri, onların profilaktikası – 2 s.
  7. Ayrı-ayrı dərman formalarının (məhlul, toz, həb, draje, ampul, məlhəm, antibiotiklər, qalen və yeni qalen preparatları) istehsalının texnoloji mərhələlərində əmək şəraitinin gigiyenik xüsusiyyətləri. Apteklərin, nəzarət-analitik laboratoriyaların quruluşu və avadanlığına qoyulan gigiyenik tələblər. Apteklərdə və nəzarət-analitik laboratoriyalarda əmək şəraitinin gigiyenik xüsusiyyətləri. Əczaçılıqda sanitariya maarifi işi.– 2 s.

 

FƏNNÜZRƏTƏCRÜBƏMƏŞĞƏLƏLƏRININMÖVZULARI

 

  1. Gigiyena haqqında anlayış. Gigiyenada istifadə olunan müayinə üsulları. Provizorun fəaliyyətində gigiyena biliklərinin əhəmiyyəti – 2 saat.
  2. Əczaçılıq müəssisələrində mikroiqlim göstəricilərinin (havanın temperaturu, rütubəti, hərəkətи) təyini və gigiyenik qiymətləndirilməsi üsulları – 2 saat.
  3. Havanın kimyəvi çirklənməsinin qiymətləndirilməsi üçün hava nümunəsinin götürülməsi üsulları. Havada karbon qazı, ammonyak və digər kimyəvi birləşmələrin təyini üsulları, gigiyenik normalaşdırılması prinsipləri – 2 saat.
  4. Aptek və kimya-əczaçılıq müəssisələri havasının dərman tozları və bakterial çirklənməsinin təyini üsulları. Profilaktik tədbirlər. – 2 saat.
  5. Əczaçılıq müəssisələrində təbii və süni işıqlanmanın təyini, onlara qoyulan gigiyenik  tələblər, normalaşdırılması. Ultrabənövşəyi şüaların intensivliyinin təyini. – 2 saat.
  6. Əczaçılıq müəssisələrinin təbii və süni ventilyasiyasının effektivliyinin müayinə üsulları və gigiyenik qiymətləndirilməsi. Hava mühitinin gigiyenasına dair seminar məşğələsi – 2 saat.
  7. Dərman preparatlarının hazırlanmasında istifadə olunan suyun fiziki-orqanoleptik göstəricilərinin təyini və gigiyenik qiymətləndirilməsi – 2 saat
  8. Dərman preparatlarının hazırlanmasında istifadə olunan suyun kimyəvi və bakterioloji göstəricilərinə qoyulan gigiyenik tələblər və onların qiymətləndirilməsi. Suda Ca, Mg və Fe birləşmələrinin, oksidləşmə dərəcəsinin təyini. Koli-titr, koli-indeks.Giriş, hava, su gigiyenasına dair kollokvium.  – 2 saat.
  9. Aptekin layihə sənədlərinin sanitariya ekspertizası. – 2 saat.

10. Aptek qabları və avadanlığının təmizlənməsi və sterilizasiyası üsulları. Aptekin sanitariya-gigiyenik müayinəsi, əmək şəraitinin gigiyenik qiymətləndirilməsi – 2 saat.

11. Nəzarət – analitik laboratoriyanın quruluşu, istismar rejimi və əmək şəraitinin gigiyenik qiymətləndirilməsi (bazada). – 2 saat.

12. Aptek və digər əczaçılıq müəssisələrində sanitariya maarifi işinin təşkili. Əczaçılıq müəssisələrinin gigiyenası və su gigiyenası üzrə seminar məşğələsi. – 2 saat.

13. Un və çörəyin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi. – 2 saat.

14. Ət və südün keyfiyyətinin gigiyenik qiymətləndirilməsi üsulları. Ərzaqlarda «C» vitamininin təyini.   – 2 saat.

15. Əczaçılıq müəssilərində işləyələrin profilaktik qidalanması üzərində tibbi nəzarət. –2 saat.

16. Aptek müəssisələrinin gigiyenası, əmək və qidalanma gigiyenası üzrə kollokvium. -1 saat.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və Universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

Qiymətləndirmə

Fənn üzrə zəruri 100 bal aşağıdakı qayda üzrə toplanır.

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən

10 bal – dərsə davamiyyətə görə

10 bal – sərbəst işlərə görə

30 bal – cari mənimsəməyə görə (tələbələrin gündəlik hazırlığına və cavablarına verilən ballar)

Semestr ərzində 1dəfə kollokvum keçirilməlidir (minimum 3 dəfə)

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal – imtahanda toplanır.

İmtahan test üsulu ilə keçirilir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiq hesab olunur və kursu təkrar keçməlidir.

İmtahanda və imtahanaqədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A – «əla» - 91-100 bal

B – «çox yaxşı» - 81-90 bal

C – «yaxşı» - 71-80 bal

D – «kafi» - 61-70 bal

E – «qənaətbəxş» 51-60 bal

F – «qeyri-kafi» - 51-dən az

 

SƏRBƏST:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 

 

Əczaçılıq fakultəsini tələbələri üçün «Ümumi  gigiyena»

fənnindən fərdi tapşıırqlar (yenidən baxılmış-05.01.2016) 

1.GİRİŞ

1.1.Nəzəri material  

1.Gigiyena əsas profilaktik fənn kimi. Gigiyena haqqında anlayış, məqsədi və vəzifələri.

Əczaçılıq müəssisəsərinin gigiyenası gigiyena elminin bir sahəsidir. Provizorun profilaktik təfəkkürünün yaranmasında gigiyenanın əhəmiyyəti.

2.Gigiyena elminin inkişaf tarixi. Müxtəlif dövrlərdə və Azərbaycanda gigiyena elminin inkişaf tarixi.Ümumi gigiyena kafedrasının ümumi gigiyenanın inkişafında rolu.

3.Xarici mühit amilləri haqqında anlayış. Xarici mühitin fiziki, kimyəvi və bioloji amilləri. İnsan orqanizminin xarici mühit amilləri ilə qarşılıqlı təsir xüsusiyyətləri.

4.Sanitariya-epidemioloji təşkilatlar,onların vəzifələri və hüquqları.                             

5.Gigiyenada istifadə olunan müayinə üsulları.

6.Aptek və əczaçılıq müəssisələrində gigiyenik şəraitin, mühitin işçilərə təsirinin gigiyenik qiymətləndirilməsi. Aptek və əczaçılıq müəssisələri işçilərinin şəxsi gigiyenasının qijmətləndirilməsi. Apteklərdə keçirilən gigiyenik tədbirlər.

                                        

1.2.Təcrübə materialı.

1.Gigiyenada istifadə olunan müayinə üsulları.

 

2. Hava gigiyenası

2.1. Nəzəri material

1.Atmosfer havası xarici mühit obyekti kimi. Havanın fizioloji, gigiyenik və epidemioloji  əhəmiyyəti.

2.Atmosfer havasının fiziki göstəriciləri, onların insan orqanizminə təsiri.

3.Atmosfer havasının kimyəvi göstəriciləri, onların insan orqanizminə təsiri.

4. Atmosfer havasının bioloji göstəriciləri, onların insan orqanizminə təsiri.

5.Hava, iqlim və mikroiqlim, onların gigiyenik cəhətdən səciyyələndirilməsi.

6.Aptek və kimya əczaçılıq müəssisələrində hava mühitinin spesifik xüsusiyyətləri. Çirklənmiş havanın zərərli təsirlərinə qarşı profilaktik tədbirlər.

7.İqliməuyğunlaşma haqqında anlayış. İqliməuyğunlaşmada gigiyenik tədbirlər.

8.Günəş şüaları və onların gigiyenik əhəmiyyəti. Əczaçılıq müəssisələrində   ultrabənövşəyi şüaların gigiyenik əhəmiyyəti.   

9.Atmosfer havasının təbii qaz tərkibi və onun gigiyenik əhəmiyyəti.

10.Atmosfer havasının çirklənmə mənbələri.Azərbaycan Respublikasında əsas çirklənmə mənbələri. Atmosfer havasının çirklənmədən mühafizə tədbirləri.

11.Atmosfer havasının zərərli qaz qarışıqları, tozlar və bakteriyalarla çirklənməsinin  əhali sağlamlığına təsiri.

12.İşıqlanma  haqqında məlumat.

13.Ventilyasiya haqqında məlumat.                           

                                                        

2.2.Təcrübə materialı.

1.Havanın fiziki xassələri və təyini üsulları.

2.Havanın kimyəvi müayinəsi, təyini üsulları. Ekspress üsulla havada bəzi qazların təyini.

3.Ultrabənövşəyi  və infraqırmızı şüaların intensivliyinin  təyini.

4.Havada tozların müayinə üsulları. Aptek və kimya əczaçılıq müəssisələri havasında  tozların qiymətləndirilməsi.

5.Havanın bakteriyalarla çirklənməsi və bakterioloji müayinəsi üsulları.

6.Təbii və süni işıqlanmanın təyini üsulları.                                                                   

7.Təbii və süni ventilyasiyanın təyini üsulları.

                                              

3.Su gigiyenası.

3.1. Nəzəri material.

1.Su xarici mühit  obyekti kimi. Suyun fizioloji, gigiyenik və epidemioloji əhəmiyyəti.

2.Su təchizatı mənbələri, onların gigiyenik xarakteristikası.

3.Su təchizatı sistemləri, onların gigiyenik xarakteristikası.

4.Suyun təmizlənməsi və zərərsizləşdirilməsi üsulları, əhəmiyyəti.

5.Suyun fiziki-orqanoleptik göstəriciləri, onların gigiyenik əhəmiyyəti.

6. Suyun kimyəvi göstəriciləri, onların gigiyenik əhəmiyyəti

7.Suyun çirklənməsinin kimyəvi göstəriciləri.Suyun üzvi maddələrlə çirklənməsinin gigiyenik əhəmiyyəti.

8. Aptek və kimya əczaçılıq müəssisələrində suyun istifadə qaydaları.Suyun dərman istehsalında istifadəsi. Distillə suyuna qoyulan gigiyenik tələblər. Distillə suyun pirogen və apirogenliyinin əhəmiyyəti.

                                             

3.2.Təcrübə materialı.

1.Suyun fiziki-orqanoleptik göstəricilərinin təyini üsulları.

2.Suyun kimyəvi göstəricilərinin təyini üsulları.

3.Suyun  çirklənməsinin kimyəvi göstəricilərinin təyini üsulları.

4.Suyun sanitariya-bakterioloji və helmintoloji müayinə üsulları.

5.Suyun təmizlənməsinin təyini üsulları.

6.Suyun zərərsizləşdirilməsinin təyini üsulları.

7.Əczaçılıqda istifadə olunan suya qoyulan gigiyenik tələblər.Distillə suyun alınma üsulu.

                                                                       

4.Torpaq gigiyenası.

 4.1.Nəzəri material.

1.Torpaq xarici mühit obyekti kimi.Torpağın gigiyenik və epidemioloji əhəmiyyəti.

2.Torpağın mexaniki quruluşu və fiziki xassələri, onların gigiyenik əhəmiyyəti.

3.Torpağın kimyəvi tərkibi və onun gigiyenik əhəmiyyəti.                                             

4.Kənd təssərüfatında istifadə olunan kimyəvi maddələrin dərman bitkilərinə təsiri.

5.Torpağın geokimyəvi xarakteristikası və onun gigiyenik mahiyyəti.

                                   

                                                 4.2.Təcrübə materialı.

1.Torpağın mexaniki quruluşunun və fiziki xassələrinin təyini üsulları.

                                

5.Qidalanma gigiyenası.                                            

5.1. Nəzəri material

1.Qidalanmanın fizioloji-gigiyenik əsasları. Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.

2.Səmərəli, müalicə və profilaktik qidalanma haqqında anlayış.

3.Əsas qida maddələri. Zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr, onların əhəmiyyəti.

4.Qida zəhərlənmələri, təsnifatı, onların profilaktikası.

5.Dərman preparatlarının qəbulu zamanı qidalanmanın xüsusiyyətləri.

                                               

5.2. Təcrübi material.

 1.Qidanın enerji dəyərinin gigiyenik səcijjələndirilməsi.Enerji sərfinin təyini üsulları.

 2.Ərzaq məhsullarının  gigiyenik səciyyələndirilməsi, təyini üsulları. Un və çörəyin  keyfiyyətinin gigiyenik qiymətləndirilməsi.

 3. Ət və südün  keyfiyyətinin gigiyenik qiymətləndirilməsi .

 4. Konservlərin keyfiyyətinin gigiyenik qiymətləndirilməsi. Ərzaqlarda “C” vitamininin təyini.

 5.Qida zəhərlənmələri, qida zəhərlənmələrinin qeydi, uçotu və təhqiqatı.

 6. Əczaçılıq müəssisələrində işləyənlərin profilaktik qidalanması üzərində tibbi nəzarət.

                                             

6.Əmək gigiyenası.                                          

6.1. Nəzəri material

1.Əmək gigiyenası,məqsədi və vəzifələri. Əməyin fizioloji-gigiyenik əsasları.İş zamanı  orqanizmdə baş verən fizioiloji dəyişikliklər.     

2.Fiziki və zehni iş zamanı orqanizmdə baş verən fizioiloji dəyişikliklər.

3.Yorulma və həddən artıq yorulma. Yorulma haqqında nəzərijjələr. Yorulmanın profilaktikası.    

4.Peşə zərərləri və peşə xəstəlikləri, onların təsnifatı.

5.İstehsalatın əlverişsiz fiziki amilləri və onların təsiri nəticəsində baş verən xəstəliklər.

6.İstehsalatın əlverişsiz kimyəvi amilləri və onların təsiri nəticəsində baş verən xəstəliklər.

7.İstehsalatın əlverişsiz bioloji amilləri və onların təsiri nəticəsində baş verən xəstəliklər.

8.İstehsalat tozları, təsnifatı. Dərman tozları kimya-əczaçılıq müəssisələrində spesifik istehsalat zərəri kimi.

 

                                                6.2.Təcrübə materialı.

1.Tozların miqdarca və dispersliyinin təyini. Aptek havasının dərman tozları ilə çirklənməsinin təyini üsulları.

2. Havanın sanitariya-bakterioloji müayinəsi. Aptek havasının bakterial çirklənməsinin təyini üsulları.

3. Peşə xəstəlikləri qeydi, uçotu və təhqiqatı.

4.İstehsalatda iş yerlərinin işıqlanmasına qoyulan gigiyenik tələblər.

 5. İstehsalatda iş yerlərinin ventilyasiyasına qoyulan gigiyenik tələblər.

 

 7. Əczaçılıq müəssisələrinin gigiyenası

7.1. Nəzəri material.

1. Kimya-əczaçiliq sənayesində əmək gigiyenası.

2.Ampulların və həb istehsalında əmək gigiyenası.

3. Yaş qranulyasiya və briketləşmə üsulu ilə həb istehsalında əmək gigiyenası.

4. Briketləşmə və birbaşa presləmə üsulu ilə həb istehsalında əmək gigiyenası.

5. Draje və antibiotiklərin istehsalında əmək gigiyenası.

6. Əczaçılıq müəssisələrinin gigiyenası. Əczaçılıq müəssisələri şəbəkəsinin strukturu.

7. Təsərrüfat hesablı apteklər və onların dərəcələri. Buı apteklərin planlaş dırılmasına qoyulan gigiyenik tələblər.

8. Apteklərin torpaq sahəsinə, aptek otaqlarının planlaşdırılmasına və avadanlığına dair gigiyenik tələblər.

9. Müalicə-profilaktika müəssisələrinin aptekləri. Müalicə-profilaktika müəssisələrinin apteklərində istehsalat və anbar otaqlarına qoyulan gigiyenik tələblər.

10. Aptek otaqlarının insolyasiyasına, işıqlanmasına, isidilməsinə və ventilyasiyasına  qoyulan gigiyenik tələblər.

11. Aptek otaqlarının su təchizatı və kanalizasiyasına, saxlanması və təmislənməsinə qoyulan gigiyenik tələblər.

12. Nəzarət-analitik laboratoriyalar və aptek anbarları, onların otaqlarına qoyulan gigiyenik tələblər.

13. Təsərrüfat hesablı apteklərdə steril olmayan və aseptika şəraitində dərmanlar hazırlanan otaqlara qoyulan gigiyenik tələblər. Təsərrüfat hesablı apteklərdə işçilərin şəxsi paltarlarının saxlanması və istirahəti üşün sahəyə qoyulan tələblər.    

.                                      

7.2. Təcrübi material.

1. Aptek otaqlarında temperaturun, rütubətin və havanın cərəyan sürətinin təyini.

2.Aptek anbarlarında temperaturun, rütubətin və havanın cərəyan sürətinin təyini.     

3.Nəzarət-analitik laboratoriyaların otaqlarının havasında temperaturun, rütubətin və havanın cərəyan sürətinin təyini.                 

4. Kimyəvi müayinə üçün ticarət zalında hava nümunəsinin götürülməsi üsulları.

5.  Kimyəvi müayinə üçün assistent otağında  hava nümunəsinin götürülməsi üsulları.

6.  Kimyəvi müayinə üçün  anbar otaqlarında hava nümunəsinin götürülməsi üsulları.

7. Ticarət zalının havasında CO2-nın, anbar otağının havasında NH3-ün təyini. Assistent otağının havasında yod buxarlarının təyini.  

8. Assistent  otağının havasında tozun miqdarının və dispersliyinin təyini.

9. Anbar otaqlarının havasında tozun miqdarının və dispersliyinin təyini

10. Aptekin ticarət zalında təbii və süni işıqlanmanın təyini.

11. Aptekin ayrı-ayrı təyinatlı otaqlarında təbii və süni işıqlanmanın təyini.

 12. Aptekin ticarət zalında təbii və süni ventilyasiyanın təyini.

 13. Aptekin ayrı-ayrı təyinatlı otaqlarında təbii və süni ventilyasiyanın təyini

 14. Aptekdə istifadə edilən suyun fiziki-orqanoleptik göstəricilərinin təyini.

 15. Aptekdə istifadə edilən suyun kimyəvi göstəricilərinin təyini.

 16.  Dərman preperetı hazırlamaq üçün istifadə edilən distillə suyunda pH-ın təyini.Sterilizasiya edilmiş distillə suyunun  bakterioloji müarinəsi.

 17. Xloramin, krezol və kalsium-hipoxlorit maddəsinin dezinfeksiya işlərində istifadəsi.

 18. Xlorlu əhəng və formalin maddəsinin dezinfeksiya işlərində istifadəsi.

 19. Nəzarət-analitik laboratoriyaların və aptek anbarlarının müayinə sxemi.

 20. Aptek qablarının dezinfeksiyasının ektliyinin təyini. Aptek qablarının və avadanlığının təmizlənməsi və sterilizasiyası üsulları.

 21. Aptekdə sanitariya maarifi işinin təşkili. Aptekin sanitariya-gigiyenik müayinəsi.

 22. Apteklərin layıhə sənədlərinin sanitariya ekspertizası.

 

TƏKLIF  EDILƏN ƏDƏBIYYAT

Əsas

  1. Kazımov  M.A. və b.  Gigiyena.  Bakı, “Təbib”, 2005, 690 s.
  2. Kazımov M.A. və b. Ümumi gigiyena. Bakı, “Təbib”, 2007, 480 s.

       Əlavə

  1. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.
  2. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М., ГЭОТАР-Медиа, 2010, 752 с.
  3. Гончарук Е.И. и др. Общая гигиена. Киев, «Вища школа, 2000, 652 с.
  4. Большаков А.М., Маймулов В.Г. Общая гигиена. М., ГЕОТАР-Медиа, 2009, 832 с.
  5. Пивоваров Ю.П. и др. Гигиена и основы экологии человека. Ростов-на Дону, «Феникс», 2002, 512 с.
  6. Лакшин А.М. и др. Общая гигиена c основами экологии человека. М., Медицина,  2004, 464 с.
  7. Покровский. В.А.Гигиена. М., «Медицина», 1979, 452 с. 
  8. Минх А.А.. Общая гигиена. М., «Медицина», 1984, 480 с.

 

 

Azərbaycan Tibb Universiteti

TƏMƏL “ƏTRAF MÜHİTİN GİGİYENASI-1”

 (tibbi profilaktika ixtisası üzrə)

İŞÇITƏDRISPROQRAMI

              (SILLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_________  professor Kazımov M.A.

«_____»___________ 2015-ci il

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN ÜƏLLIMLƏR

 

 

Məcburi

PAYIZ (III semestr)

4 kredit

Əyani

Azərbaycan, rus

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S.,

dos. Əhmədov S.H., dos. Səmədov Ş.X., dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

Kafedranın əlaqə telefonları:                                                          012 595-59-35; 012 595-69-53

E-mail: [email protected]

 

PREREKVIZITLƏR

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

 

KOREKVIZITLƏR

Fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ:

Gigiyena elmi – tibb elmlənəzəri və klinik sahələrinin profilaktika üzrə bütün nailiyyətlərini özündə cəmləşdirərək, insan sağlamlığına ətraf mühit obyektlərinə xas olan bütün amillərin, o cümlədən sosial amillərin təsir qanunauyğunluqlarını öyrənir, insan sağlamlığının mühafizəsi  və möhkəmləndirilməsi məqsədilə gigiyenik normaların və sanitariya qaydalarının elmi əsaslarını işləyib hazırlayır.

 

KURSUN MƏQSƏDİ:

Ətraf mühitin gigiyena-1 kursunun məqsədi ümumi gigiyenanın əsas atributları – elmin məqsədi, vəzifələri, tədqiqat obyektləri, ətraf mühit obyetlərini və amillərini tədqiq edən tədqiqat üsulları, habelə elmin tarixi və qanunları haqqında tələbələrə məlumat verməkdən, ətraf mühit obyetləri və amillərinin, o cümlədən atmosfer havasının və suyun  insan orqanizminə və içtimai sağlamlığa təsir qanunauyğunluqlarını onlara aşılatmaqdan, həyat fəaliyyəti  üçün optimal şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin qarşısını almaqdan ötrü gigiyenik normaların, sanitariya  qaydalarının və tədbirlərin elmi əsaslarının işlənib hazırlanması yollarını onlara örətməkdən ibarətdir.

