Farmakoqnoziya 2 - sillabus

Azərbaycan Tibb Universiteti                                    «Təsdiq edirəm»

«Farmakoqnoziya-2» fənni üzrə                      «Farmakoqnoziya və botanika»

işçi-tədris proqramı (Sillabus)                            kafedrasının müdiri professor C.İ.İsayev

                                                                           İmza

                                                                           Tarix

                                                                                               

Fənnin kodu:

Fənnin növü:                                                        Məcburi

Fənnin tədris semestri:                                           VI

Fənnin krediti:                                                      4 kredit

Fənnin tədris forması:                                           Əyani

Fənnin tədris dili:                                                  Azərbaycan, rus

Fənni tədris edən müəllim:                                    baş müəllim S.E.Əliyeva

                                                                                          

Kafedranın əlaqə nömrələri:                                  (012) 597- 45- 40 

E – mail:                                                               [email protected]

 

 

Prerekvizitlər:

Fənnin tədrisi üçün öncədən «Farmakoqnoziya-I» fənninin tədris olunması zəruridir.

Korekvizitlər:

 Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

Kursun təsviri:

Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.

«Farmakoqnoziya-II» fənni üzrə bölmələr olan «Tərkibində saponinlər, antrasentörəmələri, flavonoidlər, kumarinlər və xromonlar, aşı maddələri, piyli yağlar, müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları» mövzusu üzrə dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, xammalın farmakoqnostik tədqiqi üsulları geniş şəth olunur.

Kursun məqsədi:          

Tərkibində saponinlər, antrasen törəmələri, flavonoidlər, kumarinlər və xromonlar, aşı maddələri, piyli yağlar, müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları» mövzularınıtələbələrə aşılamaq.

Kursun nəticələri:

Bu fənn tədris olunarkən tələbələr dərman bitkiləri və xammalları ilə yaxından tanış olur .  Dərman bitkiləri tərkiblərindəki bioloji fəal maddələrin ,dərman əhəmiyyətli maddələrin    olmasına  görə qruplara bölünərək öyrənilir,onların eyniliyi və keyfiyyətinin təyinin aparılması tələbələrə öyrədilir və bundan sonra onlar  «Farmakoqnoziya-III» fənninə keçə bilirlər.

         

Kurs işi:

Əczaçılıq fakultəsinin III kurs tələbələri tədris proqramına uyğun olaraq farmakoqnoziyadan kurs işlərini yerinə yetirməlidirlər. Kurs işlərinin mövzuları qa-baqcadan müəyyənləşdirilmiş, onların yerinə yetirilməsi üçün tövsiyyə olunan ədəbiyyatların siyahısı tərtib edilir və tələbələrə təqdim olunur. Ədəbiyyatların toplanması, onlardan istifadə etmə  və kurs  işlərinin tərtib olunma qaydası haqqında hər bir tələbəyə fərdi şəkildə izahat verilir. Kurs işləri referativ  və eksperimental xarakterli ola bilər

 

Kurs işinin mövzuları:

