Botanika 1 - sillabus

Azərbaycan TibbUniversiteti                                         «Təsdiqedirəm»

«Botanika I» fənni üzrə                                     «Farmakoqnoziya və botanika»

işçi-tədris proqramı (Sillabus)                     kafedrasının müdiri, professor

                                                                     C.İ.İsayev

                                                                           İmza ___________________

                                                                           Tarix_14.09.2017________

 

Fənnin kodu:

Fənnin növü:                                                        Məcburi

Fənnin tədris semestri:                                           III

Fənnin krediti:                                                      4 kredit

Fənnin tədris forması:                                           Əyani

Fənnin tədris dili:                                                  Azərbaycan, rus

Fənni tədris edən müəllim:                                    baş müəl. F.Ə.Qocayeva    

 

Kafedranın əlaqə nömrələri:                                  (012) 597- 45- 40 

 

PREREKVİZİTLƏR:

 

Fənnin tədrisi ücün öncədən tədrisi zəruri olan fənn yoxdur.

 

 KOREKVİZİTLƏR:

 

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

KURSUN TƏSVİRİ: 

“Botanika I” kursu   bitkilər aləminin bioloji qanunauyğunluqlarını, bitki vegetativ və generativ orqanlarının morfoloji və anatomik quruluşlarındakı diaqnostik əlamətlərini, dərman əhəmiyyətli bitkilərlə zəngin olan bəzi taksonomik qrupların sistematikasını öyrənirlər ki, bunlar da gələcək əczaçı mütəxəssislərin hazırlığı üçün çox vacibdir. Tədris prosesi mühazirə və təcrübi-laboratoriya məşğələlərinin vəhdəti şəklində aparılmalıdır. Mühazirələrdə ayrı-ayrı mövzular üzrə alınan nəzəri biliklər, laboratoriya məşğələlərində tələbənin müstəqil iş yerinə yetirdiyi zaman alınan vərdişlərlə möhkəmləndirilməlidir.

 

KURSUN  MƏQSƏDİ:

«Botanika I» fənni əczaçılıq fakultəsinin ixtisas fənni olan və təbii mənşəli dərman xammalından bəhs edən «Farmakoqnoziya» fənninin öyrənilməsinə əsas qoyur. Bu fənn ali təhsilli mütəxəssisləri olan əczaçı-bakalavr və əczaçı-magistrların hazırlanmasında mühüm yer tutur və dərman bitkiləri haqqında  müvafiq biliklərin əsasını qoyur.

 

KURSUN NƏTİCƏLƏRİ:

«Botanika I»  üzrə laborator-təcrübi məşğələlərdə ayrıca bir bölmə kimi tədris olunan bitki anatomiyası, bitki hüceyrəsinin və toxumalarının quruluşunu və bitkilərin ayrı-ayrı vegetativ orqanlarının anatomik quruluşu öyrənilir. Bitki anatomiyası üzrə biliklər dərman bitki xammalının eyniliyinin təyin edilməsi məqsədi ilə mikroskopik analizin aparılmasında zəruridir.

«Botanika I» fənninin tədris zamanı bitki morfologiyası və sistematika bölmələrində bitkilərin  səciyyəvi sistematik xüsusiyyətləri, ayrı-ayrı vegetativ  və generativ orqanlarının xarici morfoloji xüsusiyyətləri və onların şəkildəyişmələrini öyrənilir. Tələbələr herbari materialları üzərində işləyərkən, bitkilərin morfoloji təsviri üzrə vərdişlər əldə edirlər. Bitkilərin morfologiyası və sistematikası  üzrə biliklər dərman bitki xammallarının makroskopik analiz üsulu ilə eyniliyinin təyin edilməsində, dərman bitkilərini təbiyyətdə tanımaq üçün  gələcək əczaçılara lazımdır.

Bitki fiziologiyasının əsasları bolməsinin öyrənilməsi  nəticəsində gələcək əczaçılar  bitkilər aləminin bioloji qanunauyğunluqlarını öyrənib, onların daxilində gedən fizioloji proseslər haqqında biliklər əldə edirlər, bu da onlara dərman bitkilərinin kimyəvi tərkibini öyrənilməsi və tədarüku zamanı  vacibdir.