 

KURSUN NƏTİCƏLƏRİ:

Fənnin tədrisi nəticəsində tələbələr ətraf mühit amillərinin, xüsusən atmosfer havası və içməli və təsərrüfat-məişət əhəmiyyətli suların əsas xüsusiyyətlərini, bu obuektləri xarakterizə edən amillərin yaşayış şəraitinə və insan sağlamlığına əlverişli və zərərli təsirlərini və bu təsirləri  müəyyən edən tədqiqat üsullarını bilməli, həmin üsullardan istifadə etməklə atmosfer havası və içməli suların sağlamlığa təsirini qiymətləndirməyi, əlverişli təsirlərdən orqanizmin möhkəmləndirilməsi və zərərli təsirlərdən orqanizmin mühafizə edilməsi  üçün səmərəli tədbirlər işləyib hazırlamağı bacarmalıdır.

 

FƏNN ÜZRƏ MÜHAZIRƏLƏRIN MÖVZULARI

 “Ətraf mühitin gigiyenasi - 1” kursu üzrə mühazirələrin

mövzu  planı 

1. Ətraf mühit haqqında anlayış. Gigiyena elmi, məzmunu və vəzifələri, məqsədi. Tibb fənləri arasında onun mövqeyi. Əhalinin sağlamlığının və ətraf mühitin qorunmasında gigiyenanın aparıcı rolu. Gigiyena elminin əsas qanunları, onların mahiyyəti. Ətraf mühitin insan sağlamlığı üçün “risk amilləri” anlayışı. Ətraf mühitin təsiri ilə insanın sağlamlıq vəziyyəti arasında səbəb-nəticə asılılığının diaqnostikasında gigiyenanın əhəmiyyəti. Gigiyena elminin müasir problemləri. Gigiyenanın metodologiyası və metodları. Cəmiyyətin müxtəlif tarixi dövrlərində gigiyenanın inkişafı. Azərbaycanda gigiyena elminin sanitariya xidmətinin inkişafı. Ətraf mühit amillərinin gigiyenik normalaşdırılmasının əsas prinsipləri, əsas gigiyenik normalar. Sanitariya nəzarəti, müasir dövrdə Azərbaycanda sanitariya işinin təşkilinin ümumi əsasları. Əhali sağlamlının və ətraf mühitin mühafizəsində sanitariya nəzarətinin əhəmiyyəti. Respublikada sanitariya nəzarəti xidmətinin strukturu, hüquqları və vəzifələri. – 2 saat.

2. Atmosfer havası xarici mühit obyekti kimi, onun fizioloji-gigiyenik əhəmiyyəti. Havanın fiziki amillərinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Meteoroloji amillərin fizioloji-gigiyenik əhəmiyyəti və insan sağlamlığına təsiri. Günəş şüaları, onların bioloji və gigiyenik əhəmiyyəti. «Günəş aclığı» onun profilaktikası. – 2 saat.

3. Hava və iqlim, onların sağlamlığa təsiri. Meteotrop xəstəliklər və reaksi­ya­­lar haqqında anlayış. İqlimə uyğunlaşma problemi. Bu prosesin sürətləndirilməsi üçün həyata keçirilən gigiyenik tədbirlər. Atmosfer havasının təbii qaz tərkibi, onun fizioloji-gigiyenik əhəmiyyəti. Ha­vanın zəhərli qaz qarışıqları, tozlar və mikroorqanizmlərlə çirklənməsinin əhalinin sağlamlığına təsiri. Havanı çirkləndirən mənbələrin gigiyenik cəhətdən səciyyələndirilməsi. Havanın sanitariya mühafizəsinin prinsipləri. – 2 saat.

4. Su biosfer obyekti kimi. Suyun fizioloji və gigiyenik əhəmiyyəti. Suyun keyfiyyətinin formalaşmasına təsir edən amillər. Suyun keyfiyyətinin fiziki-orqanoleptik göstəriciləri və onların gigiyenik cəhətdən səciyyələndirilməsi. Suyun kimyəvi tərkibinin əhali sağlamlığına, məişət-təsərrüfat fəaliyyətinə təsiri. Su ilə əlaqəli endemik xəstəliklər, onların profilaktikası. Suyun epidemioloji əhəmiyyəti. Yoluxucu və parazitar xəstəliklərin yayılmasında suyun rolu. Su epidemiyalarının səciyyəvi xüsusiyyətləri. Suyun çirklənməsini səciyyələndirən kimyəvi və bakterioloji göstəricilər. Su təchizatı mənbələrinin gigiyenik cəhətdən səciyyələndirilməsi. Su mənbələrində suyun çirklənməsi və öz-özünə təmizlənməsi prosesləri. Su təchizatı sistemlərinin gigiyenik cəhətdən müqayisəli səciyyələndirilməsi.  Azərbaycanda əhalinin su təchizatının gigiyenik problemləri. Suyun keyfiyyətinin yaxşılaşdırılması və zərərsizləşdirilməsinin əsas prinsipləri və üsulları. Su mənbələrinin sanitariya mühafizəsi. – 2 saat.

5. Urbanizasiya anlayışı, onun sosial-gigiyenik və ekoloji aspektləri. Yaşayış məskənlərində ətraf mühitin və həyat şəraitinin gigiyenik xüsusiyyətləri. Yaşayış məskənlərinin səmərəli plan­laşdırılmasının gigiyenik əsasları. Müasir tikinti sistemlərinin gigiyenik səciy­yələndirilməsi. Şəhər ərazisinin funksional zonaları, gigiyenik tələblər. Müalicə-profilaktika müəssisələri, yaşayış zonasının tərkib hissəsi kimi. Xəstəxanaların yerləşdirilməsinə dair əsas gigiyenik tələblər MPM tikinti sistemlərinin gigiyenik xüsusiyyətləri. - 2 saat.   

 

FƏNN ÜZRƏ TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRININ MÖVZULARI 

 “Ətraf mühitin gigiyenasi - 1” kursu üzrə təcrübə məşğələlərinin mövzu  planı

1. Gigiyena haqqında anlayış. Ətraf mühitin gigiyenası gigiyena elminin tərkib hissəsi kimi, onun məzmunu, vəzifələri. Gigiyenada istifadə olunan müayinə üsulları. Tibbi-profilaktika fakultəsinin II kursunda “Ətraf mühitin gigiyenası” kursunun tədrisinin təşkili ilə tanışlıq. – 2saat.

2. Sanitariya nəzarəti haqqında anlayış, onun formaları. GEM-lər sanitariya nəzarətini həyata keçirən əsas təşkilatlar kimi, onların strukturu, hüquqları və vəzifələri. – 2saat.

3. Mikroiqlimin gigiyenik əhəmiyyəti. Havanın temperaturunun fizioloji-gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2saat.

4. Havanın rütubətinin fizioloji-gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2saat.

5. Atmosfer təzyiqinin, fizioloji-gigiyenik əhəmiyyəti və təyini üsulları. «Külək külü»nün tərtibi. – 2saat.

6. Hava cərəyanının fizioloji-gigiyenik əhəmiyyəti. Onun sürətinin və istiqamətinin təyini üsulları.ı. – 2 saat.

7.  Meteoroloji amillərin orqanizmə kompleks təsirinin gigiyenik müayinəsi üsulları. – 2 saat.

8. Günəşin infraqırmızı şüalarının bioloji-gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2 saat.

9. Günəşin ultrabənövşəyi şüalarının bioloji təsiri və gigiyenik əhəmiyyəti. İntensivliyinin təyini üsulları. – 2 saat. 

10. Təbii və süni işıqlanmanın gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2saat.

11. Havanın fiziki göstəricilərinə, Günəş şüalarına və işıqlanmaya aid təcrübi bacarıqların yerinə yetirilməsi və kollokvium. – 2 saat.

12. Havanın kimyəvi müayinəsinin gigiyenik əhəmiyyəti. Kimyəvi müayinələr üçün hava nümunələrinin götürülməsi üsulları. – 2 saat.

13. Karbon qazı otaq havasının sanitariya göstəricisi kimi, onun təyini üsulları.- 2 saat.

14. Atmosfer havanın tozlarla çirklənməsinin əhəmiyyəti və təyini üsulları. – 2 saat.

15. Otaq şəraitində havanın mikrorqanizmlərlə çirklənməsinin gigiyenik-epidemioloji əhəmiyyəti və təyini üsulları. – 2 saat.

16. Təbii və süni ventilyasiyanın müayinə üsulları və gigiyenik cəhətdən qiymət­ləndirilməsi, mübadilə havasının həcminin və mübadilə sürətinin hesablanması. – 2 saat.

17. Havanın çirklənmə göstəricilərinə və ventilyasiyaya aid təcrübi bacarıqların yerinə yetirilməsi və kollokvium. – 2 saat.

18. Su mənbələrinin sanitariya-topoqrafik müayinəsi. Su nümunələrinin götürül­mə­si qaydaları. Suyun fiziki-organoleptik göstəricilərinin gigiyenik əhəmiyyəti və təyini üsulları. – 2saat.

19. Suyun makro- və mikroelement tərkibinin gigiyenik əhəmiyyəti. Suyun codluğunun, suda flüor, dəmir və s. gigiyenik cəhətdən qiymətləndirilməsi və təyini üsulları. – 2saat.

20. Suyun çirklənməsinin kimyəvi göstəriciləri. Suda azot birləşmələrinin (ammonyak, nitrit və nitratların) gigiyenik əhəmiyyəti və təyini üsulları. Suyun oksidləşmə dərəcəsinin əhəmiyyəti və təyini üsulları. – 2 saat.

21. Suyun mikroorqanizmlərlə çirklənməsinin gigiyenik-epidemioloji əhəmiy­yə­ti. Suyun bakterioloji müayinə üsulları. – 2 saat.

22. Suyun keyfiyyətinin yaxşılaşdırılması üsullarının əhəmiyyəti və üsulları. Suyun təmizlənməsi və zərərsizləşdirilməsi üsullarının gigiyenik səciyyələndirilməsi. – 2 saat.

23. Tikinti layihələrinin oxunmasının əsasları. Layihə sənədlərinin (baş plan, situasiya planlarının və s.) sani­ta­riya ekspertizası.  – 2 saat.

24. .Müalicə-profilaktika müəssisələri layihələrinin sanitariya ekspertizasının əhəmiyyəti. Layihə sənədlərinin (situasiya, baş və daxili planların) gigiyenik cəhətdən qiymətləndirilməsi. – 2 saat.

25. Su, müalicə müəssisələrinin gigiyenası və urbanizasiyaya dair təcrübi bacarıqların yerinə yetirilməsi və kollokvium. – 2 saat.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və Universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə lazımi 100 bal aşağıdakı qayda üzrə toplanır:

50 bal imtahana qədəroplamnalıdır. O cümlədən:

10 bal dərsə davamiyyətə görə

10 bal sərbəst işlərə görə

20 bal cari mənimsəəyə görə (tələbənin gündəlik hazırlığına və cavabına verilən ballar)

10 bal bacarıqlara görə.

Semestr ərzində minimum 3 dəfə kollokvum keçirilməlidir .

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal imtahanda toplanılır.

İmtahan test üsulu ilə keçirilir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiş sayılır və kursu təkrar keçməlidir.

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A- “Əla”                             - 91-100

B- “Çox yaxşı”                   - 81-90

C - “Yaxşı”                          - 71 -80

D – “Kafi”                            - 61 – 70

E – “Qənaətbəxş”                  - 51 – 60

F – “Qeyri kafi”                     - 51 – dən az

 

 SƏRBƏST IŞ:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 

 SƏRBƏST İŞLƏRİN MÖVZULARI

1. Giriş

1. Gigiyena haqqında anlayış. Onun digər tibb fənləri ilə əlaqəsi. Gigiyenanın profilaktik tibb elmi kimi mövqeyi

2. Xarici mühit obyektləri. Ətraf mühitin insan sağlamlığına təsir edən təbii və antropogen amilləri

3. Orqanizmdə xarici mühitin qarşılıqlı təsiri anlayışının mahiyyəti, insan sağlamlığına təsir edən sosial-iqtisadi amillər

4. Gigiyena elminin differensasiyası. Gigiyena elminin məqsədi, tədqiqat obyektləri və vəzifələri

5. Səhiyyədə müalicə və profilaktikanın istiqamətlərinin vəhdəti prinsipi. Profilaktikanın formaları

6. Gigiyenanın qanunları, onların mahiyyəti

7. Xarici mühitin fiziki, kimyəvi, bioloji, psixoloji amilləri, onların insan sağlamlığına təsiri və profilaktikası

8. Risk amilləri anlayışı və onun insan sağlamlığı üçün təhlükəsi. Sanitariyanın mahiyyəti

9. Elmi-texniki tərəqqinin ətraf mühitə əlverişsiz təsiri. Azərbaycanın iri şəhərlərinin müasir ekoloji-gigiyenik problemləri

10. Qlobal ekoloji problemlər haqqında anlayış. Qlobal iqlim dəyişmələri gigiyenik problem kimi

11. Azərbaycanda sanitariya təşkilatlarının yaranma tarixi, onların vəzifələri, əsas iş üsulları

12. Xəbərdaredici və cari sanitariya nəzarətinin mahiyyəti, həyata keçirilməsinin məqsədi

13. GEM-lər sanitariya-epidemioloji xidmətin əsas təşkilatı kimi, onların strukturu, müalicə müəssisələri ilə qarşılıqlı fəaliyyəti

14. Gigiyenik normativlər haqqında anlayış, gigiyenik normalaşdırma obyektləri

15. Gigiyenik normalaşdırmanın əhali sağlamlığının qorunmasında əhəmiyyəti. Fiziki və kimyəvi amillərin normativ göstəriciləri

16. Gigiyenik normalaşdırmanın əsas prinsipləri (I, II, III və IV) mahiyyəti. Normalaşdırmanın «doza-effekt» prinsipi

17. «Sağlamlıq üçün risk amili» termininin mahiyyəti. Təsiredici amilin «həddilik» prinsipi

18. Zərərli amillərin təsir hədlərinin laborator şəraitində təyin edilməsi qaydaları. Eksperimental tədqiqatın nəticələrinin «ekstrapolyasiyası» anlayışı

19. Gigiyenada tətbiq olunan müayinə üsulları. «Ətraf mühiti öyrənmək üçün istifadə olunan müayinə üsulları

20. Sanitariya – təsviri, epidemioloji-gigiyenik müayinə üsullarının mahiyyəti

21. Əhalinin sağlamlığını qiymətləndirmək üçün istifadə edilən demoqrafik göstəricilər. Sanitariya-statistika üsulu

22. Gigiyenada istifadə edilən klinik-laborator müayinə üsullarının mahiyyəti və məqsədi. Ətraf mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsi

23. Gigiyenik eksperimental üsulun mahiyyəti. Təbii gigiyenik və laborator şəraitində aparılan eksperimental müayinələr

24. Xarici mühit obyektlərinin fiziki və kimyəvi göstəricilərini qiymətləndirmək üçün istifadə olunan müayinə üsulları. Bioloji müayinələr haqqında məlumat, onun növləri

25. Ekoloji tarazlığın pozulmasına səbəb olan hadisələr və amillər haqqında məlumat. Azərbaycanda kənd təsərrüfatı sahəsində əsas gigiyenik problemlər

26. Əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmaq üçün istifadə edilən üsullar. Prospektiv və retrospektiv müayinə üsullarının mahiyyəti, aparılma qaydaları

27. Gigiyena elminin tarixinin öyrənilməsinin əhəmiyyəti. Qədim dövrlərdə gigiyenik biliklərin yaranması, şəxsi gigiyenik vərdişlərin yayılması və əhəmiyyəti

28. İslam dininin meydana gəlməsilə əlaqədar gigiyenik bilik və vərdişlərin inkişafı. Orta əsrlərdə şərq ölkələrində tibb elminin (profilaktik təbabətin) inkişafı

29. Həkimlik elmlərinin inkişafında Əbu-Əli İbn Sinanın rolu. Orta əsrlərdə Avropa ölkələrində tibb elminin (profilaktik təbabətin) inkişafı

30. Elmi gigiyenanın inkişaf dövrü (XV-XIX əsrlər). Peşə gigiyenasının inkişafında Bernardino Ramassininin rolu

31. Rusiyada sanitariya mədəniyyətinin inkişafında I  Pyotrun xidmətləri. Gigiyena elminin inkişafında M.V.Lomanosovun və rus klinisistlərinin rolu

32. Sənaye kapitalizminin inkişafı dövrü və gigiyena elmi. Gigiyenanın banisi M.Pettenkofer və onun xidmətləri haqqında məlumat

33. Rusiyada ilk gigiyena kafedrasının yaranması. A.P.Dobroslavin və F.F.Erismanın Rusiyada gigiyena elminin inkişafında rolu

34. Oktyabr inqilabından sonrakı illərdə keçmiş SSRİ-də gigiyenanın və sanitariya işinin vəziyyəti. Sanitariya nəzarətinin inkişafına dair qərarların və dekretlərin əhəmiyyəti

35. Keçmiş SSRİ-də gigiyena elminin inkişaf xüsusiyyətləri və ona təsir edən amillər

36. Azərbaycanda gigiyenik biliklərin yaranmasında milli adət və ənənələrin əhəmiyyəti

37. Azərbaycan mədəniyyətinin intibah dövrü sayılan  X-XII əsrlərdə tibbi biliklərin yayılması. Həmin dövrdə yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında ərəb təbabətçilərinin rolu

38. N.Gəncəvinin və M.Füzulinin əsərlərində tibbi-fəlsəfi fikirlər

39. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafı və sosial-gigiyenik problemlər

40. H.Zərdabinin gigiyena elminin inkişafında rolu. İlk gigiyena kitabının yaranma tarixi. Bakıda ilk sanitariya bürosunun yaranması

41. N.Nərimanovun elmi-tibbi biliklərin yayılmasında rolu. Azərbaycanda Ümumi Gigiyena Kafedrasının və sanitariya-gigiyena fakültəsinin yaranması və təşkili

42. Azərbaycanda Gigiyena Kafedrasının təşkilində V.D.Malenyukun, Ö.Ə.Bayraşevskinin rolu. M.M.Əfəndizadə Azərbaycanda gigiyena elminin banisi kimi

43. V.Y.Axundov ictimai-siyasi xadim və görkəmli gigiyenist alim kimi. Gigiyena elminin inkişafında İ.H.Səmədov və Ə.M.Məmmədovun xidmətləri

44. Müasir dövrdə Azərbaycanda tibbi-profilaktika sahəsində həkim kadrların hazırlanmasında ümumi gigiyena və ekologiya kafedrasının rolu

 

2. Havagigiyenası

 

1. Atmosfer havası xarici mühit obyekti kimi, onun fizioloji və gigiyenik əhəmiyyəti

2. Atmosfer havasının fiziki amillərinin (temperatur dəyişilmələrinin) gigiyenik əhəmiyyəti və insan sağlamlığına təsiri

2. «İstilik vurğusunun» «Qıc olma» xəstəliyinin mahiyyəti. Havanın temperaturunun mənfi təsirini aradan qaldırmaq üçün tədbirlər

4. Havanın rütubətini xarakterizə edən anlayışlar. Havanın rütubətinin temperatur şəraitindən asılılığı

5. Havanın cərəyan sürətinin gigiyenik əhəmiyyəti. Havanın cərəyan sürətinin qiymət və istiqamətinin əhəmiyyəti və normaları

6. Havanın mikroiqlim göstəricilərinin orqanizmə kompleks təsiri

7. Havanın atmosfer təzyiqinin gigiyenik əhəmiyyəti. Yüksək və alçaq atmosfer təzyiqi şəraitilə əlaqədar baş verən xəstəliklər, onların profilaktikası

8. Havanın elektrik vəziyyətinin gigiyenik əhəmiyyəti. Elektrik sahəsinin fizioloji təsir xüsusiyyətləri. Elektrostatik sahə anlayışı, onun mənfi təsirləri

9. Günəş fəallığının dəyişməsi nəticəsində Yerin maqnik sahəsində  baş vern dəyişikliklər. Havanın təbii radioaktivliyinin gigiyenik əhəmiyyəti

10. Günəş radiasiyasının gigiyenik əhəmiyyəti, spektral tərkibi

11. İnfraqırmızı şüalar və onların bioloji-gigiyenik əhəmiyyəti. «Günvurma» xəstəliyinin mahiyyəti

12. Ultrabənövşəyi şüalar, onların bioloji-gigiyenik əhəmiyyəti, sahələri. «Günəş aclığı» xəstəliyi və onun profilaktikası

13. Hava. Siklon və antisiklonlar. Meteotrop xəstəliklər və reaksiyalar. Onların profilaktikası

14. İqlim. İqlimlərin təsnifatı. Azərbaycan Respublikasındakı iqlim zonaları, tibbi əhəmiyyəti

15. İqliməuyğunlaşma problemi. İqlim şəraitinə uyğunlaşmada profilaktik tədbirlər

16. Soyuq və dağ iqlim şəraitinə uyğunlaşmada problemlər və profilaktik tədbirlər

17. Atmosfer havasının təbii qaz tərkibi. Onun fizioloji-gigiyenik əhəmiyyəti

18. Oksigen, onun fihioloji-gigiyenik əhəmiyyəti. Oksigenin parsial təzyiqinin dəyişməsi ilə əlaqədar orqanizmdə baş verən dəyişikliklər

19. Karbon qazı, onun fizioloji-gigiyenik əhəmiyyəti. Karbon qazının konsentrasiyasının dəyişməsilə orqanizmdə baş verən dəyişikliklər

