Azərbaycan Tibb Universiteti «Təsdiq edirəm»
«Farmakoqnoziya-2» fənni üzrə «Farmakoqnoziya və botanika»
işçi-tədris proqramı (Sillabus) kafedrasının müdiri, professor C.İ.İsayev
İmza
Tarix
Fənnin kodu:
Fənnin növü: Məcburi
Fənnin tədris semestri: VI
Fənnin krediti: 4 kredit
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: Azərbaycan, rus
Fənni tədris edən müəllim: baş müəllim S.E.Əliyeva
Kafedranın əlaqə nömrələri: (012) 597- 45- 40
E – mail: [email protected]
Prerekvizitlər:
Fənnin tədrisi üçün öncədən «Farmakoqnoziya-I» fənninin tədris olunması zəruridir.
Korekvizitlər:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.
Kursun təsviri:
Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.
«Farmakoqnoziya-II» fənni üzrə bölmələr olan «Tərkibində saponinlər, antrasentörəmələri, flavonoidlər, kumarinlər və xromonlar, aşı maddələri, piyli yağlar, müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları» mövzusu üzrə dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, xammalın farmakoqnostik tədqiqi üsulları geniş şəth olunur.
Kursun məqsədi:
Tərkibində saponinlər, antrasen törəmələri, flavonoidlər, kumarinlər və xromonlar, aşı maddələri, piyli yağlar, müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları» mövzularınıtələbələrə aşılamaq.
Kursun nəticələri:
Bu fənn tədris olunarkən tələbələr dərman bitkiləri və xammalları ilə yaxından tanış olur . Dərman bitkiləri tərkiblərindəki bioloji fəal maddələrin ,dərman əhəmiyyətli maddələrin olmasına görə qruplara bölünərək öyrənilir,onların eyniliyi və keyfiyyətinin təyinin aparılması tələbələrə öyrədilir və bundan sonra onlar «Farmakoqnoziya-III» fənninə keçə bilirlər.
Kurs işi:
Əczaçılıq fakultəsinin III kurs tələbələri tədris proqramına uyğun olaraq farmakoqnoziyadan kurs işlərini yerinə yetirməlidirlər. Kurs işlərinin mövzuları qa-baqcadan müəyyənləşdirilmiş, onların yerinə yetirilməsi üçün tövsiyyə olunan ədəbiyyatların siyahısı tərtib edilir və tələbələrə təqdim olunur. Ədəbiyyatların toplanması, onlardan istifadə etmə və kurs işlərinin tərtib olunma qaydası haqqında hər bir tələbəyə fərdi şəkildə izahat verilir. Kurs işləri referativ və eksperimental xarakterli ola bilər
Kurs işinin mövzuları:
- Adi alaqanqal bitkisinin tibbdə istifadəsi
- Adi dazı bitkisinin tibbdə istifadəsi
- Adi xanımotu bitkisinin tibbdə istifadəsi
- Adi jenşen bitkisinin tibbdə istifadəsi
- Ağrıkəsici dərman bitkiləri
- Alkaloidlər, onların xarakteristikası, təsnifatı və analizi
- Allergiya əleyhinə dərman bitkiləri
- Antrasen törəmələri, xarakteristikası, təsnifatı və analizi
- Antihipoksant dərman bitkiləri
- Antikoaqulyant dərman bitkiləri
- Antimikrob dərman bitkiləri
- Antiskleroz dərman bitkiləri
- Aptek çobanyastığı bitkisinin tibbdə istifadəsi
- Araliyakimilər fəsiləsinin dərman bitkiləri
- Aşı maddələri, onların xarakteristikası, təsnifatı və analizi
- Azərbaycan Respublikasının Qırmızı Kitabı-na daxil edilmiş dərman bitkiləri
- Azərbaycanın dərman bitkiləri
- Badımcankimilər fəsiləsinin dərman bitkiləri
- Bal arısı və onun məhsulları
- Becərilən dərman bitkiləri
- Becərilən efir yağlı dərman bitkiləri
- Bəlğəmgətirici dərman bitkiləri
- Büzüşdürücü effektə malik dərman bitkiləri
- Bitki mənşəli antioksidantlar
- Birillik dərman bitkiləri
- Birləpəli dərman bitkiləri
- Büzüşdürücü dərman bitkiləri
- Çəmənlik ərazidə bitən dərman bitkiləri
- Çətirçiçəkkimilər fəsiləsinin dərman bitkiləri
- Çoxillik dərman bitkiləri
- Çoxillik ot dərman bitkiləri
- Dağlıq ərazidə bitən dərman bitkiləri
- Dəri xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Dərman bitkilərinin becərilməsi