Beləliklə, «Botanika I» kursunun tədrisi tələbələri farmakoqnoziya proqramının keçilməsinə hazırlayır.

 

FƏNNİN MÖVZULARI:

  1. Botanika - bitkilər  haqqında kompleks elmdir. Əczaçılıqda botanikanın əhəmiyyəti
  2. Bitki hüceyrəsinin quruluşu
  3. Bitki toxumalarının quruluşu
  4. Vegetativ orqanlarin morfologiyası
  5. Vegetativ orqanlarin anatomiyası
  6. Generativ orqanların quruluşu
  7. Tozlanma   və mayalanma
  8. Canlı orqanizmlərin təsnifatı. Bitki sistematikasının əsasları. Taksonomik kateqoriyalar və taksonlar
  9. İbtidai bitkilər və onların tibbi əhəmiyyəti
  10. Ali sporlu bitkilər və onları və onların tibbi əhəmiyyəti
  11. Çılpaqtoxumlu bitkilər və onların tibbi əhəmiyyəti
  12. Fotosintez  və onun əhəmiyyəti
  13.  Bitkilərin tənəffüsü
  14. Bitkilərin qidalanması
  15. Bitkilərin böyüməsi, çoxalması və inkişafı

 

FƏNNİN MÜHAZIRƏ  MÖVZULARI VƏ MƏTNLƏRİ:

  1. Giriş mühazirəsi. Botanika – bitkilər haqqında kompleks elmdir. Əczaçılıqda botanikanın əhəmiyyəti. Hücüyrə haqqında təlim. Bitki hüceyrəsinin xüsusiyyətləri. Bitki toxumaları,onların quruluşu, funksiyaları və orqanlarda yerləşməsi. Bitki toxumalarının təsnifatı.
  2. Ali bitkilərin vegetativ orqanlarının morfologiyası və fiziologiyası. Fotosintez haqqında anlayış. Bitkilərin tənəffüsü. Kök və hava vasitəsilə qidalanması. Bitkilərin böyuməsi, çoxalması və inkişafı. Vegetativ orqanların anatomiyası.
  3. Ali bitkilərin generativ orqanlarının morfologiyası. Çiçək. Çəçəkqrupları. Tozlanma və mayalanma. Meyvə. Toxum.
  4. Canli orqanizmlərin sistematikasının əsasları. Müasir sistematikanın vəzifələri. Təsnifat, nomenklatura və filogenetika, taksonomik kateqoriyalar və taksonlar, binar nomenklatura. İbtidai bitkilər. Çılpaqtoxumlular.

 

LABORATOR MƏŞĞƏLƏLƏRİN MÖVZULARI:

1. Botaniki mikrotexnikanın əsasları. Bitki hüceyrəsinin quruluşu. Hüceyrənin bölünməsi.

Plastidlər: xloroplastlar, xromoplastlar, və leykoplastlar. Sitoplazmanın hərəkəti, hüceyrə şirəsi. Hüceyrənin osmotik xüsusiyyətləri ( turqor, plazmoliz və deplazmoliz ). Şəkərlərə, aşı maddələrinə və digərlərinə aid reaksiyalar.

2. Hüceyrənin  ehtiyat qida maddələri: nişasta, inulin, sadə və mürəkkəb aleyron dənələri, piyli yağlar, onlara aid rəngli reaksiyalar.

Ekskretor maddələr ( tullantılar ): kalsium oksalatın və kalsium karbonatın kristalları ( druzlar, rafidlər, kristallı qat, qumdənəsinə bənzər kristal yığımı və sistolidlər ).

3. Törədici toxumalar.İlk meristemlər: böyümə konusu; ikinci meristemlər: kambi və fellogen.

Mexaniki toxumalar: kollenxima, sklerenxima, floema lifləri, libriform və daşlaşmış hüceyrələr.                     

Əsas toxuma.