20. Azot və onun fizioloji gigiyenik əhəmiyyəti, atmosfer havasının çirklənməsində azotlu birləşmələrin rolu

21. Atmosfer havasının çirklənməsinin insan sağlamlığına təsiri. Atmosfer havasını çirkləndirən mənbələrin gigiyenik cəhətdən səciyyələndirilməsi

22. Dəm qazı, atmosfer və qapalı yerlərin havasının kimyəvi çirkləndiricisi kimi. Onun yüksək konsentrasiyası zamanı orqanizmdə baş verən dəyişikliklər

23. Kükürd qazı atmosfer havasının kimyəvi çirkləndiricisi kimi. Atmosfer havasında kükürd birləşmələrinin gigiyenik səciyyələndirilməsi

24. Atmosfer havasının müxtəlif toz və qaz qarışıqları ilə çirklənməsinin gigiyenik səciyyələndirilməsi, onların insan sağlamlığına təsiri

25. Atmosfer havasının çirklənmə səviyyəsinin qiymətləndirilməsində istifadə edilən normativlər. Toksiki dumanların əhali sağlamlığına təsiri, mühafizə tədbirləri

26. Atmosferin və qapalı yerlərin havasının mikroorqanizmlərdə çirklənməsinin əhali sağlamlığına təsiri, zərərli təsirin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər

27. Otaq şəraitində havanın temperaturunun təyini qaydası. Termoqraf, termometrlərin növləri, işləmə prinsipləri

28. Havanın rütubətinin təyini üçün istifadə olunan cihazlar və onların işləmə prinsipləri

29. Zava cərəyanı sürətini və istiqamətini ölçmək üçün istifadə olunan cihazlar və onların iş prinsipləri

30. Havanın soyuduculuq qabiliyyətinin təyini üçün istifadə olunan cihazlar və onların iş prinsipləri

31. Atmosfer təzyiqini təyin etmək üçün istifadə edilən cihazlar (barometr, baroqraf) və onların iş prinsipləri

32. Meteoroloji amillərin insan orqanizminə kompleks təsirinin təyini üsulları və onların mahiyyəti

33. İnfraqırmızı radiasiyanın insan orqanizminə təsiri və onun intensivliyinin təyini üsulları

34. Ultrabənövşəyi radiasiyanın insan orqanizminə təsiri. Tətbiq sahələri və onun intensivliyinin təyini üsulları

35. Atmosfer havasının kimyəvi tərkibinin müayinəsi üçün hava nümunəsinin götürülməsi və onun analizi üsulları

36. Yaşayış yerlərində havanın vəziyyətinin sanitariya göstəricisi, onun normaları. Havada karbon qazı və kükürd qazlarının müxtəlif üsullarla təyini

37. Havada tozun miqdarının və dispersliyinin təyini üsulları və normaları

38. Havanın bakterioloji müayinəsi üçün istifadə olunan üsullar, onların mahiyyəti. Müxtəlif yerlərdə bakterioloji çirklənmənin qiymətləndirilməsi

39. Havadakı mikrobların yetişdirilməsi və koloniyaların hesablanması üsulları

 

3. Sugigiyenası

 

1. Su biosfer amili kimi, onun fizioloji və gigiyenik əhəmiyyəti

2. Orqanizmin suya olan tələbatına təsir edən amillər və onun ödənmə mənbələri

3. Suyun xalq təsərrüfatında əhəmiyyəti. Su mənbələrindən laboratoriya analizi üçün nümunələr götürülməsi qaydaları

4. Yoluxucu mədə-bağırsaq, zoonoz və helmint xəstəliklərinin yayılmasında suyun rolu

5. Qeyri-yoluxucu xəstəliklərin yayılmasında suyun rolu

6. Analiz üçün su nümunələrinin götürülməsi və laboratoriyaya (sanitariya kimyəvi və bakterioloji) çatdırılması qaydaları. Su nümunələrinin konservləşdirilməsi və ona zərurət

7. Su mənbəyində suyun həcminin təyini qaydası, müxtəlif su mənbələrinin debitinin hesablanması

8. Əhalinin içməli və təsərrüfat-məişət məqsədilə istifadə etdiyi sulara gigiyenik tələblər və onun təsbit olunduğu normativ sənəd. İçməli suların keyfiyyətinin su mənbəyinin növündən asılı olaraq dəyişməsi

9. Su mənbəyində suyun temperaturunun gün və ya fəsillər üzrə dəyişməsinə görə mənbəyin xarakteristikası. Mənbədə suyun temperaturunun təyini qaydası

10. Suyun fiziki və orqanoleptik göstəriciləri, onların təyini qaydası və gigiyenik normaları

11. Suyun kimyəvi və toksikoloji göstəricilərinin səciyyələndirilməsi. İçməli suların turşu-qələvi müvazinəti

12. Suyun quru qalığı, onun minerallaşma dərəcəsini xarakterizə edən göstərici kimi. H+ - ionlarının kolorimetriya üsulu ilə təyini

13. Potensiometrik üsulla pH-ın təyini. Yüksək və zəif minerallaşmış suların uzunmüddətli qəbulu ilə əlaqədar baş verən patologiyalar

14. Suyun quru qalığının təyini qaydası. Suyun codluğunu xarakterizə edən duzlar və birləşmələr

15. Cod suyun insan orqanizmində törətdiyi patologiyalar, məişət və istehsalatda törətdiyi ziyanlar. İçməli suların codluğunun təyini

16. İçməli sularda dəmirin, xloridlərin, sulfatların miqdarı və onların keyfiyyətcə təyini. Həmin birləşmələrin törətdiyi patologiyalar və onların profilaktikası

17. İçməli sularda flüorun miqdarı, onunla əlaqədar baş verən patologiyalar. Fotometriya və potensiometriya üsulu ilə suda flüorun təyini

18. Suyun oksidləşmə dərəcəsi. Onun təmizliyini göstərən meyar kimi. Suyun oksidləşmə dərəcəsinin təyini, onun fazaları

19. Suyun üzvi maddələrlə çirklənməsinin səciyyələndirilməsində azotlu birləşmələrin əhəmiyyəti. Suda ammonium duzları, nitrit və nitratların keyfiyyətcə təyini

20. Suyun sanitariya-bakterioloji müayinəsi, suyun bakterioloji göstəricilərinin gigiyenik və epidemiologi əhəmiyyəti. Suyun mikrob ədədi, koli-titr və koli-indeksinin təyini

21. Atmosfer suları, yeraltı və yerüstü sular içməli su mənbəyi kimi, onların keyfiyyətinə təsir edən amillər

22. Suyun helmintoloji müayinəsinin mahiyyəti. İkiqat sətin parça süzgəclərdən, membran süzgəclərdən süzülməklə aparılan helmintoloji müayinə

23. Yayarası suların debiti və onların bakterioloji cəhətdən xarakteristikası. Belə suların bağırsaq infeksiyalarının yayılmasında rolu

24. Borulu və şaxtalı quyuların quruluşu və istismarına gigiyenik tələblər

25. Açıq, layarası və qrunt sularının mineral tərkibinin formalaşmasına təsir göstərən amillər. Respublikamızın su ehtiyatı mənbələri

26. Azərbaycan Respublikasında su mənbələrinin çirklənmə səviyyəsi. Suyun öz-özünə təmizlənməsinə təsir edən amillər

27. Suyun biokimyəvi oksigen tələbatı. Suyun ö-özünə təmizlənməsi həddi. Suyun fauna və florası onun çirklənməsinə həssas olan elementlər kimi

28. Mərkəzləşdirilmiş su təchizatı sistemi, onun xüsusiyyətləri

29. Mərkəzləşdirilmiş su təchizatı mənbələrinin sanitariya mühafizə zonalarına tələblər və onların əhəmiyyəti

30. Mərkəzləşdirilmiş su təchizatı sistemində su kəməri şəbəkəsinin çirklənməsinin səbəbləri. Su kəməri şəbəkəsinin dezinfeksiyası xüsusiyyətləri

31. Mərkəzləşdirilmiş su təchizatı sistemində suyun təmizlənməsi və zərərsizləşdirilməsinin səmərəliyi üzərində nəzarət, su kəmərlərinin sanitariya – mühafizə zonasının xüsusiyyətləri. Su bölüşdürücü şəbəkədən nümunələr götürülməsi və onun analizi

32. Yerli su təchizatı mənbələri, onların spesifik xüsusiyyətləri, çirklənmə mənbələri və həmin sulara qoyulan gigiyenik tələblər

33. Suyun təmizlənməsinin gigiyenik mahiyyəti, təmizlənmə üsulları. Suyun koaqulyant dozasının hesablanması. Koaqulyasiyanı sürətləndirən kimyəvi maddələr

34. Təmizlənmiş suların zərərsizləşdirilməsinin zəruriliyi. Suyun zərərsizləşdirilməsi üsulları və onların mahiyyəti

35. Suyun xlorlaşdırmaqla zərərsizləşdirilməsinin formaları. İçməli sularda qalıq xlor, xlor və xlor tələbatı

36. Təsərrüfat içməli suların keyfiyyətinin yaxşılaşdırılmasının xüsusi üsulları və onların mahiyyəti

37. İçməli suların flüorun yüksək konsentrasiyasından azad edilməsinin mahiyyəti. İçməli suların flüorlaşdırılmasının zəruriliyi və müxtəlif iqlim zonalarında suda flüorun normaları

 

4. Müalicə-profilaktikamüəssisələriningigiyenası

 

1. Müalicə-profilaktika fəaliyyətinin əsas növləri, funksiyalar və onların əhaliyə göstərdiyi tibbi yardım

2. Müalicə-profilaktika idarələrinin gigiyenasının məzmunu, mahiyyəti. Xəstəxanaların tikinti sistestemləri

3. Xəstəxanaların tikintisi üçün seçilən əraziyə dair ümumi tələblər. Torpaq sahəsinin relyefi, torpağın fiziki, mexaniki xassələri, yeraltı suların səviyyəsi və s

4. Mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və qarışıq tikinti sistemilə tikilmiş xəstəxanaların gigiyenik xüsusiyyətləri

5. Xəstəxanaların layihələrinin sanitariya ekspertizası zamanı ekspertizası zamanı ekspertizaya təqdim olunan əsas layihə sənədləri. İzahat vərəqəsi, situasiya planı, baş planda əks olunan məsələlər

6. Xəstəxana ərazisinin sahə normaları (hər çarpayıya görə və ümumi), tikinti sıxlığı. Xəstəxana ərazisinin funksional zonaları, sanitariya abadlığı və yerləşməsi

7. Xəstəxanaların stasionarının tərkib hissələri. Mərkəzləşdirilməmiş tikinti sistemində ayrı-ayrı şöbələrin yerləşməsi və onların arasında əlaqələr

8. Müasir iri tibb mərkəzlərinə dair tələblər, xəstəxana fəaliyyətinin növləri. Ərahi prinsipinə və xidmət profilinə görə xəstəxanaların səciyyələndirilməsi

9. xəstəxanaların coğrafi cəhətlərə görə səmtləşdirilməsinə dair gigiyenik tələblər. Azərbaycanın iqlim qurşaqlarından asılı olaraq xəstəxana tikintisinin xüsusiyyətləri. Bölmələrin tərkibinə daxil olan otaqların cəhətlərə görə səmtləşdirilməsi

10. Müxtəlif profilli xəstəxana otaqları havasının fiziki parametrlərinin gigiyenik səciyyələndirilməsi

11. Xəstəxana otaqlarının hava mübadiləsi və işıqlanmasının, insolyasiya rejiminin gigiyenik səciyyələndirilməsi

12. Stasionarın əsas funksional elementi kimi palata bölməsinin və palataların səciyyələndirilməsi. Yaşlı qeyri-yoluxucu xəstələr üçün palataların sahələri və həcmlərinə dair tövsiyələr

13. Xəstəxanadaxili infeksiyaların profilaktikasında sanitariya əksepidemik tədbirlərin spesifik və qeyri-spesifik profilaktikanın rolu

14. Xəstəxanaların reanimasiya, doğum, rentgenoloji və radioloji şöbələrinin planlaşdırılmasının xüsusiyyətləri

15. Xəstəxana ərazisinin funksional zonaları. Xəstəxanaların tikinti sistemlərinin üstün və çatışmayan cəhətləri

17. Yoluxucu xəstəliklər şöbəsində otaqlar yığımı və onların funksional əhəmiyyəti

18. Müxtəlif tikinti sistemi ilə tikilən xəstəxanaların daxili planlaşdırılmasına dair gigiyenik tələblər

 

ƏTRAF MÜHİTİN GİGİYENASI-1 FƏNNI ÜZRƏ YERINƏ YETIRILMƏSI MƏCBURI OLAN TƏCRÜBI BACARIQLAR 

 

Mövzular

1

Avqust psixrometrinin quru və yaş termometrlərinin göstəricilərinə əsasən cədvəldən istifadə etmədən otaq havasının nisbi rütubətini müəyyən edin və nəticələri gigiyenik qiymətləndirin.

2

Verilmiş cihazlardan (pərli anemometr, Assman psixrometri) istifadə etməklə otaq havasının mikroiqlim göstəricilərini təyin edin, alınan  nəticələri müvafiq normativlərdən istifadə etməklə gigiyenik qiymətləndirin.

3

Havanın hərəkət sürətinin 0,2-0,3 m/san, 3-4 m/san və 15-18 m/san olduğu ehtimal olunan üç otaqda bu göstəricini təyin etmək üçün müvafiq cihaz seçin və olçmələri yerinə yetirin

4

Ultrabənövşəyi şüalanmanın intensivliyini ufimetrlə və Z.N.Kuliçkova üsulu ilə təyin edin və alınan nəticələri müqayisə edin.

5

Dərs otağının təbii işıqlanmasını səciyyələndirən göstəriciləri təyin edin və nəticələri gigiyenik qiymətləndirin.

6

Verilmiş su nümunəsinin rəng şkalasından istifadə etməklə rəngini və Snellen şriftlərilə şəffaflığını təyin edin və norma ilə müqayisə edin

7

Verilmiş su nümunəsində ümumi və müvəqqəti codluq dərəcəsini təyin edin və daimi codluğu hesablayın, norma ilə müqayisə edin.

8

Verilmiş suyu nümunəsinin üzvi çirklənmə göstəricilərini (azotlu birləşmələri) təyin edin, alınan nəticələri gigiyenik qiymətləndirin.

9

Suyun koaqulyasiya yolu ilə təmizlənməsini həyata keçirmək üçün  onun koaqulyant dozasını təyin edin.

10

Kubaturası 90 m3olan 4 çarpayılıq  xəstəxana palatasında hava mübadiləsinin tezliyini təyin edin

 

ƏDƏBİYYAT:

  1. Gigiyena (prof. M.A.Kazımovun redaktorluğu ilə), Bakı, “Təbib”, 2005.
  2. Ümumi gigiyena (prof. M.A.Kazımov və dos. A.M.Məmmədovun redaktorluğu ilə), Bakı, “Təbib”, 2007.
  3. Матвеева Н.А. Гигиена и экология человека. М., «КноРус», 2011.
  4. Пивоваров Ю.П., Королик В.В. Руководство к лабораторным занятиям по гигиене с основами экологии человека. М., «ГЭОТАР-Мед», 2010.
  5. МельниченкоП.И. и др. Гигиена с основами экологии человека. М., «ГЭОТАР-Мед», 2010.
  6. Большаков А.М., Маймунов В.Г. Общая гигиена. М., «ГЭОТАР-Мед», 2009
  7. Лакшин А.М., Катаева В.А. Общая гигиена с основами экологии человека. М., «Медицина», 2004.
  8. Трушкина Л.Ю., Трушкин А.Г., Демьянова Л.М. Гигиена и экология человека. М., «Феникс», 2003.
  1. Гигиена. Под ред. Г.И.Румянцева. М., «ГЭОТАР-МЕД», 2001

Гончарук Е.И. и др. Общая гигиена. М., «Вища школа, 2000

 

Azərbaycan Tibb Universiteti

TƏMƏL “ƏTRAF MÜHİTİN GİGİYENASI -2”

 (tibbi profilaktika ixtisası üzrə)

İŞÇITƏDRISPROQRAMI

              (SILLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_________  professor Kazımov M.A.

«_____»___________ 2016-cı  il

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

məcburi

YAZ (III semestr)

4 kredit

Əyani

Azərbaycan, rus

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X.,

dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                          012 595-59-35; 012 595-69-53

E-mail: kazimovmirza@rambler.ru

 

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

KOREKVIZITLƏR

Fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ

Tibbi-profilaktika fakültəsinin II kursunda Ümumi gigiyena fənni propedevtika xarakteri daşıdığına görə hazırki proqram bu fakültənin tələbələrinə Ətraf mühitin gigiyenası-2 fənni daxilində xarici mühit amilləri, orqanizmlə xarici mühitin vəhdəti, ekoloji tarazlığın pozulmasının insan inkişafı üçün ağır nəticələri, bu pozulmaların qarşısının alınması və əhali sağlamlığının qorunması tədbirlərinin strateji istiqamətləri, bu tədbirlər sistemində gigiyenik normalaşdırmanın prioritet mövqeyi barədə biliklərin tədrisini nəzərdə tutur.

 

KURSUN MƏQSƏDİ

Ətraf mühitin gigiyenası-2 kursunun məqsədi Ümumi gigiyenanın tərkib hissəsi kimi təbii ətraf mühit obyektlərindən torpağın, yeyinti məhsullarının, sosial mühit obyektlərindən yaşayış məskənlərinin, istehsalat mühiti amillərinin, həyat tərzinin, şəxsi gigiyena tədbirlərinin elmi gigiyenik cəhətdən səciyyələndirməkdən, bu obyekt və amillərin insan sağlamlığına təsirini müəyyən edən kəmiyyət və keyfiyyət göstəricilərini gigiyenik-fizioloji qiymətləndirmək bacarıqlarını tələbələrə aşılamaqdan ibarətdir. Eyni zamanda tədrisin gedişində torpağın, qida məhsulu və maddələrinin keyfiyyətini, istehsalat və yaşayış mühitlərinin ayrı-ayrı amillərinin təsirlərini reqlamentləşdirən gigiyenik normalar və digər qanunverici aktlarla tələbələr tanış edilirlər.

 

KURSUN NƏTİCƏLƏRİ

Ətraf      mühitin gigiyenası-2 fənninin tədrisi nəticəsində tələbələr ətraf təbii və sosial mühit amilləri və obyektlərinin, o cümlədən torpağın, yaşayış və istehsalat mühitinin, yeyinti məhsulları və qida maddələrinin, qidalanmanın əsas gigiyenik xüsusiyyətlərini, onların fiziki, kimyəvi, bioloji amillərini, onların əhalinin yaşayış, əmək, məişət şəraitlərinin sanitariya vəziyyətlərinə və sağlamlığına təsir qanunauyğunluqlarını mənimsəməli, öyrənilən obyekt və amilləri səciyyələndirən müayinə üsullarını yerinə yetirməyi və qiymətləndirməyi bacarmalı və bu sahədə müvafiq gigiyenik təfəkkürə yiyələnməlidirlər. 

 

FƏNN ÜZRƏ MÜHAZIRƏLƏRIN MÖVZULARI

1.Torpaq xarici mühit obyekti kimi. Torpaq və əhalinin sağlamlığı. Yoluxucu, qeyri-yoluxucu, endemik xəstəliklərin və helmintozların yayılmasında torpağın rolu. Biogeokimyəvi əyalətlər və biogeokimyəvi endemiyalar. Torpağı sanitariya-gigiyenik vəziyyətini xarakterizə edən göstəricilər. Torpağın çirklənməsi və öz-özünə təmizlənməsi prosesləri. Torpağın sanitariya mühafizəsinin gigiyenanik əsasları və prinsipləri. - 2 saat.

2. İstehsalat mühiti ətraf mühitin tərkib hissəsi kimi. İstehsalat mühiti və əmək şəraitinin işçilərin orqanizminə və sağlamlığına təsiri. Əməyin fizioloji əsasları: işlə əlaqədar orqanizmdə baş verən fizioloji dəyişikliklər. Yorulma və həddən artıq yorulma, onların profilaktikası. İstehsalat mühitinin sağlamlıq üçün risk amilləri haqqında ümumi anlayış, risk amillərinin təsnifatı:əlverişsiz fiziki, kimyəvi, bioloji və prixogen amillər  və onların törətdikləri peşə patologiyaları və onların profilaktikasının ümumi prinsipləri. Kənd təsərrüfatında əsas risk amilləri və əməyin gigiyenik xüsusiyyətləri. - 2 saat.

3. Əhalinin fiziki inkişafı və sağlamlığı üçün qidalanmanın əhəmiyyəti. Əhalinin qidalanmasının təsnifatı: səmərəli, müalicəvi, profilaktik və preventiv qidalanmalar haqqında anlayışlar. Alimentar xəstəliklər və onların profilaktikasının   ümumi prinsipləri. Qidalanmanın fizioloji normaları. – 2 saat.

4. Qida maddələri və qida məhsulları ətraf mühit elementi kimi. Onların fizioloji-gigiyenik cəhətdən səciyələndirilməsi.  -2 saat.

5. Təlim-tərbiyə və təhsil şəraiti uşaq və yeniyetmə orqanizminə təsir edən ətraf mühitin əsas tərkib hissəsi kimi. Ailə-məişət, təlim-tərbiyə şəraitlərinin ayrı-ayrı yaş və inkişaf dövrlərində uşaqların və yeniyetmələrin orqanizminin anatomik-fizioloji göstəricilərinə və sağlamlığına təsiri. Uşaqların inkişafında akselerasiya və məktəb yetkinliyi problemi. Ətraf mühit və uşaqların sağlamlığı arasında səbəb-nəticə əlaqələrinin gigiyenik diaqnostikasının ümumi prinsipləri. Ətraf mühitin orqanizmə və sağlamlığa əlverişsiz təsirinin profilaktikasında şəxsi gigiyena tədbirlərinin rolu.  Dəriyə, ağız boşluğuna və saçlara (tüklərə) qulluğun fizioloji-gigiyenik əsasları. Paltara və  ayaqqabılara dair gigiyenik tələblər şəxsi gigiyenanın tərkib hissəsi kimi. Bədənin möhkəmləndirilməsində təbii amillərdən istifadə olunmasının əhəmiyyəti. Sağlam həyat tərzinin fizioloji-gigiyenik əsasları. – 2 saat

 

FƏNN ÜZRƏ TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRININ MÖVZULARI

1. Torpağın sanitariya-gigiyenik müayinəsinin əhəmiyyəti. Ərazinin sanitariya-topoqrafik müayinəsi. Laborotoriya  müayinəsi üçün torpaq nümunələrinin götürülməsi və müayinəyə hazırlanması qaydaları. - 2 saat.