- Dərman bitkilərinin əmtəəçilik analizi
- Dərman bitkilərinin morfoloji-anatomik əlamətlərinin öyrənilməsi
- Dərman bitkilərinin standartlaşdırılması
- Dərman bitkilərinin səmərəli toplanma üsulları
- Dərman bitki xammalının ehtiyatının təyini üsulları
- Dərman bitkilərinin tərkibində olan müxtəlif qrup bioloji fəal maddələrin xarakteristikası
- Dərman pişikotu bitkisinin tibbdə istifadəsi
- Dodaqçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
- Ekdiosteroidlər, onların tibbdə istifadə perspektivləri
- Ekotoksinlər və onların insan orqanizmi üçün təhlükəsi
- Endokrin sistemin xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Ədviyyatlar və onların tibbdə istifadəsi
- Farmakopeyalar və onların tərkibinə daxil edilmiş dərman bitki xammalları
- Fiziki xassələrinə görə isitifadə olunan bitkilər (pambıq, sfaqnum,quzu plaunu)
- Flavonoidlər, onların xarakteristikası, təsnifatı və analizi
- Fotosensibilizəedici fəallığa malik dərman bitkiləri
- Ginekoloji xəstəliklərdə istifadə olunan dərman bitkiləri
- Göz xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Gülçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
- Hepatoprotektor xassəli dərman bitkiləri
- Heyvan mənşəli dərman xammalları
- Heyvan mənşəli zəhərlər və onların tibbi əhəmiyyəti
- Hərarətsalıcı dərman bitkiləri
- Həzm sistemi vəzilərinin sekresiyasını azaldan dərman bitkiləri
- Hipotenziv dərman bitkiləri
- Homeopatiyada istifadə edilən dərman bitkiləri
- Xalq təbabətində istifadə olunan dərman bitkiləri
- Xarici ölkələrin dərman bitkiləri
- Xərçəng xəstəliklərində istifadə olunan dərman bitkiləri
- İkievli dərman bitkiləri
- İkiillik dərman bitkiləri
- İltihab əleyhinə istifadə olunan dərman bitkiləri
- İmmunodefisit vəziyyətlərdə istifadə olunan dərman bitkiləri
- İşlədici dərman bikiləri
- İtburnu cinsinə aid bitkilərin tibbdə istifadəsi
- Jenşen və onun əvəzediciləri
- Kardenolidlər, onların analizi və bioğenezi
- Kardiotonik dərman bitkiləri
- Kəndirkimilər fəsiləsinin dərman bitkiləri
- Köp əleyhinə istifadə olunan dərman bitkiləri
- Kumarinlər, xarakteristikası, təsnifatı və analizi
- Qankəsici dərman bitkiləri
- Qan təzyiqini yüksəldən dərman bitkiləri
- Qaraciyər xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Qırxbuğumkimilər fəsiləsindən olan dərman bitkiləri
- Qulaq-boğaz-burun xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Qusdurucu effektə malik dərman bitkiləri
- Qusma əleyhinə dərman bitkiləri
- Laktasiyanı artıran dərman bitkiləri
- Laktasiyanı azaldan dərman bitkiləri
- Lipidlər, onların xarakteristikası, təsnifatı və analizi
- Lianşəkilli dərman bitkiləri
- Maddələr mübadiləsi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Mədə-bağırsaq sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Mədə şirəsinin sekresiyasını stimullaşdıran dərman bitkiləri
- Mərkəzi sinir sisteminə tonizəedici və adaptogen təsir göstərən dərman bitkiləri
- Müxtəlif qrup dərman bitki xammallarının birincili işlənməsi və saxlanması
- Meşəlik ərazidə bitən dərman bitkiləri
- Müalicəvi fitokosmetika
- Mürəkkəbçiçəklilər fəsiləsinin dərman bitkiləri
- Öddaşı xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Ödqovucu dərman bitkiləri
- Ödyaradıcı dərman bitkiləri
- Paxlakimilər fəsiləsinin dərman bitkiləri
- Pankreatik şirənin sekresiyasını stimullaşdıran dərman bitkiləri
- Polifenol birləşmələri
- Revmatik xəstəliklərdə istifadə olunan dərman bitkiləri
- Sakitləşdirici təsir göstərən dərman bitkiləri
- Saponinlər, onların təsnifatı, analizi və bioğenezi
- Səhra və yarımsəhra ərazilərdə bitən dərman bitkiləri
