Azərbaycan TibbUniversiteti «Təsdiqedirəm»
«Botanika I» fənni üzrə «Farmakoqnoziya və botanika»
işçi-tədris proqramı (Sillabus) kafedrasının müdiri, professor
C.İ.İsayev
İmza ___________________
Tarix_14.09.2017________
Fənnin kodu:
Fənnin növü: Məcburi
Fənnin tədris semestri: III
Fənnin krediti: 4 kredit
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: Azərbaycan, rus
Fənni tədris edən müəllim: baş müəl. F.Ə.Qocayeva
Kafedranın əlaqə nömrələri: (012) 597- 45- 40
PREREKVİZİTLƏR:
Fənnin tədrisi ücün öncədən tədrisi zəruri olan fənn yoxdur.
KOREKVİZİTLƏR:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.
KURSUN TƏSVİRİ:
“Botanika I” kursu bitkilər aləminin bioloji qanunauyğunluqlarını, bitki vegetativ və generativ orqanlarının morfoloji və anatomik quruluşlarındakı diaqnostik əlamətlərini, dərman əhəmiyyətli bitkilərlə zəngin olan bəzi taksonomik qrupların sistematikasını öyrənirlər ki, bunlar da gələcək əczaçı mütəxəssislərin hazırlığı üçün çox vacibdir. Tədris prosesi mühazirə və təcrübi-laboratoriya məşğələlərinin vəhdəti şəklində aparılmalıdır. Mühazirələrdə ayrı-ayrı mövzular üzrə alınan nəzəri biliklər, laboratoriya məşğələlərində tələbənin müstəqil iş yerinə yetirdiyi zaman alınan vərdişlərlə möhkəmləndirilməlidir.
KURSUN MƏQSƏDİ:
«Botanika I» fənni əczaçılıq fakultəsinin ixtisas fənni olan və təbii mənşəli dərman xammalından bəhs edən «Farmakoqnoziya» fənninin öyrənilməsinə əsas qoyur. Bu fənn ali təhsilli mütəxəssisləri olan əczaçı-bakalavr və əczaçı-magistrların hazırlanmasında mühüm yer tutur və dərman bitkiləri haqqında müvafiq biliklərin əsasını qoyur.
KURSUN NƏTİCƏLƏRİ:
«Botanika I» üzrə laborator-təcrübi məşğələlərdə ayrıca bir bölmə kimi tədris olunan bitki anatomiyası, bitki hüceyrəsinin və toxumalarının quruluşunu və bitkilərin ayrı-ayrı vegetativ orqanlarının anatomik quruluşu öyrənilir. Bitki anatomiyası üzrə biliklər dərman bitki xammalının eyniliyinin təyin edilməsi məqsədi ilə mikroskopik analizin aparılmasında zəruridir.
«Botanika I» fənninin tədris zamanı bitki morfologiyası və sistematika bölmələrində bitkilərin səciyyəvi sistematik xüsusiyyətləri, ayrı-ayrı vegetativ və generativ orqanlarının xarici morfoloji xüsusiyyətləri və onların şəkildəyişmələrini öyrənilir. Tələbələr herbari materialları üzərində işləyərkən, bitkilərin morfoloji təsviri üzrə vərdişlər əldə edirlər. Bitkilərin morfologiyası və sistematikası üzrə biliklər dərman bitki xammallarının makroskopik analiz üsulu ilə eyniliyinin təyin edilməsində, dərman bitkilərini təbiyyətdə tanımaq üçün gələcək əczaçılara lazımdır.
Bitki fiziologiyasının əsasları bolməsinin öyrənilməsi nəticəsində gələcək əczaçılar bitkilər aləminin bioloji qanunauyğunluqlarını öyrənib, onların daxilində gedən fizioloji proseslər haqqında biliklər əldə edirlər, bu da onlara dərman bitkilərinin kimyəvi tərkibini öyrənilməsi və tədarüku zamanı vacibdir.
Beləliklə, «Botanika I» kursunun tədrisi tələbələri farmakoqnoziya proqramının keçilməsinə hazırlayır.