  1. Adi alaqanqal bitkisinin tibbdə istifadəsi
  2. Adi dazı bitkisinin tibbdə istifadəsi
  3. Adi xanımotu bitkisinin tibbdə istifadəsi
  4. Adi jenşen bitkisinin tibbdə istifadəsi
  5. Ağrıkəsici dərman bitkiləri
  6. Alkaloidlər, onların xarakteristikası, təsnifatı və analizi
  7. Allergiya əleyhinə dərman bitkiləri
  8. Antrasen törəmələri, xarakteristikası, təsnifatı və analizi
  9. Antihipoksant dərman bitkiləri
  10. Antikoaqulyant dərman bitkiləri
  11. Antimikrob dərman bitkiləri
  12. Antiskleroz dərman bitkiləri
  13. Aptek çobanyastığı bitkisinin tibbdə istifadəsi
  14. Araliyakimilər fəsiləsinin dərman bitkiləri
  15. Aşı maddələri, onların xarakteristikası, təsnifatı və analizi
  16. Azərbaycan Respublikasının Qırmızı Kitabı-na daxil edilmiş dərman bitkiləri
  17. Azərbaycanın dərman bitkiləri
  18. Badımcankimilər fəsiləsinin dərman bitkiləri
  19. Bal arısı və onun məhsulları
  20. Becərilən dərman bitkiləri
  21. Becərilən efir yağlı dərman bitkiləri
  22. Bəlğəmgətirici dərman bitkiləri
  23. Büzüşdürücü effektə malik dərman bitkiləri
  24. Bitki mənşəli antioksidantlar
  25. Birillik dərman bitkiləri
  26. Birləpəli dərman bitkiləri
  27. Büzüşdürücü dərman bitkiləri
  28. Çəmənlik ərazidə bitən dərman bitkiləri
  29. Çətirçiçəkkimilər fəsiləsinin dərman bitkiləri
  30. Çoxillik dərman bitkiləri
  31. Çoxillik ot dərman bitkiləri
  32. Dağlıq ərazidə bitən dərman bitkiləri
  33. Dəri xəstəliklərində istifadə olunan dərman bitkiləri
  34. Dərman bitkilərinin becərilməsi
  35. Dərman bitkilərinin əmtəəçilik analizi
  36. Dərman bitkilərinin morfoloji-anatomik əlamətlərinin öyrənilməsi
  37. Dərman bitkilərinin standartlaşdırılması
  38. Dərman bitkilərinin səmərəli toplanma üsulları
  39. Dərman bitki xammalının ehtiyatının təyini üsulları
  40. Dərman bitkilərinin tərkibində olan müxtəlif qrup bioloji fəal maddələrin xarakteristikası
  1. Dərman pişikotu bitkisinin tibbdə istifadəsi
  2. Dodaqçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
  3. Ekdiosteroidlər, onların tibbdə istifadə perspektivləri
  4. Ekotoksinlər və onların insan orqanizmi üçün təhlükəsi
  5. Endokrin sistemin xəstəliklərində istifadə olunan dərman bitkiləri
  6. Ədviyyatlar və onların tibbdə istifadəsi
  7. Farmakopeyalar və onların tərkibinə daxil edilmiş dərman bitki xammalları
  8. Fiziki xassələrinə görə isitifadə olunan bitkilər (pambıq, sfaqnum,quzu plaunu)
  9. Flavonoidlər, onların xarakteristikası, təsnifatı və analizi
  10. Fotosensibilizəedici fəallığa malik dərman bitkiləri
  11. Ginekoloji xəstəliklərdə istifadə olunan dərman bitkiləri
  12. Göz xəstəliklərində istifadə olunan dərman bitkiləri
  13. Gülçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
  14. Hepatoprotektor xassəli dərman bitkiləri
  15. Heyvan mənşəli dərman xammalları
  16. Heyvan mənşəli zəhərlər və onların tibbi əhəmiyyəti
  17. Hərarətsalıcı dərman bitkiləri
  18. Həzm sistemi vəzilərinin sekresiyasını azaldan dərman bitkiləri
  19. Hipotenziv dərman bitkiləri
  20. Homeopatiyada istifadə edilən dərman bitkiləri
  21. Xalq təbabətində istifadə olunan dərman bitkiləri
  22. Xarici ölkələrin dərman bitkiləri
  23. Xərçəng xəstəliklərində istifadə olunan dərman bitkiləri
  24. İkievli dərman bitkiləri
  25. İkiillik dərman bitkiləri
  26. İltihab əleyhinə istifadə olunan dərman bitkiləri
  27. İmmunodefisit vəziyyətlərdə istifadə olunan dərman bitkiləri
  28. İşlədici dərman bikiləri
  29. İtburnu cinsinə aid bitkilərin tibbdə istifadəsi
  30. Jenşen və onun əvəzediciləri
  31. Kardenolidlər, onların analizi və bioğenezi
  32. Kardiotonik dərman bitkiləri
  33. Kəndirkimilər fəsiləsinin dərman bitkiləri
  34. Köp əleyhinə istifadə olunan dərman bitkiləri
  35. Kumarinlər, xarakteristikası, təsnifatı və analizi
  36. Qankəsici dərman bitkiləri
  37. Qan təzyiqini yüksəldən dərman bitkiləri
  38. Qaraciyər xəstəliklərində istifadə olunan dərman bitkiləri
  39. Qırxbuğumkimilər fəsiləsindən olan dərman bitkiləri
  40. Qulaq-boğaz-burun xəstəliklərində istifadə olunan dərman bitkiləri
  41. Qusdurucu effektə malik dərman bitkiləri
  42. Qusma əleyhinə dərman bitkiləri
  43. Laktasiyanı artıran dərman bitkiləri
  44. Laktasiyanı azaldan dərman bitkiləri
  45. Lipidlər, onların xarakteristikası, təsnifatı və analizi
  46. Lianşəkilli dərman bitkiləri
