Azərbaycan Tibb Universiteti "Təsdiq edirəm"
"Farmakoqnoziya-I" fənni üzrə "Farmakoqnoziya və botanika"
işçi-tədris proqramı (Sillabus) kafedrasının müdiri, professor C.İ.İsayev İmza:
Tarix:
Fənnin kodu:
Fənnin növü: Məcburi
Fənnin tədris semestri: V
Fənnin krediti: 4 kredit
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: azərbaycan dili, rus
Fənni tədris edən müəllim: baş müəllim S.E.Əliyeva
Kafedranın əlaqə nömrələri: (012) 597- 45- 40
E – mail: [email protected]
Prerekvizitlər:
Fənnin tədrisi üçün öncədən «Tibbi botanika-I», və «Tibbi botanika-II» fənnlərinin tədris olunması zəruridir.
Korekvizitlər:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.
Kursun təsviri:
Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.
Bu fənnin tədrisində farmakoqnoziyanın vəzifələri, qısa inkişaf tarixi, dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları dərman bitkilərinin öyrənilməsi, farmakoqnostik analiz üsulları xammalın eyniliyinin təyininə, ayrı-ayrı qrup bitkiləri və bitki orqanizmində ardıcıl gedən biokimyəvi proseslərə müvafiq olaraq tədarük edilən xammalların öyrənilməsi geniş şərh edilir.
Dərman bitkiləri tərkiblərindəki bioloji fəal maddələrin, dərman əhəmiyyətli maddələrin olmasına görə qruplara bölünərək öyrənilməsi, onların eyniliyi və keyfiyyəti makro və mikroskopik üsullarla aparılması tədris olunur. Bitkilərin tərkibindəki bioloji fəal maddələrin keyfiyyət və miqdarı farmakoqnostik analizin bütün növləri ilə aparılması tələbələrə öyrədilir.
Kursun məqsədi:
Dərman bitkilərinin öyrənilməsi: bioloji fəal maddələr, təsnifatı, fiziki-kimyəvi xassələri alınma üsulları, bitki aləmində, o cümlədən Azərbaycanda yayılışı, dərman bitkisinin xarici görünüşü və onun oxşar növlərdən və bitkilərdən morfoloji fərqləri, ekoloji xüsusiyyətləri, xammal bazası.
Praktiki vərdişlər:
Kurs müddətində tələbələr aşağıdakı vərdişlərə yiyələnməlidir:
Kursun nəticələri:
Bu fənn tədris olunarkən tələbələr dərman bitkiləri və xammalları ilə yaxından tanış olur və "Farmakoqnoziya-II" fənninə keçə bilirlər.
Fənnin laborator məşğələlərinin mövzuları:
Fənnin mühazirə mövzuları və mətnləri:
Qiymətləndirmə:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal imtahana qədər
O cümlədən
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
20 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.
10 bal – praktiki vərdişlərə yiyələnmək üzrə
50-bal imtahanda toplanılacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.
Qeyd:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.
A - «Əla» – 91-100
B - «Cox yaxşı» – 81-90
C - «Yaxşı» – 71-80
D - «Kafi» – 61-70
E - «Qənaətbəxş» – 51-60
F - «Qeyri-kafi» – 51 baldan aşağı
Sərbəst iş:
Sərbəst işlər üç yolla qəbul olunur:
Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.
Həmçinin tələbələr sərbəst işi PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər qiymətlə qiymətləndirilir.
Həmçinin də 5 sərbəst iş tapşırığı verilir. Hər sərbəst işə uyğun tələbələr tərəfindən 5 test sualı tərtib olunur və belə sərbəst iş 2 balla qiymətləndirilir, iş yazılı formada word faylı formasında, həcmi 3-4 səhifə(şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.
"FARMAKOQNOZİYA-I".