2. Torpağın fiziki-mexaniki və sanitariya-kimyəvi göstəricilərinin gigiyenik əhəmiyyəti. Torpağın fiziki-mexaniki göstəricilərinin təyini və nəticələrin qiymətləndirilməsi. -  2 saat.

3. Torpağın sanitariya bakterioloji və helmintoloji göstəricilərinin (kolititr və qurd yumurtaları) gigiyenik  və epidemioloji əhəmiyyəti, müayinə üsulları. -  2 saat.

4. Torpaq gigiyenası üzrə təcrübi bacarıqların yerinə yetirilməsi. – 2 saat.

5. Fiziki iş zamanı orqanizmdə baş verən fizioloji  dəyişikliklərin müayinə üsulları. Əzələ, tənəffüs, ürək-damar sisteminin funksional vəziyyətinin qiymətləndirilməsi.-2 saat.

6. Zehni iş zamanı orqanizmin psixofizioloji vəziyyətinin korrektur testlərdən istifadə etməklə müayinəsi və qiymətləndirilməsi.-2 saat.

7. İstehsalat səs-küyü və vibrasiyasının orqanizmə təsiri, əsas göstəricilərin  təyini və qiymətləndirilməsi üsulları. - 2 saat.

8. Kompyuterlə iş zamanı əməyin gigiyenik xüsusiyyətləri, əmək şəraitinin qiymətləndirilməsi. - 2 saat.

9. Sənaye zəhərlərinin toksikliyinin təyini məqsədilə aparılan eksperimentlər. Toksikoloji tədqiqatlar zamanı istifadə olunan cihazlar və avadanlılqrla tanışlıq. - 2 saat.

10. Sənaye zəhərlərinin toksikliyini xarakterizə edən göstəricilərin - TTTS, Zch, Zak, CL50,  LD50, YVKH təyini üsulları. - 2 saat.

11. Sənaye zəhərlərinin toksikometrik göstəricilərinə əsasən hesablama üsulları ilə onların toksiklik və təhlükəlilik siniflərinin təyini. - 2 saat

12. Əmək gigiyenasına  aid təcrübi bacarıqların yerinə yetirilməsi.  Torpaq və əmək gigiyenasına  aid kollokvium. – 2 саат.

13. Qidalanmanın əhalinin sağlamlığına və inkişaf göstəricilərinə təsirinin qiymətləndirilməsi. Enerji sərfi səmərəli qidalanmanın əsası kimi, sutkalıq enerji sərfinin hesablanması üsulları. – 2 saat.

14. Sutkalıq qida payının bölgü-menyusunun tərtibi prinsipləri, qida rasionunun kimyəvi tərkibi və kaloriliyinin təyini- 2 saat

15. Yeyinti məhsullarından laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi qaydaları. Yeyinti məhsullarının keyfiyyətini səciyyələndirən əsas göstərikcilər: fiziki-orqanoloptik, kimyəvi, bakterioloji. - 2 saat.

16. Un və çörək məhsullarlının keyfiyətinin və qida dəyərinin qiymətləndirilməsi üsulları. -2 saat.

17. Süd və süd məhsullarının bioloji və qida dəyərinin qiymətləndirilməsi üsulları. -2 saat.

18.  Ət  və konservlərin keyfiyyətinin qiymətləndirilməsi üsulları. -2 saat.

19. ”C” vitamininin orqanizm üçün əhəmiyyəti. Ərzaqlarda ”C” vitamininin təyini üsulları.- 2 saat.

20. Qida zəhərlənmələrinin qeydiyyatı, uçotu, təhqiqat qaydaları və profilaktikası. - 2 saat.

21. Uşaq və yeniyetmələrin fiziki inkişaf cəviyyəsinin müayinəsi üsulları (antropometriya). - 2 saat.

22. Uşaq və yeniyetmələrin fiziki inkişaf göstəricilərinin statistik üsullarla qiymətləndirilməsi. – 2 saat.

23. Parça materiallarının gigiyenik göstəricilərinin (məsaməlilik, hiqroskopiklik, liflərin mənşəyi və s. təyini. – 2 saat.

24. Əhali sağlamlığının qorunmasında və möhkəmləndirilməsində gigiyenik maarifləndirmə və sağlam həyat tərzinin rolu, əsas forma və vasitələri. – 2 saat.

25. Qidalanma və uşaq və yeniyetmələr gigiyenasına aid təcrübi bacarıqların yerinə yetirilməsi və kollokvium.  – 2 саат.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və Universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə lazımi 100 bal aşağıdakı qayda üzrə toplanır:

50 bal imtahana qədəroplamnalıdır. O cümlədən:

10 bal dərsə davamiyyətə görə

10 bal sərbəst işlərə görə

20 bal cari mənimsəəyə görə (tələbənin gündəlik hazırlığına və cavabına verilən ballar)

10 bal bacarıqlara görə.

 

Semestr ərzində minimum 3 dəfə kollokvum keçirilməlidir .

 Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal imtahanda toplanılır.

İmtahan test üsulu ilə keçirilir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiş sayılır və kursu təkrar keçməlidir.

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A- “Əla”                             - 91-100

B- “Çox yaxşı”                   - 81-90

C - “Yaxşı”                          - 71 -80

D – “Kafi”                            - 61 – 70

E – “Qənaətbəxş”                  - 51 – 60

F – “Qeyri kafi”                     - 51 – dən az

 

 SƏRBƏST IŞ:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 

Tibbi-profilaktika ixtisası üzrə II kurs tələbələri üçün «Ətraf mühitin gigiyenası 2» fənnindən fərdi tapşıırqlar (yenidən baxılmış-05.01.2016)

 1. Nəzəri material

1. Torpaq ətraf mühit obyekti kimi və torpaq əmələ gətirən amillər, onun fiziki və mexaniki xüsusiyyətləri, gigiyenik əhəmiyyəti

2. Torpağın öz-özünü təmizləməsində torpaq canlılarının rolu, torpağın epidemioloji xüsusiyyətləri, «sağlam» və «qeyri-sağlam» torpaqlar

3. Parazitar xəstəliklərin yayılmasında torpağın rolu, anaerob infeksiya törədiciləri torpağın çirklənməsini xarakterizə edən əsas göstərici kimi

4. Torpağın kimyəvi maddələrlə çirklənmə yolları, ammonifikasiya və nitrifikasiya prosesinin mahiyyəti və gigiyenik əhəmiyyəti

5. Torpağın kimyəvi tərkibini xarakterizə edən göstərici «biogeokimyəvi əyalətlər» haqqında anlayış, Azərbaycan Respublikasında xarici mühit obyektlərində mikroelementlərin miqdarının dəyişməsilə əlaqədar baş verən endemik xəstəliklər

6. Torpaqda həyat üçün vacib olan və şərti esensial elementlər, onların insan orqanizminə miqrasiyası. Kimyalaşdırmanın torpağın kimyəvi çirklənməsinə və əhali sağlamlığına təsiri, profilaktik tədbirlər

7. Urbanizasiyanın mahiyyəti və onu sürətləndirən səbəblər, urbanizasiyanın mənfi və müsbət cəhətləri

8. Urbanizasiya prosesi ilə əlaqədar olaraq şəhərlərin mikroiqlimində baş verən dəyişikliklət və şəhər əhalisi arasında qeyri-spesifik xəstəliklərin əmələ gəlməsinə və kəskinləşməsinə səbəb olan amillər.

9. Şəhər əhalisinin su təchizatının sanitariya vəziyyəti şəhər ərazisi torpaqlarının çirklənməsi, əhalinin təbii və təzə ərzaq məhsulları ilə təminatındakı gigiyenik problemlər

10. Müxtəlif dövrlərdə şəhərsalmanın xüsusiyyətləri, şəhər ərazisinə qoyulan gigiyenik tələblər, əhali sıxlığını əks etdirən göstərici və ayrı-ayrı yaşayış məskənlərində onun səviyyəsi

11. Yaşayış yerlərinin planlaşdırılmasında ilk norma və qaydalar, ərazinin təbii meyilliyi, müxtəlif şəhərlərdə əhaliyə düşən yaşıllıq normaları.

12. Böyük şəhərlərin layihələşdirilməsi prinsipləri. Yaşayış binalarının tikintisi üçün ayrılmış ərazinin sanitariya gigiyenik vəziyyəti, qrunt sularının səviyyəsi

13. Funksional əhəmiyyətinə və təyinatına görə şəhər ərazisinin zonaları, müxtəlif böyüklükdə şəhərlərin əhalisinin sayı və şəhər əhalisinin qrupları

14. Şəhərin seliteb zonasının əsas struktur elementləri, yaşayış rayonunun mikrorayon prinsipi üzrə tikilməsi, tikinti sisteminin tipləri və gigiyenik səciyyələndirilməsi

15. Qidalanma gigiyenası fənninin məzmunu, tədqiqat və nəzarət obyektləri, aktual problemləri

16. Qidalanma gigiyenasının elmi əsasları, onun əsas vəzifələri, istifadə olunan müayinə üsulları və onların mahiyyəti

17. Qidalanmanın təsnifatı, onların tətbiq olunma şəraiti, qeyri-səmərəli qidalanmanın təsnifatı, bununla əlaqədar alimentar xəstəliklər və onların profilaktikası

18. Fiziki fəallıq əmsalının mahiyyəti və hesablanma qaydası. Əmək fəaliyyətindən asılı olaraq orqanizmin enerjiyə olan fizioloji tələbatı, əməyin ağırlığına görə əhalinin qruplara bölünməsi

19. Qidalanmanın fizioloji gigiyenik mahiyyəti, əhalinin sağlamlığına və fiziki inkişafında qidalanmanın əhəmiyyəti. Orqanizmin enerji balansı, enerji sərfinin istiqamətləri

20. Zülalların qidalanmada əhəmiyyəti, zülal çatışmazlığı ilə əlaqədar baş verən pozğunluqlar. Aminturşu tərkibinə görə zülalların səciyyələndirilməsi

21. Müxtəlif mənşəli ərzaqlarda zülalların miqdarı, aminturşu skoru. Əqli və müxtəlif ağırlıqlı fiziki işlərlə məşğul olan yaşlı şəxslərin zülallara tələbatı

22. Yağların qidalanmada əhəmiyyəti, struktur və ehtiyat yağlar. Doymuş və doymamış yağ turşularının qidalanmada əhəmiyyəti

23. Yağların tərkibinə daxil olan vitaminlər və piqmentlərin, xolesterinin rolu və əhəmiyyəti. Fosfatidlər  və sterinlər, onların qidalanmada rolu, yağlara tələbat normaları.

24. Karbohidratdar, onların qidalanmada əhəmiyyəti. Mürəkkəb və sadə karbohidratlar, onların qidalanmada rolu

25. Karbohidratların əsas mənbəyi, müxtəlif ağırlıqlı fiziki işlərlə məşğul olan şəxslərin karbohidratlara tələbatı. Yaş, cins və peşə nəzərə alınmaqla vahid çəkiyə görə orqanizmin karbohidratlara olan fizioloji tələbatı

26. Vitaminlərin qidalanmada əhəmiyyəti, onların təsnifatı. Orqanizmdə vitamin çatışmazlığı və izafi miqdarı ilə əlaqədar olaraq yaranan patologiyalar.

27. Qidalanmada mineral maddələrin əhəmiyyəti, makro- və mikroelementlər. İnsanın qidasında dəmirin əhəmiyyəti, kişi və qadınlarda dəmirə olan sutkalıq tələbat

28. Yeyinti məhsullarında mineral elementlərin təsnifatı, yodun orqanizmdə əsas rolu, ona olan sutkalıq tələbat. Sümükləşmə prosesində və qanyaranmada iştirak edən bioelementlər, onlara olan sutkalıq tələbat

29. Pestisidlərin təsnifatı, aqrokimyəvi maddələrin qalıqlarının yeyinti məhsullarına daxilolma yolları

30. «C» vitaminin orqanizmdəki fizioloji funksiyaları. Nəbati və heyvani məhsullarda «C» vitamininin miqdarı. Qidada «C» vitamininin parçalanmasına təsir göstərən amillər

31. Ətin qida dəyəri, qida rasionunda ətin əhəmiyyəti, ət vasitəsilə yayılan yoluxucu və parazitar xəstəliklər

32. Mikrob mənşəli qida zəhərlənmələri, onu törədən amillər və profilaktikası

33. Qeyri-mikrob mənşəli qida zəhərlənmələri, onu törədən amillər və profilaktikası

34. Qidaya və qidalanmaya əsas gigiyenik tələblər. Qidanın doyum yaratma hissiyatı. Qida maddələrinin izodinamiyasının mahiyyəti

35. Əmək gigiyenasının predmeti, məqsədi və vəzifələri, müasir problemləri; əmək gigiyenasının sahələri və istifadə olunan tədqiqat üsulları

36. İstehsalat şəraitində orqanizmə zərərli təsir göstərən amillər, peşə zəhərlərinin təsnifatı və onların qısa xarakteristikası

37. İstehsalatın əlverişsiz fiziki, kimyəvi və bioloji amilləri, onların orqanizmə təsiri və profilaktik tədbirlər

38. Müasir elmi-texniki tərəqqi şəraitində fiziki və zehni əməyin yeri. Zehni iş zamanı orqanizmin müxtəlif orqan və sistemlərinin fəaliyyətində törənən dəyişikliklər

39. Dinamik və statik işlərdə oksigen sərfinin xüsusiyyətləri, ağır fiziki iş zamanı isti sexlərdə işləyənlərin su-duz mübadiləsində baş verən dəyişikliklər

40. Yorulmanın fizioloji mahiyyəti və onun səbəbinə dair müasir nəzəriyyələr. Həddən artıq yorulma və onun mahiyyəti

41. Yorulmanın  profilaktikasında iş rejiminin, fiziki hərəkətlərin və məşqlərin, avtomatlaşdırma və mexanikləşdirmənin, iş yerlərinin və avadanlıqların səmərəli təşkilinin əhəmiyyəti.

42. Uzun müddət ayaq üstə məcburi durmaqla, ağırlıq qaldırmaq, yük daşımaqla əlaqədar işlərdə çalışanlarda baş verən xəstəliklər, onların profilaktikası

43. Məcburi oturaq vəziyyətlə və yuxarı ətrafların gərginliyi, ayrı-ayrı kiçik əzələ qruplarının uzunmüddətli monoton işi və gərginliyi ilə əlaqədar peşə xəstəlikləri və onların profilaktikası

44. İstehsalat mühitinin yüksək və aşağı temperaturunun təsirindən baş verən patologiyalar və onların qarşısını almaq üçün həyata keçirilən sanitariya-texniki, texnoloji və tibbi-profilaktik tədbirlər

45. Yüksək və alçaq atmosfer təzyiqi ilə əlaqədar əmək sahələri. Kesson və dağ xəstəliyi, baş vermə mexanizmi və profilaktikası

46. İnfraqırmızı şüaların təsirilə əlaqədar əmək sahələri və bu şüaların intensiv təsirinə məruz qaldıqda baş verən pozğunluqlar, zərərli təsirin qarşısını almaq üçün həyata keçirilən profilaktik tədbirlər

47. Ultrabənövşəyi şüaların təsirilə əlaqədar əmək sahələri və bu sahələrdə çalışanlarda baş verən pozğunluqlar, onların qarşısını almaq üçün həyata keçirilən profilaktik tədbirlər

48. Radiotezlikli elektromaqnit dalğalarının və lazer şüalarının fiziki təbiəti, ayrı-ayrı orqan və sistemlərə təsir xüsusiyyətləri və zədələyici təsirinin profilaktikası

49. İstehsalat tozlarının törətdiyi spesifik və qeyri-spesifik patologiyalar, pnevmokonioz və onun növləri. Allergik təsirli tozlar və onların törətdiyi patologiyalar, profilaktik tədbirlər

50. Zərərli kimyəvi maddələrin orqanizmə daxil olma yolları, orqan və sistemlərə seçici təsiri, orqanizmdəki çevrilmələri və xaric olma yolları

51. İstehsalat şəraitində zəhərli kimyəvi maddələrin kombinasiyalı təsir effektləri, zəhərlənmənin istehsalat şəraitindən asılılığı. Kimyəvi maddələrin istehsalat mühiti obyektlərində normalaşdırılmasının mərhələləri

52. Kənd təsərrüfatında mexanizatorlara zərərli təsir göstərən fiziki və kimyəvi amillər, onların iş rejiminin xüsusiyyətləri, zərərli amillərin mexanizatorların sağlamlığına mənfi təsirinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər

53. Dar ixtisaslı həkim sahələrinin yaradılması, onların əməyinin gigiyenik xüsusiyyətləri. Əməliyyat, dərman hazırlanan otaqlarda, palata və sterilizasiya otaqlarında tibb işçilərinə zərərli təsir göstərən amillər, onların gigiyenik səciyyələndirilməsi

54. Həkimlərin (cərrahlar, ginekoloqlar, radioloq və rentgenoloq) əmək şəraitinnin gigiyenik xüsusiyyətləri, zərərli amillərin aradan qaldırılması üçün həyata keçirilən profilaktik tədbirlər

55. Kompüter işləri zamanı operatorun məcburi işçi pozası, ayrı-ayrı üzvlərin həddən artıq gərginləşməsinin əsas göstəriciləri; operatora təsir göstərən zərərli fiziki amillər və profilaktik tədbirlər

56. Uşaq və yeniyetmələr gigiyenasının əsas məqsədi, vəzifələri və müasir problemləri. Azərbaycanda uşaq və yeniyetmələr gigiyenasının inkişaf tarixi

57. Uşaq və yeniyetmələr gigiyenasının görkəmli xadimləri. «Məktəbli xəstəlikləri haqqında anlayış, yaranma səbəbləri və profilaktikası

58. Müxtəlif yaş dövrlərində uşaq orqanizminin spesifik morfoloji və funksional xüsusiyyətləri. Böyümə və inkişaf prosesinin mahiyyəti

59. Uşaqların sağlamlıq vəziyyətinin əsas meyarları. «Risk» qrupuna daxil olan uşaqların sağlamlığını möhkəmlətmək üçün tədbirlər. Uşaqların sağlamlıq qrupları

60. Uşaq və yeniyetmələrin fiziki inkişafını səciyyələndirən antropometrik göstəricilərin mahiyyəti, fiziki inkişafın akselerasiyası

61. Müxtəlif yaş qrupuna aid uşaqların gün rejiminə qoyulan gigiyenik tələblər

62. İbtidai və yuxarı siniflərdə tədrisin təşkilinin gigiyenik əsasları. Məktəblilərin əmək və istirahət rejiminin düzgün təşkili. Məktəb yetkinliyi gigiyenik problem kimi

63. Uşaq təlim-tərbiyə müəssisələrinin planlaşdırılması tikintisi, daxili quruluşuna və avadanlığına qoyulan gigiyenik tələblər

64. Məktəblərin planlaşdırılması və tikintisinin əsas prinsipləri. Məktəb mebellərinə, partalara qoyulan gigiyenik tələblər

65. Uşaq müəssisələrində yorğunluğun profilaktikası, onların sağlamlığının əsası kimi. Tədris vasitələrinə qoyulan gigiyenik tələblər

66. Məktəbəqədər uşaq müəssisələrində və məktəblərdə tibbi xidmətin təşkilinin əsas istiqamətləri. Uşaq müəssisələrində sanitariya nəzarətinin təşkilinin ümumi prinsipləri

67. Şəxsi gigiyena anlayışı. Şəxsi gigiyena ictimai gigiyenanın əsas hissəsi kimi. Bədənin möhkəmləndirilməsi şəxsi gigiyenanın elementi kimi

68. Bədənin möhkəmləndirilməsinin əsas prinsipləri.

69. Bədənin möhkəmləndirilməsində orqanizmin fərdi xüsusiyyətlərinin nəzərə alınması. Yayda və qışda hava ilə bədənin möhkəmləndirilməsi prinsipinin xüsusiyyətləri. Günəş radiasiyası ilə bədənin möhkəmləndirilməsinin fizioloji-gigiyenik əsasları

70. Bədənin yaş dəsmalla silinməsi, bədənə su tökülməsi, duş kontrast duşlar və çimməklə bədənin möhkəmləndirilməsinin mahiyyəti

71. Fiziki hərəkətlər, əhəmiyyəti, növləri, mahiyyəti, orqanizmə spesifik və qeyri-spesifik təsirləri. Turizm – fiziki hərəkətlərin əsas növü və bədənin möhkəmləndirilməsinin üsulu kimi

72. Dərinin fizioloji funksiyaları və onun gigiyenası. Ağız boşluğunun gigiyenası, ağız boşluğuna qulluq (fırçalar, pastalar, diş tozları), insan sağlamlığına dişlərin təsiri

73. Paltar materialına qoyulan gigiyenik tələblər, geyim materiallarının əsas fiziki xüsusiyyətləri. Uşaq geyimlərinin materialları və biçimlərinə gigiyenik tələblər

74. Müxtəlif mövsümlərdə paltarların rənginə və biçiminə qoyulan gigiyenik tələblər. Ayaqqabı materialına və uşaq ayaqqabılarına qoyulan gigiyenik tələblər