  47. Maddələr mübadiləsi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  48. Mədə-bağırsaq sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  49. Mədə şirəsinin sekresiyasını stimullaşdıran dərman bitkiləri
  50. Mərkəzi sinir sisteminə tonizəedici və adaptogen təsir göstərən dərman bitkiləri
  51. Müxtəlif qrup dərman bitki xammallarının birincili işlənməsi və saxlanması  
  52. Meşəlik ərazidə bitən dərman bitkiləri
  53. Müalicəvi fitokosmetika
  54. Mürəkkəbçiçəklilər fəsiləsinin dərman bitkiləri
  55. Öddaşı xəstəliklərində istifadə olunan dərman bitkiləri
  56. Ödqovucu dərman bitkiləri
  57. Ödyaradıcı dərman bitkiləri
  58. Paxlakimilər fəsiləsinin dərman bitkiləri
  59. Pankreatik şirənin sekresiyasını stimullaşdıran dərman bitkiləri
  60. Polifenol birləşmələri
  61. Revmatik xəstəliklərdə istifadə olunan dərman bitkiləri
  62. Sakitləşdirici təsir göstərən dərman bitkiləri
  63. Saponinlər, onların təsnifatı, analizi və bioğenezi
  64. Səhra və yarımsəhra ərazilərdə bitən dərman bitkiləri
  65. Sidik-ifrazat sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  66. Sidikqovucu dərman bitkiləri
  67. Sinir sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  68. Spazmolitik dərman bitkiləri
  69. Stomatoloji xəstəliklərdə istifadə olunan dərman bitkiləri
  70. Strofant və onun əvəzediciləri
  71. Şəkərli diabetdə istifadə olunan dərman bitkiləri
  72. Tənəffüs sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  73. Tərkibində askorbin turşusu olan dərman bitkiləri
  74. Tərkibində antrasen törəmələri olan dərman bitkiləri
  75. Tərkibində alkaloidlər olan dərman bitkiləri
  76. Tərkibində alkaloidlər olan becərilən dərman bitkiləri
  77. Tərkibində aromatik efir yağları olan dərman bitkiləri
  78. Tərkibində atsiklik alkaloidlər olan dərman bitkiləri
  79. Tərkibində aşı maddələri olan dərman bitkiləri
  80. Tərkibində efir yağları olan becərilən dərman bitkiləri
  81. Tərkibində efir yağları olan kol dərman bitkiləri
  82. Tərkibində efir yağları olan dodaqçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
  83. Tərkibində efir yağları olan mürəkkəbçiçəklilər fəsiləsinin dərman bitkiləri
  84. Tərkibində atikslik efir yağları olan dərman bitkiləri
  85. Tərkibində bitsiklik efir yağları olan dərman bitkiləri
  86. Tərkibində diterpen alkaloidlər olan dərman bitkiləri
  87. Tərkibində fenol birləşmələri olan dərman bitkiləri
  88. Tərkibində fenol birləşmələri olan ağac dərman bitkiləri
  89. Tərkibində fenol birləşmələri olan kol dərman bitkiləri
  90. Tərkibində fenolqlikozidlər olan dərman bitkiləri
  91. Tərkibində hidroliz olunan aşı maddələri olan dərman bitkiləri
  92. Tərkibində xinolizidin alkaloidlər olan dərman bitkiləri
  93. Tərkibində indol alkaloidlər olan dərman bitkiləri
  94. Tərkibində iridoidlər olan dərman bitkiləri
  95. Tərkibində izoxinolin alkaloidlər olan dərman bitkiləri
  96. Tərkibində karotinoidlər olan dərman bitkiləri
  97. Tərkibində kondensləşmiş aşı maddələri olan dərman bitkiləri
  98. Tərkibində kumarin və xromon olan dərman bitkiləri
  99. Tərkibində liqnanlar olan dərman bitkiləri
  100. Tərkibində monotsiklik efir yağları olan dərman bitkiləri
  101. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri
  102. Tərkibində müxtəlif qrup flavonoidlər oaln dərman bitkiləri
  103. Tərkibində pirrolizidin alkaloidlər olan dərman bitkiləri
  104. Tərkibində polisaxaridlər olan dərman bitkiləri
  105. Tərkibində seskviterpen efir yağları olan dərman bitkiləri
  106. Tərkibində steroid alkaloidlər olan dərman bitkiləri
  107. Tərkibində tio- və sianoqlikzidlər olan dərman bitkiləri
  108. Tərkibində steroid saponinlər olan dərman bitkiləri
  109. Tərkibində triterpen saponinlər olan dərman bitkiləri
  110. Tərkibində tropan alkaloidlər olan dərman bitkiləri
  111. Tərkibində vitaminlər olan dərman bitkiləri
  112. Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri
  113. Tibbdə və məişətdə istifadə olunan efir yağlı dərman bitkiləri
  114. Triterpen saponinlər, onların analizi, biogenezi və praktiki əhəmiyyətli
  115. Ümumi gücləndirici təsirə malik dərman bitkiləri
  116. Ürək-damar sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
  117. Yabanı drəman bitkilərinin əsas mühafizə tədbirləri
  118. Yarsağaldıcı dərman bitkiləri
  119. Yemişan cinsinə aid bitkilərin tibbdə istifadəsi
  120. Yumşaldıcı və bürüyücü təsirli dərman bitkiləri
  121. Zəhərli dərman bitkiləri

