Farmakoqnoziya 3 - sillabus

Azərbaycan Tibb Universiteti                                                 "Təsdiq edirəm"

"Farmakoqnoziya-III" fənni üzrə                  "Farmakoqnoziya və botanika"

işçi-tədris proqramı (Sillabus)                          kafedrasının müdiri, professor

                                                                            C.İ.İsayev

                                                                             İmza

                                                                                 Tarix

                                                                                                 

Fənnin kodu:

Fənnin növü:                                                                  Məcburi

Fənnin tədris semestri:                                                    VII

Fənnin krediti:                                                                   3 kredit

Fənnin tədris forması:                                                     Əyani

Fənnin tədris dili:                                                           azərbaycan dili,ingilis

                                                                                          

Fənni tədris edən müəllim:                                              ass.A.S.Şükürova

                                                                                                                                                                                     

Kafedranın əlaqə nömrələri:                                            (012) 597- 45- 40 

E – mail                                                                         [email protected]

 

Prerekvizitlər:

Fənnin tədrisi üçün öncədən «Farmakoqnoziya-I», «Farmakoqnoziya-II» fənnlərinin tədris olunması zəruridir.

Korekvizitlər:

          Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.

Kursun təsviri:

          Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.

          «Farmakoqnoziya-III» fənni üzrə ən böyük bölmə olan  «Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları» mövzusu üzrə dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, xammalın farmakoqnostik tədqiqi üsulları: makroskopik, mikroskopik, mikrokimyəvi, fitokimyəvi, bioloji və əmtəəçilik; xammalın eyniliyinin, keyfiyyətinin, təmizliyinin, oxşar bitkilərdən ayrılmasının təyinini; dərman bitki xammalının standartlaşdırılması, dərman bitki xammallarına aid farmakopeya məqalələrinin quruluşu, yabanı və becərilən dərman bitkiləri, xammalın tədarükü və səmərəli istifadəsi dərman bitki xammalının ehtiyatının təyini üsulları, sərvətşünaslıq tədqiqatları, qida əhəmiyyətli dərman bitkiləri, heyvan mənşəli dərman bitkiləri geniş şəth olunur.

          Kursun məqsədi:          

          Tərkibində alkaloidlər olan dərman bitkilərinin tərkibinin öyrənilməsi, onların analizi, bitki enzimləri, qida əhəmiyyətli dərman bitkiləri, heyvan mənşəli dərman xammalları, dərman-bitki xammalının tədarükü, standartlaşdırılması və ehtiyatının təyinini tələbələrə aşılamaq.

          Kursun nəticələri:

          Bu fənn tədris olunarkən tələbələr  «Farmakoqnoziya» kursunu tam bitirmiş olurlar və dərman bitkiləri haqqında biliklərə yiyələnirlər.

Praktiki vərdişlər:

 

 Kurs müddətində  tələbələr aşağıdakı vərdişlərə yiyələnməlidir: 

 

  1. Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  2. Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  3. Dərman bitki xammalında alkaloidlərin olmasını çördürücü reaksiyalarla müəyyən etmək
  4. Alkaloidlərə aid keyfiyyət reaksiyalarını yerinə yetirmək və onların hansı qruplara aid olmasını müəyyənləşdirmək.
  5. Dəlibəng yarpaqlarından alkaliid məcmuynu almaq
  6. Alkaloidlərin nazik təbəqə üzərində xromatoqrafiyasını həyata keçirmək
  7. Dərman bitki xammalının əmtəəçilik analizini həyata keçirmək.
  8. Dərman bitki xammalının qəbulunu həyata keçirmək.
  9. Yarpaq xammalının mikroskopik analizini həyata keçirmək.
  10.  Dərman bitki xammalına aid Müvəqqəti farmakopeya məqalələrinin layihəsini tərtib etmək.

 

Fənnin mühazirə mətnləri:

  1. Alkaloidlər. Kimyəvi quruluşunun özəllikləri, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri, bitkilərdə yayılması və toplanması və bitkilərin həyatında fizioloji rolu. Alkaloidli bitki xammallarının analizinin sxemi, tədarük olunma xüsusiyyətləri və tibb praktikasında istifadəsi. Azərbaycan və xarici ölkə alimlərinin alkaloidli bitkilərin öyrənilməsində rolu. Steroid alkaloidlərin quruluşunun xüsusiyyətləri və steroid preparatların sintezində onların istifadə olunma perspektivləri.
  2. Heyvan və mineral mənşəli dərman xammalları. Heyvan və mineral mənşəli məhsullar. Hidrobiontlar.
  3. Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları. Dərman bitki xammalına aid analitik-normativ sənədlər
  4. Dərman bitkilərinin introduksiyası. Məhsuldarlığı yüksəltmək məqsədilə dərman bitkilərinin becərilməsi. Poliplodiya, təcrid olunmuş toxuma və hüceyrələrin kulturası. Dərman bitki xammalının ehtiyatının təyini. Dərman bitki xammalının tədarükü, saxlanması və səmərəli istifadəsi. Mühafizə tədbirləri.

 

Fənnin laborator məşğələlərinin mövzuları:

  1. Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları.