75. Sağlam həyat tərzi anlayışı, prinsipləri; alkoqolizm və narkomaniya sağlamlıq və şəxsiyyət üçün risk amili kimi. Tütün-siqaret çəkmənin sağlamlıq üçün neqativ nəticələri

76. Səmərəsiz qidalanma və qeyri-səmərəli əmək və istirahət rejimi sağlam həyat tərzini pozan amillərdən biri kimi.                                           

 

2. Təcrübəmaterialı

1. Torpağın mexaniki quruluşu və fiziki xassələri, onların təyini və gigiyenik səciyyələndirilməsi

2. Üzvi və qeyri-üzvi maddələrin üstünlük təşkil etməsinə görə torpaqların növləri, torpağın sanitariya-kimyəvi göstəricilərinin (sanitariya ədədinin, ammonyakın və nitratların) təyini və gigiyenik qiymətləndirilməsi

3. Sanitariya-bakterioloji və helmintoloji müayinələr üçün torpaq nümunələrinin götürülməsi, müayinəsi və gigiyenik qiymətləndirilməsi

4. Xarici mühit obyektlərində (havada, suda, torpaqda və ərzaq məhsullarında) aqrokimyəvi maddələrin qalıq miqdarını təyin etmək üçün nümunələr götürülməsi və müayinəyə hazırlanması

5. Ərzaq məhsullarında və suda fosfor üzvi birləşmələrinin təyini və gigiyenik qiymətləndirilməsi

6. Yeyinti məhsullarının keyfiyyətinin gigiyenik və qiymətləndirilməsi, onun kimyəvi və bakterioloji göstəriciləri

7. Laboratoriya müayinələri üçün yeyinti məhsullarından nümunələr götürülməsi qaydaları. Ət və ət məhsullarından, balıq və quş ətindən, konservləşdirilmiş yeyinti məhsullarından nümunələr götürülməsi qaydaları

8. Müalicə və pəhriz, profilaktik və preventiv qidalanmalar, onların təyinatı və məqsədləri

9. Un və çörəyin keyfiyyətini xarakterizə edən göstəricilər, onların təyini, gigiyenik səciyyələndirilməsi

10. Yeyinti məhsullarında, bioloji mühitlərdə (qanda və sidikdə) «C» vitamininin təyini

11. Südün keyfiyyətini xarakterizə edən göstəricilərin təyini və gigiyenik səciyyələndirilməsi. Südün saxtalaşdırılmasının təyini

12. Qida zəhərlənmələrinin baş vermə səbəbləri, gedişi və profilaktikası qida zəhərlənməsinin təhqiqat aktının yazılması, səbəbləri haqqında rəyin tərtibi

13. Məhsulun brutto və netto çəkisi. Menyu bölgü cədvəlinin tərtibi, qida payının kaloriliyinin hesablanması. Qida rasionunun keyfiyyətcə tam dəyərliliyinin təyini

14. Düz və dolayı kalorimetriya üsulu ilə enerji sərfinin hesablanması

15. Fiziki iş zamanı ürək-damar, tənəffüs, əzələ və mərkəzi sinir sistemində baş verən fizioloji dəyişikliklər və onların müayinəsi üsulları

16. Fiziki və zehni iş zamanı qanın morfoloji, fiziki-kimyəvi göstəricilərində baş verən dəyişikliklər. Fiziki işin ağırlıq, zehni işin gərginlik dərəcəsini səciyyələndirən göstəricilər

17. Səs-küy və vibrasiya peşə zərəri kimi, onları səciyyələndirən göstəricilərin təyini və gigiyenik qiymətləndirilməsi. Səs-küy və vibrasiyanın təsirindən baş verən xəstəliklərin klinik gedişi, mərhələləri, profilaktik tədbirlər

18. Tozlar istehsalat zərəri kimi, istehsalat tozlarının miqdarca təyini; tozların dispersliyinin təyini və gigiyenik qiymətləndirilməsi

19. Kəskin, yarımkəskin və xronik eksperimentlərdə kimyəvi maddələrin toksikoloji parametrlərinin təyini

20. Kimyəvi maddələrin toksiki təsirinə qarşı eksperimental heyvanların cavab reaksiyalarını öyrənmək üçün istifadə olunan tədqiqat üsullarının seçilməsi; istifadə olunan cihaz və qurğular

21. Kəskin və xroniki peşə xəstəliklərinin baş vermə səbəbləri, onların araşdırılması qaydaları, qeydə alınması uçotu

22. Zərərli əmək şəraitində çalışmaların qabaqcadan və dövri-tibbi müayinəsinin təşkilinin əsasları, tibbi-müayinəni həyata keçirən müəssisələr və tibb işçiləri, onların funksiyaları

23. Uşaq və yeniyetmələrin fiziki inkişafının somatometrik, somatoskopik və fiziometrik göstəricilərinin mahiyyəti və onların müayinəsi

24. Fiziki inkişafın qiymətləndirilməsində variasiya statistika üsulu, siqmal fərqlənmə və reqressiya şkalasından istifadə edilməsi

25. Parçaların istilik keçirməsi və onun mahiyyəti. Təbii və süni liflərdən hazırlanan parçalara qoyulan gigiyenik tələblər, onların tərkibinin təyini

26. Parçaların hava keçiriciliyi, su tutumu, hiqroskopikliyinin mahiyyəti, təyini və gigiyenik qiymətləndirilməsi

                                     

Tibbi profilaktika fakültəsinin II kurs tələbələri üçün  «Ətraf mühitin gigiyenası-2I» kursundan mənimsənilməsi zəruri olan təcrübi bacarıqlar

1. Verilmiş torpaq nümunələrinin  mexaniki quruluşunu təyin edin.

2. Verilmiş torpaq nümunəsinin  sukeçirmə qabiliyyətini təyin edin.

3. İstinad dinamometrindən və quru spirometrdən istifadə etməklə müayinə olunanın gövdə əzələlərinin gücünü və ağ ciyərlərin həyat tutumunu təyin edin.

4. Korrektur testlərin köməyilə tələbənin mərkəzi sinir sisteminin funksional vəziyyətini müayinə edin:

a) Şulte-Platonov cədvəli vasitəsilə diqqət çevikliyinin müayinəsi;

b) Anfimovun korrektur testlərin vasitəsilə davamlı yaddaş həcminin təyini;

c) sərbəst rəqəmlərin tapılmasına sərf olunan vaxtın təyini.

5. İŞV-003 səs-küy ölçən cihazdan istifadə edərəkmüxtəlif tezlik diapazonuna malik səs-küylərin təzyiqini təyin edin.

6. Verilmiş miqdarda ərzaqlarlardan (müəllimin təklif etdiyi) ibarət qida payının  kimyəvi tərkibi və kaloriliyini hesablayın.

7. Südnümunəsinin soda ilə saxtalaşdırılmasının təyini sınağını aparın.

8. Südnümunəsinin nişasta  ilə saxtalaşdırılmasının təyini sınağını aparın.

9. Çörəyin məsaməliliyini təyin edin.

10. Müayinə olunan şəxsin boyunu və çəkisini təyin edin və Brok indeksini hesablayın.

 

ƏDƏBİYYAT:

  1. Gigiyena (prof. M.A.Kazımovun redaktorluğu ilə), Bakı, “Təbib”, 2005.
  2. Ümumi gigiyena (prof. M.A.Kazımov və dos. A.M.Məmmədovun redaktorluğu ilə), Bakı, “Təbib”, 2007.
  3. Матвеева Н.А. Гигиена и экология человека. М., «КноРус», 2011.
  4. Пивоваров Ю.П., Королик В.В. Руководство к лабораторным занятиям по гигиене с основами экологии человека. М., «ГЭОТАР-Мед», 2010.
  5. МельниченкоП.И. и др. Гигиена с основами экологии человека. М., «ГЭОТАР-Мед», 2010.
  6. Большаков А.М., Маймунов В.Г. Общая гигиена. М., «ГЭОТАР-Мед», 2009
  7. Лакшин А.М., Катаева В.А. Общая гигиена с основами экологии человека. М., «Медицина», 2004.
  8. Трушкина Л.Ю., Трушкин А.Г.,Демьянова Л.М. Гигиена и экология человека. М., «Феникс», 2003.
  9. Гигиена. Под ред. Г.И.Румянцева. М., «ГЭОТАР-МЕД», 2001
  10. Гончарук Е.И. и др. Общая гигиена. М., «Вища школа, 2000

 

 

Azərbaycan Tibb Universiteti

SEÇIM «GİGİYENİKDİAQNOSTİKA»

(tibbi profilaktika ixtisası üzrə)

İŞÇİTƏDRISPROQRAMI

(SİLLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_____________professor Kazımov M.A.

«_____» ___________ 2013

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ - SEÇIM

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

Payız (VII semestr)

6 kredit

2 kredit

əyani

Azərbaycan, rus

prof. Kazımov M.A., dos. Məmmədov A.M., dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X.,

dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                     012 595-59-35; 012 595-69-53

                                                                                                   E-mail: [email protected]

 

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

 

KOREKVIZITLƏR

Fənnin tədrisilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur

 

Kursuntəsviri

Gigiyenik diaqnostika – ətraf mühit amillərinin təsiri ilə insanın sağlamlıq vəziyyəti arasında səbəb-nəticə əlaqələrinin aşkar olunması, sağlamlıq və ətraf mühit üçün risklərin təhlili və idarə olunmasının əsas prinsiplərini, risklərin və risk amillərinin sağlamlığa təsir mexanizmləri və qanunauyğunluqlarını, bu amillərin orqanizmdə törətdiyi effektləri, əhali arasında risk qruplarının formalaşmasının əsas meyarlarını öyrənir və risklərin və risk amillərinin müayinə üsullarını, risk amillərinin təsiri ilə insanın sağlamlıq vəziyyəti arasında əlaqələrin gigiyenik diaqnostika üsullarını və meyarlarını işləyib hazırlayır.

 

Kursunməqsədi

Gigiyenik diaqnostikanın məqsədi ətraf mühitin risk amillərinin təsiri və insanın sağlamlıq vəziyyətinin pozulması, sağlamlıqda əlverişsiz effektlərin baş verməsi arasında səbəb-nəticə əlaqələrini və asılılığını vaxtında aşkar etmək, orqanizmdə premorbid vəziyyətləri müəyyən etmək, bu asılılıq və əlaqələrin diaqnostikasına dair müayinə üsullarını və qiymətləndirmək üçün meyarlar işləyib hazırlamaqdır. Müayinə üsullarından istifadə etməklə ətraf mühitin və əhalinin sağlamlıq göstəriciləri haqqında hərtətəfli informasiya toplamaqla ictimai sağlamlığın möhkəmləndirilməsi və qorunması istiqamətində effektli tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi gigiyenik diaqnostikanın prioritetlərinin əsasını təşkil edir.

 

Kursun tədrisininnəticələri

Fənnin tədrisi nəticəsində tibbi profilaktika ixtisası üzrə tələbələr ətraf mühitin insan sağlamlığı üçün riskləri və risk amilləri haqqında, onların insan orqanizmində və sağlamlığında əlverişsiz effektlərin inkişafında rolu haqqında kifayət qədər biliklərə malik olurlar.

Tədris prosesində tələbələr riskin mahiyyəti, onun təsnifatı, təhlili, qiymətləndirilməsi və idarə olunması prinsiplərinə yiyələnir və bu istiqamətdə müvafiq bacarıqlar əldə edir, sosial gigiyenik monitorinqin ayrı-ayrı mərhələləri, onların həyata keçirilmə metodikasını mənimsəyirlər.

Eyni zamanda əhali arasında risk qruplarının formalaşması və təyin olunması metodologiyasına yiyələnirlər.

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QIYMƏTLƏNDIRMƏ

Fənn üzrə zəruri 100 bal aşağıdakı qayda üzrə toplanır.

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən:

10 bal – dərsə davamiyyətə görə

10 bal – sərbəst işlərə görə

20 bal – cari mənimsəməyə görə (tələbələrin gündəlik hazırlığına və cavablarına verilən ballar, 10 bal – bacarıqlara görə

Semestr ərzində minimum 1 dəfə dəfə kollokvum keçirilməlidir

Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal – imtahanda toplanır. İmtahan test üsulu ilə keçirilir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiq hesab olunur və kursu təkrar keçməlidir.

İmtahanda və imtahanaqədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A – «əla» - 91-100 bal

B – «çox yaxşı» - 81-90 bal

C – «yaxşı» - 71-80 bal

D – «kafi» - 61-70 bal

E – «qənaətbəxş» 51-60 bal

F – «qeyri-kafi» - 51-dən az

 

SƏRBƏSTİŞLƏR:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

 

Kursüzrəmühazirələrinmövzuları

1. Gigiyenik diaqnostika – müstəqil tədris kursu kimi, onun predmeti, vəzifələri,müayinə metodları və obyektləri, ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsində və əhali sağlamlığınınqorunmasında gigiyenik diaqnostikanın rolu. Ətraf mühit və insan orqanizmi arasında dinamik tarazlıq – gigiyenik diaqnostikanın əsası kimi. Həkim profilaktikin fəaliyyətində gigiyenik diaqnostikanın əhəmiyyəti. – 2 saat.

2. Ətraf mühitin sağlamlıq üçün riski və risk amilləri haqqında anlayış. Risklərin və risk amillərinin təcnifatı və gigiyenik diaqnostikası. Risklərin təhlili və idarə olunması məsələləri. – 2 saat.

3. Əhali arasında risk qrupları. Onların formalaşması və xüsusiyyətləri. – 2 saat.

4. Sosial-gigiyenik monitorinqin (SGM) təşkilinin ümumi prinsipləri və əsas mərhələləri. Əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsində SGM - əhəmiyyəti. Sanitariya-epidemioloji və ekoloji nəzarət orqanlarının SGM-in təşkilində birgə fəaliyyətinin əsas istiqamətləri. Tibbi – gigiyenik proqnozlaşdırmada SGM əhəmiyyəti. – 2 saat.

 

Kursüzrətəcrübəməşğələlərininmövzuları

  1. Gigiyenik diaqnostika fənninin həkim-profilaktikin təcrübi fəaliyyətində əhəmiyyəti. Gigiyenik diaqnostika ətraf mühit və əhali sağlamlığı arasında qarşılıqlı təsirlərə yeni yanaşma forması kimi, onun elementləri, metodologiyası və metodları: risk, risk amilləri, risk qrupları, SGM haqqında məlumatlar.

Gigiyenik diaqnostikanın metodologiyasının əsas mərhələləri – riskin təhlili və idarə olunması. Riskin qiymətləndirilməsində təhlükənin müəyyən edilməsi ilkin mərhələ kimi, onun mahiyyəti, həyata keçirilməsi. – 4 saat.

  1. Ətraf mühit amillərilə sağlamlıq arasında qarşılıqlı əlaqələrin diaqnostikasında “doza-cavab” asılılığının və zərərli amillərin ekspozisiyasının qiymətləndirilməsinin əhəmiyyəti. Kanserogen və qeyri-kanserogen amillər üçün “doza-cavab” asılılığının müəyyən edilməsi və qiymətləndirilməsi. Zərərli amillərin təsir marşrutunun, təsir yolları və nöqtələrinin müəyyən edilməsi. – 4 saat.
  2. Sağlamlıq üçün risklərin səciyyələndirilməsi – risklərin qiymətləndirilməsinin bir mərhələsi kimi. Risklərin keyfiyyət və kəmiyyət göstəriciləri, onların qiymətləndirilməsi metodikası. Ətraf mühit amilləri arasında sağlamlıq üçün daha təhlükəli prioritet amillərin (maddələrin) seçilməsi və əsaslandırılması.  – 4 saat.
  3. Yaşayış və istehsalat mühitinin risk amillərinin təsirinə məruz qalan əhali arasında risk qruplarının müəyyən edilməsi, əhalinin və peşə qruplarının sağlamlığının gigiyenik diaqnostikası və proqnozlaşdırılması üçün istifadə olunun əsas (tibbi-demoqrafık və tibbi-klinik) göstəricilər və məlumatların toplanması, işlənməsi və qiymətləndirilməsi. – 4 saat.
  4. Risklərin idarə olunması və ətraf mühitin mühafizəsinə dair qərarların qəbulu üçün əsas məlumatların işlənməsi, təhlili və səlahiyyətli icra orqanlarına təqdim olunması qaydaları. Risklərin idarə olunması prinsipləri. SGM təşkili və həyata keçirilməsinin əsas prinsipləri. – 4 saat.
  5. Gigiyenik diaqnostika üzrə kollokvium. – 2 saat.

 

«Gigiyenikdiaqnostika» fənnindən müstəqil iş üçün fərdi tapşırıqların mövzuları 

1. Gigiyenik diaqnostika – tədris fənni kimi, məzmunu, məqsədi, vəzifələri, müayinə üsulları

2. Gigiyenik diaqnostikanın metodologiyası – əsas tərkib hissələri

3. Gigiyenik diaqnostika – insanın sağlamlıq vəziyyətilə ətraf mühit amillərinin təsiri arasında səbəb-nəticə əlaqələrinin qanunauyğunluğuna müasir yanaşma tərzi kimi

4. İnsanın sağlamlıq vəziyyəti ilə ətraf mühit amillərinin arasında səbəb-nəticə asılılığı. Gigiyenik diaqnostikada istifadə olunan əhalinin sağlamlıq göstəriciləri və onların qiymətləndirilməsi

5. Əhalinin xəstələnmə vəziyyətini səciyyələndirən əsas göstəricilər, onların gigiyenik diaqnostika

6. Əhali arasında sağlamlıq qrupları (yaşlı əhali və uşaqlar) gigiyenik diaqnostikası

7. Əhali sağlamlığının tibbi-demoqrafik göstəriciləri – gigiyenik diaqnostikası

8. Əhalinin sağlamlıq vəziyyətilə ətraf mühit amillərinin təsiri arasında səbəb-nəticə əlaqələrinin gigiyenik diaqnostikası metodları

9. Böyük əhali qruplarının xəstələnmə göstəricilərinin gigiyenik diaqnostikası metodları – epidemioloji müayinələri

10. Premorbid vəziyyət anlayışı, mahiyyəti, gigiyenik diaqnostikası, əsas göstəriciləri

11. Yaşayış mühitinin vəziyyətinin gigiyenik diaqnostikası məqsədi ilə istifadə olunan əsas göstəricilərin səciyyələndirilməsi

12. Gigiyenik diaqnostikada ətraf mühit amilləri ilə əhalinin sağlamlıq vəziyyəti arasında səbəb-nəticə əlaqələrinin qiymətləndirilməsi üçün istifadə olunan Hill meyarlarının səciyyələndirilməsi

13. Premorbid vəziyyətinin diaqnostikasında fizioloji-gigiyenik və psixodiaqnostika

14. Ətraf mühitin vəziyyətinin gigiyenik diaqnostikasında müayinə olunan mühit obyektləri və amilləri

15. Çoxsaylı kimyəvi həssaslıq sindromu, mahiyyəti və qiymətləndirilməsi

16. Risk və risk amili anlayışları, mahiyyəti

17. Riskin təhlili, elmi-təcrübi proses kimi, mahiyyəti, tərkib hissələri

18. Mənşəyinə, motivasiya xüsusiyyətlərinə görə risklərin təsnifatı

19. İnsanın yaşayış mühitinin sağlamlıq üçün risk amilləri

20. ÜST-təyinatına görə risklərin təsnifatı

21. Təbii risk amilləri, orqanizmə təsir xüsusiyyətləri və şəraitləri

22. Antropogen və sosial risk amilləri, orqanizmə və sağlamlıqda zərərli effektlərin inkişafında onların rolu

23. Xüsusiyyətlərinə (xassələrinə) görə risk amillərinin təsnifatı, orqanizmdə və sağlamlıqda törətdikləri zərərli effektlər (fiziki, kimyəvi, bioloji amillər)

24. Fiziki risk amilləri, orqanizmə təsirinin gigiyenik diaqnostikası

25. Yaşayış mühitinin kimyəvi risk amillərinin sağlamlığa təsirinin gigiyenik diaqnostikası

26. Yaşayış mühitinin bioloji risk amillərinin orqanizmə və sağlamlığa təsirinin gigiyenik diaqnostikası

27. Sağlamlıq üçün risklərin kəmiyyətcə təsnifatı mahiyyəti və səciyyələndirilməsi

28. Riskin qiymətləndirilməsinin mahiyyəti və məzmunu

29. Riskin qiymətləndirilməsinin əsas mərhələləri, onların mahiyyəti  və səciyyələndirilməsi

30. Riskin qiymətləndirilməsində «təhlükənin identifikasiyası» mərhələsinin məqsədi, həll olunan əsas məsələlər, prioritet maddələr, mənbələr

31. «Doza-cavab» asılılığının qiymətləndirilməsi mərhələsi, mahiyyəti, kanserogen və qeyri-kanserogen maddələr üçün «doza-cavab» asılılığı

32. Ekspozisiyanın qiymətləndirilməsin riskin qiymətləndirilməsinin əsas mərhələsi kimi, məqsədi və mahiyyəti

33. Ekspozisiyanın qiymətləndirilməsində istifadə olunan biomarkerlərin əhəmiyyəti, növləri

34. Risklərin səciyyələndirilməsi və sıralanması, riskin qiymətləndirilməsi prosesinin son mərhələsi kimi

35. Risklər haqqında informasiyanın hazırlanması və məlumatlandırma

36. Risklərin idarə olunması – onların ləğvi, azaldılması və aradan qaldırılması tədbirlərinin əsas prinsipləri

37. Ətraf mühit amillərinin təsiri və insan sağlamlığının pozulması arasında səbəb-nəticə əlaqələrinin gigiyenik diaqnostikasında riskin qiymətləndirilməsinin əhəmiyyəti

