Farmakoqnoziya 1 - sillabus

Azərbaycan Tibb Universiteti                                                 "Təsdiq edirəm"

"Farmakoqnoziya-I" fənni üzrə                       "Farmakoqnoziya və botanika"

işçi-tədris proqramı (Sillabus)                          kafedrasının müdiri, professor C.İ.İsayev                     İmza:

                                                                                                                                                                     Tarix:

                                               

                                                                                           

Fənnin kodu:

Fənnin növü:                                                                  Məcburi

Fənnin tədris semestri:                                                    V

Fənnin krediti:                                                                   4 kredit

Fənnin tədris forması:                                                     Əyani

Fənnin tədris dili:                                                           azərbaycan dili, rus

                                                                                          

Fənni tədris edən müəllim:                                              baş müəllim S.E.Əliyeva

                                                                                          

Kafedranın əlaqə nömrələri:                                            (012) 597- 45- 40 

E – mail:                                                                        [email protected]

 

Prerekvizitlər:

Fənnin tədrisi üçün öncədən «Tibbi botanika-I», və «Tibbi botanika-II» fənnlərinin tədris olunması zəruridir.

 

Korekvizitlər:

          Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

 

Kursun təsviri:

          Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.

Bu fənnin tədrisində farmakoqnoziyanın vəzifələri, qısa inkişaf tarixi, dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları dərman bitkilərinin öyrənilməsi, farmakoqnostik analiz üsulları xammalın eyniliyinin təyininə, ayrı-ayrı qrup bitkiləri və bitki orqanizmində ardıcıl gedən biokimyəvi proseslərə müvafiq olaraq tədarük edilən xammalların öyrənilməsi geniş şərh edilir.

     Dərman bitkiləri tərkiblərindəki bioloji fəal maddələrin, dərman əhəmiyyətli maddələrin olmasına görə qruplara bölünərək öyrənilməsi, onların eyniliyi və keyfiyyəti makro və mikroskopik üsullarla aparılması tədris olunur. Bitkilərin tərkibindəki bioloji fəal maddələrin keyfiyyət və miqdarı farmakoqnostik analizin bütün növləri ilə aparılması tələbələrə öyrədilir.

 

Kursun məqsədi:

     Dərman bitkilərinin öyrənilməsi: bioloji fəal maddələr, təsnifatı, fiziki-kimyəvi xassələri alınma üsulları, bitki aləmində, o cümlədən Azərbaycanda yayılışı, dərman bitkisinin xarici görünüşü və onun oxşar növlərdən və bitkilərdən morfoloji fərqləri, ekoloji xüsusiyyətləri, xammal bazası.

 

Praktiki vərdişlər:

          Kurs müddətində  tələbələr aşağıdakı vərdişlərə yiyələnməlidir: 

 

  1. Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  2. Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  3. Dərman bitki xammalında polisaxaridləri təyin etmək.
  4. Dərman bitki xammalında C vitaminini təyin etmək üçün keyfiyyət reaksiyalarını aparmaq.
  5. Dərman bitki xammalında hidrodistillyasiya üsulu ilə efir yağlarının miqdarını təyin etmək.
  6. Tərkibində efir yağları olan dərman bitki xammalının anatomik quruluşundakı diaqnostik əlamətləri müəyyən etmək.
  7. Efir yağlarının sınma bucağını təyin etmək.
  8. Dərman bitki xammalında fenolqlikozidlərin təyininə aid keyfiyyət reaksiyalarını həyata keçirmək.
  9. Dərman bitki xammalında ürək qlikozidlərini təyin etmək üçün keyfiyyət reaksiyalarını həyata keçirmək.
  10.  Bitki xammalından ürək qlikozidləri məcmuyunu almaq.

 

Kursun nəticələri:

     Bu fənn tədris olunarkən tələbələr dərman bitkiləri və xammalları ilə yaxından tanış olur və "Farmakoqnoziya-II" fənninə keçə bilirlər.

