Azərbaycan Tibb Universiteti "Təsdiq edirəm"
"Farmakoqnoziya-III" fənni üzrə "Farmakoqnoziya və botanika"
işçi-tədris proqramı (Sillabus) kafedrasının müdiri, professor
C.İ.İsayev
İmza
Tarix
Fənnin kodu:
Fənnin növü: Məcburi
Fənnin tədris semestri: VII
Fənnin krediti: 3 kredit
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: azərbaycan dili,ingilis
Fənni tədris edən müəllim: ass.A.S.Şükürova
Kafedranın əlaqə nömrələri: (012) 597- 45- 40
E – mail [email protected]
Prerekvizitlər:
Fənnin tədrisi üçün öncədən «Farmakoqnoziya-I», «Farmakoqnoziya-II» fənnlərinin tədris olunması zəruridir.
Korekvizitlər:
Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin tədris olunması zərurəti yoxdur.
Kursun təsviri:
Farmakoqnoziya ixtisas fənnlərindən biri olaraq ali təhsilli mütəxəssislərin: əczaçı-bakalavr və əczaçı magistrların hazırlanmasında mühüm yer tutur.
«Farmakoqnoziya-III» fənni üzrə ən böyük bölmə olan «Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları» mövzusu üzrə dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı, xammalın farmakoqnostik tədqiqi üsulları: makroskopik, mikroskopik, mikrokimyəvi, fitokimyəvi, bioloji və əmtəəçilik; xammalın eyniliyinin, keyfiyyətinin, təmizliyinin, oxşar bitkilərdən ayrılmasının təyinini; dərman bitki xammalının standartlaşdırılması, dərman bitki xammallarına aid farmakopeya məqalələrinin quruluşu, yabanı və becərilən dərman bitkiləri, xammalın tədarükü və səmərəli istifadəsi dərman bitki xammalının ehtiyatının təyini üsulları, sərvətşünaslıq tədqiqatları, qida əhəmiyyətli dərman bitkiləri, heyvan mənşəli dərman bitkiləri geniş şəth olunur.
Kursun məqsədi:
Tərkibində alkaloidlər olan dərman bitkilərinin tərkibinin öyrənilməsi, onların analizi, bitki enzimləri, qida əhəmiyyətli dərman bitkiləri, heyvan mənşəli dərman xammalları, dərman-bitki xammalının tədarükü, standartlaşdırılması və ehtiyatının təyinini tələbələrə aşılamaq.
Kursun nəticələri:
Bu fənn tədris olunarkən tələbələr «Farmakoqnoziya» kursunu tam bitirmiş olurlar və dərman bitkiləri haqqında biliklərə yiyələnirlər.
Praktiki vərdişlər:
Kurs müddətində tələbələr aşağıdakı vərdişlərə yiyələnməlidir:
- Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
- Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
- Dərman bitki xammalında alkaloidlərin olmasını çördürücü reaksiyalarla müəyyən etmək
- Alkaloidlərə aid keyfiyyət reaksiyalarını yerinə yetirmək və onların hansı qruplara aid olmasını müəyyənləşdirmək.
- Dəlibəng yarpaqlarından alkaliid məcmuynu almaq
- Alkaloidlərin nazik təbəqə üzərində xromatoqrafiyasını həyata keçirmək
- Dərman bitki xammalının əmtəəçilik analizini həyata keçirmək.
- Dərman bitki xammalının qəbulunu həyata keçirmək.
- Yarpaq xammalının mikroskopik analizini həyata keçirmək.
- Dərman bitki xammalına aid Müvəqqəti farmakopeya məqalələrinin layihəsini tərtib etmək.
Fənnin mühazirə mətnləri:
- Alkaloidlər. Kimyəvi quruluşunun özəllikləri, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri, bitkilərdə yayılması və toplanması və bitkilərin həyatında fizioloji rolu. Alkaloidli bitki xammallarının analizinin sxemi, tədarük olunma xüsusiyyətləri və tibb praktikasında istifadəsi. Azərbaycan və xarici ölkə alimlərinin alkaloidli bitkilərin öyrənilməsində rolu. Steroid alkaloidlərin quruluşunun xüsusiyyətləri və steroid preparatların sintezində onların istifadə olunma perspektivləri.
- Heyvan və mineral mənşəli dərman xammalları. Heyvan və mineral mənşəli məhsullar. Hidrobiontlar.
- Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları. Dərman bitki xammalına aid analitik-normativ sənədlər
- Dərman bitkilərinin introduksiyası. Məhsuldarlığı yüksəltmək məqsədilə dərman bitkilərinin becərilməsi. Poliplodiya, təcrid olunmuş toxuma və hüceyrələrin kulturası. Dərman bitki xammalının ehtiyatının təyini. Dərman bitki xammalının tədarükü, saxlanması və səmərəli istifadəsi. Mühafizə tədbirləri.
Fənnin laborator məşğələlərinin mövzuları:
- Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları.