4. Örtük toxumaları: epiderma, periderma. İfrazat ( sekretor ) toxumalar:  vəzikili tükcüklər, xəznələr, vəziciklər, qətran yolları, süd boruları.

5. Ötürücü toxumalar. Ksilema və floemanın elementləri.Kollateral, bikollateral, radial və konsentrik topalar.

6. Ali bitkilərin vegetativ orqanlarının morfologiyası. Kök və kök sistemi. Kök sisteminin tipləri. Kökün şəkildəyişmələri. Zoğ və zoğ sistemləri. Fəzada tutduğu vəziyyətinə və böyümə xüsusiyyətlərinə görə zoğların tipləri. Yarpaqyerləşmələri. Zoğların yeraltı və yerüstü şəkildəyişmələri.

7. Yarpağın morfologiyası. Yarpaqların şəkildəyişmələri. Yarpağın anatomik quruluşu.

8. Birləpəli bitkilərin kökünün anatomik quruluşu. İkiləpəli bitkilərin kökünün ilk quruluşu. İkiləpəli bitkilərin kökünün  keçid quruluşu ( kambinin əsasının qoyulması ). İkiləpəli bitkilərin kökünün ikinci quruluşu.

9. Gövdənin anatomik quruluşu. Birləpəli və ikiləpəli bitkilərin gövdəsinin topalı quruluşu.

İkiləpəli bitkilərin gövdəsinin topasız quruluşu.Topalı quruluşun topasız quruluşa keçidi. İkiləpəli ağac bitkilərin gövdəsinin anatomik quruluşu. Birləpəli və ikiləpəli bitkilərin kökumsovunun anatomik quruluşu.

10. Çiçəyin morfologiyası.

11. Çiçəkqrupları. Meyvə. Toxum.

12. Ali sporlu bitkilər: plaunlar, qatırquyruğular, ayıdöşəyilər şöbələri.

13.Çılpaqtoxumlu bitkilər ( efedra sırası, iynəyarpaqlılar sinfi ). Yekun məşğələ.

 

QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakıqaydada olacaq.

50 bal – imtahana qədər

o cümlədən:

10 bal – dərsə davamiyyət

10 bal - sərbəst iş

30 bal – seminar dərslərindən toplanacaq ballardır

Semestr ərzində tələbənin ən azı 3 qiyməti olmalıdır. Cavab vermədikdə  jurnalda 0 ( sıfr ) bal qeyd olunacaqdır.

50 bal – imtahanda toplanilacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualldan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.

 

QEYD:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq. İmtahanda və imtahana qədər toplanan balla cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

         A -    “Əla”                    - 91- 100

         B -    “Çox yaxşı”          - 81- 90

         C -    “Yaxşi”                 - 71- 80

         D -    “Kafi”                   - 61- 70

         E -     “Qənəətbəxş”       - 51- 60

         F -     “Qeyri – kafi”       - 51 baldan aşağı         

 

SƏRBƏST İŞ:

Sərbəst işlər iki yolla qəbul olunur:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.

Həmçinin tələbələr sərbəst işi  PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər  qiymətlə qiymətləndirilir.

 

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir! 

                     

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ

TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

 Botanika və onun əczaçılıq üçün əhəmiyyəti.

  1. Dərman bitkiləri və müasir təbabət.
  2. Bitkilər və insan.
  3. Bitki orqanizmlərin kimyəvi tərkibi.
  4. Bitkilərin böyümə və inkişafı.
  5. Bitki hüceyrəsinin quruluşu.
  6. Prokoriotik və eukariotik hüceyrələr.
  7. Heyvan, bitki bə göbələk hüceyrələri.
  8. Protoplast haqqında müasir təsəvvürlər.
  9. Protoplastın kimyəvi tərkibi.
  10. Erqastik maddələr.
  11. Hüceyrənin ehtiyat qida maddələri.
  12. Sitoplazma, onun tərkibi və bitkilərin həyat fəaliyyətində rolu.
  13. Bitkilərin hüceyrə membranları.
  14. Endoplazmatik şəbəkə və onun bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  15. Ribosomlar və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  16. Holci aparatı və onun bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  17. Mitoxondrilər və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  18. Plastidlər və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  19. Xloroplastlar və onların bitkilər üçün əhəmiyyəti.
  20. Lizosomlar və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  21. Sferosomlar və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  22. Qlioksisomlar və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  23. Pereoksisomlar və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  24. Paramural cisimciklər və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  25. Plazmidlər və onların bitki hüceyrəsinin həyat fəaliyyətində rolu.
  26. Bitki hüceyrənin piqmentləri və onların əhəmiyyəti.
  27. Bitki xromosomları.
  28. Bitki hüceyrəsinin nüvəsi.
  29. Sitokinez və onun əhəmiyyəti.
  30. Bitki hüceyrələrinin mitozu.
  31. Bitki hüceyrələrinin meyozu.
  32. Bitki hüceyrəsinin bölünməsi.
  33. Vakuollar və hüceyrə şirəsi.
  34. Hüceyrə daxilində əmələ gələn kristallar və onların diaqnostik əhəmiyyəti.
  35. Hüceyrənin osmotik xüsusiyətləri.
  36. Hüceyrə şirəsi və onun əczaçılıq üçün əhəmiyyəti.
  37. Bitki hüceyrəsinin divarı.
  38. Bioloji membranlar və onların bitki fiziologiyasında əhəmiyyəti.
  39. Bitki toxumalar.
  40. Meristemlər (törədici toxumalar).
  41. Örtük toxumaları.
  42. Ağızçıq aparatı, quruluşu, tipləri, funksiyaları və dərman bitki xammalının diaqnostikasında onun əhəmiyyəti.
  43. Trixomalar və emergenslər və onların dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  44. Periderma və onun əhəmiyyəti.
  45. Bitkilərin ötürücü toxumaları.
  46. Ksilema və onun əhəmiyyəti.
  47. Floema və onun əhəmiyyəti.
  48. Ötürücü topalar dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  49. Mexaniki toxumalar.
  50. Kollenxima və onun dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  51. Sklerenxima və onun dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  52. Əsas toxumalar və onların bitkilər üçün əhəmiyyəti.
  53. İfrazat toxumaları (sekretor) və onların elementlərinin dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  54. Bitki hüceyrəsinin biokimyası.
  55. Bitki hüceyrəsinin fiziologiyası.
  56. Fotosintezlər və onun əhəmiyyəti.
  57. Bitkilərdə tənəffüs və qıcqırma.
  58. Bitkiləri transpirasiyası.
  59. Bitkilərin qıdalanması və onun əhmiyyəti.
  60. Bitkilərin orqanları.
  61. Bitki morfologiyası haqqında əsas anlayışlar.
  62. Bitkilərin ontogenezi.
  63. Zoğun morfologiyası
  64. Tumurcuqların morfologiyası.
  65. Yarpaq düzülüşü, yarpaq mozaikası.
  66. Zoğların metamorfozu.
  67. Kökümsov (morfoloji və anatomik xüsusiyyətləri).
  68. Gövdənin anatomiyası.
  69. Birləpəli bitkilərin gövdəsinin anatomik quruluşu.
  70. İkiləpəli bitkilərin gövdəsinin anatomik quruluşu.
  71. Gövdələrin topalı quruluşu.
  72. Gövdələrin topasız quruluşu.
  73. Gövdənin yoğunlaşma tipləri.
  74. Çılpaqtoxumlu bitkilərin vegetativ orqanlarının anatomik quruluşu.
  75. Ağac bitkiləri gövdələrinin anatomik quruluşu.
  76. Ot bitkilərinin gövdələrinin anatomik quruluşu.
  77. Yarpağın morfologiyası.
  78. Sadə yarpağın morfologiyası.
  79. Mürəkkəb yarpağın morfologiyası.
  80. Yarpağın anatomiyası və onun dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  81. Yarpağların metamorfozları.
  82. Köklərin morfologiyası.
  83. Kök və kök sistemi.
  84. Epiblema və onun əhəmiyyəti.
  85. Kökün anatomik quruluşu və onun dərman bitki xammalının diaqnostikasında əhəmiyyəti.
  86. Bitkilərin əsas ox orqanlarının polikambial (anomal) yoğunlaşması.
  87. Köklərin ixtisaslaşdırılması və metamorfozları.
  88. Mikoriza və onun əhəmiyyəti.
  89. Bitkilərin kök sistemi.
  90. Bitkilərin həyat formaları.
  91. Bitkilərin böyüməsi və inkişafı.
  92. Fitoharmonlar və onların əhəmiyyəti.
  93. Bitkilərin hərəkəti və inkişaf ritmləri.
  94. Fizioloji saat və onun bitkilərin inkişafında əhəmiyyəti.
  95. Bitkilərin çoxalması.
  96. Bitkilərin qeyri-cinsi (vegetativ) çoxalması.
  97. Bitkilərin qeyri-cinsi (sporlar vasitəsi ilə) çoxalması.
  98. Bitkilərin cinsi çoxalması.
  99. Gines kitabına daxil olan bitkilər.
  100. Azərbaycanın görkəmli botanikləri.
  101. Həşaratlarla qidalanan bitkilər.
  102. Canlı orqanizmlərin təsnifatının prinsipləri. Süni, təbii və genealoji (filogenetik sistemlər).
  103. Bitki sistematikasının taksonomik kateqoriyaları və taksonları. Binar nomeklatura.
  104. K. Linneyin həyat fəaliyyəti, süni sistemi və onun əhəmiyyəti.
  105. Bitkilərin generativ orqanları.
  106. Çiçəklərin morfologiyası və tibbdə tətbiqi.
  107. Çiçəkqruplarının morfologiyası.
  108. Meyvələrin morfologiyası və tibbdə tətbiqi.
  109. Toxumların morfologiyası, yayılması və tibbdə tətbiqi.
  110. Bitkilərin mayalanması.
  111. Çiçəklənmə və tozlanma.
  112. Çiçəyin formulu və diaqramı.
  113. Müasir genealoji (filogenetik) sistemlər və onların əhəmiyyəti.
  114. Xemataksonomiya və onun dərman bitkilərinin öyrənilməsində əhəmiyyəti.
  115. Bitkilərin təkamül nəzəriyyəsinin əsas prinsipləri.
  116. Ç. Darvinin nəzəriyyəsi və onun əhəmiyyəti.
  117. Nüvəsiz orqanizmlər və ya prokariotlar və onların tibbi əhəmiyyəti.
  118. Göbələklər və onların tibbdə tətbiqi.
  119. Yosunlar və onların tibbdə tətbiqi.
  120. Şibyələr və onların tibbdə tətbiqi.
  121. Mamırkimilər və onların tibbdə tətbiqi.
  122. Plaunkimilər və onların tibbdə tətbiqi.
  123. Qatırquyruğukimilər və onların tibbdə tətbiqi.
  124. Qıjıkimilər və onların tibbdə tətbiqi.
  125. Kinqolar (Ginkoopsiola) sinfi və onun tibbi əhəmiyyətli növləri.
  126. İynəyarpaqlılar sinfi və onun tibbi əhəmiyyətli növləri.
  127. Acılıq sırası və onun tibbi əhəmiyyətli növləri.
  128. Şam (Pinus) cinsi və onun tibbi əhəmiyyətli növləri.
  129. Ağ şam (Abies) cinsi və onun tibbi əhəmiyyətli növləri.
  130. Sərv (Cupressus) cinsi və onun tibbi əhəmiyyətli növləri.