 

                         Fənnin laborator məşğələlərinin mövzuları:

  1. Müxtəlif morfoloji qruplardan olan bitki xammalı nümunələrində makroskopik analiz üsulunun mənimsənilməsi.
  2. Müxtəlif morfoloji qruplardan olan dərman bitki xammalı nümunələrində mikroskopik analiz üsulunun mənimsənilməsi. Ayrı-ayrı təbii bioloji fəal maddə qruplarına aid histoloji və eynilik reaksiyalarının mənimsənilməsi.
  3. Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları. Bağayarpağı növlərindən alınan xammal, gülxətminin kökü,ögeyananın (dəvədabanı) yarpağı, dəniz kələmi, andız, zəyərək toxumu, gəvən kitrəsi (traqakant), ərik kitrəsi, acıqovuq, heyva, pambıq kolu
  4. Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları. İtburnu(dərgil) meyvəsi, gicitkan  yarpağı, gülümbaharın çiçəyi, çaytikanı, adi quşarmudu, üçbölümlü üçbarmaq, bataqlıq qurucası
  5. Tərkibində efir yağları olan dərman  bitkiləri və xammalları. Keşniş meyvəsi, nanə yarpağı, adaçayı yarpağı, zirə meyvəsi , evkalipt yarpağı, pişikotunun kökümsovu ilə  kökləri və  onlarda  təsadüf olunan qarışıqlar, çobanyastığının(mollabaşının) çiçəkləri və onlarda təsadüf olunan qarışıqlar, ardıcın meyvələri, kafurun alınma mənbələri, sitvar yovşanının çiçəyi, tozağacı tumurcuğu, acı yovşan otu, boymadərənin otu, kəklikotunun otu, qaraqınığın otu, razyana meyvəsi, cirə meyvəsi, iyir, öküzotu, ladan kolu. Efir yağlarının analizi.
  6. Tərkibində tioqlikozidlər, sianoqlikozidlər və acı maddələr (iridoidlər) olan  dərman bitkiləri və xammalları. Xardal toxumu, acı badam toxumu, qızılçətir (isitməotu) otu, acıqovuq (zəncirotu) kökü, maya sarmaşığının hamaşmeyvələri
  7. Tərkibində fenoloqlikozidlər, liqnanlar və digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları. Ayıqulağı yarpağı və onda təsadüf olunan qarışıqlar, mərcangilənin yarpağı, bənövşə otu, çəhrayı rodiola, erkək ayıdöşəyinin kökümsovu və onda təsadüf olunan qarışıqlar, çin cır limonu tikanlı eleuterokokk, qalxanvari podofil. Fenoloqlikozidlərin analizi.
  8. Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri və xammalları. İnciçiçəyinin otu, çiçəkləri və yarpağı, təsadüf edilən qarışıqlar, strofant toxumu, xoruzgülünün otu və onda təsadüf edilən qarışıqlar, üskükotularının yarpaqları. Ürək qlikozidli dərman bitki xammalının analizi.

 

Fənnin mühazirə mövzuları və  mətnləri: 

