2018 – ci ildə kafedrada 1 nəfər doktorant tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiua üzrəndə işləyir.
Doktorant - Kazımova Vüsalə Mirzə qızı
Doktoranturaya daxil olmuşdur –11 fevral 2017-ci il.
Elmi mövzu və elmi rəhbərlər təsdiq olunmuşdur - ATU-nun İctimai səhiyyə fakultəsinin Elmi Şurası, 28 mart 2017-ci il, protokol №7
Elmi rəhbər - Əliyeva Ruxsara Həmidulla qızı – t.ü.e.d., professor;
Elmi məsləhətçi - Qurbanov Əsədulla Sədulla oğlu – t.ü.f.d., dosent
Mövzu: “Tibb universiteti tələbələrinin qidalanma statusu və sağlamlığı arasındakı əlaqələrin gigiyenik qiymətləndirilməsi”
ATU-nun doktorantı Təhsil Nazirliyinin nüfuzlu müsabiqəsinin
qalibi olmuşdur
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Ekspo 2025 Bakı" Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsi keçirilmişdir.
Müsabiqə “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu üzrə keçirilmiş və iştirakçıların 3 alt mövzudan birinə müraciət etməsi tövsiyə olunmuşdur: “təhsilin gələcəyi”, “sağlamlığın gələcəyi” və “əməyin gələcəyi”.
Təşkilat Komitəsinin məlumatına görə müsabiqəyə 200-ə qədər müxtəlif məqalələr təqdim olunmuşdur. Müsabiqədə ATU-nun Ümumi gigiyena və Ekologiya kafedrasının doktorantı Vüsalə Kazımova “Tələbələrin qidalanma rejiminin xüsusiyyətləri və gigiyenik qiymətləndirilməsi” adlı elmi məqaləsilə iştirak etmişdir.
10 noyabr 2018-ci il tarixdə müsabiqəyə yekun vurulmuş və mükafata layiq birinci 3 yerin müəllifləri müəyyənləşdirilmişdir. Bizim doktorant V.M.Kazımova müsabiqədə III yeri tutmuş, Təşkilat Komitəsinin xüsusi setifikatı, üzərində "Ekspo 2025 Bakı" loqotipi olan stolüstü hədiyyə və pul mükafatı ilə mükafatlandırılmışdır.
Doktorant V.M.Kazımova doğma universitetimizin adını şərəfləndirdiyinə görə onu təbrik edir və daha böyük uğurlar arzulayırıq.