38. Orqanizmdə törətdikləri somatik effektlərə görə risklərin təsnifatı

39. Risk amillərinin orqanizmə təsirinin növləri, təsir şəraitləri

40. Risk qrupları anlayışı, mahiyyəti. Əhali arasında risk qruplarının formalaşmasının əsas prinsipləri

41. Risk amilləri və risk qrupları arasında əlaqənin ümumi qanunauyğunluqları

42. Təbii risk qrupuna daxil olan əhali qrupu haqqında məlumatlar

43. Müxtəlif əhali populyasiyası arasında risk qrupları, onların təsnifatı, meyarları

44. Əhali arasında risk qruplarının müəyyən edilməsi üçün zəruri məlumatlar, onların əsas mənbələri

45. Sosial əlamətlərinə görə formalaşan risk qrupları, onların səciyyəvi xüsusiyyətləri

46. Bioloji əlamətlərinə görə formalaşan risk qrupları, onların səciyyəvi xüsusiyyətləri

47. Yaşayış mühitinin təbii və antropogen risk amillərinin təsir ehtimalına görə formalaşan risk qrupları. Yaşayış mühitinin risk amilləri

48. Ərazinin biogeokimyəvi xüsusiyyətləri ilə əlaqədar formalaşan risk qrupları

49. Texnogen çirklənmiş ərazilərdə əhali arasında risk qruplarının formalaşması, çirklənmələrin təsirinə məruz qalan ən həssas populyasiya

50. Atmosfer havasının texnogen kimyəvi çirklənmələrinin təsiri ilə əlaqədar formalaşan risk qrupları, səciyyəvi xüsusiyyətləri

51. Əhali arasında çirklənmiş ətraf mühitin kimyəvi risk amillərinin təsirinə məruz qalma ehtimalı yüksək olan risk qrupları

52. Əhali arasında çirklənmiş ətraf mühitin kimyəvi risk amillərinin təsirinə məruz qalma ehtimalı yüksək olan risk qruplarının müəyyən olunması üçün zəruri məlumatlar və onların əsas mənbələri

53. Peşə ilə əlaqədar risk qrupları risk qruplarının formalaşmasına səbəb olan peşə xəstəlikləri, onların etioloji prinsipinə görə təsnifatı

54. Həyat tərzinə görə formalaşan risk qrupları. Fərdi həyat və davranış tərzinin sağlamlıqda əlverişsiz effektlərinin inkişafında rolu

55. İnsanın kimyəvi və digər risk amillərinin təsirinə qarşı anadangəlmə (təbii) və qazanılmış həssaslığını müəyyən edən göstəricilər, onların səciyyələndirilməsi

56. Peşə mənsubiyyətinə görə yeniyetmələrin risk qruplarına daxil edilməsini müəyyən edən xüsusiyyətləri

57. Sosial-gigiyenik monitorinq əhalinin sağlamlıq vəziyyəti, xəstələnmə səviyyəsi, yaşayış mühitinin sanitariya vəziyyəti üzərində müşahidə, nəzarət, təhlili və əhali sağlamlığının proqnozlaşdırılması üzrə dövlət sistemidir

58. Sosial-gigiyenik monitorinq sistemində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi üsulları

59. Sosial gigiyenik monitorinqin mahiyyəti, məqsədi və vəzifələri, həll etdiyi əsas məsələlər

60. Sosial-gigiyenik monitorinqin təşkilinin əsas mərhələləri, mərhələlərdə həll olunan əsas məsələlər

61. Yaşayış mühiti amillərinin təsiri və əhalinin sağlamlığı arasında səbəb-nəticə əlaqələrini aşkar etmək üçün zəruri   informaiyalar, onların kəmiyyət və keyfiyyət göstəricilərinin səciyyələndirilməsi

62. Əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsində atmosfer havasının monitorinqinin rolu

63. Sosial-gigiyenik monitorinq materiallarının təhlili və nəticələrinin qiymətləndirilməsində statistik üsulların əhəmiyyəti

64. Sosial-gigiyenik monitorinq sistemində istifadə olunan əsas baza məlumatları və onların əsas mənbələri

65. Sosial-gigiyenik monitorinq sistemində ərazinin sanitariya-epidemioloji vəziyyətini səciyyələndirən göstəricilərinin formalaşmasının ümumi prinsipləri

66. Əlverişsiz yaşayış əraziləri və bölgələri və ekoloji asılı xəstəliklər haqqında anlayışlar

67. Əhalinin sağlamlığını qiymətləndirən statistik göstəricilər, onların əsas toplanma mənbələri

68. Sosial-gigiyenik monitorinqin sistemində öyrənilməsi tələb olunan əsas yaşayış mühiti amilləri

69. Sosial-gigiyenik monitorinqin nəticələrinin dürüstlüyünə təsir edən əsas amillər. Nəticələrin qiymətlərində mümkün olan səhvlər

70. Risklərin qiymətləndirilməsi və sosial-gigiyenik monitorinqin təşkili  proseslərində mövcud olan qeydi-müəyyənliklər

71. Yaşayış mühitinin sanitariya-epidemioloji vəziyyətinin qiymətləndirilməsində sosial gigiyenik monitorinqin rolu

72. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasında SGM-in əhəmyyəti

73. SGM və sanitariya-epidemioloji nəzarətinin qarşılıqlı əlaqəsi, ümumi və spesifik xüsusiyyətləri

74. Sanitariya epidemioloji və ekoloi nəzarət orqanlarının birgə fəaliyyəti – SGM təşkilatının əsasıdır

75. SGM-in təşkilinin səviyyələri və yerinə yetirilən müvafiq vəzifələr.

 

Ədəbiyyat:

1. Kazımov M.A. və b. Gigiyena. Bakı. 2005

2. Kazımov M.A. və b. «Ümumi gigiyena». Bakı. 2007

3. Kazımov M.A., Məmmədov A.M. və  b., «Gigiyenik diaqnostikadan tədris materialları. Bakı – 2011

4. Большаков А.М., Маймулов В.Г. Общая гигиена. М., ГЕОТАР-Медиа, 2009, 832 с.

5. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.

6. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М., ГЭОТАР-Медиа, 2010, 752 с. Румянцев Г.И. и др. Гигиена.  М., «ГЕОТАР-Медиа», 2001, 608 с.

7. Мельниченко П.И.  и др. Гигиена c основами экологии человека. Учебник. М., ГЭОТАР-Медиа, 2010, 752 с.

8. Гончарук Е.И. и др. Общая гигиена. Киев, «Вища школа, 2000, 652 с.

9. Большаков А.М., Маймулов В.Г. Общая гигиена. М., ГЕОТАР-Медиа, 2009, 832 с.

10. Пивоваров Ю.П. и др. Гигиена и основы экологии человека. Ростов-на Дону, «Феникс», 2002, 512 с.

11. Лакшин А.М. и др. Общая гигиена c основами экологии человека. М., Медицина,  2004, 464 с.

12. Ильин Л.А., Кириллов В.Ф., Коренков И.П. Радиационная гигиена. М., ГЕОТАР-Медиа, 2010, 380 с.

13. Архангельский В.И., Кириллов В.Ф., Коренков И.П. Радиационная гигиена. Практикум.  М., ГЕОТАР-Медиа, 2009, 352 с.

10. Покровский. В.А.Гигиена. М., «Медицина», 1979, 452 с. 

11. Минх А.А.. Общая гигиена. М., «Медицина», 1984, 480 с.

 

Azərbaycan Tibb Universiteti

SEÇIM: «GİGİYENAPROFİLLİLABORATORİYAİŞİNİNƏSASLARI»

(Tibbi profilaktika ixtisası üzrə)

İŞÇITƏDRISPROQRAMI

              (SILLABUS)

«Təsdiqedirəm»

Ümumi Gigiyena və Ekologiya

kafedrasının müdiri

_________  professor Kazımov M.A.

«_____»___________ 2015-ci  il

 

FƏNNIN KODU

FƏNNIN NÖVÜ

FƏNNIN TƏDRIS SEMESTRI

FƏNNIN KREDITI

FƏNNIN TƏDRIS FORMASI

FƏNNIN TƏDRIS DILI

FƏNNI TƏDRIS EDƏN MÜƏLLIMLƏR

 

 

Seçim

Yaz (IV semestr)

2 kredit

Əyani

Azərbaycan, rus

prof. Kazımov M.A., dos. Məmmədov A.M.,  dos. Qurbanov Ə.S., dos. Əhmədov S.H., dos. Səmədov Ş.X., dos. Göyüşova N.C., dos. Abasova E.F., dos. əvəzi Fətullayeva S.F., b/m Əliyev V.H., b/m. Əli F.M., b/m. Abdullayeva A.A. və b.

 

PREREKVIZITLƏR

Kafedranın əlaqə telefonları:                                                          012 595-59-35; 012 595-69-53

E-mail: [email protected]

 

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.

 

KOREKVIZITLƏR

Fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

Kursuntəsviri

Gigiyena profilli laboratoriya işinin əsasları (laboratoriya işinin əsasları-LİƏ) kursu sanitariya nəzarətində və gigiyenik müayinələrdə gigiyenik laboratoriya və instrumental tədqiqatların rolunu və əhəmiyyəti haqqında tələbələrin bilik və təsəvvürlərinin genişlənməsini və formalaşmasını təmin edir.

       Gigiyenik laboratoriya müayinələri və instrumental müayinələr ətraf mühit obyektlərinin və amillərinin sanitariya vəziyyətinin fiziki, kimyəvi, bioloji və b. xassələrinin tədqiqi və qiymətləndirilməsi üçün faktiki, obyektiv məlumatların əldə olunmasını təmin edir, ətraf mühit amillərinin təsiri altında canlı orqanizmlərdə baş verən dəyişiklikləri dəqiq və vaxtında aşkar etməyə və alınan nəticələr əsasında konkret profilaktik tədbirlər işləyib hazırlamağa imkan verir.

     Gigiyenik laboratoriya müayinələrinin gedişində mövcud laboratoriya müayinələrinin təkmilləşdirilməsi və yeni tədqiqat üsullarının tətbiqinə və istifadəsinə şərait yaradır. Müasir laboratoriya avadanlığı, cihazlar, informasiya-kommunikasiya texnologiyalarının və vasitələrinin gigiyenik laboratoriya tədqiqatlarına və ümumilikdə sanitariya-laboratoriya nəzarəti təcrübəsinə daxil edilməsi zərurətini labüd edir.

 

Kursunməqsədi

LİƏ kursunun məqsədi ətraf mühit obyektlərinin sanitariya vəziyyətini əks etdirən obyektiv gösəricilərini, onların fiziki, kimyəvi və bioloji xassələrini laboratoriya üsullarının köməyi ilə tədqiq etməyi və qiymətləndirməyi tələbələrə öyrətməkdən, laboratoriya müayinə və instrumental ölçmə üsullarını aşılamaqdan və sanitariya nəzarətində bu üsulları tətbiq etmək, bacarıqlara yiyələnməkdən ibarətdir.

LİƏ kursunun tədrisi həm də bu laboratoriyaların planlaşdırılmasının, işinin təşkilinin ümumi prinsiplərini, bu laboratoriyaların işinin məzmunu ilə tələbələri tanış etməkdir.

 

Kursuntədrisinin nəticələri

LİƏ kursunun tədrisi nəticəsində tibbi profilaktika ixtisası üzrə tələbələr sanitariya-epidemioloji nəzarətdə gigiyenik laboratoriya müayinələrinin və instrumental ölçmələrin əhəmiyyəti və rolu haqqında nəzəri biliklər əldə edir, gigiyenik laboratoriyaların planlaşdırılması, hüquq və vəzifələri, iş prinsipləri, xüsusiyyətlərinə dair zəruri məlumatlara malik olur, maddi-texniki və metodik təchizatı ilə tanış olurlar.

Tədris prosesində və peşə təcrübəsinin gedişində tələbələrə sanitariya laboratoriya nəzarətinin təşkilinin və həyata keçirilməsinə dair zəruri bacarıq və əməli vərdişlər aşılanır və qazanılmış bilik və bacarıqlar cari və yekun nəzarətdə test üsulu il əvə şifahi sorğular yolu ilə qiymətləndirilir.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

Kursun bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və Universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QİYMƏTLƏNDİRMƏ

Fənn üzrə lazımi 100 bal aşağıdakı qayda üzrə toplanır:

50 bal imtahana qədəroplamnalıdır. O cümlədən:

10 bal dərsə davamiyyətə görə

10 bal sərbəst işlərə görə

20 bal cari mənimsəəyə görə (tələbənin gündəlik hazırlığına və cavabına  verilən ballar)

10 bal bacarıqlara görə.

Semestr ərzində minimum 2 dəfə kollokvum keçirilməlidir .

 Tələbə kollokvumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunur.

50 bal imtahanda toplanılır.

İmtahan test üsulu ilə keçirilir.

 

Qeyd:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiş sayılır və kursu təkrar keçməlidir.

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A- “Əla”                             - 91-100

B- “Çox yaxşı”                   - 81-90

C - “Yaxşı”                          - 71 -80

D – “Kafi”                            - 61 – 70

E – “Qənaətbəxş”                  - 51 – 60

F – “Qeyri kafi”                     - 51 – dən az

 

SƏRBƏST IŞ:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 

 Kurs üzrə mühazirə mövzuları

1. Sanitariya nəzarəti təcrübəsində gigiyenik-laboratoriya müayinələrinin rolu, təşkilinin ümumi əsasları. GEM-lərin sanitariya-gigiyenik laboratoriyaları, onların strukturu, avadanlığı və iş prinsipləri (vəzifələri) – 2 saat.

2. Yaşayış və istehsalat mühiti obyektləri və amillərinin insan sağlamlığında rolu, onların gigiyenik qiymətləndirilməsində gigiyenik laboratoriya müayinə üsullarının əhəmiyyəti və xüsusiyyətləri. – 2 saat.

3. Xəbərdaredici və cari sanitariya nəzarətində gigiyenik laboratoriya müayinələrinin xüsusiyyətləri və əhəmiyyəti. Gigiyenik və eksperimental laboratoriya müayinələrinin əsas prinsipləri və xüsusiyyətləri. – 2 saat.

4. Gigiyenik laboratoriya müayinələri üçün ətraf mühit obyektlərindən nümunələr götürülməsinin ümumi prinsipləri, qaydaları və əhəmiyyəti. – 2 saat.

5. Gigiyena profilli laboratoriya işçilərinin şəxsi gigiyenası, sağlamlıq vəziyyətlərində tibbi nəzarət. Laboratoriya işləri zamanı əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları. – 2 saat. 

 

Kursüzrətəcrübə məşğələlərinin mövzu planı

1-2. “Gigiyena profilli laboratoriyaların işinin əsasları” fənninin məzmunu, vəzifələri, həkim-profilaktikin təcrübi fəaliyyətində əhəmiyyəti. Gigiyena profilli laboratoriyaların planlaşdırılması, quruluşu, maddi-texniki təchizatı. – 4 saat.

3-4. Gigiyena profilli  laboratoriyalarda işlədilən  əsas və yardımçı avadanlıqlar və alətlər (mebellər, qurğular) onların təyinatı, istifadə qaydaları və qulluq. – 4 saat.

5. Gigiyena profilli laboratoriyaların sanitariya-texniki təchizatı – qızdırılması, ventilyasıyası, su-kanalizasiya sisteminin xüsusiyyətləri. – 2 saat.

6. Gigiyena profilli laboratoriyaların bərk və maye tullantılarının uzaqlaşdırılması və zərərsizləşdirilməsi. – 2 saat.

7. Gigiyena profilli laboratoriyalarda işçilərin təhlükəsizliyinin əsas prinsipləri (reaktivlər, qurğular və alətlərlərlə təhlükəsiz iş qaydaları). – 2 saat. 

8. GEM – in laboratoriyalarında isifadə olunan qaz və elektrik qızdırıcı cihazlar və müxtəlif təyinatlı soyuducular, onlarla işləmə qaydaları. – 2 saat.

9-10. Laboratoriya tərəziləri, onların növləri, çəkmə qaydaları. Laboratoriya optik ölçü cihazları, təyinatı, işləmə prinsipləri, istifadə qaydaları. – 4 saat.

11. GEM  laboratoriyalarının planlaşdırılması, quruluşu və təchizatına dair kollokvium. – 2 saat.

12.  Laboratoriyada istifadə olunan  kimyəvi  reaktivlər, növləri, saxlanma və istifadə qaydaları. – 2 saat.

13.  Məhlullar, növləri, hazırlanma, istifadə və saxlanması qaydaları. Təxmini və dəqiq məhlullar. – 2 saat.

14. Titrləmə. Titrləmə üçün lazım olan qablar, indikatorlar. Məhlulların titrlənmə qaydaları. Distillə və demineralizasiya olunmuş suların hazırlanması, saxlanması qaydaları. – 2 saat.

15.  Laboratoriyada filtrasiyanın mahiyyəti, məzmunu, növləri, aparılma qaydaları. Məhlulların təmizlənməsi və çöküntünün yuyulması  üsulları və vasitələri. Sentrifuqa əməliyyatları. Istifadə olunan avadanlıq və alətlər. – 2 saat.

16-17. GEM – ingigiyena profilli laboratoriyalarının quruluşu və işi ilə tanışlıq (GEM –in bazasında). – 4 saat.

18-19. Toksikoloji laboratoriya tədqiqatlarının ümumi əsasları. Eksperimental toksikoloji tədqiqatlarda istifadə olunan  laboratoriya  heyvanları, onlara qulluq və işləmə qaydaları. – 4 saat.

20. Reaktivlər, məhlullar və laboratoriya əməliyyatlarına dair kollokvium. – 2 saat.

 

 

Kursüzrə fərdi tapşırıqların mövzuları

Nəzəri kurs

1. Sanitariya- epidemioloji nəzarətdə laboratoriya müayinələrinin əhəmiyyəti

2. Sanitariya -laboratoriya nəzarətinin məqsədi

            3. Sanitariya-gigiyenik laboratoriyalarının fəaliyyətinin əsas meyarları

            4. Sanitariya-gigiyena laboratoriyalarının əsas funksiyaları

            5. Sanitariya-gigiyena laboratoriyalarının əsas vəzifələri

            6. Sanitariya-gigiyena laboratoriyalarının  yerləşdirilməsi, planlaşdırılması

            7. Sanitariya-gigiyena laboratoriyaların kateqoriyalar üzrə strukturu, tərkibi

            8. Sanitariya-gigiyena laboratoriya işçilərinin xidməti vəzifələri

9. Xəbərdaredici sanitariya nəzarətində laboratoriya müayinələrinin xüsusiyyətləri, məqsədi, əhəmiyyəti

            10.Cari  sanitariya-laboratoriya nəzarətinin məzmunu, əhəmiyyəti, məqsədi

            11.Sanitariya-gigiyena laboratoriyalarının maddi texniki təchizatı

12.Sanitariya-gigiyena laboratoriyalarının xüsusi avadanlığı, cihazlar,     qurğular, laboratoriya mebeli

13.Laboratoriyaların sanitariya-texniki təchizatı, su, kanalizasiya sistemi,isidilməsi,ventilyasiyası

14.Laboratoriya tullantılarının toplanması, uzaqlaşdırılması və     zərərsizləşdiriməsi

15.Sanitariya-bakterioloji laboratoriyaların tullantı və çirkablarının   zərərsizləşdirilməsi

            16. Sanitariya-gigiyena laboratoriyalarında işin təşkilinin xüsusiyyətləri

17. Sanitariya-gigiyena laboratoriyalarında əməyin mühavizəsi və təhlükəsizliyinin ümumi prinsipləri

            18. Laboratoriya əməkdaşlarının şəxsi gigiyenası

19. Laboratoriya əməkdaşlarının sağlamlığının mühavizəsinə dair əsas tədbirlər

20. Sanitariya-gigiyena laboratoriya müayinələrinin nəticələrinə təsir edən əsas amillər

21. Laboratoriya müayinələri üçün ətraf və istehsalat mühiti obyektlərindən nümunə götürülməsinin ümumi prinsipləri və qaydaları

22. Atmosfer havasının laborator müayinələri üçün nümunələrin götürülməsinə dair ümumi tələblər

            23.İstehsalat mühitinin havasının laboratoriya müayinəsinə dair əsas tələblər

24. Qapalı mühitlərdən hava nümunələrinin götürülməsinə dair əsas gigiyenik tələblər

25. Suyun sanitariya- laboratoriya müayinəsinə dair əsas tələblər

26. Açıq su təchizatı mənbələrindən su nümunələrinin götürülməsinə dair əsas tələblər

27.Axar su mənbələrindən, su kəmərlərindən, yerli su təchizatı sistemlərindən nümunə götürülməsinin xüsusiyyətləri

28. Hava nümunələrinin götürülməsi üçün istifadə olunan cihaz qablara dair gigiyenik tələblər

29. Su nümunələrinin götürülməsi üçün istifadə olunan qablara və vasitələrə dair tələblər

30.Torpağın sanitariya vəziyyətinin qiymətləndirilməsində laboratoriya müayinələrinin əhəmiyyəti

31.Torpağın mexaniki quruluşunun fiziki xassələrinin təyini üçün nümunələrin kəmiyyət və keyfiyyət göstəricilərinə dair ümumi tələblər

32. Torpaq nümunələrinin götürülməsi üçün seçilən əraziyə dair gigiyenik tələblər, nümunə götürülməsi üçün istifadə olunan vasitələr və cihazlar

33.Yeyinti məhsullarından laboratoriya müayinələri üçün nümunələrin spesifik xüsusiyyətləri

34.Yeyinti məhsullarından müayinələri üçün nümunə götürülərkən nəzərə alınan əsas məsələlər

35.Ətraf mühit obyektlərindən laboratoriya müayinələri üçün götürülmüş nümunələrin qablaşdırılması, laboratoriyaya göndərilməsi, saxlanılmasına dair ümumi tələblər

36. Ətraf mühit, yaşayış və istehsalat mühiti obyektlərinin sanitariya-epidemioloji vəziyyətinin qiymətləndirilməsində sanitariya təsviri müayinələrin əhəmiyyəti

37. Ayrı-ayrı obyektlərin sanitariya-təsviri müayinələrinin xüsusiyyətləri, yaşayış yeri istehsalat, sənaye obyekti, sosial obyektlər və s.