  1. Farmakoqnoziya bir elm və tədris fənni kimi. Əsas anlayışlar; dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal, bioloji fəal maddələr. Farmakoqnoziyanın ixtisas və digər yaxın fənnlərlə əlaqəsi. Provizorun praktik fəaliyyətində farmakoqnoziyanın mövqeyi. Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları. Dərman bitkilərinin kimyəvi tərkibi. Dərman bitkilərinin bioloji fəal və müşaiətedici maddələri. İlk və ikinci metabolitlərin biosintez yolları. Ontogenez prosesində ekoloji amillərin təsirilə dərman bitkilərinin kimyəvi tərkibinin dəyişməsi. Dərman bitkilərinin təsnifatının sistemləri: kimyəvi,morfoloji, botaniki və farmakoloji.
  2. Tərkibində  polisaxaridlər olan dərman bitkiləri və xammalları, fotosintez  və sulu  karbonların çevrilmə məhsulları bitkilərdə bioloji fəal maddələrin biogenezinin əsasıdır. Nişastanın, inulinin, selik maddələrinin, yapışqanların (kitrələrin), pektin maddələrinin və sellülozanın kimyəvi tərkibi, fiziki-kimyəvi xassələri və tibbdə istifadəsi. Vitaminlər. Bitki aləmində yayılışı, bitkilərdə  toplanma dinamikası, ətraf mühit amillərinin vitaminlərin toplanmasına təsiri, təsnifatı, tədarükü.
  3. Terpenoidlər haqqında anlayış. Efir yağları. Efir yağlarının ümumi xarakteristikası, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində  yayılışı, lokalizasiyası və bitkilərin  həyatında rolu. Bitkilərdə efir yağlarının toplanma dinamikası. Ətraf mühit amillərinin efir yağlarının toplanmasına təsiri. Efir yağlı xammalların tədarük olunma, qurudulma və saxlanma xüsusiyyətləri, efir yağlarının alınma və analiz üsulları, tibbdə istifadəsi. Efir yağlı dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu.
  4. Qlikozidlərin ümumi xarakteristikistikası, quruluşlarının xüsusiyyətləri, təsnifatı. Tio-və nitrilqlikozidləri, fenolqlikozidləri. İridoidlər. Ürəkqlikozidləri. Kimyəvi quruluşunun xüsusiyyətləri, fiziki-kimyəvi xassələri, təsnifatı, bitki aləmində yayılışı, vegetasiya fazalarının və ətraf mühit amillərinin xammalın qlikozid tərkibinə təsiri. Ürək qlikozidli xammalların keyfiyyətinin yoxlanılması, tibbdə tətbiqi

 

Qiymətləndirmə:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

50 bal imtahana qədər

O cümlədən

10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

20 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.

10 bal – praktiki vərdişlərə yiyələnmək üzrə

50-bal imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.

 

Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.

A - «Əla» – 91-100

B - «Cox yaxşı» – 81-90

C - «Yaxşı» – 71-80

D - «Kafi» – 61-70

E - «Qənaətbəxş» – 51-60

F - «Qeyri-kafi» – 51 baldan aşağı

 

Sərbəst iş:

Sərbəst işlər üç  yolla qəbul olunur:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.

Həmçinin tələbələr sərbəst işi  PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər  qiymətlə qiymətləndirilir.

Həmçinin də 5 sərbəst iş tapşırığı verilir. Hər sərbəst işə uyğun tələbələr tərəfindən 5 test sualı tərtib olunur və belə sərbəst iş 2 balla qiymətləndirilir, iş yazılı formada word faylı formasında, həcmi 3-4 səhifə(şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

 

"FARMAKOQNOZİYA-I".

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Mövzular:

1. Dərman bitki xammalının  makroskopik analiz üsulu

2. Dərman bitki xammalının  mikroskopik analiz üsulu

3. Bioloji fəal maddələrin keyfiyyət reaksiyaları

4. Bioloji fəal maddələrin fiziki-kimyəvi üsullarla tədqiqi

5. Dərman bitkilərinin ilk metabolitləri

6. Dərman bitkilərinin ikincili metabolitləri

7. Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları

8. Tərkibində kitrələr olan dərman bitkiləri və xammalları

9. Tərkibində selik maddələri olan dərman bitkiləri və xammalları

10. Tərkibində inulin olan dərman bitkiləri və xammalları

11. Tərkibində pektin maddələri olan dərman bitkiləri və xammalları

12. Bağayarpağının tibbdə istifadə olunan növləri

13. Gülxətminin tibbdə istifadə olunan növləri

14. Adi dəvədabanı bitkisinin farmakoqnostik xüsusiyyətləri

15. Dəniz kələminin farmakoqnostik xüsusiyyətləri

16. Uca andız bitkisinin farmakoqnostik xüsusiyyətləri 

17. Zəyərəkin tibbdə istifadə olunan növləri

18. Gəvən növləri və onların tibb praktikasında istifadəsi

19. Dərman acıqovuğu bitkisinin farmakoqnostik xüsuisyyətləri

20. Uzunmeyvəli heyva bitkisinin farmakoqnostik xüsuisyyətləri

21. Pambığın müxtəlif növləri və onlardan alınan xammalın tibbdə tətbiqi

22. Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları

23. Dərman bitkilərinin tərkibində olan vitaminlərin fiziki-kimyəvi xassələri və tibbdə istifadəsi

24. Alifatik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları

25. Alitsiklik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları

26. Aromatik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları

27. Heterotsiklik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları

28. Provitaminlər, onların tibbdə əhəmiyyəti

29. Vitaminəbənzər maddələr və onların əhəmiyyəti

30. İtburnunun tibbdə istifadə olunan növləri

31. Kələmin tibbdə istifadə olunan növləri

32. Dərman gülümbaharı bitkisinin farmakoqnostik xüsusiyyətləri

33. Adi quşarmudu bitkisinin farmakoqnostik xüsusiyyətləri

34. Əkilən yerkökü bitkisinin farmakoqnostik xüsusiyyətləri

35. Murdarçayabənzər çaytikanı bitkisinin farmakoqnostik xüsusiyyətləri

36. İkievli gicitkən bitkisinin farmakoqnostik xüsusiyyətləri

37. Adi qarğıdalı bitkisinin farmakoqnostik xüsusiyyətləri

38. Adi quşəppəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri

39. Adi başınağacı bitkisinin farmakoqnostik xüsusiyyətləri

40. Qarağatın tibbdə istifadə olunan növləri

41. Bataqlıq qurucası bitkisinin farmakoqnostik xüsusiyyətləri

42. Üçbölümlü üçbarmaq bitkisinin farmakoqnostik xüsusiyyətləri

43. Efir yağlarının biogenezi

44. Efir yağları və onların təsnifatı

45. Efir yağlarının fiziki-kimyəvi xassələri

46. Efir yağlarının bitkilər aləmində yayılması və istifadə tarixi

47. Dərman bitki xammalından efir yağlarının alınma üsulları

48. Efir yağlarının eynilik və miqdari təyini

49. Efir yağlarının tibbdə tətbiqi

50. Tərkibində atsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları

51. Tərkibində monotsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları

52. Tərkibində bitsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları

53. Tərkibində seskviterpenlər olan dərman bitkiləri və xammalları

54. Tərkibində aromatik birləşmələr olan dərman bitkiləri və xammalları

55. Qızılgül və onun tibbdə istifadə olunan növləri

56. İstiot nanə bitkisinin farmakoqnostik xüsusiyyətləri

57. Bataqlıq gəcəvəri bitkisinin farmakoqnostik xüsusiyyətləri

58. Əkilən keşniş bitkisinin farmakoqnostik xüsusiyyətləri

59. Sünbüllü lavanda bitkisinin farmakoqnostik xüsusiyyətləri

60. Dərman bədrənci bitkisinin farmakoqnostik xüsusiyyətləri

61. Adi limon və digər sitrus bitkilərinin kimyəvi tərkibi və tibbdə istifadəsi

62. Adaçayının tibbdə istifadə olunan növləri

63. Evkaliptin tibbdə istifadə olunan növləri

64. Adi zirə bitkisinin farmakoqnostik xüsusiyyətləri

65. Adi dağtərxunu bitkisinin farmakoqnostik xüsusiyyətləri

66. Dərman pişikotu bitkisinin farmakoqnostik xüsusiyyətləri

67. Adi ardıc bitkisinin farmakoqnostik xüsusiyyətləri

68. Kafur ağacı bitkisinin farmakoqnostik xüsusiyyətləri

69. Ağ şam və şam cinslərindən olan bitkilərin tibbdə tədqiqi

70. Dağ öküzotu bitkisinin farmakoqnostik xüsusiyyətləri

71. Bataqlıq ladan kolu bitkisinin farmakoqnostik xüsusiyyətləri

72. Tozağacının tibbdə istifadə olunan növləri

73. Acı yovşan bitkisinin farmakoqnostik xüsusiyyətləri

74. Çobanyastığı cinsindən olan bitkilərin tibbdə tədqiqi

75. Adi boymadərən bitkisinin farmakoqnostik xüsusiyyətləri

76. Adi cirə bitkisinin farmakoqnostik xüsusiyyətləri

77. Adi razyana bitkisinin farmakoqnostik xüsusiyyətləri

78. Kəklikotunun tibbdə istifadə olunan növləri

79. Adi qaraqınıq bitkisinin farmakoqnostik xüsusiyyətləri

80. Qlikozidlərin ümumi xarakteristikası, quruluşlarının xüsusiyyətləri, təsnifatı və bitki aləmində yayılması

81. Tərkibində tioqlikozidlər olan dərman bitkiləri və xammalları

82. Tərkibində sianoqlikozidlər olan dərman bitkiləri və xammalları

83. Adi badam bitkisinin farmakoqnostik xüsusiyyətləri

84. Qara gəndalaş bitkisinin farmakoqnostik xüsusiyyətləri

85. Əkilən sarımsaq bitkisinin farmakoqnostik xüsusiyyətləri

86. Baş soğan bitkisinin farmakoqnostik xüsusiyyətləri

87. Sarept xardalı bitkisinin farmakoqnostik xüsusiyyətləri

88. İridoidlər (acı maddələr), biogenezi, təsnifatı, fiziki-kimyəvi xassələri və tibbdə tədqiqi

89. Çətirli isitməotu bitkisinin farmakoqnostik xüsusiyyətləri

90. Adi mayasarmaşığı bitkisinin farmakoqnostik xüsusiyyətləri

91. Uca aylant bitkisinin farmakoqnostik xüsusiyyətləri

92. Fenol birləşmələri, onların təsnifatı və bitki aləmində yayılması

93. Tərkibində fenolqlikozidlər olan dərman bitkiləri və xammalları

94. Adi ayıqulağı bitkisinin farmakoqnostik xüsusiyyətləri

95. Mərcangilə bitkisinin farmakoqnostik xüsusiyyətləri

96. Əkilən ənginar bitkisinin farmakoqnostik xüsusiyyətləri

97. Erkək ayıdöşəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri

98. Çəhrayı rodiola bitkisinin farmakoqnostik xüsusiyyətləri

99. Bənövşə cinsindən olan bitkilərin  tibbdə istifadəsi

100. Liqnanlar, onların təsnifatı, fiziki-kimyəvi xassələri və btiki aləmində yayılması

101. Çin cır limonu bitkisinin farmakoqnostik xüsusiyyətləri

102. Tikanlı eleuterokokk bitkisinin farmakoqnostik xüsusiyyətləri

103. Qalxanvari podofil bitkisinin farmakoqnostik xüsusiyyətləri

104. Ürək qlikozidləri, onların təsnifatı, fiziki-kimyəvi xassələri, btiki aləmində yayılması və tibbdə tədqiqi

105. Tərkibində kardenolidlər olan dərman bitkiləri və xammalları

106. Tərkibində bufadienolidlər olan dərman bitkiləri və xammalları

107. Üskükotu növləri və onlardan alınan dərman preparatları

108. Kombe strofantı bitkisinin farmakoqnostik xüsusiyyətləri

109. Yaz xoruzgülü bitkisinin farmakoqnostik xüsusiyyətləri

110. May inciçiçəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri

111. Boz sarılıqotu bitkisinin farmakoqnostik xüsusiyyətləri

112. Adi oleandr bitkisinin farmakoqnostik xüsusiyyətləri

113. Yunan güyəməsi bitkisinin farmakoqnostik xüsusiyyətləri

114. Çətənə kəndiri bitkisinin farmakoqnostik xüsusiyyətləri

115. Qafqaz şaxtagülü bitkisinin farmakoqnostik xüsusiyyətləri

116. Terpenoidlərin təsnifatı, bitki aləmində yayılması və tibbdə istifadəsi

117. Nişastanın bitki aləmində yayılması və əczaçılıq üçün əhəmiyyəti

118. Farmakoqnoziyanın əsas anlayışları, inkişaf tarixi və tibb üçün əhəmiyyəti

119. Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları

120. Dərman bitkilərinin təsnifat sistemləri (kimyəvi, morfoloji, botaniki və farmakoloji)

         

SƏRBƏST İŞLƏRİN VERİLMƏ MÜDDƏTİ

Mövzular

Son tarixi

1.

Bitki xammalının makroskopik və mikroskopik analiz üsulları

3-cü həftəyə qədər

2.

Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammallar

5-ci həftəyə qədər

3.

Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları

7-ci həftəyə qədər

4.

Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (keşniş, nanə, adaçayı, zirə, evkalipt)

9-cu həftəyə qədər

5.

Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (pişikotu, çobanyastığı, ardıc, kafur. sitvaryovşan) 

10-cu həftəyə qədər

6.

Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (tozağacı, acı yovşan, boymadərən, kəklikotu, qaraqınıq, razyana, cirə)

11-ci həftəyə qədər

7.

Tərkibində tioqlikozidlər, sianoqlikozidlər və acı maddələr olan dərman bitkiləri və xammalları

12-ci həftəyə qədər

8.

Tərkibində fenolqlikozidlər və liqnanlar olan dərman bitkiləri və xammalları

12-ci həftəyə qədər

9.

Tərkibində digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları

13-cü həftəyə qədər

10.

Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri və xammalları

13-cü həftəyə qədər

         

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

          Sərbəst işlərin nəticələri jurnala yazılır.

Kurs işi:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

Təcrübə:

Bu fənn üzrə təcrübə VI semestrin sonunda 21 iş günü ərzində  Farmakoqnoziya 1 və Farmakoqnoziya 2 fənnləri üzrə  nəzəri materialı möhkəmləndirmək  məqsədi ilə nəzərdə tutulub.  Tələbələr bu təcrübə zamanı bir sıra yabanı və becərilən dərman bitkiləri   ilə tanış olurlar,onların  səciyyəvi morfoloji xüsusiyyətləri , bitdiyi şərait, yayılma xarakterini öyrənirlər. Ekskursiyalar zamanı  rast gələn bitkilərdən tələbələr xammal nümunələri toplayıb, herbarilər hazırlayırlar.

 

          Ədəbiyyat və materiallar:

  1. Kərimov Y., Süleymanov T., İsayev C., Xəlilov C.  Farmakoqnoziya, Bakı, 2010.
  2. İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova  «Farmakoqnoziya» Bakı-1984
  3. Лекарственное растительное сырье. Фармакогнозия (учебное пособие). Санкт-Петербург, 2004
  4. Мурабьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Москва: Медицина, 2002.
  5. Практикум по фармакогнозии: Учеб. пособие для вузов. В.Н.Ковалев, Н.В.Попова, В.С. Кисличенко и др; Под общ. ред В.Н. Ковалева. Харьков, Изд-во Нора У, Золотые страницы, МТК, Книга, 2004
  6. Фармакогнозия. Атлас. Под редакцией Н.И.Гринкевич, Е.Я.Ладыгиной-М;   «Медицина» 1989.
  7. Химический анализ лекарственных растений Под редакцией Н.И.Гринкевич, Л.Н.Сафронич-М; «Высшая школа» 1983
  8. Энциклопедический словарь лекарственных растений и д. продуктов животного происхождения: Учебное пособие. Под ред. Г.П.Яковлева и К.Ф.Блиновой, 2-е изд, испр. И дон-Спб, Спец. Лит. Изд. СПХФА, 2002