Xanımotu yarpağı
Batbat yarpağı
Dəlibəng yarpağı
Skopoliya
Sekurineqa
Termopsis
Hind qozu
Çovdar mahmızı
Passifloranın otu
Rauvolfiya kökü
Qıfotunun otu
Dəmrovotunun otu
Zirincin kökü və yarpağı
Stefaniyanın kökyumruları
Xaçgülünün otu və kökümsovu
Vaxtsızçiçək
Dolçavari quşüzümü
Çay yarpağı
Acı istiotun meyvəsi
Acılıq otu
Adi üzərliyin otu
Nilufər
Buynuzlalə
Quzu plaunu
Sferofiza otu
Öldürgən otu
Kinə ağacının qabığı
Yoğunmeyvəli sofora otu
Xaş-xaş meyvələri
Koka yarpağı
Parv çilinin otu
Qaraqaytaran otu
Toppuztikan meyvəsi
Qəhvə toxumu
Kəpənəkçiçəyin kökyumrusu,
|
Asırqalın kökümsovu ilə kökləri
Alkaloidlərin analizi.
- Fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri və xammalı.
Levzeyanın kökümsovu ilə kökləri
Yemiş ağacı (papaya)
- Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri:
Darçın
Sarıkök
Zəncəfil
Zəfəran
Mixək
Hil
Qiymətləndirmə:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal imtahana qədər
O cümlədən
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
20 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.
10 bal- praktiki vərdişlərə yiyələnmək .
50-bal imtahanda toplanılacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.
Qeyd:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.
A - «Əla» – 91-100
B - «Cox yaxşı» – 81-90
C - «Yaxşı» – 71-80
D - «Kafi» – 61-70
E - «Qənaətbəxş» – 51-60
F - «Qeyri-kafi» – 51 baldan aşağı
Sərbəst iş:
Sərbəst işlər üç yolla qəbul olunur:
Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə(şrift 12) olmalıdır.
Həmçinin tələbələr sərbəst işi PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər qiymətlə qiymətləndirilir.
Həmçinin də 5 sərbəst iş tapşırığı verilir. Hər sərbəst işə uyğun tələbələr tərəfindən 5 test sualı tərtib olunur və belə sərbəst iş 2 balla qiymətləndirilir, iş yazılı formada word faylı formasında, həcmi 3-4 səhifə(şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Farmakoqnoziya-3 fənni üzrə sərbəst işlərin mövzuları:
- Alkaloidlər, onların xarakteristikası, təsnifatı, analizi və tətbiqi
- Badımcankimilər fəsiləsinin alkaloidli dərman bitkiləri
- Atsiklik alkaloidlər
- Xinolizidin alkaloidlər
- Xinolin alkaloidlər
- İzoxinolin alkaloidlər
- Pirrolidin və pirrolizidin alkaloidlər
- Piridin və piperidin alkaloidlər
- İndol alkaloidlər
- İmidazol alkaloidlər
- Xinazolin alkaloidlər
- Purin alkaloidlər
- Diterpen alkaloidlər
- Steroid alkaloidlər
- Adi xanımotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Adi dəlibəng bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Qara batbat bitkisinin farmakoqnostik xüssiyyətləri və ibbdə istifadəsi
- Karniol skopoliyası bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Yarımkol sekurineqa bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Lansetşəkilli termopsis bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Hind qozu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Çovdar mahmızının farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- İlanvari rauvolfiya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Çəhrayı qıfotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- İri dəmrovotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Adi zirinc bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Hamar stefaniya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Xaçgülü cinsinə aid bitkilərin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Əla itboğan bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Dolçavari quşüzümü bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Çin çayı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Birillik istiot bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Qatırquyruqlu acılıqotu bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Adi üzərrik bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Sarı nelufər bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Quzu plaununun farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Sarı buynuzlalə bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Şoran sferofiza bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Yarpaqsız öldürgən bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Qırmızışirəli kinəağacı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Yoğunmeyvəli sofora bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Yuxu xaşxaşı bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Koka bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Parv çili bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Pisiyli qaraqaytaran bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Kürəşəkilli toppuztikan bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Ərəbistan qəhvəsi bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Kəpənəkçiçək bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Spazmolitik dərman bitkiləri
- Fitoekdisteroidlər, təsnifatı, farmakoloji xüsusiyyətləri və tibbdə istifadəsi
- Safloraoxşar levzeya bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Fermentlər (enzimlər), təsnifatı, farmakoloji xüsusiyyətləri və tibbdə istifadəsi
- Yemiş ağacının farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Ananas bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Qidaya bioloji fəal əlavələr
- Darçın bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Sarıkök bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Zəncəfil bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Zəfəran bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Mixək bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Hil bitkisinin farmakoqnostik xüssiyyətləri və tibbdə istifadəsi
- Heyvan mənşəli dərman xammalları
- Bal arısının həyat fəaliyyətinin məhsulları
- Arı zəhəri
- Bal
- Perqa (çiçək tozcuğu)
- Ana arının südü
- Vərəmum
- Mum
- İlan zəhəri
- Adi gürzə zəhərinin preparatları
- Kobra zəhərinin preparatları
- Balıq yağı
- Süngər, kimyəvi tərkibi və tibbdə istifadəsi
- Spermaset və onun praktik əhəmiyyəti
- Lanolin və onun praktik əhəmiyyəti
- Zəli, tibbi əhəmiyyəti və istifadəsi
- Mineral mənşəli xammallar
- Naftalan nefti, kimyəvi tərkibi və tibbdə istifadəsi
- Hidrobiontlar
- Dərman bitki xammalının toplanma qaydaları
- Dərman bitki xammalının ilkin işlənməsi
- Dərman bitki xammalının qurudulma qaydaları
- Dərman bitki xammalının qablaşdırılması
- Dərman bitki xammalının saxlanma qaydaları
- Dərman bitki xammalının standartlaşdırılması
- Dərman bitkilərinin introduksiyası
- Dərman bitkilərinə aid mühafizə tədbirləri
- Dərman bitki xammalına aid analitik normativ sənədlər
- Dərman bitki xammalının qəbulu qaydaları
- Dərman bitki xammalının əmtəəçilik analizi
- Dərman bitki xammalının ədədi göstəriciləri
- Dərman bitki xammalında ekstraktiv maddələrin təyini üsulu
- Dərman bitki xammalının tərkibində nəmliyin təyini üsulu
- Dərman bitki xammalının tərkibində külün təyini üsulu
- Dərman bitki xammalının tərkibində mineral maddələrin təyini
- Dərman bitki xammalının tərkibində üzvi maddələrin təyini
- Dərmn bitki xammalının tərkibində anbar zərərvericilərinin təyini
- Dərmn bitki xammalının ehtiyatının təyini
SƏRBƏST İŞLƏRİN TƏHVİL VERİLMƏ MÜDDƏTİ
№
|
Mövzular
|
Son tarixi
|
1.
|
Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (xanımotu, batbat, dəlibəng, hind qozu)
|
3-cü həftəyə qədər
|
2.
|
Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (dəmrovotu, zirinc, stefaniya, xaçgülü, çay, acı istiot, acılıq otu, adi üzərlik
|
5-ci həftəyə qədər
|
3.
|
Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları (sferofiza, öldürgən, kinə ağacı, xaş-xaş, qara-qaytaran, toppuztikan, qəhvə kəpənəkçiçək
|
7-ci həftəyə qədər
|
4.
|
Fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri və xammalı
|
9-cu həftəyə qədər
|
5.
|
Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri
|
10-cu həftəyə qədər
|
6.
|
Heyvan mənşəli dərman xammalları (arı zəhəri, bal, perqa, ana arının südü, propolis, mum)
|
11-ci həftəyə qədər
|
7.
|
Heyvan mənşəli dərman xammalları (ilan zəhəri, balıq yağı, süngər, spermaset, lanolin, zəli
|
12-ci həftəyə qədər
|
8.
|
Dərman bitki xammalının tədarükü
|
13-cü həftəyə qədər
|
9.
|
Dərman bitki xammalının standartlaşdırılması
|
13-cü həftəyə qədər
|
10.
|
Dərman bitki xammalının ehtiyatının təyini
|
13-cü həftəyə qədər
|
Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.
Sərbəst işlərin nəticələri jurnala yazılır.
Kurs işi:
Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.
Təcrübə:
Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulmur.
Ədəbiyyat və materiallar:
- Kərimov Y., Süleymanov T., İsayev C., Xəlilov C. Farmakoqnoziya, Bakı, 2010.
- İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova «Farmakoqnoziya» Bakı-1984
- Мурабьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. Москва: Медицина, 2002.
- Государственная Фармакопея СССР-10, Москва, 1968
- C.İsayev, F.Qocayeva «Dərman bitkilərinin ehtiyatşünaslığı» Metodik vəsait.
- Лекарственное растительное сырье. Фармакогнозия (учебное пособие). Санкт-Петербург, 2004
- Практикум по фармакогнозии: Учеб. пособие для вузов. В.Н.Ковалев, Н.В.Попова, В.С. Кисличенко и др; Под общ. ред В.Н. Ковалева. Харьков, Изд-во Нора У, Золотые страницы, МТК, Книга, 2004
- Фармакогнозия. Атлас. Под редакцией Н.И.Гринкевич, Е.Я.Ладыгиной-М; «Медицина» 1989.
- Химический анализ лекарственных растений Под редакцией Н.И.Гринкевич, Л.Н.Сафронич-М; «Высшая школа» 1983
- Энциклопедический словарь лекарственных растений и д. продуктов животного происхождения: Учебное пособие. Под ред. Г.П.Яковлева и К.Ф.Блиновой, 2-е изд, испр. И дон-Спб, Спец. Лит. Изд. СПХФА, 2002