Elmi istiqamət

Respublikada xarici mühit obyektlərinin, əhalinin sağlamlıq və xəstələnmə vəziyyətinin, ayrı-ayrı istehsalat sahələrində əmək şəraitinin gigiyenik tədqiqi və profilaktik tədbirlərin elmi əsaslarının işlənib hazırlanması kafedra tarixinin ayrı-ayrı mərhələlərində kollektivin əsas elmi-tədqiqat obyektləri olmuşdur. İlk dövrlərdə Azərbaycanın təbii iqlim amilləri, kurort və istirahət zonaları gigiyenik cəhətdən ətraflı tədqiq edilmiş, Hacıkənd, Turşsu, İstisu kimi istirahət zonalarının sağlamlaşdırıcı imkanları tədqiq edilərək, gigiyenik cəhətdən əsaslandırılmışdır. Sonrakı illərdə respublikanın uşaq əhalisinin sağlamlıq problemləri də kafedranın elmi-tədqiqat obyekti kimi əhəmiyyətli yer tutmuşdur. Bu sahədə aparılan elmi axtarışlar uşaq və yeniyetmələrin fiziki inkişafının yaxşılaşmasını, sağlamlığının möhkəmləndirilməsini, uşaq -məktəbəqədər tərbiyə və təhsil müəssisələrinin sanitariya abadlığının təmin olunmasının nəzəri əsaslarını təşkil etmişdir.

Respublikanın xalq  təsərrüfatının aparıcı sahələrindən olan neftçıxarma və neft emalı sənayesi obyektlərində istehsalat mühiti və əmək gigiyenası problemləri uzun illər ərzində əməkdaşların elmi tədqiqatlarının  mərkəzində olmuş və böyük nəzəri və təcrübi əhəmiyyətli nəticələr əldə olunmuşdur.

Ətraf mühit obyektlərinin (atmosfer havası, şəhər mühiti, torpaq və s.) gigiyenik tədqiqi daim diqqət mərkəzində olmuş və şəhər havasının müxtəlif zərərli qaz qarışıqları ilə çirklənməsinin, gigiyenik cəhətdən qiymətləndirilməsi və mənzil gigiyenası sahəsində elmi araşdırmalar kafedra əməkdaşlarının elmi fəaliyyətində əhəmiyyətli yer tutmuşlar. XX əsrin 70-80-ci illərində respublikada kənd təsərrüfatının intensiv kimyalaşması ilə əlaqədar kafedra əməkdaşlarının elmi tədqiqatlarında zəhərli kimyəvi maddələrin tətbiqinin gigiyenik problemlərinin öyrənilməsi və həlli geniş yer tutmuş və meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və üzümçülük sahələrində pestisidlərin istifadəsi zamanı ətraf mühitin mühafizəsi və əmək gigiyenası məsələləri öyrənilmiş və tədqiqatların nəticələri bir neçə dissertasiya işi və 2 elmi-kütləvi nəşrdə öz əksini tapmışdır.

Ümumi gigiyena və ekologiya kafedrasının zəngin laboratoriya bazasını və güclü intellektual potensialını nəzərə alaraq 1989-cu ildə SSRİ Səhiyyə Nazirliyinin Ümumittifaq Profil Problem komissiyası kafedranı gigiyenik normativlər (xüsusən zərərli maddələrin müxtəlif mühitlərdə yol verilən konsentrasiya həddi) hazırlamaq hüququ olan elmi müəssisə kimi attestasiya etmişdi.

XX əsrin axırıncı 10 illiyindən başlayaraq professor M.A.Kazımovun rəhbərliyilə ətraf mühitin neft sənayesi və avtomobil nəqliyyatı tullantıları ilə çirklənməsinin əhali sağlamlığına təsiri problemləri kafedrada aparılan elmi araşdırmaların ana xəttini təşkil edir. Bu tədqiqatlarda əsas diqqət tullantıların tərkibində ətraf mühitə düşən ağır metalların dövranı, onların orqanizm və sağlamlığa təsir xüsusiyyətləri və bu təsirlərin profilaktikası ön plana çəkilmiş və müvafiq tədbirlər təklif olunmuşdur.

