Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Yoluxucu xəstəliklər kafedrası
Menular

Yoluxucu xəstəliklər kafedrası 1928-ci ildə Bakı Dövlət Universitetinin Tibb Fakültəsi nəzdində professor N.Q.Uşinskinin rəhbərliyi altında “Yoluxucu xəstəliklər kursu” kimi fəaliyyətə başlamışdır.

1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldıqdan sonra professor M.Z.Mqebrovun rəhbərliyi altında “Yoluxucu xəstəliklər” kafedrası təşkil olunmuşdur.

1934-1941-ci illərdə kafedra müdiri sosialist əməyi qəhrəmanı, əməkdar həkim B.H.Qayıbov olmuşdur. Məhz onun fəaliyyəti sayəsində ilk dəfə “Yoluxucu xəstəliklər” fənninin Azərbaycan dilində tədrisinə başlanılmışdır.

1941-1967-ci illərdə kafedraya Şərəf Nişanı” ordenli, əməkdar elm xadimi, professor M.X.Səfərəlibəyov rəhbərlik etmişdir.

1968-1972-ci ildərdə professor L.Mahmudbəyov, 1973-1984-cü illərdə isə Professor Gülzar İmaməliyev kafedra müdiri olmuşdur. Professor Gülzar İmaməliyevanın rəhbərliyi ilə Azərbaycan İnfeksionistlər Cəmiyyəti yaradılmış və həmin cəmiyyətin I qurultayı keçirilmişdir.

1984-1989-cu illərdə kafedra müdiri professor Əbülfəz Nəcəfov olmuşdur. Professor Ə.Y.Nəcəfov uzun illər “Tibbi Parazitologiya İnstitutunda” fəaliyyət göstərmiş və bu İnstitutun direktoru işləmişdir.

1990-2020-ci illərdə kafedra müdiri professor N.N.Əliyev olmuşdur. O, əməkdar həkim, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Professor N.N.Əliyev uzun illər Respublikanın baş infeksionisti olmuşdur.

2021-ci ildən kafedra müdiri vəzifəsinə dosent Cəlal İsayev seçilmişdir.2015-2020-ci illərdə  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi işləmişdir. 2018-ci ildə Azərbaycan  Respublikasının Prezidentinin fərmanı ilə  “Əməkdar Həkim” adına layiq görülmüşdür. Dosent Cəlal İsayev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının və Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının təsdiq etdiyi “Yoluxucu xəstəliklər” dərsliyinin (2009)  müəllifidir

Hal-hazırda kafedrada 2 professor, 11 dosent, 7 assistent, 3 baş laborant və 9 tədris köməkçi heyəti fəaliyyət göstərir. Hazırda kafedrada 49 rezident təhsil alır.

Yoluxucu xəstəliklər kafedrası 2 bazada - Azərbaycan Tibb Universitetinin 5 saylı korpusunda (X-XI mərtəbə) və Respublika Pediatriya Mərkəzi Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasında (II mərtəbə) yerləşir.