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Mövzular:
1. Dərman bitki xammalının makroskopik analiz üsulu
2. Dərman bitki xammalının mikroskopik analiz üsulu
3. Bioloji fəal maddələrin keyfiyyət reaksiyaları
4. Bioloji fəal maddələrin fiziki-kimyəvi üsullarla tədqiqi
5. Dərman bitkilərinin ilk metabolitləri
6. Dərman bitkilərinin ikincili metabolitləri
7. Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları
8. Tərkibində kitrələr olan dərman bitkiləri və xammalları
9. Tərkibində selik maddələri olan dərman bitkiləri və xammalları
10. Tərkibində inulin olan dərman bitkiləri və xammalları
11. Tərkibində pektin maddələri olan dərman bitkiləri və xammalları
12. Bağayarpağının tibbdə istifadə olunan növləri
13. Gülxətminin tibbdə istifadə olunan növləri
14. Adi dəvədabanı bitkisinin farmakoqnostik xüsusiyyətləri
15. Dəniz kələminin farmakoqnostik xüsusiyyətləri
16. Uca andız bitkisinin farmakoqnostik xüsusiyyətləri
17. Zəyərəkin tibbdə istifadə olunan növləri
18. Gəvən növləri və onların tibb praktikasında istifadəsi
19. Dərman acıqovuğu bitkisinin farmakoqnostik xüsuisyyətləri
20. Uzunmeyvəli heyva bitkisinin farmakoqnostik xüsuisyyətləri
21. Pambığın müxtəlif növləri və onlardan alınan xammalın tibbdə tətbiqi
22. Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları
23. Dərman bitkilərinin tərkibində olan vitaminlərin fiziki-kimyəvi xassələri və tibbdə istifadəsi
24. Alifatik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları
25. Alitsiklik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları
26. Aromatik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları
27. Heterotsiklik sıradan olan vitaminlərlə zəngin dərman bitkiləri və xammalları
28. Provitaminlər, onların tibbdə əhəmiyyəti
29. Vitaminəbənzər maddələr və onların əhəmiyyəti
30. İtburnunun tibbdə istifadə olunan növləri
31. Kələmin tibbdə istifadə olunan növləri
32. Dərman gülümbaharı bitkisinin farmakoqnostik xüsusiyyətləri
33. Adi quşarmudu bitkisinin farmakoqnostik xüsusiyyətləri
34. Əkilən yerkökü bitkisinin farmakoqnostik xüsusiyyətləri
35. Murdarçayabənzər çaytikanı bitkisinin farmakoqnostik xüsusiyyətləri
36. İkievli gicitkən bitkisinin farmakoqnostik xüsusiyyətləri
37. Adi qarğıdalı bitkisinin farmakoqnostik xüsusiyyətləri
38. Adi quşəppəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri
39. Adi başınağacı bitkisinin farmakoqnostik xüsusiyyətləri
40. Qarağatın tibbdə istifadə olunan növləri
41. Bataqlıq qurucası bitkisinin farmakoqnostik xüsusiyyətləri
42. Üçbölümlü üçbarmaq bitkisinin farmakoqnostik xüsusiyyətləri
43. Efir yağlarının biogenezi
44. Efir yağları və onların təsnifatı
45. Efir yağlarının fiziki-kimyəvi xassələri
46. Efir yağlarının bitkilər aləmində yayılması və istifadə tarixi
47. Dərman bitki xammalından efir yağlarının alınma üsulları
48. Efir yağlarının eynilik və miqdari təyini
49. Efir yağlarının tibbdə tətbiqi
50. Tərkibində atsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları
51. Tərkibində monotsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları
52. Tərkibində bitsiklik monoterpenlər olan dərman bitkiləri və xammalları