1992-ci ildən kafedrada çoxprofilli tədris prosesilə yanaşı elmi-tədqiqat işlərinin aparılmasına böyük diqqət yetirilmişdir. Bu dövrdə kafedranın fəaliyyəti «Azərbaycan Respublikası şəraitində istehsalat və ətraf mühitin ağır metallarla çirklənməsi və bu çirklənmələrin əhali sağlamlığına təsirinin gigiyenik məsələləri» problemi sahəsinə yönəlmişdir.

Kafedra 2011-2015- ci illər üçün “Respublikanın müxtəlif ekogeokimyəvi ərazilərində əhalinin  bəzi mikrielementlərlə təminatı və əlaqədar xəstəliklərdə rolunun gigiyenik diaqnostikası” mövzusunda elmi-tədqiqat işi planlaşdırmış və yerinə yetirilmişdir.

Bu tədqiqatların gigiyena elmi və təcrübi təbabət üçün əhəmiyyəti kafedra əməkdaşları tərəfindən yazılmış monoqrafiyalarda, 160-dan çox elmi məqalələrdə, respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş bir sıra elm-təcrübi metodik tövsiyələrdə, sanitariya qaydalarında və normativlərdə, habelə dissertasiya işlərində  öz əksini tapmış, müxtəlif elmi forumlarda dinlənilib müzakirə olunmuşdur:

Kafedranın fəaliyyətinin əsas sahələrindən biri tədris və tədris-metodik işi təşkil edir. Kafedrada hazırda aşağıdakı tələbə və dinləyici kontingentinə  Gigiyena elminin ayrı-ayrı sahələri tədris olunur:

1) 1-ci müalicə-profilaktika fakültəsinin tələbələrinə – Ümumi gigiyena fənni,

2) 2-ci müalicə-profilaktika fakültəsinin tələbələrinə - Ümumi  gigiyena fənni,

3)  hərbi-tibb fakültəsinin tələbələrinə - Ümumi  gigiyena fənni,

4)  stomatologiya fakültəsinin tələbələrinə – Ümumi gigiyena və hərbi gigiyena  fənləri,

5) tibbi profilaktika fakültəsinin 2-ci kurs tələbələrinə –“Ətaf mühitin gigiyenası-1” və   “Ətaf mühitin gigiyenası-2”  fənləri,

6)  tibbi profilaktika fakültəsinin 2-ci kurs tələbələrinə – «Gigiyena profilli laboratoriya işinin əsasları» kursu,

7) tibbi profilaktika fakültəsinin 4-cü kurs tələbələrinə – Gigiyennik diaqnostika fənni,

8) tibbi-profilaktika fakültəsinin 5-ci kurs tələbələrinə – Radiasiya gigiyenası fənni,

9)  əczaçılıq fakültəsinin tələbələrinə - Ümumi gigiyena fənni.

Bundan başqa kafedrada Səhiyyə Nazirliyinin 110 saylı 07.07.1995-ci il tarixli əmrinə əsasən respublikada Səhiyyə Nazirliyi sisteminə daxil olmayan radiasiya gigiyenası sahəsinin mütəxəssislərin hazırlanması kursları təşkil edilmiş və aparılmaqdadır.

Kafedrada mütəmadi olaraq tibb məktəblərinin və digər ali məktəblərin müvafiq mütəxəssislərinin ixtisasartırma kursları təşkil edilir və aparılır.

Ümumi gigiyena və ekologiyanın ayrı-ayrı sahələri azərbaycan, rus və ingilis dillərində tələbələrə tədris olunur. Fənnin, fakultələrin profilinə uyğunlaşdırılması və tədrisin təkmilləşdirilməsi istiqamətində  kafedrada böyük işlər görülür.

Azərbaycan Tibb Universitetində təhsil sisteminin tədricən kredit sisteminə keçməsilə əlaqədar tədris materiallarının (mühazirə və təcrübə dərslərinin) elektron versiyasının hazırlanması diqqət mərkəzindədir. Yuxarda göstəriən fakültələr üzrə mühazirələrin oxunması və təcrübə məşqələlərinin böyük bir qisminin tədrisi kompyuter sistemilə aparılır. Bunun üçün Universitet tərəfindən kafedraya verilmiş kompyuter-noutbuk sistemi və 2 kompyuter sinfinin gücündən maksimum istifadə edilir.

 Lakin kafedranın mövcud kompyuter təhcizatı bütün fakültə və qruplarda tədrisi kompyuter sistemilə tam təmin etmədiyinə görə universitet rəhbərliyindən əlavə kompyuter sinifləri və texnikası alınması xahiş edilmişdir.

Kafedrada tədris prosesinin təşkili kollektivin daimi diqqət mərkəzindədir. Kafedranın bazasında olan tədris otaqları “müəllim kabineti – dərs otağı” prinsipilə təşkil edilmiş və müvafiq əyani vəsaitlər və tədris avadanlıqları ilə təchiz edilmişdir. Bu sistem kafedranın avadanlığının qorunub saxlanmasını təmin etməklə yanaşı, həm də tədrisin keyfiyyətinə müsbət təsir göstərir.

Tədris prosesinin optimallaşdırılması, onun kredit təhsil sisteminə uyğunlaşdırılması və fakultələr üzrə profilləşdirilməsi məqsədilə fənnlərin mövcud tədris proqramlarında dəyişikliklər edilmiş və yeni tədris proqramları hazırlanmışdır:

1. Pedaqoji Universitet və İnstitutlarda bakalavr hazırlığı üçün proqram // Ümumi gigiyena. – Bakı, 2000. – 24 s.

2.  Gigiyena fənni üzrə tədris proqramı. – Bakı, 2005. «Təbib». – 94 səh.

3. Ümumi gigiyena fənni üzrə diplomdansonrakı hazırlıq proqramı. Bakı, 2009, 32 s.

4. Ümumi gigiyena və ekologiya kafedrasında təhsil alan Azərbaycan Tibb universitrti tələbələri üçün tədris proqramları, 2015

 Bununla yanaşı tədris prosesində aparılan islahatlarla əlaqədar universitrtin innovasiya şöbəsinin tapşırığına əsasən tədris olunan hər bir fənn üzrə “Işçi tədris proqramları” (sillabuslar)

işlənib hazirlanmiş və müəllimlərin istifadəsinə verilmişdir.

Tələbələrin tədris vəsaitlərilə təmin edilməsi istiqamətində kafedra son 15 ildə çox səmərəli işləmişdir. Bu müddətdə kafedra əməkdaşları tərəfindən onun tarixində ilk dəfə olaraq dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasına başlanmış və 10-a qədər yaxın dərsliklər və dərs vəsaitləri yazılıb nəşr etdirilmişdir:

1. Казимов М.А. Профилактика профессиональных интоксикаций и заболеваний. Методические разработки для студентов медицинского института (на азербайджанском языке) // Баку, 1989. – 50 с.

2 Kazımov M.A., Əhmədov S.H. Gigiyenadan mühazirələr. – Bakı,1999. – 152 s.

3. Kazımov M.A., Səmədov Ş.X., Əliyev V.H. və b. Gigiyenadan təcrübə məşğələlərinə aid dərs vəsaiti //Əczaçılıq fakultəsi üçün.–Bakı,1999. – 44 s.

4. M.A.Kazımov (red.) Hərbi gigiyenadan təcrübə məşğələləri (tədris-metodik vəsait). – Bakı, 1999. – 72 səh.

5. Kazımov M.A., Səmədov İ.H., Məmmədov A.M. və b. Ümumi gigiyena (təcrübə məşğələlərinə aid dərslik) – M.A.Kazımovun ümumi red. ilə. – Bakı, 1999. – 532 s.

  1. Gigiyena (dərslik). Prof.M.A.Kazımovun ümumi redaktorluğu ilə. – Bakı, 2005. – 690 səh.
  2. Ümumi gigiyena.Təcrübə məşğələrinə aid dərslik. 2-ci nəşr. Prof. M.A.Kazımov və dos. A.M.Məmmədovun ümumi redaktorluğu ilə. Bakı, «Müəllim» nəşriyyatı, 2007, 480 səh.
  3. Kazımov M.A., Məmmədov A.M., Səmədov Ş.X., Qurbanov Ə.S., Aslanov F.Ə., Əliyev Y.M. Radiasiya gigiyenası – dərslik.( Professor M.A.Kazımov və dosent A.M.Məmmədovun ümumi redaktorluğu ilə). Bakı, Təbib, 2009.- 275 s.
  4. Kazimov M., Fatullayeva S., Ganiyeva G. Hygiene. Practikal course. Baku - 2009. 207 p.
  5. Каzımov M.A.,Qurbanov Ə.S., Məmmədov A.M.və b., Gigiyena profilli  laboratoriya işinin əsasları (tibbi profilaktika ixtisası üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti). Bakı,  “Təbib”, 2014, 380 s.