38. Dərin sanitariya-gigiyenik müayinələrin mahiyyəti, xüsusiyyətləri

39.Ətraf və istehsalat mühiti obyektlərinin sanitariya-gigiyenik  qiymətləndirilməsində fiziki müayinə  və ölçmələrin əhəmiyyəti

40. Ətraf mühit və istehsalat şəraitində fiziki amillərin təyini və ölçmələrin aparılmasının xüsusiyyətləri

41. Ətraf mühit amillərinin fiziki xassələrinin alət instrumental müayinələrinin aparılmasına dair ümumi tələblər

42.Sanitariya-laboratoriya müayinələrində orqanoleptik müayinələrin rolu və əhəmiyyəti

43.Xarici mühit obyektlərinin sanitariya-gigiyenik qiymətləndirilməsində orqanoleptik göstəricilərin rolu

44. Sanitariya-laboratoriya və instrumental müayinələrdə istifadə olunan cihazlara, alətlərə, avadanlıq və qurğulara dair əsas tələblər

45. Ətraf mühit obyektlərin keyfiyyətini müəyyən edən əsas kimyəvi göstəricilər və onları formalaşdıran şəraitvə amillər

46. Sanitariya-kimyəvi laboratoriya müayinələrinin təşkili və həyata keçirilməsinə dair əsas tələblər

47. Sanitariya- kimyəvi laboratoriya müayinələrinin əsas məqsədi

48. Fiziki amillər və fiziki müayinələr və ölçmələr laboratoriyaların texniki təchizatına və işinin təşkilinə dair əsas tələblər

49. Ətraf mühit amillərinin təbii tərkibinin qiymətləndirilməsi üçün aparılan kimyəvi  müayinələrin xüsusiyyətləri

50. Qidalanma gigiyenası üzrə sanitariya gigiyena laboratoriyasının işinin təşkili və əsas vəzifələri

51. Ətraf mühit obyektləri və amillərinin epidemioloji təhlükəlilik səviyyəisinin qiymətləndirilməsində sanitariya-bakterioloji laboratoriya müayinələrinin əhəmiyyəti

52. Sanitariya-epidemioloji nəzarətin həyata keçirilməsində sanitariya-bakterioloji laboratoriya müayinələrinin rolu

53. Hava mühitinin sanitariya-bakterioloji müayinəsinin məqsədi və əsas prinsipləri, üsulları

54. İçməli və təsərrüfat-məişət əhəmiyyətli su və su təchizat mənbələri üzərində sanitariya-epidemioloji nəzarətin təşkilində sanitariya-bakterioloji müayinələrin rolu, əsas göstəricilər, müayinə üsulları

55. GEM sanitariya-bakterioloji laboratoriyasının quruluşu, strukturu, vəzifələri və işçilərin təhlükəsizliyi

56. Sanitariya-laboratoriya nəzarətində eksperimental müayinələrin məqsədi və əhəmiyyəti

57. Ətraf mühit amillərinin insan sağlamlığına təsirinin öyrənlməsi və qiymətləndirilməsində eksperimental müayinələrin rolu

58. Eksperimental laboratoriya müayinələrinin növləri, formaları

59. Eksperimental laboratoriya müayinələrinin təşkilinin ümumi prinsipləri

60. Eksperimental laboratoriya müayinələrinin maddi-texniki və metodik təchizatı

61.Təcrübə heyvanları üzərində eksperimental tosikoloji müayinələrin xüsusiyyətləri

62. Eksperimental laboratoriya (tosikoloji) müayinələr üçün təcrübə heyvanlarının seçilməsinə dair ümumi tələblər

63. Eksperimental laboratoriya müayinələrinin nəticələrinin təhlili, işlənməsi və qiymətləndirilməsi

64. Sanitariya-gigiyena laboratoriyalarının yerləşməsi, quruluşu, planlaşdırılması

65.Sanitariya-gigiyena laboratoriyalarının tərkibi, şöbələri, otaqların sayı, funksional tərkibi, təyinatı

 

Təcrübə kursu

1. Laboratoriya otaqlarının daxili quruluşuna işci səthlərin örtüklərinə dair tələblər

2. Laboratoriya otaqlarının və şöbələrinin avadanlığına-mebellərinə, iş yerlərinin təşkilinə dair tələblər

3.Laboratoriya və şöbələri otaqlarının sanitariya texniki  təchizatı:- su, kanalizasiya sisitemi

4. Sanitariya-gigiyena laboratoriyalarında mikroiqlim, qızdırılma, işıqlanma

5. Sanitariya-gigiyena laboratoriyalarının yığışdırılması vəs sanitariya-gigiyenik rejim

6. Elektrik cihazlrı ilə təhlükəsiz iş qaydaları: əməliyyatların təhlükəsiz iş qaydaları: əməliyyatların təhlükəsizliyinin təminatı

7. Qazla işləyən qurğu və cihazlarda aparılan işlərin təhlükəsizliyinin təmin olunması

8. Ekstremal və qəza vəziyyətlərində təhlükəsiz iş qaydaları və bu vəziyyətlərin profilaktikasına dair tədbirlər

9. Qatı turşu və qələvi və digər aşılayıcı,yeyici maddələrlə təhlükəsiz iş qaydaları

10. Laboratoriya avadanlıqlarına və ləvazimatlarına qulluq (mebel, təsərrüfat və sanitariya əşyaları və s.) saxlanması, təmizlənməsi

11. Laboratoriya qablarının yuyulması, qurudulması və saxlanması qaydaları

12. Laboratoriya otaqlarının və avadanlığının istismarı və istifadə qaydaları

13. Müxtəlif materiallardan hazırlanmış xüsusi təyinatlı (cinsi, şəxsi, kvars, qiymətli metal və s.)  laboratoriya qablarına qulluğun xüsusiyətləri, saxlanması

14.  Mütəlif məhlulların, qarışıqların süzülməsi, təmizlənməsi prosesləri

15. Süzülmənin (filtrasiya) məqsədi, üsulları

16. Süzücülərin (filtrlərin) növləri, istifadə qaydaları

17. Filtrasiyanın növləri, əsas xüsusiyyətləri

18. Sentrifuqa yolu ilə qarışıqların təmizlənməsi, istifadə olunan avadanlıqlar

19. Süzücülərin (filtrlərin) və çöküntülərin yuyulması üsulları və qaydaları. İstifadə olunan avadanlıq və qurğular

20. Kimyəvi müayinələrdə istifadə olunan reaktivlər, onların təsnifatı

21. Təmiz reaktivlər, istifadəsi, təyinatı, mahiyyəti

22. Kimyəvi analiz üçün təmiz reaktivlər, mahiyyəti istifadəsi

23.  “Texniki təmiz reaktivlər” mahiyyəti istifadəsi

24. Maye reaktivlər, mahiyyəti, təyinatı

25. Bərk konsistensiyalı reaktivlər (kristal, toz və s. şəkilli) təyinatı, istifadəsi

26. Yarımmaye (qatılaşdırılmış) reaktivlər, mahiyyəti, təyinatı

27. Laboratoriyada reaktivlərin saxlanması, işarələnməsi (etiketlənməsi)

28. Reaktivlərin temizlənməsi, mahiyyəti

29. Laboratoriya müayinələrində istifadə olunan məhsullar, növləri

30.Dəqiq məhlullar-onların qatılığının hesablanması: molyar və ekvivalent məhsulların hazırlanması qaydaları

31.Müxtəlif reaktivlərdən  ( bərk, toz, maye) və fiksonallardan dəqiq məhlulların hazırlanması

32. Təxmini (faizli) məhlullar, təyinatı və hazırlanma qaydaları

33. Titrlənmiş və standart məhlulların  hazırlanması qaydaları

34. Titrlənmə əməliyyatlarının yerinə yetirilməsi qaydaları və üsulları

35.Titrlənmə əməliyyatlarında istifadə olunan pipet və mikropipetlər, xüsusiyyətləri, istifadə qaydaları

36. Titrlənmə proseslərində istifadə olunan büretlər və mikrobüretlər(...) iş qaydaları

37. Məhlulların titrinn təyini üsulları və qaydaları

38. Distillə əməliyyatları və bu məqsədlə istifadə olunn cihaz qurğular,onlarla iş qaydası

39.Məhlul və reaktivlərin hazırlanması üçün istifadə oluan suyun demineralizasiya üsulları

40 Demineralizasiya prosesində istifadə olunan cihaz və qurğularla iş qaydası, alınmış suların saxlanması

41. Sanitariyal-laboratoriya müayinələrində, reaktiv və məhlul hazırlanmasında istifadə olunan tərəzilər, onların növləri, təyinatları

42. Çəki daşları, istifadəsi və saxlanılması

43. Reaktivlərin, məhlulların, müayinə materiallarının çəkilmə qaydalrı

44. Laboratoriya tərəzilərinə və çəki daşlarına qulluq

45. Laboratoriyanın çəki otağının planlaşdırılması avadanlığın texniki təchizatına dair tələblər

46. Sanitariya-laboratoriya müayinələrində istifadə olunan optik cihazlar, təsnifatı, təyinatı

47. Mikroskoplar, növləri, təyinatı, istifadə qaydaları, quruluşu və qulluq

48. FEK- cihazları, təyinatı,  iş prinsipləri

49. Spektrofotometriya cihazları, iş prinsipləri

50. Kolorimetrlər, refraktometrlər, təyinatları, iş prinsipləri, istifadə sahələri

51. Optik cihazlarla aparılan müayinələrin nəticələrinin təhlili ümumiləşdirilməsi və qiymətləndirilməsi

52. Ətraf mühit obyektlərinin fiziki göstəriciləri və xassələrinin təyini üsulları

53. Obyektlərin sanitariya təsviri müayinəsinin ümumi prinsipləri və araşdırılan əsas məsələlər

54. Ətraf mühit obyektlərindən laboratoriya müayinələri üçün nümunələrin götürülməsi qaydaları (hava, su, torpaq, yeyinti məhsulları və s.)

55. Laboratoriya müayinələri üçün  götürülmüş nümunələrin hazırlanması, laboratoriyaya çatdırılması, saxlanması qaydaları, qeydiyyatı

56.Laboratoriya müayinələrinin nəticələrinin sənədləşdirilməsinin ümumi qaydaları

57. Eksperimental laboratoriya müayinələrinin təşkilinin ümumi əsasları

58.Eksperimental laboratoriya müayinələrinin təşkilinə dair avadanlıqlar, vasitələr, təcrübə heyvanları, qəfəslər və digər ləvəzimatlar

59. Eksperimental laboratoriya müayinələrinin formaları, onların xüsusiyyətləri

60.Kəskin laboratoriya eksperimental müayinələrin təşkili, nəticələrinin qiymətləndirilməsi

61. Xroniki eksperimental laboratoriya müayinələrinin aparılması qaydaları

62. Eksperimental toksikoloji laboratoriya müayinələri zamanı maddənin təcrübə heyvanlarının orqanizmnə yeridilmə qaydaları

63. Eksperimental toksikoloji müayinələrdə təcrübə heyvanlarının cavab reaksiyalarının müayinəsi və  qiymətləndirilməsi

64. Eksperimental toksikoloji  müayinələr zamanı öyrənilən əsas göstəricilər

65.Eksperimental toksikoloji laboratoriya müayinələr üçün heyvanların seçilməsi, fon göstəricilərinin təyini, heyvanlara qulluq

66. GEM sanitariya gigiyena şöbəsinin laboratoriyalarında işin təşkili

67. Sanitariya-laboratoriya nəzarətinin təşkilinə dair rəsmi hüquqi sənədlər

68.Sanitariya gigiyena şöbəsinin laboratoriyalarında laboratoriya nəzatətinin təşkilinə dair rəylər və normalaşdırıcı sənədlər.

69. Sanitariya-laboratoriya nəzarətinin nəticələrini və effektliyini əks etdirən qeydiyyat və hesabat sənədləri.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəstişlərinnəticələrijurnaldaqeydolunur.

 

Kursüzrətəcrübi bacarıqlar  (yenidən baxılmış-05.01.2016)

1. Eksperimental model şəraitində döçəməyə dağımış təhlükəli maddələri zərərsizləşdirin: a) qatı turşu dağıldıqda; b) qatı qələvi məhlulu dağıldıqda (1 bal).

2.  Müvafiq laboratoriya avadanlığı, tərəzilər və  qablar seçin, gündəlik istifadə olunanNaClkristalından 9 q, 0,9 q və 10 mq çəkib ayırın, NaClkristalından fizioloji  məhlul hazırlayın (3 bal).

3. 0,002 N xlorid turşusu məhlulu iləNa2COməhlulunun titrini təyin etmək üçün laboratoriya avadanlığı seçin və  titrləməni yerinə yetirin (1 bal).

4. Müvafiq laboratoriya qabları (kolba, sınaq borusu, sorucu, pipetlər, stəkan, qıf, süzgəc, süsə çubuq və s.) seçməklə, qatı sulfat turşusundan 2 dəfə dürülaşdırılmış məhlul  hazırlayın. Ondan 10 ml götürüb, üzərinə 2 ml 5%-li Ba CI2  əlavə edin, alinan məhlulu filtrasiyadan keçirin (3 bal).

5. Verilmiş laboratoriya heyvanının (ağ siçovul) şəkli üzərində nişanlanma sını (nömrələnməsini)yerinə yetirin (2 bal).

 

ƏDƏBIYYAT

Kazımov M.A., Qurbanov Ə.S. və b. Gigiyenik laboratoriya işinin əsasları (tədris vəsaiti). Bakı – 2013.

Kazımov M.A. və b. Gigiyena. Bakı. 2005

Kazımov M.A. və b. Ümumi gigiyena. Bakı. 2007

Практикуем по лабораторным исследованиям. Румянцев Г.И., Козлова Т.А., Вишневская Е.П.. Руководство к лабораторным занятиям по общей гигиене. М. Медицина. 1980

Гончарук Е.И. Общая гигиена

Большаков. Маймулов. Общая гигиена. 2009.

 

Azərbaycan Tibb Universiteti                                                    “Təsdiq edirəm”

Təməl “Radiasiya gigiyenası                                                  Ümumi gigiyena və ekologiya 

(tibbi-profilaktika ixtisası üzrə)                                                kafedrasının müdiri

      IŞÇI TƏDRIS PROQRAMI                                                 ______ professor M.A. Kazımov

                (silabus)                                                                   “______”   ___________2015

 

  

               Fənnin kodu

               Fənnin  növü                                                          məcburi

               Fənnin  tədris semestri                                           payız (IX semestr)

               Fənnin krediti                                                         3 kredit

               Fənnin tədris forması                                             əyani

               Fənnin tədris dili                                                     Azərbaycan, rus  

               Fənnin tədris edən müəllimlər                                 dos. A.M. Məmmədov, dos.Ə.S.                 

                                                                                              Qurbanov,dos.S.H.Əhmədov, dos.  

                                                                                               E.F.Abasova, dos. Ş.X. Səmədov,

                                                                                               dos. N.C. Göyüşova və b.

 

Prerekvizitlər

Kafedranın əlaqə telefonları                                                     0125955935, 0125956953

E.mail:                                                                                       kazı[email protected]

 

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənnn vardır (ətraf mühitin gigiyenası I və II, əmək gigiyenası, qidalanma gigiyenası) Korekvizitlər

Fənnin tədrislə eyni vaxtda başqa fənnlərin də tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVIRI:

Radiasiya gigiyenası – radioaktiv maddələrin və ionlaşdırıcı şüaların tətbiq sahələrini, onların insan orqanizminə təsir şəraitini, şüalanmanın növlərini və orqanizmə təsirinin xüsusiyyətlərini, müdafiə prinsiplərini öyrənən, şüa mənbələrinin istifadəsi zamanı sağlam əmək şəraiti yaratmaq, ümumi əhalinin və personalın radiasiya təhlükəsizliyi və xarici mühit amillərinin radioaktiv çirklənmədən mühafizəsi üçün elmi əsaslı profilaktik tədbirlər işləyib hazırlayan gigiyena elminin bir sahəsidir.

  

KURSUN MƏQSƏDI:

Radiasiya gigiyenasının məqsədi radioaktiv maddələrin və ionlaşdırıcı şüaların insan orqanizminə, onun sağlamlığına spesifik təsir xüsusiyyətlərini öyrənmək, ümumi əhalinin və personalın radiasiya təhlükəsizliyi və xarici mühitin radioaktiv çirklənmədən mühavizəsi üçün daha optimal radiasiya təhlükəsizliyi normaları, müdafiə vasitələri və profilaktik tədbirlər işləyib hazırlamaqdan ibarətdir.

 

KURSUN  TƏDRİSİNİN NƏTICƏLƏRI:

Fənnin tədrisi nəticəsində tələbələr radioaktiv maddələr və ionlaşdırıcı şüaların spesifik xüsusiyyətlərini, müdafiənin prinsiplərini, onların insan sağlamlığına və ətraf mühit obyektlərinə təsirini öyrənən tədqiqat üsullarını bilməli, həmin üsullardan istifadə etməklə radioaktiv maddələrin və ionlaşdırıcı şüaların sağlamlığa və ətraf mühitə təsirini tədqiq etməyi və qiymətləndirməyi, həmçinin zərərli təsirlərdən mühafizə üçün profilaktik tədbirlər işləyib hazırlamağı bacarmalıdır.

 

Fənnin bütün mövzuları üzrə nümunəvi testlər elektron variantında hazırlanmış və Universitetin rəsmi saytında (www.amu.edu.az) yerləşdirilmişdir.

 

QIYMƏTLƏNDIRMƏ

Fənn üzrə lazımi 100 bal aşağıdakı qayda üzrə toplanır:

50 bal imtahana qədər toplanmalıdır. O cümlədən;

10 bal dərsə davamiyyətə görə,

10 bal sərbəst işlərə görə,

20 bal cari mənimsəməyə görə (tələbənin gündəlik hazırlığına və cavabına verilən ballar),  

10 bal bacarıqlarına görə.

Kurasiyanın son günü kollokvum keçirilməlidir.

Tələbə kollokvumda iştirak etməkdə jurnalda o (sıfır) bal qeyd olunur.

50 bal imtahanda toplanılır. İmtahan test üsulu ilə keçirilir.

 

Qeyd:

İmtahanda minimum 17 bal toplanmazsa, imtahana qədər yığılan ballar toplanmır, tələbə imtahan verməmiş sayılır və kursu təkrar keçməlidir.

İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və balların yekunu aşağıdakı kimi qiymətləndirilir:

A – “Əla                     - 91- 100

B – “Çox yaxşı”         - 81 – 90

C – “Yaxşı”                - 71 – 80

D – “Kafi”                  - 61 – 70

E – “Qənaətbəxş”       - 51 – 60

F – “Qeyri kafi”         - 51 - dən az

 

SƏRBƏST IŞ:

Kafedranın 23.01.2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş təlimata əsasən   hər semestrdə hər bir tələbəyə cəmi 2 sərbəst iş verilməlidir (müvafiq olaraq materialın nəzəri və təcrübi hissəsini əks etdirməklə).  Hər bir sərbəst işin maksimal dəyəri 5 baldır.

Hər bir sərbəst işin dəyərinin maksimum 5 balla qiymətləndirilməsinə müvafiq  olaraq, onun yerinə yetirilməsində aşağıdakı aspektlər nəzərə alınmalıdır:

a) sərbəst iş kompyüterdə 12 şriftlı 1,5 intervalla çap edilməlidir;

b) hər bir sərbəst işin həcmi 5 səh.- dən az olmamalıdır;

c) hər bir sərbəst işin mövzuya müvafiq tərtibatı (dizayn, şəkil, diaqram, qrafik, cədvəllər və s.) olmalıdır;

d) hər bir sərbəst iş  mövzunu tam əhatə etməlidir;

e) tələbə sərbəıst işin məzmununu tam bilməli və cavab verməlidir.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 Sərbəst iş bir dəfə təqdim olunmalıdır.

Tələbələrə təklif olunur ki, 1-ci sərbəst iş 8-ci həftənin sonuna qədər, 2-ci sərbəst iş isə 14-cü həftənin sonuna qədər təqdim edilməlidir.

Son tarixdən sonra təqdim edilən sərbəst işlər səbəbindən asılı olmayaraq qəbul olunmur və nəzərə alınmır.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

 

MÜHAZİRƏLƏRİN MÖVZULARI

1. Giriş. Radiasiya gigiyenası fənninin məzmunu, məqdəsi, vəzifələri və əsas problemləri. Radiasiya gigiyenasının inkişaf tarixi. Radiasiya gigiyenasında işlədilən terminlər, anlayışlar, ölçü vahidləri. Radiasiya gigiyenasında istifadə edilən tədqiqat üsulları- 2 saat.

2. Radipaktiv çevrilmələr. İonlaşdırıcı şüaların insan orqanizminə təsirinin əsas qanunauyğunluqları. İonlaşdırıcı şüaların bioloji təsiri. Radioaktiv şüaların insan orqanizminə təsiri və törətdiyi patologiyalar -2 saat.

3. İonlaşdırıcı şüa mənbələri və onların xarakteri. Radiasiya fonu, əhalinin şüalanması. İnsanın şüalanma dozasının hədləri, yol verilən və nəzarət səviyyələri-2 saat.

4. İonlaşdırıcı şüa mənbələrilə iş zamanı müdafiənin əsas prinsipləri. İonlaşdırıcı şüa mənbələrinin müxtəlif sahələrdə tətbiqi zamanı əmək gigiyenası -2 saat.

5. Ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi. Gigiyena və Epidemiologiya Mərkəzlərinin radiasiya gigiyenası sahəsində işinin təşkili – 2 saat.

 

TƏCRÜBƏ MƏŞĞƏLƏLƏRİNİN (KURASIYALARIN) MÖVZULARI

1. Radiasiya gigiyenasında istifadə edilən müayinə üsulları. Ölçü vahidləri haqqında anlayış. Radiasiya gigiyenasında istifadə olunan cihazlarla tanışlıq. Radiometrlərin fonunun təyini, etalonların hazırlanması, hesablanmasının effektivliyinin təyini. – 5 saat.

