Vərəmin tədrisi ilə 1933-cü ilə kimi Azərbaycan Tibb İnstitutunun fakültə terapiyası kafedrası məşğul olmuşdur. O zaman bu kafedrada vərəm xəstəliyi ilə tələbələri tanış etmək üçün cəmisi 12 saat təcrübə, 4 saat isə mühazirə saatı ayrılmışdır. 1933-cü ildə Azərbaycan Tibb İnstitutunun fakültə terapiyası kafedrasının nəzdində Ftiziatriya kursu təşkil edilmiş və ona dosent Y.M.Qazıyev rəhbərlik etmişdir. ATİ-nin Ftiziatriya kursunun rəhbəri dosent Y.M.Qazıyev dünyasını dəyişəndən sonra isə bu kursa 1948-ci ildən 1969-cu ilə kimi tibb elmləri doktoru A.M.Pirverdiyev rəhbərlik etmişdir. 1969-cu ildə kurs Tibb İnstitutunun Vərəm kafedrasına çevrilmişdir. Bu kafedranın müdiri vəzifəsinə dosent B.B.Əhmədov seçilmişdir. Bu dövrdə həkimlərin vərəm haqqında biliklərini genişləndirmək ehtiyacı hiss olunmuş və bununla əlaqədar olaraq 1№li Semaşko adına xəstəxananın nəzdində Vərəm şöbəsi açılmış və bu şöbə kafedranın bazasına çevrilmişdir. O vaxtdan etibarən vərəm xəstəliyi müalicə-profilaktika, pediatriya fakültəsinin IV kursunda, sanitar-profilaktika və stomatologiya fakültələrinin V kursunda və VI kurs müalicə-profilaktika fakültəsində tədris edilməyə başlanmışdır. 1973-cü ildən etibarən kafedranın bazası Bakı şəhəri, 4№-li vərəm əleyhinə dispanser və Elmi Tədqiqat Vərəm institutu olmuşdur.
1976 - cı ildə ATİ - nun Vərəm kafedrasına rəhbərliyə müsabiqə yolu ilə tibb elmləri doktoru, professor F.M.İsmayılov seçilmişdir. 1992-1993-cü illərdə Ftiziopulmonologiya kafedrasına tibb elmləri doktoru, professor Ə.B.İnsanov rəhbərlik etmişdir. 1993-cü ildən 2001-ci ilədək kafedraya tibb elmləri doktoru, F.M.Abdullayev rəhbərlik etmişdir. 2001-2005-ci illərdə kafedraya akademik Ə.B.İnsanov rəhbərlik etmişdir. 2005-2015-ci illərdə isə kafedraya əməkdar müəllim, t.e.d. professor N.Ə.Abbasov rəhbərlik etmişdir.
2015-ci ildən kafedraya dosent R.İ.Bayramov rəhbərlik edir.
Kafedranın əməkdaşları tərəfindən son illərdə aşağıdakı dərsliklər, dərs vəsaitləri yazılmışdır:
“Методическая пособие по туберкулезу для студентов”-2001г., А. Инсанов, Н.Аббасов; “Vərəm” tələbələr üçün metodik vəsait- 2002-ci il, Ə.İnsanov, F.İsmayılov, N.Abbasov; “Azərbaycan səhiyyəsinin tarixi”-2002-ci il, Ə.İnsanov; “Исследование сократительной функции миокарда у больных хроническим легочным сердцем”-2003г. Ф. Исмайылов, Н.Аббасов; “История здравоохранения Азербайджана”-2003 г. Али Инсанов ; “Vərəm” dərslik-2004-cü il, Ə.İnsanov; “Клинические рекомендации и фармакологический справочник”-2004 г. А. Инсанов, “Vərəm” dərslik-2004-cü il, F.İsmayılov, N.Abbasov, "Ftiziatriya" dərslik – 2011-ci il, dos. F.Quliyev, “Ftiziatriyadan testlər” dərs vəsaiti-2015-ci il, N.Ə.Abbasov, R.İ.Bayramov, C.M.İsmayılzadə, A.M.Məmmədova, Ş.M.Vəliyeva.