Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Azərbaycan dili kafedrası
Menular

Hər bir elm ocağının tarixi olduğu kimi Azərbaycan dili kafedrasının da özünəməxsus tarixi var.1919-cu ildə Azərbaycanda ilk ali məktəb olan Bakı Dövlət Universiteti yaradıldı. Burada 2 fakültə təsis olundu, tarix və tibb fakültəsi. Burada təhsil rus dilində aparılmağa başladı. Ancaq Respublikanın dövlət dili olan türk (Azərbaycan) dili də öyrədilirdi.

Sonralar universitetdə türk (Azərbaycan) və rus bölmələri açıldı. Bundan sonra isə Azərbaycan bölməsində rus, rus bölməsində isə türk (Azərbaycan) dili tədris olunmağa başladı. İlk illərdə türk (Azərbaycan) dili 10 semestr tədris edilirdi. Bu illərdə onun tədrisi ilə yazıçı – dramaturq Ə.Haqverdiyev, o dövrün görkəmli ziyalıları Qədim bəy, Şaxtaxtinski, Qulamirzə Qasımbəyli məşğul olurdular.

 1930-cu ildə müstəqil Azərbaycan Tibb İnstitutu yaradıldı ki, onun da tərkibində ayrıca dillər kafedrası təşkil olundu. O vaxt o kafedrada çoxlu Azərbaycan dili müəllimləri çalışırdı. Ona görə də kafedraya Qədim bəy Şaxtaxtinski rəhbər təyin olundu.

 1932-ci ildə isə dosent Qulamrza Qasımbəyli kafedra müdiri təyin edildi. O, bu vəzifədə 1937-ci ilə qədər çalışdı. 1937-ci ildən kafedraya A.Zeynallı, 1938-ci ildən B.Ağayev rəhbərlik etdi. 1939-cu ildən isə kafedrada hər dilin tədrisinə bir məsul müəllim təyin edildi. 1937-1938-ci tədris ilindən başlayaraq Azərbaycan dilinin tədrisinə ayrılan vaxt kəskin surətdə azaldı. Belə ki, 10 semestrdə tədris olunan dərsi 4 semestrə sığışdırdılar.

1943-1944-cü tədris ilində müstəqil Azərbaycan dili kafedrası yaradıldı. Bu kafedraya müdir vəzifəsinə Qulamirzə Qasımbəyli təyin edildi. Bu vəzifədə o, 1946-cı ilə qədər fəaliyyət göstərdi.

1946-cı ilin 1 sentyabrından iki dil tədris olunun kafedraya həm Qori Müəllimlər Seminariyasını, həm də Tiflis müəllimlər İnstitutunu bitirmiş Nurməmməd Şahsuvarov rəhbərlik etməyə başladı. Onun vəfatından sonra 1958-ci ildən bu vəzifəni Həsən Atakişiyev aparmağa başladı.

1964-1968-ci illərdə kafedraya dosent Məmməd Qasımov rəhbərlik etmişdir. (O, sonralar elmlər doktoru, professor olmuş, Respublika Terminologiya Komitəsində məsul vəzifədə çalışmışdır).

1969-cu ilin yanvarından filologiya elmləri namizədi Səyyarə Mollazadə kafedraya rəhbər təyin edildi

Səyyarə Fərhadova (Mollazadə) 1933-cü ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Orta məktəbi bitirib BDU-nun filologiya fakültəsinə qəbul olmuş, 1954-cü ildə oranı bitirmişdir. 1960-cı ildə APİ-nin aspirantı olmuşdur. 1965-ci ildə ATU-nun Azərbaycan dili kafedrasına müəllim təyin olunmuşdur. 1966-cı ildə filologiya elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildən Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. 1979-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun dialektologiya və toponomika ilə bağlı 5 monoqrafiyası, 100-ə qədər məqalələri çap olunmuşdur.

2012-ci ildən isə kafedraya Akif Miriyev rəhbərlik etmişdir.

Akif Miriyevinn 1943-cü ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Orta məktəbi bitirib BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1967-ci ildə oranı bitirmişdir. 1977-ci ildə ATU-nun Azərbaycan dili kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. 1980-ci ildə filologiya elmləri üzrə namizədlik dissertasiyasınımüdafiə etmişdir. 1992-ci ildən kafedranın dosenti vəzifəsində çalışmışdır. 2012-ci ildən 2018-ci ilə qədər kafedra müdiri vəzifəsində çalışmışdır. Onun 100-ə qədər elmi məqalələri çap olunmuşdur.

2018-ci ildən kafedraya filologiya elmələri doktoru professor Hacıyeva Natəvan Havar qızı rəhbərlik edir. O, 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə BDU-nun Filologiya fakültəsinə daxil olmuş, 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə ADMİU-nun Azərbaycan dili kafedrasında baş laborant vəzifəsində işə başlamışdır. 2000-2011-ci illərdə kafedrada müəllim, 2011-2018-ci illərdə dosent, 2018-ci ildən professor vəzifəsində çalışmışdır.

Natəvan Hacıyeva 2002-ci ildə “Rəsul Rzanındili və sərbəst şeirin dili”mövzusunda namizədlik dissertasiyasını, 2015-ci ildə isə “Müstəqillik illərində Azərbaycan ədəbiyyatının dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 3 dərs vəsaiti (“Dövlət dilinin qeyri-anadillilərə tədrisi”, “Sovet dövrü ədəbiyyatında mətnaltı mənalar”, “Azərbaycan dili və nitq mədəniyyəti”), 3 monoqrafiya (“Rəsul Rza və sərbəst şeirin dili məsələsi”, “Müstəqillik dövrü bədii mətnlərinin dili”, “Azərbaycanda yeni tarixi dövr və dil məsələləri”), 1 tədris proqramı (“Azərbaycan dili və nitq mədəniyyəti”), 1 dərsliyin (“Azərbaycan dili” Əcnəbi tələbələr üçün) və 70-dən çox elmi məqalənin müəllifidir. O, ATU-nun  Böyük Elmi Şurasının və Əczaçılıq fakültəsi Elmi  Şurasının üzvüdür.

Hazırda Azərbaycan dili kafedrasında çalışan 19 müəllimdən 1-i fil.e.d., 11-i fil.ü.f.d-dur, 10-u dosent, 5-i baş müəllim, 4-ü müəllimdir. Kafedra əməkdaşlarından 3 müəllim doktorluq,  2 nəfər namizədlik dissertasiyası üzərində işləyir. Kafedrada çalışan müəllimlərin çoxu müəyyən sahə üzrə araşdırmalar aparıtr, tədrisin metodikasına aid məqalələr, vəsaitlər çap etdirir, metodiki işləmələr hazırlayırlar.