 

Fənnin mühazirə mövzuları və  mətnləri:

  1. Saponinlər. Antrasentörəmələri. Ümumi xarakteristikası, aqlikon və şəkərli komponentlərinin xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi və bioloji xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalın tədarük olunma xüsusiyyətləri, istifadə yolları, analiz üsulları. Azərbaycan və xarici ölkə alimlərinin saponinli və tərkibində antrasentörəmələri olan dərman bitkilərinin öyrənilməsində rolu.
  2. Flavonoidlər, ümumi xarakteristikası, kimyəvi quruluşunun  xüsusiyyətləri, fiziki-kimyəvi xüsusiyyətləri, təsnifatı və xammalın analizi, bitki aləmində yayılması, lokalizasiyası, bitkilərdə fizioloji rolu. Bitkinin vegetasiya fazasının ətraf mühit amillərinin bitkilərdə flavonoidlərin əmələ gəlməsinə və toplanmasına təsiri, tərkibində flavonoidlər olan xammalların qurudulması və saxlanması xüsusiyyətləri, tibbdə istifadəsi. Tərkibində flavonoidlər olan dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu.
  3. Kumarinlər və xromonlar. Aşı maddələri. Kimyəvi quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalının tədarükünün xüsusiyyətləri. İstifadə yolları, tərkibində kumarinlər və xromonlar olan bitkilərin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin bu sahədə rolu.
  4. Piyli yağlar, quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi  xassələri, alınma üsulları, saxlanma qaydası, tətbiqi. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri.

 

Fənnin laborator məşğələlərinin mövzuları:

1.Tərkibində saponinlər olan dərman bitkiləri və xammaları.