2. Radiometrlər vasitəsilə preparatın aktivliyinin təyini. Su və su mənbələrinin radioaktivliyinin təyini. Radiometrik və radiokimyəvi müayinələr üçün su, suda olan bioloji obyektlər və dib çöküntülərindən nümunələrin götürülməsi üsulları. – 5 saat.

3. Torpağın və ərzaq məhsullarının radioaktivliyinin təyini üçün nümunələrin götürülməsi və onların müayinəyə hazırlanması qaydaları ilə tanışlıq və hazırlanmış nümunələrin radiometrik və radiokimyəvi müayinələrinin   aparılması. – 5 saat.

4. Havanın radioaktivliyinin təyini. Hava nümunələrinin götürülməsi və orada qısa  və uzun ömürlü izotopların radioaktivliyinin təyini. İşçi səthlərin radioaktiv maddələrlə  çirklənməsinin təyini. Stasionar, səyyari cihazlarla və yaxma üsulu ilə işçi səthlərin çirklənmə səviyyəsinin qiymətləndirilməsi. – 5 saat.

5. Dozimetriya nəzarət üsulları. Sanitariya-dozimetriya təcrübəsində istifadə olunan cihaz və qurğular, ölçü vahidləri. Ümumi dozimetriya nəzarəti – (İMD-21 S, İMD-1 P, DR-5 B və s.). Fərdi dozimetriya nəzarəti (KİD-2, İKFU-1, DP-22V, İD-0,2 və s.). Hesablama üsulu ilə ionlaşdırıcı şüalarınin təsirindən müdafiə nəzarət. Müstəqil iş. Dezaktivasiya üsulları. Suyun dezaktivasiyası. Müxtəlif işçi səthlərin radioaktiv çirklənməsi zamanı dezaktivasiya üsulları və vasitələri (xüsusi “İzitop” çamaşırxanasında). – 5 saat.    

6. Gigiyena və Epidemiologiya Mərkəzinin radiasiya təbabəti şöbəsinin işi ilə tanışlıq. – 5 saat.

7. Radioaktiv maddələr və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən idarə və müəssisələrin layihələrinin ekspertizası. Radioaktiv maddələr və ionlaşdırıcı şüa mənbələri ilə iş aparan müəssisələrin sanitariya müayinəsi qaydaları. Sanitariya müayinəsi barədə aktın tərtibi (müstəqil iş). Seminar. – 5 saat.

 

FƏRDI   TAPŞIRIQLAR

Nəzəri kurs

1.Radioaktivlik haqqında  anlqyış, onun növləri, ionlaşdırıcı şüaların növləri və spesifik xüsusiyyətləri.

2. Radiasiya gigiyenasının məqsədi, vəzifələri, problemləri.

3. Radiasiya gigiyenasının tarixi və onun elm kimi  formalaşmasının zəruriliyi.

4. Radiasiya gigiyenasının digər elmlərlə əlaqəsi və onun tədqiqat üsulları.

5. Radiometriya, dozimetriya və radiokimyəvi müayinələrin mahiyyəti; ionlaşdırıcı  şüaların və onların dozalarının qeydə alınması üsulları.

6. Təmizlənmiş radiumun əldə edilməsi, rentgen və radium şüalarının bioloji təsirinin öyrənilməsi (tibdə tətbiqi) üzrə aparılmış ilk tədqiqatlar.

7. Rentgen və radium şüalarından mühafizə üzrə Beynəlxalq Komissiyanın yaradılması.  Atom enerjisinin əldə edilməsi və ondan  istifadə.

8. Kecmiş SSRİ-də radiasiya profilli laboratoriya, kafedra və elmi-tədqiqat  institutlarının yaradılması. Radiasiyadan mühafizə üzrə Beynəlxalq təşkilatları.

9. Radiasiya gigiyenasının inkişafında xidməti olan alimlər. Azərbaycan Tibb İnstitutunda radiasiya gigyenası kursunun tədrisi.

10.  Radiasiya gigyenasında istifadə olunan nüvə fizikası elementləri. Atomun quruluşu və atom nüvəsi haqqında anlayış.

11. Radioaktiv cevrilmələr zamanı əmələ gələn hissəciklər selilə xarakterizə olunan   şüalanmalar və onların xüsusiyyətləri.

12. Radioaktiv çevrilmələ zamanı əmələ gələn kvantlar selilə xarakterizə olunan şüalanmalar və onların  xüsusiyyətləri.

13. Alfa və betta hissəciklərin xarakteristikası və maddə ilə qarışıqlıqlı təsiri; müdafiə tədbirləri.

14.  Rengen və qamma şüaların spesifik xüsusiyyətləri və maddə ilə qarşılıqlı təsiri; müdafiə tədbirləri.

15. Neytronların nüvə reaksiyalarında rolu, onların növləri və maddə ilə qarşılıqlı təsiri; mqdafiə tədbirləri.

16. Radioaktivliyin ölçü vahidləri; radioaktiv maddənin miqdarı və onun aktivliyi arasında əlaqə.

17. İonlaşdırıcı şüalanmanın dozası, doza vahidləri haqqında anlayış.

18. İonlaşdırıcı şüaların bioloji mühitlə (su molekulları, yağlar, karbohidratlar və  zulallar) qarşılıqlı təsiri.

19. İonlaşdırıcı şüaların hüceyrəyə təsirindən baş verən dəyişikliklər.

20. Müxtəlif canlıların radiohəssaslığı və onlarda şüalanmanın nəticələri.

21. İonlaşdırıcı şüaların istiqanlı heyvanlara təsiri, nisbi bioloji effektivlik əmsalı və  keyfiyyət əmsalının mahiyyəti.

22. Məməlilərin yüksək radiohəssaslığının səbəbi, onun orqanizmin fizioloji vəziyyətindən asılılığı.

23. İonlaşdırıcı şüaların orqanizmə təsirindən yaranan effektləri ( determinə edilmiş və  stoxastik) və onun mahiyyəti.

24. İonlaşdırıcı şüalanmanın təsirindən yaranan kəskin və xronik xəstəliklər, onların  mahiyyəti.

25. İonlaşdırıcı şüalanmanın uzaqlaşmış nəticələrinin somatik və genetik effektləri,  profilaktik tədbirlər.

26. İonlaşdırıcı şüaların birdəfəlik və fraksiyalaşmış dozasının orqanizmə təsir effektləri  və bu barədə mülahizələr.

27. Radiasiya fonu haqqında anlayış. Yer planetinin müxtəlif regionlarında onu formalaşdıran mənbələr və təsir edən amillər.

28. Kosmik və Yer mənşəli təbii radiasiya fonu,  onun tərkibi.

29. Süni radiasiya fonu haqqında anlayış, onu formalaşdıran məmbələr, təsir edən  amillər.

30. Təbii radioaktiv elementlərin qruplqrı; təbii radioaktivliyi  olan  ərazilər və onun sağlamlığa təsiri.

31. Azərbaycan Respublikasında təbii radiasiya fonunun vəziyyəti.

32. Su mənbələrinin  radioktiv maddələrlə çirklənməsinin səbəbləri və müxtəlif su  mənbələrinin radioaktivliyi.

33. Təbii bə süni radionuklidlərin təbiətdə miqrasiyası və insan orqanizminə daxil olması.

34. Təbii radiasiya fonunun formalaşmasında emanasiya qazlarının, fauna və floranın  rolu.

35. İnsan bədəninin təbii radioaktivliyi, orqanizmin fon səviyyəsində şüalanması.

36. Müxtəlif  tikinti materiallarında təbii  radionuklidlərin miqdarı; otaq daxilində il ərzində insanın aldığı effektiv ekvivalent doza.

37. Təbii ionlaşdırıcı şüa mənbələri,  kosmik və Yer hesabına insanın illik effektiv  şüalanma dozası.

38. İonlaşdırıcı şüalanmanın insan orqanizminə təsirinin məhdudlaşdırılması istiqamətində ilk cəhdlər. Tolerant doza, yol verən doza həddi, illik effektiv doza hədlərinin qəbul olunması.

39. Radiasiya təhlükəsizliyi normalarının mahiyyəti. Əsas doza həsləri.

40. Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi normaları və onun əsas prinsipləri.

41. Nəzarət şərahitində olan texnogen şüalanmanın əsas reqlamentləşdirmə hədləri.

42. Daxili şüalanma anlayışı. Daxili şüalanmanin qiymətləndiilməsi.

43. İzotopun radioaktivliyini xarakterizə edən döstəricilər,  orqanizmində tropluq xüsusiyyətinə görə radioaktiv maddələrin qrupları, onların xarakteristikası.

44. Planlaşdırılmış yüksək dozada şüalanma; tibbi şüalanma, onun mahiyyəti.

45. Tikinti materiallarının xususi effektiv aktivliyi. İş səthlərinin radioaktiv çirklənməsinin səbəbləri və profilaktik tədbirlər.

46. Radiasiya qəzaları,  səbəbləri, qəza ərazisi, bu zaman müdaxilələr.

47.Şüa mənbələrinin növləri; fasiləsiz şüa buraxan və dövri  olaraq şüa generasiya edən mənbələrin xarakter xüsusiyyətləri.

48.Qapalı şüa mənbələri. Bu mənbələrdən istifadə zamanı müdafiənin prinsipləri.

49. Açıg şüa mənbələrinin xarakteristik xüsusiyyətləri. Bu mənbələrdən istifadə zamanı müdafiə tədbirləri.

50. Maddələrin radioaktivliyi haqqında anayış. Radionuklıdlərin radioaktivlik qrupları və xarakteristikası.

51. Açıq şüa mənbələrilə  iş zamanı müxtəlif siniflərə aid işlərin aparıldığı yerlərə dair gigyenik tələblər.

52.  Fərdi qoruyucu vasitələrdən istifadə və şəxsi gigyena qaydalarına əməl olunması açıq şüa mənbələrindən müdafiə vasitəsi kimi.

53. Otaqların səmərəli planlaşdırılması və avadanlıqların hermetikləşdirilməsi açıq şüa  mənbələrindən müdafiə vasitəsi kimi.

54. Defektoskopiyanın mahiyyəti. Defektoskopiya praktikasında insanların süalanma riski, radiasiya təhlükəsizliyi tədbirləri.

55. Radioizotop cihazların quraşdırılması və istismarı üzərində sanitariya nəzarəti. Radioloji  qrupun fəaliyyəti.

56. Radioaktiv şüa mənbələrilə işləyən tibb işçilərinin əmək şəraiti, radiasiya təhlükəsizliyi

57. Rentgendiaqnostika və radioaktiv diaqnostika tədbiq olunan tibb müəssələrində sanitariya-dozimetriya nəzarəti. Radiometriya müayinələrində ölçü cihazlarına qoyulan əsas tələblər.

58. Şüa diaqnostikası və terapiyası zamanı radiasiya təhlükəsizliyi. Müxtəlif kateqoriyalara aid pasientlər üçün dozanın nəzarət səviyyəsi.

59. İonlaşdırıcı şüa mənbələrilə iş aparılan müəssələrdə nəzarətin formaları. Müəssisənin radiasiya təhlükəsizliyi xidmətinin əsas vəzifələri.

60. İonlaşdırıcı şüa mənbələrilə (açıq və qapalı mənbələr) iş aparılan obyektlərdə dozimetriya xidmətinin əsas vəzifələri, nəzarətin həcmi, tibbi nəzarət.

61. Nüvə sinaqlaı və filiz yataqlarının açıq üsulla istismarı zamanı ətraf mühitin radioaktiv maddələrlə çirklənməsinin xüsusiyyətləri.

62. Süni radionuklidlər istehsalı və radionuklidlərin tədbiqilə əlaqədar müəssisə və laboratoriyaların ətraf mühiti çirkləndirməsinin xüsusiyyətləri.

63. Nüvə qurguunun partlayışı zamanı radioaktiv parçalanma məhsullarının yayılması mexanizmi.

64. Nüvə qurguunun partlayışı zamanı troposfer və stratosferin çirkləndirilməsinin xüsusiyyətləri.

65. Nüvə qurguunun partlayışı zamanı Yer kürəsinin müxtəlif en dairələrinin çirkləndirilməsinin xüsusiyyətləri.

66. Nüvə partlayışı zamanı Yer səthinə çökmüş radionuklidlərin torpağa, suya, bitki və heyvani mənşəli ərzaq məhsullarına migrasiyası.

67. Nüvə partlayışları zamanı əmələ gələn  137Cs və 90Sr izotopları ilə qlobal çirklənmə, həmin izotopların tropluğu və onların hesabına yaranan  illik kollektiv şüalanma dozası.

68. Radiasiya qəzaları. Qlobal və ağır qəzalərın spesifik xüsusiyyətləri, onların ləğvi istigamətində görülən tədbirlər.

69. V və IV səviyyəli qəzalar və III səviyyəli hadisələrdə radiasiya qəzalarının ləğvi istigamətində görülən tədbirlər.

70. Çernobil atom elektrik stansiyasında baş verən qəza zamanı ətraf mühitin çirklənməsi və sonrakı dövrlərdə qəza əlehinə həyata keçirilən tədbirlər.

71. Atom elektrik stansiyalarının istismarı ilə əlaqədar olmayan radiasiya qəzaları və bu zaman həyata keçirilən təhlükəsizlik tədbirləri.

72. Radiasiya qəzalarının nəticələri, ətraf mühitin lokal çirklənməsi və müdaxilə meyarlarından istifadə.

73. Radioaktiv çirklənmənin mahiyyəti. Bərk, maye, qaz və aerozol halda olan radioaktiv tullantıların yaranma mənbələri.

74. Maye, qaz və aerozol halda olan radioaktiv tullantıların təmizlənməsi üsulları.

75. Radioaktiv tullantı sularının təmizlənməsində istifadə olunan bioloji üsullar. Oksidləşdirici göllərdə zərərsizləşdirmə. Bioloji üsulların çatışmazlığı.

76. Bərk radioaktiv tullantıların zərərsizləşdirməsi və basdırılması.

77. Radioaktiv tullantıların basdırılma məntəgəsinə daşınması xüsusiyyətləri, orada əlavə işlənməsi,  məntəgənin sanitariya-mühafizə zonasının radiusu.

78. Radioaktiv tullantıların layarası sahələrdə, dəniz və okeanlarda zərərsizləşdirməsi.  Radioaktiv çirklənmədən mühafizə tədbirləri.

Təcrübi  kurs

1. İonlaşdırıcı şüaların qeydiyyatının müxtəlif üsullarla və bu üsullar əsasında şüalanmanı qeydə alan cihazlar (detektorlar).

2. Radiometriya müayinəsində istifadə olunan  cihazlar və onların iş prinsipi.

3. Müxtəlif materiallardan muayinə üçün preparat hazırlanması qaydaları və aktivliyinin ölcülməsi. Ölçmə nəticələrinin xətasının təyini.

4. Etalonun hazırlanmasına zərürət. Uranil-nitrat və kalium-xlorid duzundan etalon hazırlanması.

5. Xarici mühit  obyektlərinin radioaktivliyinin təyini və reqlament səviyyələri.

6. Havanın alfa və betta radioaktivliyinin təyini, istifadə olunan cihazlar.

7. Radiokimyəvi müayinə üçün hava nümunəsinin götürülməsi və radionuklidlərin təyini.

8. Suyun radioaktivliyinin təyinin mərhələləri, su  nümunəsinin götürülməsi. “Betta” radiometrlə suyun radioaktivliyinin təyini.

9. Suyun quru və kül qalığında radioaktivliyin  təyininə göstəriş və onun aparılma qaydası.

10. Suyun radiokimyəvi müayinəsinin məqsədi, su nümunəsinin götürülməsi və radionuklidlərin təyini.

11. Torpağın radioaktivliyinin təyinin mərhələləri, radiometrik və radiokimyəvi müayinələri üçün nümunəsinin götürülməsi qaydaları.

12. “Betta” radiometrlə və spektrofotometrik müayinələrlə torpağın radioaktivliyin və radionuklid tərkibinin təyini.

13. Yeyinti məhsullarının radioaktivliyi və çirklənmənin radionuklid tərkibini təyin etmək üçün nümunələr götürülməsi. Nümunələrin  götürülməsi və analiz olunmasında istifadə olunan cihazlar və üsullar.

14. Radioaktiv maddələrin orqanizmdə birbaşa təyini.  İnsan spektrometrləri və selektiv saygaclarla radioaktiv maddənin organizmdə təyini.

15. İş səthlərinin radioaktiv çirklənməsinin müayinə üsulları, müxtəlif iş səthlərindən nümunələr götürülməsi,  aktivliyinin təyin olunması, gigiyenik qiymətləndirilməsi.

16. Dozimetriyanın mahiyyəti. Qrup halında və fərdi dozimetriya nəzarəti. Qrup halında dozimetriya nəzarətində tədbiq olunan cihazlar, onların iş prinsipi.

17. Şualanmaya nəzarət üçün istifadə olunan cihazlar. Fərdi dozimetriyada tədbiq olunan dozimetrlərin iş prinsispi.

18. Xarici şüalanmadan müdafiəyə nəzarət, şüalanma dozasının hesablanması.

19. Fərdi şüalanmaya  nəzarət qaydası, istifadə olunan dozimetrlər, onların iş prinsipləri.

20. Dezaktivasiyanın mahiyyəti. Suyun dezaktivasiya üsulları. Havanın radioaktiv çirklənmədən təmizlənməsi. Dezaktivasiyanın effektivliyinin qiymətləndirilməsi.

21. Otaqların, avadanlıqların, fərdi mühafizəsi vasitələri və əllərin dezaktivasiyasının aparılma qaydaları.

22. Radiasiya gigiyenası sahəsində sanitariya nəzarətinin təşkili;  bu sahədə tədbiq olunan qanunverici sənədlər.

23. Radioaktiv maddələr və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən obyektlərin tikintisi üçün ayrılan əraziyə və onun sanitariya mühafizə zonasına dair gigiyenik tələblər.

24. Radioaktiv maddələr və ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssələrin lahiyələrinin sanitariya ekspertizası.

25. Radioloji obyektlərin sanitariya-gigiyenik və sanitariya-dozimetrik müayinəsinin sxemi.

 

RADIASIYA GIGIYENASINDAN TƏCRÜBI B A C A R I Q L A R

Mövzular

Qiymət, bal

1

Verilmiş məlumatlara görə (Nprep+fon - 20;25;18;19;12 imp/dəq; müvafiq olaraq Nfon - 6,5; 7,6; 3,9; 4,2; 2,8imp/dəq, Keff = 0,08) preparatdan xaric olan implusların sayını və onların həqiqi aktivliyini təyin edin

1 bal

2

Verilmiş materialların (suyun quru qalığı, südün quru qalığı, kələm, kartof, kök) radioaktivliyini təyin etmək üçün onlardan  nazik və qalın qat preparat hazırlayın.

1 bal

3

Nisbi xətası 10%-ə qədər olmaqla, Bell cədvəlindən (kitabdan götürməklə) istifadə edərək, preparat və fonun verilmiş qiymətlərinə  (Nprep – 120, 100, 140 imp/dəq, müvafiq olaraq Nfon – 80,70,50, 110imp/dəq) əsasən onların minimal hesablama müddətlərini təyin edin.

1 bal

4

Verilmiş KCl- duzundan etalon hazırlayın, aktivliyini təyin edin.

1 bal

5

Su nümunəsinin radioaktivliyini təyin etmək üçün müvafiq radiometr seçin, müayinəni aparın və nəticəni gigiyenik qiymətləndirin.

1 bal

6

Radiobioloji müayinə üçün götürülmüş torpaq nümunəsinin B – aktivliyini təyin edin.

1 bal

7

Radioloji müayinə üçün verilmiş ərzaqdan nümunə götürün. Götürülmüş nümunənin B aktivliyini təyin edin

1 bal

8

Radiometrlə havanın radiaktivliyini təyin edin və gigiyenik qiymətləndirin. Fərdi-şüalanmaya operativ nəzarət üçün istifadə olunan dozimetrləri və onlardan istifadə qaydalarını göstərin.

1 bal

9

İşçi səthləri, dəri səthi, xüsusi geyim və fərdi müdafiə vasitələrinin radioaktiv çirklənməsini ölçmək üçün müvafiq cihaz seçin və çirklənmə səviyyəsini təyin edin.

1 bal

10

Cədvəldə  verilmiş məlumatlara əsasən ionlaşdırıcı şüalanmadan müdafiəni hesablayın.

Mənbənin aktivliyi, mKi

120

150

200

190

220

230

140

Həftəlik iş müddəti, saat

20

18

16

14

15

24

18

Məsafə, metr

0,5

1

0,6

0,7

0,9

1,2

0,8

1 bal

 

 Ədəbiyyat:

1. Radiasiya gigiyenası (prof. M.A. Kazımov və  dos. A.M. Məmmədovun redaktorluğu ilə). Bakı, “Təbib”, 2009

2. Gigiyena (prof. M.A. Kazımovun redaktorluğu ilə). Bakı, “Təbib”, 2005

3. Ümumi gigiyena (prof. M.A. Kazımov və  dos. A.M. Məmmədovun redaktorluğu ilə). Bakı, “Təbib”, 2007

4. Ильн Л. А., Кириллов В.Ф., Коренков И.П., Радиационная гигиена. М., «Медицина»,1999

5. Ильн Л. А., Кириллов В.Ф., Коренков И.П., Радиационная гигиена М., «ГЭОТАР-Мед», 2010

6. Архангельский В.И. Кириллов В.Ф., Коренков И.П., Радиационная гигиена, практикум. М., «ГЭОТАР-Мед», 2009

7. Kiçibəyov B.S. Gigiyenadan təcrübə məşğələləri üçün dərs vəsaiti (Radiasiya gigiyenası). Bakı, 1978