Xanımotu yarpağı

Batbat yarpağı

Dəlibəng yarpağı

Skopoliya

Sekurineqa

Termopsis

Hind qozu

Çovdar  mahmızı

Passifloranın otu

Rauvolfiya kökü

Qıfotunun   otu

Dəmrovotunun otu

Zirincin kökü və yarpağı

Stefaniyanın  kökyumruları 

Xaçgülünün otu  və kökümsovu

Vaxtsızçiçək

Dolçavari quşüzümü

Çay yarpağı

Acı  istiotun meyvəsi

Acılıq otu

Adi üzərliyin otu

Nilufər

Buynuzlalə

Quzu plaunu

Sferofiza otu

Öldürgən otu

Kinə ağacının qabığı

Yoğunmeyvəli sofora otu

Xaş-xaş meyvələri

Koka yarpağı

Parv çilinin otu

Qaraqaytaran otu

Toppuztikan meyvəsi

Qəhvə toxumu

Kəpənəkçiçəyin kökyumrusu,

Asırqalın kökümsovu ilə kökləri

Alkaloidlərin analizi.

  1. Fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri və xammalı.

Levzeyanın kökümsovu ilə kökləri

Yemiş ağacı (papaya)

  1. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri:

Darçın

Sarıkök

Zəncəfil

Zəfəran

Mixək

Hil

 

          Qiymətləndirmə:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:

50 bal imtahana qədər

O cümlədən

10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

20 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.

10 bal- praktiki vərdişlərə yiyələnmək .

50-bal imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.

Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.

A - «Əla» – 91-100

B - «Cox yaxşı» – 81-90

C - «Yaxşı» – 71-80

D - «Kafi» – 61-70

E - «Qənaətbəxş» – 51-60

F - «Qeyri-kafi» – 51 baldan aşağı

Sərbəst iş:

Sərbəst işlər üç  yolla qəbul olunur:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.

Həmçinin tələbələr sərbəst işi  PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər  qiymətlə qiymətləndirilir.

Həmçinin də 5 sərbəst iş tapşırığı verilir. Hər sərbəst işə uyğun tələbələr tərəfindən 5 test sualı tərtib olunur və belə sərbəst iş 2 balla qiymətləndirilir, iş yazılı formada word faylı formasında, həcmi 3-4 səhifə(şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

 

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

              Farmakoqnoziya-3 fənni üzrə sərbəst işlərin mövzuları:

  1. Alkaloidlər, onların xarakteristikası, təsnifatı, analizi və tətbiqi
  2. Badımcankimilər fəsiləsinin alkaloidli dərman bitkiləri
  3. Atsiklik alkaloidlər
  4. Xinolizidin alkaloidlər
  5. Xinolin alkaloidlər
  6. İzoxinolin alkaloidlər
  7. Pirrolidin və pirrolizidin alkaloidlər
  8. Piridin və piperidin alkaloidlər
  9. İndol alkaloidlər
  10. İmidazol alkaloidlər
  11. Xinazolin alkaloidlər
  12. Purin alkaloidlər
  13. Diterpen alkaloidlər
  14. Steroid alkaloidlər
  15. Adi xanımotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  16. Adi dəlibəng bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  17. Qara batbat bitkisinin farmakoqnostik xüssiyyətləri və ibbdə istifadəsi
  18. Karniol skopoliyası bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  19. Yarımkol sekurineqa bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  20. Lansetşəkilli termopsis bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  21. Hind qozu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  22. Çovdar mahmızının farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  23. İlanvari rauvolfiya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  24. Çəhrayı qıfotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  25. İri dəmrovotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  26. Adi zirinc bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  27. Hamar stefaniya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  28. Xaçgülü cinsinə aid bitkilərin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  29. Əla itboğan bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  30. Dolçavari quşüzümü bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  31. Çin çayı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  32. Birillik istiot bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  33. Qatırquyruqlu acılıqotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  34. Adi üzərrik bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  35. Sarı nelufər bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  36. Quzu plaununun farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  37. Sarı buynuzlalə bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  38. Şoran sferofiza bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  39. Yarpaqsız öldürgən bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  40. Qırmızışirəli kinəağacı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  41. Yoğunmeyvəli sofora bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  42. Yuxu xaşxaşı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  43. Koka bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  44. Parv çili bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  45. Pisiyli qaraqaytaran bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  46. Kürəşəkilli toppuztikan bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  47. Ərəbistan qəhvəsi bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  48. Kəpənəkçiçək bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  49. Spazmolitik dərman bitkiləri
  50. Fitoekdisteroidlər, təsnifatı, farmakoloji xüsusiyyətləri və tibbdə istifadəsi
  51. Safloraoxşar levzeya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  52. Fermentlər (enzimlər), təsnifatı, farmakoloji xüsusiyyətləri və tibbdə istifadəsi
  53. Yemiş ağacının farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  54. Ananas bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  55. Qidaya bioloji fəal əlavələr
  56. Darçın bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  57. Sarıkök bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  58. Zəncəfil bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  59. Zəfəran bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  60. Mixək bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  61. Hil bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
  62. Heyvan mənşəli dərman xammalları
  63. Bal arısının həyat fəaliyyətinin məhsulları
  64. Arı zəhəri
  65. Bal
  66. Perqa (çiçək tozcuğu)
  67. Ana arının südü
  68. Vərəmum
  69. Mum
  70. İlan zəhəri
  71. Adi gürzə zəhərinin preparatları
  72. Kobra zəhərinin preparatları
  73. Balıq yağı
  74. Süngər, kimyəvi tərkibi və tibbdə istifadəsi
  75. Spermaset və onun praktik əhəmiyyəti
  76. Lanolin və onun praktik əhəmiyyəti
  77. Zəli, tibbi əhəmiyyəti və istifadəsi
  78. Mineral mənşəli xammallar
  79. Naftalan nefti, kimyəvi tərkibi və tibbdə istifadəsi
  80. Hidrobiontlar
  81. Dərman bitki xammalının toplanma qaydaları
  82. Dərman bitki xammalının ilkin işlənməsi
  83. Dərman bitki xammalının qurudulma qaydaları
  84. Dərman bitki xammalının qablaşdırılması
  85. Dərman bitki xammalının saxlanma qaydaları
  86. Dərman bitki xammalının standartlaşdırılması
  87. Dərman bitkilərinin introduksiyası
  88. Dərman bitkilərinə aid mühafizə tədbirləri
  89. Dərman bitki xammalına aid analitik normativ sənədlər
  90. Dərman bitki xammalının qəbulu qaydaları
  91. Dərman bitki xammalının əmtəəçilik analizi
  92. Dərman bitki xammalının ədədi göstəriciləri
  93. Dərman bitki xammalında ekstraktiv maddələrin təyini üsulu
  94. Dərman bitki xammalının tərkibində nəmliyin təyini üsulu
  95. Dərman bitki xammalının tərkibində külün təyini üsulu
  96. Dərman bitki xammalının tərkibində mineral maddələrin  təyini
  97. Dərman bitki xammalının tərkibində üzvi maddələrin təyini 
  98. Dərmn bitki xammalının tərkibində anbar zərərvericilərinin təyini 
  99. Dərmn bitki xammalının ehtiyatının təyini