53. Tərkibində seskviterpenlər olan dərman bitkiləri və xammalları
54. Tərkibində aromatik birləşmələr olan dərman bitkiləri və xammalları
55. Qızılgül və onun tibbdə istifadə olunan növləri
56. İstiot nanə bitkisinin farmakoqnostik xüsusiyyətləri
57. Bataqlıq gəcəvəri bitkisinin farmakoqnostik xüsusiyyətləri
58. Əkilən keşniş bitkisinin farmakoqnostik xüsusiyyətləri
59. Sünbüllü lavanda bitkisinin farmakoqnostik xüsusiyyətləri
60. Dərman bədrənci bitkisinin farmakoqnostik xüsusiyyətləri
61. Adi limon və digər sitrus bitkilərinin kimyəvi tərkibi və tibbdə istifadəsi
62. Adaçayının tibbdə istifadə olunan növləri
63. Evkaliptin tibbdə istifadə olunan növləri
64. Adi zirə bitkisinin farmakoqnostik xüsusiyyətləri
65. Adi dağtərxunu bitkisinin farmakoqnostik xüsusiyyətləri
66. Dərman pişikotu bitkisinin farmakoqnostik xüsusiyyətləri
67. Adi ardıc bitkisinin farmakoqnostik xüsusiyyətləri
68. Kafur ağacı bitkisinin farmakoqnostik xüsusiyyətləri
69. Ağ şam və şam cinslərindən olan bitkilərin tibbdə tədqiqi
70. Dağ öküzotu bitkisinin farmakoqnostik xüsusiyyətləri
71. Bataqlıq ladan kolu bitkisinin farmakoqnostik xüsusiyyətləri
72. Tozağacının tibbdə istifadə olunan növləri
73. Acı yovşan bitkisinin farmakoqnostik xüsusiyyətləri
74. Çobanyastığı cinsindən olan bitkilərin tibbdə tədqiqi
75. Adi boymadərən bitkisinin farmakoqnostik xüsusiyyətləri
76. Adi cirə bitkisinin farmakoqnostik xüsusiyyətləri
77. Adi razyana bitkisinin farmakoqnostik xüsusiyyətləri
78. Kəklikotunun tibbdə istifadə olunan növləri
79. Adi qaraqınıq bitkisinin farmakoqnostik xüsusiyyətləri
80. Qlikozidlərin ümumi xarakteristikası, quruluşlarının xüsusiyyətləri, təsnifatı və bitki aləmində yayılması
81. Tərkibində tioqlikozidlər olan dərman bitkiləri və xammalları
82. Tərkibində sianoqlikozidlər olan dərman bitkiləri və xammalları
83. Adi badam bitkisinin farmakoqnostik xüsusiyyətləri
84. Qara gəndalaş bitkisinin farmakoqnostik xüsusiyyətləri
85. Əkilən sarımsaq bitkisinin farmakoqnostik xüsusiyyətləri
86. Baş soğan bitkisinin farmakoqnostik xüsusiyyətləri
87. Sarept xardalı bitkisinin farmakoqnostik xüsusiyyətləri
88. İridoidlər (acı maddələr), biogenezi, təsnifatı, fiziki-kimyəvi xassələri və tibbdə tədqiqi
89. Çətirli isitməotu bitkisinin farmakoqnostik xüsusiyyətləri
90. Adi mayasarmaşığı bitkisinin farmakoqnostik xüsusiyyətləri
91. Uca aylant bitkisinin farmakoqnostik xüsusiyyətləri
92. Fenol birləşmələri, onların təsnifatı və bitki aləmində yayılması
93. Tərkibində fenolqlikozidlər olan dərman bitkiləri və xammalları
94. Adi ayıqulağı bitkisinin farmakoqnostik xüsusiyyətləri
95. Mərcangilə bitkisinin farmakoqnostik xüsusiyyətləri
96. Əkilən ənginar bitkisinin farmakoqnostik xüsusiyyətləri
97. Erkək ayıdöşəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri
98. Çəhrayı rodiola bitkisinin farmakoqnostik xüsusiyyətləri
99. Bənövşə cinsindən olan bitkilərin tibbdə istifadəsi
100. Liqnanlar, onların təsnifatı, fiziki-kimyəvi xassələri və btiki aləmində yayılması
101. Çin cır limonu bitkisinin farmakoqnostik xüsusiyyətləri
102. Tikanlı eleuterokokk bitkisinin farmakoqnostik xüsusiyyətləri