 

                     

TƏHVİL VERİLMƏ MÜDDƏTİ

Tarix

Saat

Mühazirələrin mövzuları

 

1

17.11.2017

 

2

Giriş mühazirəsi. Botanika - bitkilər  haqqında kompleks elmdir. Əczaçılıqda botanikanın əhəmiyyəti. Hüceyrə haqqında təlim. Bitki hüceyrəsinin xüsusiyyətləri. Bitki toxumaları, onların quruluşu, funksiyaları və orqanlarda yerləşməsi. Bitki toxumaların təsnifatı

2

24.11.2017

 

2

Ali bitkilərin vegetativ  orqanlarının  morfologiyası və

fiziologiyası. Fotosintez haqqında anlayış.

Bitkilərin tənəffüsü. Kök və hava vasitəsilə qidalanması. Bitkilərin böyüməsi, çoxalması və inkişafı. Vegetativ orqanların anatoimiyası

3

01.12.2017

2

Ali bitkilərin generativ orqanlarının  morfologiyası. Çiçək. Çiçəkqrupları. Tozlanma və mayalanma. Meyvə. Toxum.

4

08.12.2017

2

Canlı orqanizmlərin sistematikaksının əsasları. Müasir sistematikanın vəzifələri. Təsnifat, nomenklatura və filogenetikka, Taksonomik kateqoriyalar və taksonlar, binar nomenklatura. Sistemlərin tipləri və metodları.

İbtidai bitkilər. Ali sporlu bitkilər. Çılpaqtoxumlular.

KURS İŞİ:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

 

TƏCRÜBƏ:

Bu fənə aid tədris təcrübəsi IV semestrin sonunda 14 iş günü ərzində  Botanika 1 və Botanika 2 fənnlərinin  nəzəri materialını möhkəmləndirmək   üçün nəzərdə tutulub. Tədris-çöl təcrübəsi zamanı tələbələr Azərbaycan Respublikası EA-nın Nəbatat bağına, Mərdəkan dendrarisinə, Bakı şəhərinin bəzi bağlarına ekskursiyaya gedirlər, becərilən bir sıra xarici ölkə və yerli bitkilərlə, həmçinin yabanı halda yayılan bəzi bitki növləri ilə tanış olurlar, onların morfoloji əlamətləri, sistematik xüsusiyyətləri və onlardan bəzilərinin müalicəvi əhəmiyyəti ilə tanış olurlar, herbari hazırlayırlar, gündəliklər tərtib edirlər. Təcrübənin sonundatələbələr hesabat verib  bal sistemi ilə qiymətləndirirlər.

 

ƏDƏBİYYAT VƏ MATERİALLAR:

Əsas ədəbiyyat:

1. Kərimov Y.B., Xəlilov C.S., İslamova N.A. və b.. – Botanika praktikumu – Bakı, 2000.

2. İbrahimov A.Ş., Əliyev C.Ə., Bəşirov R.İ. və b. – Botanika (dərslik) – Sumqayıt, 2004.

3. Manafov Ə.B., İslamova N.A., Xəlilov C.S.və b.. – Botanika kursu (ümumi  biologiyanın əsasları ilə) – Bakı, 1998.

4.Elşad Qurbanov.Ali bitkilərin sistematikası-Bakı, 2009.

5. Жебрак А.Р. – Курс ботаники – 1961.

6. Жуковский П.М. – Ботаника – М.,1982.

7. Журбин А.Н. – Курс ботаники с основами общей биологии – М., 1968.

8. Медведева В.К. – Ботаника – М., 1985.

9. Сербин А.Г., Серая Л.Н., Ткаченко Л.Н. и др. – Медицинская ботаника – Харьков, 2000.

9. Яковлев Г.П., Челомбитько В.А. – Ботаника – М., 2003.

                                               Əlavə ədəbiyyat:

1. Васильев А.Е., Воронин Н.С., Еленевский А.Г. и др. – Ботаника: Морфология и анатомия растений-M, 1988.

2. «Жизнь растений» (в 6томах)- М., 1974–1982.

3. Рейвн П., Эверт Р., Айкхорн С. – Современная ботаника – М., 1990, том 1 –

4. Эсау К. – Анатомия растений – М., 1969.

5. Яценко-Хмелевский А.А. – Краткий курс анатомии растений – М., 1961.

6. Gulko R.M. Explanatory Dictionary of Medicinal Botany – Lviv, 2003.

7. Gulko R.M., Baran O. – Anatomy of plant cells, tissues, organs and their morphology (Methodical Instructions for laboratory works in botany for students of pharmaceutical department) – Lviv, 2005.