FƏNNİN MÖVZULARI:
FƏNNİN MÜHAZIRƏ MÖVZULARI VƏ MƏTNLƏRİ:
LABORATOR MƏŞĞƏLƏLƏRİN MÖVZULARI:
1. Botaniki mikrotexnikanın əsasları. Bitki hüceyrəsinin quruluşu. Hüceyrənin bölünməsi.
Plastidlər: xloroplastlar, xromoplastlar, və leykoplastlar. Sitoplazmanın hərəkəti, hüceyrə şirəsi. Hüceyrənin osmotik xüsusiyyətləri ( turqor, plazmoliz və deplazmoliz ). Şəkərlərə, aşı maddələrinə və digərlərinə aid reaksiyalar.
2. Hüceyrənin ehtiyat qida maddələri: nişasta, inulin, sadə və mürəkkəb aleyron dənələri, piyli yağlar, onlara aid rəngli reaksiyalar.
Ekskretor maddələr ( tullantılar ): kalsium oksalatın və kalsium karbonatın kristalları ( druzlar, rafidlər, kristallı qat, qumdənəsinə bənzər kristal yığımı və sistolidlər ).
3. Törədici toxumalar.İlk meristemlər: böyümə konusu; ikinci meristemlər: kambi və fellogen.
Mexaniki toxumalar: kollenxima, sklerenxima, floema lifləri, libriform və daşlaşmış hüceyrələr.
Əsas toxuma.
4. Örtük toxumaları: epiderma, periderma. İfrazat ( sekretor ) toxumalar: vəzikili tükcüklər, xəznələr, vəziciklər, qətran yolları, süd boruları.
5. Ötürücü toxumalar. Ksilema və floemanın elementləri.Kollateral, bikollateral, radial və konsentrik topalar.
6. Ali bitkilərin vegetativ orqanlarının morfologiyası. Kök və kök sistemi. Kök sisteminin tipləri. Kökün şəkildəyişmələri. Zoğ və zoğ sistemləri. Fəzada tutduğu vəziyyətinə və böyümə xüsusiyyətlərinə görə zoğların tipləri. Yarpaqyerləşmələri. Zoğların yeraltı və yerüstü şəkildəyişmələri.
7. Yarpağın morfologiyası. Yarpaqların şəkildəyişmələri. Yarpağın anatomik quruluşu.
8. Birləpəli bitkilərin kökünün anatomik quruluşu. İkiləpəli bitkilərin kökünün ilk quruluşu. İkiləpəli bitkilərin kökünün keçid quruluşu ( kambinin əsasının qoyulması ). İkiləpəli bitkilərin kökünün ikinci quruluşu.
9. Gövdənin anatomik quruluşu. Birləpəli və ikiləpəli bitkilərin gövdəsinin topalı quruluşu.
İkiləpəli bitkilərin gövdəsinin topasız quruluşu.Topalı quruluşun topasız quruluşa keçidi. İkiləpəli ağac bitkilərin gövdəsinin anatomik quruluşu. Birləpəli və ikiləpəli bitkilərin kökumsovunun anatomik quruluşu.
10. Çiçəyin morfologiyası.
11. Çiçəkqrupları. Meyvə. Toxum.
12. Ali sporlu bitkilər: plaunlar, qatırquyruğular, ayıdöşəyilər şöbələri.
13.Çılpaqtoxumlu bitkilər ( efedra sırası, iynəyarpaqlılar sinfi ). Yekun məşğələ.
QİYMƏTLƏNDİRMƏ:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakıqaydada olacaq.
50 bal – imtahana qədər
o cümlədən:
10 bal – dərsə davamiyyət
10 bal - sərbəst iş
30 bal – seminar dərslərindən toplanacaq ballardır
Semestr ərzində tələbənin ən azı 3 qiyməti olmalıdır. Cavab vermədikdə jurnalda 0 ( sıfr ) bal qeyd olunacaqdır.
50 bal – imtahanda toplanilacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualldan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.
QEYD:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq. İmtahanda və imtahana qədər toplanan balla cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A - “Əla” - 91- 100
B - “Çox yaxşı” - 81- 90
C - “Yaxşi” - 71- 80
D - “Kafi” - 61- 70
E - “Qənəətbəxş” - 51- 60
F - “Qeyri – kafi” - 51 baldan aşağı
SƏRBƏST İŞ:
Sərbəst işlər iki yolla qəbul olunur:
Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.
Həmçinin tələbələr sərbəst işi PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər qiymətlə qiymətləndirilir.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir!
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ
TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Botanika və onun əczaçılıq üçün əhəmiyyəti.
TƏHVİL VERİLMƏ MÜDDƏTİ
№ |
Tarix |
Saat |
Mühazirələrin mövzuları |
1 |
17.11.2017 |
2 |
Giriş mühazirəsi. Botanika - bitkilər haqqında kompleks elmdir. Əczaçılıqda botanikanın əhəmiyyəti. Hüceyrə haqqında təlim. Bitki hüceyrəsinin xüsusiyyətləri. Bitki toxumaları, onların quruluşu, funksiyaları və orqanlarda yerləşməsi. Bitki toxumaların təsnifatı |
2 |
24.11.2017 |
2 |
Ali bitkilərin vegetativ orqanlarının morfologiyası və fiziologiyası. Fotosintez haqqında anlayış. Bitkilərin tənəffüsü. Kök və hava vasitəsilə qidalanması. Bitkilərin böyüməsi, çoxalması və inkişafı. Vegetativ orqanların anatoimiyası |
3 |
01.12.2017 |
2 |
Ali bitkilərin generativ orqanlarının morfologiyası. Çiçək. Çiçəkqrupları. Tozlanma və mayalanma. Meyvə. Toxum. |
4 |
08.12.2017 |
2 |
Canlı orqanizmlərin sistematikaksının əsasları. Müasir sistematikanın vəzifələri. Təsnifat, nomenklatura və filogenetikka, Taksonomik kateqoriyalar və taksonlar, binar nomenklatura. Sistemlərin tipləri və metodları. İbtidai bitkilər. Ali sporlu bitkilər. Çılpaqtoxumlular. |
KURS İŞİ:
Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.
TƏCRÜBƏ:
Bu fənə aid tədris təcrübəsi IV semestrin sonunda 14 iş günü ərzində Botanika 1 və Botanika 2 fənnlərinin nəzəri materialını möhkəmləndirmək üçün nəzərdə tutulub. Tədris-çöl təcrübəsi zamanı tələbələr Azərbaycan Respublikası EA-nın Nəbatat bağına, Mərdəkan dendrarisinə, Bakı şəhərinin bəzi bağlarına ekskursiyaya gedirlər, becərilən bir sıra xarici ölkə və yerli bitkilərlə, həmçinin yabanı halda yayılan bəzi bitki növləri ilə tanış olurlar, onların morfoloji əlamətləri, sistematik xüsusiyyətləri və onlardan bəzilərinin müalicəvi əhəmiyyəti ilə tanış olurlar, herbari hazırlayırlar, gündəliklər tərtib edirlər. Təcrübənin sonundatələbələr hesabat verib bal sistemi ilə qiymətləndirirlər.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:
Əsas ədəbiyyat:
1. Kərimov Y.B., Xəlilov C.S., İslamova N.A. və b.. – Botanika praktikumu – Bakı, 2000.
2. İbrahimov A.Ş., Əliyev C.Ə., Bəşirov R.İ. və b. – Botanika (dərslik) – Sumqayıt, 2004.
3. Manafov Ə.B., İslamova N.A., Xəlilov C.S.və b.. – Botanika kursu (ümumi biologiyanın əsasları ilə) – Bakı, 1998.
4.Elşad Qurbanov.Ali bitkilərin sistematikası-Bakı, 2009.
5. Жебрак А.Р. – Курс ботаники – 1961.
6. Жуковский П.М. – Ботаника – М.,1982.
7. Журбин А.Н. – Курс ботаники с основами общей биологии – М., 1968.
8. Медведева В.К. – Ботаника – М., 1985.
9. Сербин А.Г., Серая Л.Н., Ткаченко Л.Н. и др. – Медицинская ботаника – Харьков, 2000.
9. Яковлев Г.П., Челомбитько В.А. – Ботаника – М., 2003.
Əlavə ədəbiyyat:
1. Васильев А.Е., Воронин Н.С., Еленевский А.Г. и др. – Ботаника: Морфология и анатомия растений-M, 1988.
2. «Жизнь растений» (в 6томах)- М., 1974–1982.
3. Рейвн П., Эверт Р., Айкхорн С. – Современная ботаника – М., 1990, том 1 –
4. Эсау К. – Анатомия растений – М., 1969.
5. Яценко-Хмелевский А.А. – Краткий курс анатомии растений – М., 1961.
6. Gulko R.M. Explanatory Dictionary of Medicinal Botany – Lviv, 2003.
7. Gulko R.M., Baran O. – Anatomy of plant cells, tissues, organs and their morphology (Methodical Instructions for laboratory works in botany for students of pharmaceutical department) – Lviv, 2005.