- Sidik-ifrazat sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Sidikqovucu dərman bitkiləri
- Sinir sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Spazmolitik dərman bitkiləri
- Stomatoloji xəstəliklərdə istifadə olunan dərman bitkiləri
- Strofant və onun əvəzediciləri
- Şəkərli diabetdə istifadə olunan dərman bitkiləri
- Tənəffüs sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Tərkibində askorbin turşusu olan dərman bitkiləri
- Tərkibində antrasen törəmələri olan dərman bitkiləri
- Tərkibində alkaloidlər olan dərman bitkiləri
- Tərkibində alkaloidlər olan becərilən dərman bitkiləri
- Tərkibində aromatik efir yağları olan dərman bitkiləri
- Tərkibində atsiklik alkaloidlər olan dərman bitkiləri
- Tərkibində aşı maddələri olan dərman bitkiləri
- Tərkibində efir yağları olan becərilən dərman bitkiləri
- Tərkibində efir yağları olan kol dərman bitkiləri
- Tərkibində efir yağları olan dodaqçiçəyikimilər fəsiləsinin dərman bitkiləri
- Tərkibində efir yağları olan mürəkkəbçiçəklilər fəsiləsinin dərman bitkiləri
- Tərkibində atikslik efir yağları olan dərman bitkiləri
- Tərkibində bitsiklik efir yağları olan dərman bitkiləri
- Tərkibində diterpen alkaloidlər olan dərman bitkiləri
- Tərkibində fenol birləşmələri olan dərman bitkiləri
- Tərkibində fenol birləşmələri olan ağac dərman bitkiləri
- Tərkibində fenol birləşmələri olan kol dərman bitkiləri
- Tərkibində fenolqlikozidlər olan dərman bitkiləri
- Tərkibində hidroliz olunan aşı maddələri olan dərman bitkiləri
- Tərkibində xinolizidin alkaloidlər olan dərman bitkiləri
- Tərkibində indol alkaloidlər olan dərman bitkiləri
- Tərkibində iridoidlər olan dərman bitkiləri
- Tərkibində izoxinolin alkaloidlər olan dərman bitkiləri
- Tərkibində karotinoidlər olan dərman bitkiləri
- Tərkibində kondensləşmiş aşı maddələri olan dərman bitkiləri
- Tərkibində kumarin və xromon olan dərman bitkiləri
- Tərkibində liqnanlar olan dərman bitkiləri
- Tərkibində monotsiklik efir yağları olan dərman bitkiləri
- Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri
- Tərkibində müxtəlif qrup flavonoidlər oaln dərman bitkiləri
- Tərkibində pirrolizidin alkaloidlər olan dərman bitkiləri
- Tərkibində polisaxaridlər olan dərman bitkiləri
- Tərkibində seskviterpen efir yağları olan dərman bitkiləri
- Tərkibində steroid alkaloidlər olan dərman bitkiləri
- Tərkibində tio- və sianoqlikzidlər olan dərman bitkiləri
- Tərkibində steroid saponinlər olan dərman bitkiləri
- Tərkibində triterpen saponinlər olan dərman bitkiləri
- Tərkibində tropan alkaloidlər olan dərman bitkiləri
- Tərkibində vitaminlər olan dərman bitkiləri
- Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri
- Tibbdə və məişətdə istifadə olunan efir yağlı dərman bitkiləri
- Triterpen saponinlər, onların analizi, biogenezi və praktiki əhəmiyyətli
- Ümumi gücləndirici təsirə malik dərman bitkiləri
- Ürək-damar sistemi xəstəliklərində istifadə olunan dərman bitkiləri
- Yabanı drəman bitkilərinin əsas mühafizə tədbirləri
- Yarsağaldıcı dərman bitkiləri
- Yemişan cinsinə aid bitkilərin tibbdə istifadəsi
- Yumşaldıcı və bürüyücü təsirli dərman bitkiləri
- Zəhərli dərman bitkiləri
Fənnin mühazirə mövzuları və mətnləri:
- Saponinlər. Antrasentörəmələri. Ümumi xarakteristikası, aqlikon və şəkərli komponentlərinin xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi və bioloji xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalın tədarük olunma xüsusiyyətləri, istifadə yolları, analiz üsulları. Azərbaycan və xarici ölkə alimlərinin saponinli və tərkibində antrasentörəmələri olan dərman bitkilərinin öyrənilməsində rolu.
- Flavonoidlər, ümumi xarakteristikası, kimyəvi quruluşunun xüsusiyyətləri, fiziki-kimyəvi xüsusiyyətləri, təsnifatı və xammalın analizi, bitki aləmində yayılması, lokalizasiyası, bitkilərdə fizioloji rolu. Bitkinin vegetasiya fazasının ətraf mühit amillərinin bitkilərdə flavonoidlərin əmələ gəlməsinə və toplanmasına təsiri, tərkibində flavonoidlər olan xammalların qurudulması və saxlanması xüsusiyyətləri, tibbdə istifadəsi. Tərkibində flavonoidlər olan dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu.
- Kumarinlər və xromonlar. Aşı maddələri. Kimyəvi quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalının tədarükünün xüsusiyyətləri. İstifadə yolları, tərkibində kumarinlər və xromonlar olan bitkilərin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin bu sahədə rolu.
- Piyli yağlar, quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, saxlanma qaydası, tətbiqi. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri.
Fənnin laborator məşğələlərinin mövzuları:
1.Tərkibində saponinlər olan dərman bitkiləri və xammaları.
1.Biyan kökü
2.Qatırquyruğunun otu
3.Dioskoreyanın kökümsovu ilə kökü
4.Böyrəkçayı yarpağı
5.Yukkanın yarpağı
6.Atşabalıdının toxumu
7.Araliyanın kökü
8.Exinopanaksın kökümsovu ilə kökü
9.Jenşenin kökü
Saponinli dərman bitki xammalının analizi
2.Tərkibində antrasen törəmələri və onların qlikozidləri olan dərman bitkiləri və xammalları.
1.Səna yarpağı
2.Kövrək murdarçanın qabığı
3.İşlədici murdarçanın qabığı
4.Əzvay yarpağı
5.Rəvənd kökü
6.Dazı otu
7.Əvəliyin kökü
8.Adi boyaqotunun kökümsovu ilə kökləri
Dərman bitki xammalında antrasen törəmələrinin analizi.
3. Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları.
1.Qumluq ödotunun çiçəkləri
2.Su bibərinin otu
3.Qırmızıbaş qırxbuğumun otu
4.Quşbuğdasının otu
5.Bataqlıq qurucasının otu
6.Dağtərxunu çiçəyi
7.Yemişanın çiçəyi və meyvəsi
8.Çökənin çiçəkləri
9.Üçbarmaq otu
10.Biyanın kökü
11.Paxlakolu kökü
12.Çiçəkləri tüklü gəvənin otu
13.Başlıqotunun kökü
14.Göyçiçək çiçəkləri
15.Bənövşə otu
16.Yapon soforasının çiçəyi və meyvəsi
17.Limon və naringi meyvələrinin qabığı
18.Şirquyruğu otu
19.Çay yarpağı
20.Qarameyvəli aroniyanın meyvələri
Dərman bitki xammalında flavonoidlərin analizi.
4. Tərkibində kumarinlər və xromonlar olan dərman bitki xammalları.
1.Bostan şüyüdün meyvəsi
2.Əncir yarpağı
3.Cırhavuc (xımı) meyvəsi
4.Yerköküyəbənzər dişqurdlayanın meyvəsi
5.Atşabalıdının toxumu
6.İri dişqurdlayanın meyvəsi
7.Şişmeyvə kökümsovu və kökləri
8.Psoraleyanın meyvəsi
9.Xəşəmbül otu
Kumarinlərin analizi.
5. Tərkibində aşı maddələri olan dərman bitkiləri və xammalları.
1.Sumaq yarpağı
2.Sarağan yarpağı
3.Palıd qabığı
4.Qızılağacın hamaşmeyvələri
5.Qaytarmanın kökümsovu
6.Qurdpəncəsinin kökümsovu
7.Sincanotunun kökümsovu ilə kökləri
8.Badanın kökümsovu və yarpağı
9.Qaragilə meyvəsi və zoğları
10.Fırlar
11.Meşəgilasının meyvəsi
Aşı maddələrinin analizi.
6. Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammalları
1.Zeytun meyvəsi
2.Gənəgərçək toxumu
Yağlar: badam, ərik, şaftalı, yerfındığı, günəbaxan, fıstıq, kakao, qarğıdalı, pambıq, zəyərək. Yağların analizi.
7. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitki xammalları:
1.Çaqa
2.Təzə kalanxoy zoğları
3.Levzeyanın kökümsovu və kökü
4.Evkommiya qabığı
5.Buynuzbaşın kökümsovu və kökü
6.Çörəkotu toxumu
7.Bağambürcun zoğları
8.Sarıkök kökümsovu
9.Darçının qabığı
10.Zəncəfil kökümsovu
Yekun dərs.
Qiymətləndirmə:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal imtahana qədər
O cümlədən
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
10 bal - kurs işi
10 bal – bacarıq işlərinin yerinə yetirilməsi
10 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.
50-bal imtahanda toplanılacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.
Qeyd:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.
A - «Əla» – 91-100
B - «Cox yaxşı» – 81-90
C - «Yaxşı» – 71-80
D - «Kafi» – 61-70
E - «Qənaətbəxş» – 51-60
F - «Qeyri-kafi» – 51 baldan aşağı
Sərbəst iş:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı formada, word faylı formasında həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Mövzular:
- Saponinlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Saponinlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Saponinlərin eynilik və miqdari təyinatı
- Saponinlərin tibbi əhəmiyyəti
- Triterpen saponinlər
- Tetrasiklik saponinlər
- Steroid saponinlər
- Tüksüz biyanın farmakoqnostik xüsusiyyətləri
- Çöl qatırquyruğunun farmakoqnostik xüsusiyyətləri
- Dioskoreya növlərinin farmakoqnostik xüsusiyyətləri
- Adi atşabalıdının farmakoqnostik xüsusiyyətləri
- Jenşen bitkisinin farmakoqnostik xüsusiyyətləri
- Mancur araliyasının farmakoqnostik xüsusiyyətləri
- Hündür exinopanaksın farmakoqnostik xüsusiyyətləri
- Sizal aqavasının farmakoqnostik xüsusiyyətləri
- Gözəl yukkanın farmakoqnostik xüsusiyyətləri
- Böyrəkçayının farmakoqnostik xüsusiyyətləri
- Adi daşsarmaşığının farmakoqnostik xüsusiyyətləri
- Mavi göyümçiçəyin farmakoqnostik xüsusiyyətləri
- Antrasen tərəmələri. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Antrasen tərəmələrinin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Antrasen törəmələrinin eynilik və miqdari təyinatı
- Antrasen törəmələrinin tibbi əhəmiyyəti
- At əvəliyi bitkisinin farmakoqnostik xüsusiyyətləri
- Adi boyaqotunun farmakoqnostik xüsusiyyətləri
- İşlədici murdarçanın farmakoqnostik xüsusiyyətləri
- Kövrək murdarçanın farmakoqnostik xüsusiyyətləri
- Ağacşəkilli əzvayın farmakoqnostik xüsusiyyətləri
- Tanqut rəvəndinin farmakoqnostik xüsusiyyətləri
- Şişyarpaq sənanın farmakoqnostik xüsusiyyətləri
- Adi dazının farmakoqnostik xüsusiyyətləri
- Flavonoidlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Flavonoidlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Flavonoidlərin biogenezi
- Flavonoidlərin eynilik və miqdari təyinatı
- Flavonoidlərin tibbi əhəmiyyəti
- Bənövşə növlərinin farmakoqnostik xüsusiyyətləri
- Adi limonun farmakoqnostik xüsusiyyətləri
- Yemişan növlərinin farmakoqnostik xüsusiyyətləri
- Mavi göyçiçək bitkisinin farmakoqnostik xüsusiyyətləri
- Yapon soforasının farmakoqnostik xüsusiyyətləri
- Adi şirquyruğunun farmakoqnostik xüsusiyyətləri
- Tüklü ervanın farmakoqnostik xüsusiyyətləri
- Adi alaqanqalın farmakoqnostik xüsusiyyətləri
- Baykal başlıqotunun farmakoqnostik xüsusiyyətləri
- Cökə növlərinin farmakoqnostik xüsusiyyətləri
- Üçbölümlü üşbarmağın farmakoqnostik xüsusiyyətləri
- Çöl paxlakolunun farmakoqnostik xüsusiyyətləri
- Qumluq ödotunun farmakoqnostik xüsusiyyətləri
- Bataqlıq qurucasının farmakoqnostik xüsusiyyətləri
- Adi su bibərinin farmakoqnostik xüsusiyyətləri
- Qırmızıbaş qırxbuğumun farmakoqnostik xüsusiyyətləri
- Adi quşbuğdasının farmakoqnostik xüsusiyyətləri
- İkidilimli qinkqonun farmakoqnostik xüsusiyyətləri
- Kənafvarı dəliçətənənin farmakoqnostik xüsusiyyətləri
- Çin çayının farmakoqnostik xüsusiyyətləri
- Qarameyvəli aroniyanın farmakoqnostik xüsusiyyətləri
- Kumarinlər. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Kumarinlərin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Kumarinlərin biogenezi
- Kumarinlərin eynilik və miqdari təyinatı
- Kumarinlərin tibbi əhəmiyyəti
- Dərman xəşəmbülünün farmakoqnostik xüsusiyyətləri
- Tumlu psoraleyanın farmakoqnostik xüsusiyyətləri
- İri dişqurtlayanın farmakoqnostik xüsusiyyətləri
- Əkilən cırhavucun farmakoqnostik xüsusiyyətləri
- Xromonlar, xarakteristikası, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Xromonların eynilik və miqdari təyinatı. Onların tibbi əhəmiyyəti
- Yerköküyəbənzər dişqurtlayanın farmakoqnostik xüsusiyyətləri
- Aşı maddələri. Ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Aşı maddələrinin bitki aləmində yayılması, lokalozasiyası və xammalının tədarük olunma xüsusiyyətləri
- Aşı maddələrinin biogenezi
- Aşı maddələrinin eynilik və miqdari təyinatı
- Aşı maddələrinin tibbi əhəmiyyəti
- Aşı sumağın farmakoqnostik xüsusiyyətləri
- Koqqiqriya sarağanının farmakoqnostik xüsusiyyətləri
- Qızılağac növlərinin farmakoqnostik xüsusiyyətləri
- Adi palıdın farmakoqnostik xüsusiyyətləri
- Adi narın farmakoqnostik xüsusiyyətləri
- Düzqalxan qaytarmanın farmakoqnostik xüsusiyyətləri
- Qurdpəncəsinin farmakoqnostik xüsusiyyətləri
- Adi qaragilənin farmakoqnostik xüsusiyyətləri
- Dərman sincanotunun farmakoqnostik xüsusiyyətləri
- Yoğunyarpaq badanın farmakoqnostik xüsusiyyətləri
- Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan bitkilərin tibbi əhəmiyyəti
- Safloraoxşar levzeyanın farmakoqnostik xüsusiyyətləri
- Ağ bağamburcun farmakoqnostik xüsusiyyətləri
- Adi zəfəranın farmakoqnostik xüsusiyyətləri
- Dərman rozmarinin farmakoqnostik xüsusiyyətləri
- Mixək ağacının farmakoqnostik xüsusiyyətləri
- Sabdafil hibiskusunun farmakoqnostik xüsusiyyətləri
- Dərman zəncəfilinin farmakoqnostik xüsusiyyətləri
- Sarıkökün farmakoqnostik xüsusiyyətləri
- Çin darçının farmakoqnostik xüsusiyyətləri
- Boynubükük buynuzbaşın farmakoqnostik xüsusiyyətləri
- Dəməşq çörəkotunun farmakoqnostik xüsusiyyətləri
- Meşə çiyələyinin farmakoqnostik xüsusiyyətləri
- Əyriborulu qov göbələyinin farmakoqnostik xüsusiyyətləri
- Yunan qozunun farmakoqnostik xüsusiyyətləri
- İri atpıtrağının farmakoqnostik xüsusiyyətləri
- Lələkvari kalanxoyenin farmakoqnostik xüsusiyyətləri
- Lipidlər. Təsnifatı, ümumi xarakteristikası, fiziki-kimyəvi xassələri
- Avropa zeytununun farmakoqnostik xüsusiyyətləri
- Adi badamın farmakoqnostik xüsusiyyətləri
- Adi şaftalının farmakoqnostik xüsusiyyətləri
- Adi gənəgərçəyin farmakoqnostik xüsusiyyətləri
- Birillik günəbaxanın farmakoqnostik xüsusiyyətləri
- Balqabaq növlərinin farmakoqnostik xüsusiyyətləri
- Yerfındığının farmakoqnostik xüsusiyyətləri
- Adi qarğıdalının farmakoqnostik xüsusiyyətləri
- Pambıq növlərinin farmakoqnostik xüsusiyyətləri
- Adi zəyərəyin farmakoqnostik xüsusiyyətləri
- Kakao ağacının farmakoqnostik xüsusiyyətləri
- Hind küncütünün farmakoqnostik xüsusiyyətləri
№
|
Mövzular
|
Son tarixi
|
1.
|
Tərkibində saponinlər olan dərman bitkiləri və xammalları
|
3-cü həftəyə qədər
|
2.
|
Tərkibində antrasen törəmələri olan dərman bitkiləri və xammalları
|
5-ci həftəyə qədər
|
3.
|
Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları
|
10-ci həftəyə qədər
|
4.
|
Tərkibində kumarinlər və xromonlar olan dərman bitkiləri və xammalları
|
11-cu həftəyə qədər
|
5.
|
Tərkibində aşı maddələri olan dərman bitkiləri və xammallarəı
|
12-cu həftəyə qədər
|
6.
|
Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammalları
|
13-ci həftəyə qədər
|
7.
|
Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları
|
13-cü həftənin sonuna qədər
|
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.
Sərbəst işlərin nəticələri jurnala yazılır.
Bacarıq işlərinin siyahısı:
- Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək
- Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək
- Dərman bitki xammalında triterpen saponinləri keyfiyyət reaksiyaları ilə təyin etmək.
- Dərman bitki xammalında steroid saponinləri keyfiyyət reaksiyyaları ilə təyin etmək.
- Dərman bitki xammalında antrasen törəmələrini təyin etmək üçün keyfiyyət reaksiyalarını aparmaq.
- Dərman bitki xammalında flavonoid birləşmələrini təyin etmək.
- Flavonoid məcmuyunun xromatoqrafiyasını həyata keçirmək və onun tərkibində olan maddələrin sayını müəyyənləşdirmək.
- Nazik təbəqə üzərində xromatoqrafiya və qovma üsulu ilə dərman bitki xammalının tərkibində kumarın birləşmələrini müəyyən etmək.
- Dərman bitki xammalında aşı maddələrini aşkar etmək və onların formasını (hidroliz olunan və kondensləşmiş) müəyyənləşdirmək.
- Dərman bitki xammalından piyli yağları almaq.
Ədəbiyyat və materiallar:
- Kərimov Y., Süleymanov T., İsayev C., Xəlilov C. Farmakoqnoziya, Bakı, 2010.
- İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova «Farmakoqnoziya» Bakı-1984
- Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Москва: Медицина, 2002.
- Государственная Фармакопея СССР- Выпуск 11,часть II. Москва, 1989
- C.İsayev, F.Qocayeva «Dərman bitkilərinin ehtiyatşünaslığı» Metodik vəsait.
- Лекарственное растительное сырье. Фармакогнозия (учебное пособие). Санкт-Петербург, 2004
- Практикум по фармакогнозии: Учеб. пособие для вузов. В.Н.Ковалев, Н.В.Попова, В.С. Кисличенко и др; Под общ. ред В.Н. Ковалева. Харьков, Изд-во Нора У, Золотые страницы, МТК, Книга, 2004
- Фармакогнозия. Атлас. Под редакцией Н.И.Гринкевич, Е.Я.Ладыгиной-М; «Медицина» 1989.
- Химический анализ лекарственных растений Под редакцией Н.И.Гринкевич, Л.Н.Сафронич-М; «Высшая школа» 1983
- Энциклопедический словарь лекарственных растений и д. продуктов животного происхождения: Учебное пособие. Под ред. Г.П.Яковлева и К.Ф.Блиновой, 2-е изд, испр. И дон-Спб, Спец. Лит. Изд. СПХФА, 2002