1.Biyan kökü

2.Qatırquyruğunun otu

3.Dioskoreyanın kökümsovu ilə kökü

4.Böyrəkçayı yarpağı

5.Yukkanın yarpağı

6.Atşabalıdının toxumu

7.Araliyanın kökü

8.Exinopanaksın kökümsovu ilə kökü

9.Jenşenin kökü

 

Saponinli dərman bitki xammalının analizi

2.Tərkibində antrasen törəmələri və onların qlikozidləri olan dərman bitkiləri və xammalları.

1.Səna yarpağı

2.Kövrək murdarçanın qabığı

3.İşlədici murdarçanın qabığı

4.Əzvay yarpağı

5.Rəvənd kökü

6.Dazı otu

7.Əvəliyin kökü

8.Adi boyaqotunun kökümsovu ilə kökləri

Dərman bitki xammalında antrasen törəmələrinin analizi.

3. Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları.

1.Qumluq ödotunun çiçəkləri

2.Su bibərinin otu

3.Qırmızıbaş qırxbuğumun otu

4.Quşbuğdasının otu

5.Bataqlıq qurucasının otu

6.Dağtərxunu çiçəyi

7.Yemişanın çiçəyi və meyvəsi

8.Çökənin çiçəkləri

9.Üçbarmaq otu

10.Biyanın kökü

11.Paxlakolu kökü

12.Çiçəkləri tüklü gəvənin otu

13.Başlıqotunun kökü

14.Göyçiçək çiçəkləri

15.Bənövşə otu

16.Yapon soforasının çiçəyi və meyvəsi

17.Limon və naringi meyvələrinin qabığı

18.Şirquyruğu otu

19.Çay yarpağı

20.Qarameyvəli aroniyanın meyvələri

Dərman bitki xammalında flavonoidlərin analizi. 

 

4. Tərkibində   kumarinlər və xromonlar olan dərman bitki xammalları.

1.Bostan şüyüdün meyvəsi

2.Əncir yarpağı

3.Cırhavuc (xımı) meyvəsi

4.Yerköküyəbənzər dişqurdlayanın meyvəsi

5.Atşabalıdının toxumu

6.İri dişqurdlayanın meyvəsi

7.Şişmeyvə kökümsovu və kökləri

8.Psoraleyanın meyvəsi

9.Xəşəmbül otu

Kumarinlərin analizi.                                                          

 

5. Tərkibində  aşı maddələri olan dərman bitkiləri və xammalları.

1.Sumaq yarpağı

2.Sarağan yarpağı

3.Palıd qabığı

4.Qızılağacın hamaşmeyvələri

5.Qaytarmanın kökümsovu

6.Qurdpəncəsinin kökümsovu

7.Sincanotunun kökümsovu ilə kökləri

8.Badanın kökümsovu və yarpağı

9.Qaragilə meyvəsi və zoğları

10.Fırlar

11.Meşəgilasının meyvəsi

Aşı maddələrinin analizi.

 

6.  Tərkibində piyli yağlar olan dərman  bitkiləri və xammalları

1.Zeytun meyvəsi

2.Gənəgərçək toxumu

Yağlar: badam, ərik, şaftalı, yerfındığı, günəbaxan, fıstıq, kakao, qarğıdalı, pambıq, zəyərək. Yağların analizi.

 

7. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitki xammalları:

1.Çaqa

2.Təzə kalanxoy zoğları

3.Levzeyanın kökümsovu və kökü

4.Evkommiya qabığı

5.Buynuzbaşın kökümsovu və kökü

6.Çörəkotu toxumu

7.Bağambürcun zoğları

8.Sarıkök kökümsovu

9.Darçının qabığı

10.Zəncəfil kökümsovu

Yekun dərs.

 

Qiymətləndirmə:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

50 bal imtahana qədər

O cümlədən

10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

10 bal - kurs işi

10 bal – bacarıq işlərinin yerinə yetirilməsi

10 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.

50-bal imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.

 

Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.

A - «Əla» – 91-100

B - «Cox yaxşı» – 81-90

C - «Yaxşı» – 71-80

D - «Kafi» – 61-70

E - «Qənaətbəxş» – 51-60

F - «Qeyri-kafi» – 51 baldan aşağı

 

Sərbəst iş:

Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Mövzular:

  1. Saponinlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  2.  Saponinlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  3. Saponinlərin eynilik və miqdari təyinatı
  4. Saponinlərin tibbi əhəmiyyəti
  5. Triterpen saponinlər
  6. Tetrasiklik saponinlər
  7. Steroid saponinlər
  8. Tüksüz biyanın farmakoqnostik xüsusiyyətləri
  9. Çöl qatırquyruğunun farmakoqnostik xüsusiyyətləri
  10. Dioskoreya növlərinin farmakoqnostik xüsusiyyətləri
  11. Adi atşabalıdının farmakoqnostik xüsusiyyətləri
  12. Jenşen bitkisinin farmakoqnostik xüsusiyyətləri
  13. Mancur araliyasının farmakoqnostik xüsusiyyətləri
  14. Hündür exinopanaksın farmakoqnostik xüsusiyyətləri
  15. Sizal aqavasının farmakoqnostik xüsusiyyətləri
  16. Gözəl yukkanın farmakoqnostik xüsusiyyətləri
  17. Böyrəkçayının farmakoqnostik xüsusiyyətləri
  18. Adi daşsarmaşığının farmakoqnostik xüsusiyyətləri
  19. Mavi göyümçiçəyin farmakoqnostik xüsusiyyətləri
  20. Antrasen tərəmələri. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  21. Antrasen tərəmələrinin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  22. Antrasen törəmələrinin eynilik və miqdari təyinatı
  23. Antrasen törəmələrinin tibbi əhəmiyyəti
  24. At əvəliyi bitkisinin farmakoqnostik xüsusiyyətləri
  25. Adi boyaqotunun farmakoqnostik xüsusiyyətləri
  26. İşlədici murdarçanın farmakoqnostik xüsusiyyətləri
  27. Kövrək murdarçanın farmakoqnostik xüsusiyyətləri
  28. Ağacşəkilli əzvayın farmakoqnostik xüsusiyyətləri
  29. Tanqut rəvəndinin farmakoqnostik xüsusiyyətləri
  30. Şişyarpaq sənanın farmakoqnostik xüsusiyyətləri
  31. Adi dazının farmakoqnostik xüsusiyyətləri
  32. Flavonoidlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  33. Flavonoidlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  34. Flavonoidlərin biogenezi
  35. Flavonoidlərin eynilik və miqdari təyinatı
  36. Flavonoidlərin tibbi əhəmiyyəti
  37. Bənövşə növlərinin farmakoqnostik xüsusiyyətləri
  38. Adi limonun farmakoqnostik xüsusiyyətləri
  39. Yemişan növlərinin farmakoqnostik xüsusiyyətləri
  40. Mavi göyçiçək bitkisinin farmakoqnostik xüsusiyyətləri
  41. Yapon soforasının farmakoqnostik xüsusiyyətləri
  42. Adi şirquyruğunun farmakoqnostik xüsusiyyətləri
  43. Tüklü ervanın farmakoqnostik xüsusiyyətləri
  44. Adi alaqanqalın farmakoqnostik xüsusiyyətləri
  45. Baykal başlıqotunun farmakoqnostik xüsusiyyətləri
  46. Cökə növlərinin farmakoqnostik xüsusiyyətləri
  47. Üçbölümlü üşbarmağın farmakoqnostik xüsusiyyətləri
  48. Çöl paxlakolunun farmakoqnostik xüsusiyyətləri
  49. Qumluq ödotunun farmakoqnostik xüsusiyyətləri
  50. Bataqlıq qurucasının farmakoqnostik xüsusiyyətləri
  51. Adi su bibərinin farmakoqnostik xüsusiyyətləri
  52. Qırmızıbaş qırxbuğumun farmakoqnostik xüsusiyyətləri
  53. Adi quşbuğdasının farmakoqnostik xüsusiyyətləri
  54. İkidilimli qinkqonun farmakoqnostik xüsusiyyətləri
  55. Kənafvarı dəliçətənənin farmakoqnostik xüsusiyyətləri
  56. Çin çayının farmakoqnostik xüsusiyyətləri
  57. Qarameyvəli aroniyanın farmakoqnostik xüsusiyyətləri
  58.  Kumarinlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  59. Kumarinlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  60. Kumarinlərin biogenezi
  61. Kumarinlərin eynilik və miqdari təyinatı
  62. Kumarinlərin tibbi əhəmiyyəti
  63. Dərman xəşəmbülünün farmakoqnostik xüsusiyyətləri
  64. Tumlu psoraleyanın farmakoqnostik xüsusiyyətləri
  65. İri dişqurtlayanın farmakoqnostik xüsusiyyətləri
  66. Əkilən cırhavucun farmakoqnostik xüsusiyyətləri
  67. Xromonlar, xarakteristikası, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  68. Xromonların eynilik və miqdari təyinatı. Onların tibbi əhəmiyyəti
  69. Yerköküyəbənzər dişqurtlayanın farmakoqnostik xüsusiyyətləri
  70. Aşı maddələri. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  71. Aşı maddələrinin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
  72. Aşı maddələrinin biogenezi
  73. Aşı maddələrinin eynilik və miqdari təyinatı
  74. Aşı maddələrinin tibbi əhəmiyyəti
  75. Aşı sumağın farmakoqnostik xüsusiyyətləri
  76. Koqqiqriya sarağanının farmakoqnostik xüsusiyyətləri
  77. Qızılağac növlərinin farmakoqnostik xüsusiyyətləri
  78. Adi palıdın farmakoqnostik xüsusiyyətləri
  79. Adi narın farmakoqnostik xüsusiyyətləri
  80. Düzqalxan qaytarmanın farmakoqnostik xüsusiyyətləri
  81. Qurdpəncəsinin farmakoqnostik xüsusiyyətləri
  82. Adi qaragilənin farmakoqnostik xüsusiyyətləri
  83. Dərman sincanotunun farmakoqnostik xüsusiyyətləri
  84. Yoğunyarpaq badanın farmakoqnostik xüsusiyyətləri
  85. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan bitkilərin tibbi əhəmiyyəti
  86. Safloraoxşar levzeyanın farmakoqnostik xüsusiyyətləri
  87. Ağ bağamburcun farmakoqnostik xüsusiyyətləri
  88. Adi zəfəranın farmakoqnostik xüsusiyyətləri
  89. Dərman rozmarinin farmakoqnostik xüsusiyyətləri
  90. Mixək ağacının farmakoqnostik xüsusiyyətləri
  91. Sabdafil hibiskusunun farmakoqnostik xüsusiyyətləri
  92. Dərman zəncəfilinin farmakoqnostik xüsusiyyətləri
  93. Sarıkökün farmakoqnostik xüsusiyyətləri
  94. Çin darçının farmakoqnostik xüsusiyyətləri
  95. Boynubükük buynuzbaşın farmakoqnostik xüsusiyyətləri
  96. Dəməşq çörəkotunun farmakoqnostik xüsusiyyətləri
  97. Meşə çiyələyinin farmakoqnostik xüsusiyyətləri
  98. Əyriborulu qov göbələyinin farmakoqnostik xüsusiyyətləri
  99. Yunan qozunun farmakoqnostik xüsusiyyətləri
  100. İri atpıtrağının  farmakoqnostik xüsusiyyətləri
  101. Lələkvari kalanxoyenin farmakoqnostik xüsusiyyətləri
  102. Lipidlər. Təsnifatı, ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
  103. Avropa zeytununun farmakoqnostik xüsusiyyətləri
  104. Adi badamın farmakoqnostik xüsusiyyətləri
  105. Adi şaftalının farmakoqnostik xüsusiyyətləri
  106. Adi gənəgərçəyin farmakoqnostik xüsusiyyətləri
  107. Birillik günəbaxanın farmakoqnostik xüsusiyyətləri
  108. Balqabaq növlərinin farmakoqnostik xüsusiyyətləri
  109. Yerfındığının farmakoqnostik xüsusiyyətləri
  110. Adi qarğıdalının farmakoqnostik xüsusiyyətləri
  111. Pambıq növlərinin farmakoqnostik xüsusiyyətləri
  112. Adi zəyərəyin farmakoqnostik xüsusiyyətləri
  113. Kakao ağacının farmakoqnostik xüsusiyyətləri
  114. Hind küncütünün farmakoqnostik xüsusiyyətləri

Mövzular

Son tarixi

1.

Tərkibində saponinlər olan dərman bitkiləri və xammalları

3-cü həftəyə qədər

2.

Tərkibində antrasen törəmələri olan dərman bitkiləri və xammalları

5-ci həftəyə qədər

3.

Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları

10-ci həftəyə qədər

4.

Tərkibində kumarinlər və xromonlar olan dərman bitkiləri və xammalları

11-cu həftəyə qədər

5.

Tərkibində aşı maddələri olan dərman bitkiləri və xammallarəı

12-cu həftəyə qədər

6.

Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammalları

13-ci həftəyə qədər

7.

Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları

13-cü həftənin sonuna qədər

 

          Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

          Sərbəst işlərin nəticələri jurnala yazılır.

 

Bacarıq işlərinin siyahısı:

  1. Mikroskopik üsulla dərman bitki xammalının  eyniliyini təyin etmək
  2. Makroskopik üsulla dərman bitki xammalının  eyniliyini təyin etmək
  3. Dərman bitki xammalında triterpen saponinləri keyfiyyət reaksiyaları ilə təyin etmək.
  4. Dərman  bitki xammalında steroid saponinləri keyfiyyət reaksiyyaları ilə təyin etmək.
  5. Dərman bitki xammalında antrasen törəmələrini təyin etmək üçün keyfiyyət reaksiyalarını aparmaq.
  6. Dərman bitki xammalında flavonoid birləşmələrini təyin etmək.
  7. Flavonoid məcmuyunun xromatoqrafiyasını həyata keçirmək və onun  tərkibində olan maddələrin sayını müəyyənləşdirmək.
  8. Nazik təbəqə üzərində xromatoqrafiya və qovma üsulu ilə dərman bitki xammalının tərkibində kumarın birləşmələrini müəyyən etmək.
  9. Dərman bitki xammalında aşı maddələrini aşkar etmək və onların formasını (hidroliz olunan və kondensləşmiş) müəyyənləşdirmək.
  10. Dərman bitki xammalından piyli yağları almaq.

 

          Ədəbiyyat və materiallar:

  1. Kərimov Y., Süleymanov T., İsayev C., Xəlilov C.  Farmakoqnoziya, Bakı, 2010.
  2. İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova  «Farmakoqnoziya» Bakı-1984
  3. Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Москва: Медицина, 2002.
  4. Государственная Фармакопея СССР- Выпуск 11,часть II. Москва, 1989
  5. C.İsayev, F.Qocayeva «Dərman bitkilərinin ehtiyatşünaslığı» Metodik vəsait.
  6. Лекарственное растительное сырье. Фармакогнозия (учебное пособие). Санкт-Петербург, 2004
  7. Практикум по фармакогнозии: Учеб. пособие для вузов. В.Н.Ковалев, Н.В.Попова, В.С. Кисличенко и др; Под общ. ред В.Н. Ковалева. Харьков, Изд-во Нора У, Золотые страницы, МТК, Книга, 2004
  8. Фармакогнозия. Атлас. Под редакцией Н.И.Гринкевич, Е.Я.Ладыгиной-М;   «Медицина» 1989.
  9. Химический анализ лекарственных растений Под редакцией Н.И.Гринкевич, Л.Н.Сафронич-М; «Высшая школа» 1983
  10. Энциклопедический словарь лекарственных растений и д. продуктов животного происхождения: Учебное пособие. Под ред. Г.П.Яковлева и К.Ф.Блиновой, 2-е изд, испр. И дон-Спб, Спец. Лит. Изд. СПХФА, 2002