 

                  SƏRBƏST İŞLƏRİN TƏHVİL VERİLMƏ MÜDDƏTİ

Mövzular

Son tarixi

1.

Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (xanımotu, batbat, dəlibəng, hind qozu)

3-cü həftəyə qədər

2.

Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (dəmrovotu, zirinc, stefaniya, xaçgülü, çay, acı istiot, acılıq otu, adi üzərlik

5-ci həftəyə qədər

3.

Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (sferofiza, öldürgən, kinə ağacı, xaş-xaş, qara-qaytaran, toppuztikan, qəhvə kəpənəkçiçək

7-ci həftəyə qədər

4.

Fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri və xammalı

9-cu həftəyə qədər

5.

Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri

10-cu həftəyə qədər

6.

Heyvan mənşəli dərman xammalları (arı zəhəri, bal, perqa, ana arının südü, propolis, mum)

11-ci həftəyə qədər

7.

Heyvan mənşəli dərman xammalları (ilan zəhəri, balıq yağı, süngər, spermaset, lanolin, zəli

12-ci həftəyə qədər

8.

Dərman bitki xammalının tədarükü

13-cü həftəyə qədər

9.

Dərman bitki xammalının standartlaşdırılması

13-cü həftəyə qədər

10.

Dərman bitki xammalının ehtiyatının təyini

13-cü həftəyə qədər

         

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.

          Sərbəst işlərin nəticələri jurnala yazılır.

Kurs işi:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

Təcrübə:

 Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulmur.

 

Ədəbiyyat və materiallar:

  1. Kərimov Y., Süleymanov T., İsayev C., Xəlilov C.  Farmakoqnoziya, Bakı, 2010.
  2. İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova  «Farmakoqnoziya» Bakı-1984
  3. Мурабьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Москва: Медицина, 2002.
  4. Государственная Фармакопея СССР-10, Москва, 1968
  5. C.İsayev, F.Qocayeva «Dərman bitkilərinin ehtiyatşünaslığı» Metodik vəsait.
  6. Лекарственное растительное сырье. Фармакогнозия (учебное пособие). Санкт-Петербург, 2004
  7. Практикум по фармакогнозии: Учеб. пособие для вузов. В.Н.Ковалев, Н.В.Попова, В.С. Кисличенко и др; Под общ. ред В.Н. Ковалева. Харьков, Изд-во Нора У, Золотые страницы, МТК, Книга, 2004
  8. Фармакогнозия. Атлас. Под редакцией Н.И.Гринкевич, Е.Я.Ладыгиной-М;   «Медицина» 1989.
  9. Химический анализ лекарственных растений Под редакцией Н.И.Гринкевич, Л.Н.Сафронич-М; «Высшая школа» 1983
  10. Энциклопедический словарь лекарственных растений и д. продуктов животного происхождения: Учебное пособие. Под ред. Г.П.Яковлева и К.Ф.Блиновой, 2-е изд, испр. И дон-Спб, Спец. Лит. Изд. СПХФА, 2002