103. Qalxanvari podofil bitkisinin farmakoqnostik xüsusiyyətləri
104. Ürək qlikozidləri, onların təsnifatı, fiziki-kimyəvi xassələri, btiki aləmində yayılması və tibbdə tədqiqi
105. Tərkibində kardenolidlər olan dərman bitkiləri və xammalları
106. Tərkibində bufadienolidlər olan dərman bitkiləri və xammalları
107. Üskükotu növləri və onlardan alınan dərman preparatları
108. Kombe strofantı bitkisinin farmakoqnostik xüsusiyyətləri
109. Yaz xoruzgülü bitkisinin farmakoqnostik xüsusiyyətləri
110. May inciçiçəyi bitkisinin farmakoqnostik xüsusiyyətləri
111. Boz sarılıqotu bitkisinin farmakoqnostik xüsusiyyətləri
112. Adi oleandr bitkisinin farmakoqnostik xüsusiyyətləri
113. Yunan güyəməsi bitkisinin farmakoqnostik xüsusiyyətləri
114. Çətənə kəndiri bitkisinin farmakoqnostik xüsusiyyətləri
115. Qafqaz şaxtagülü bitkisinin farmakoqnostik xüsusiyyətləri
116. Terpenoidlərin təsnifatı, bitki aləmində yayılması və tibbdə istifadəsi
117. Nişastanın bitki aləmində yayılması və əczaçılıq üçün əhəmiyyəti
118. Farmakoqnoziyanın əsas anlayışları, inkişaf tarixi və tibb üçün əhəmiyyəti
119. Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları
120. Dərman bitkilərinin təsnifat sistemləri (kimyəvi, morfoloji, botaniki və farmakoloji)
SƏRBƏST İŞLƏRİN VERİLMƏ MÜDDƏTİ
№ |
Mövzular |
Son tarixi |
1. |
Bitki xammalının makroskopik və mikroskopik analiz üsulları |
3-cü həftəyə qədər |
2. |
Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammallar |
5-ci həftəyə qədər |
3. |
Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları |
7-ci həftəyə qədər |
4. |
Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (keşniş, nanə, adaçayı, zirə, evkalipt) |
9-cu həftəyə qədər |
5. |
Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (pişikotu, çobanyastığı, ardıc, kafur. sitvaryovşan) |
10-cu həftəyə qədər |
6. |
Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları (tozağacı, acı yovşan, boymadərən, kəklikotu, qaraqınıq, razyana, cirə) |
11-ci həftəyə qədər |
7. |
Tərkibində tioqlikozidlər, sianoqlikozidlər və acı maddələr olan dərman bitkiləri və xammalları |
12-ci həftəyə qədər |
8. |
Tərkibində fenolqlikozidlər və liqnanlar olan dərman bitkiləri və xammalları |
12-ci həftəyə qədər |
9. |
Tərkibində digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları |
13-cü həftəyə qədər |
10. |
Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri və xammalları |
13-cü həftəyə qədər |
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.
Sərbəst işlərin nəticələri jurnala yazılır.
Kurs işi:
Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.
Təcrübə:
Bu fənn üzrə təcrübə VI semestrin sonunda 21 iş günü ərzində Farmakoqnoziya 1 və Farmakoqnoziya 2 fənnləri üzrə nəzəri materialı möhkəmləndirmək məqsədi ilə nəzərdə tutulub. Tələbələr bu təcrübə zamanı bir sıra yabanı və becərilən dərman bitkiləri ilə tanış olurlar,onların səciyyəvi morfoloji xüsusiyyətləri , bitdiyi şərait, yayılma xarakterini öyrənirlər. Ekskursiyalar zamanı rast gələn bitkilərdən tələbələr xammal nümunələri toplayıb, herbarilər hazırlayırlar.
Ədəbiyyat və materiallar: